14 Mart 2025

Cümə, 20:48

RİYAZİYYATÇI EVARİST QALUA KİM İDİ?

Cəmi 22 il yaşayan Avropalı riyaziyyatçı dünya şöhrətini necə qazandı?

Müəllif:

20.10.2008

Parisdə Mars meydanı deyilən bir yer var. Sena çayının sol sahilində, şəhərin qərb hissəsində yerləşir. Bu meydan həmişə hərbi keçidlər  yeri olub. 1867-ji ildən ümumdünya sərgiləri  bu meydanda nümayiş etdirilib. Fransanın ilk   14 iyul 1790-jı il konstitusiyasının təntənəli andiçmə  mərasimi Mars Meydanında keçirilib. 17 iyul 1791-ji il xalq üsyanı da məhz burada baş verib.  Mars Meydanı  1765-1767-ji illərdə ərsəyə gətirilib. İlk əvvəllər məktəb kursantlarının məşğələləri və hərbi paradlar burada keçirilib. Onun adı da Roma hərb allahı Marsın  şərəfinə verilib. 1780-ji ildən etibarən şəhər əhalisinin gəzib istirahət etdiyi yerə çevrilib. 27 avqust  1783-jü ildə Cozef-Mişel və Cak-Etyen Monqolfye qardaşları dünya tarixində ilk hava şarını minlərlə adamın gözlü qarşısında  məhz bu meydandan  səmaya buraxıblar. 

1789-ju ildə kral 16-jı Lüdovikin şərəfinə parad bu meydanda keçirilib. Bir il sonra  14 iyulda  300 min şəhər sakini Bastiliyanın alınmasının birinji ildönümünü  burada bayram edib. 17 iyul 1791-ji ildə  Mars Meydanında qanlı qarşıdurma baş verib. Kralın devrilməsini istəyən manifestantları qvardiyaçılar bu meydanda gülləbaran edib. Nətijədə 50-yə yaxın adam qətlə yetirilib.

1867-1937-ji illərdə Mars Meydanında  ümumdünya sərgiləri keçirilib. 1889-ju ildə fransız inqilabının yüzilliyi  şərəfinə təşkil olunmuş  sərginin keçirilməsi münasibətilə  Parisin indiki simvolu olan Eyfel qülləsi  inşa olunub.  Hündürlüyü 318 metr, metal  konstruksiyalarının çəkisi  7 min ton  olan bu layihənin müəllifi fransız mühəndisi Aleksandr Qustav Eyfeldir. Bu qurğu 1931-ji ilədək dünyanın ən hündür tikilisi sayılırdı. Aleksandr  Qustav Eyfel bu nəhəng tikilinin  inşasını başa çatdıran vaxt nə radio, nə də televiziya var idi. Bu qurğu böyük texniki imkanların sübutu sayılırdı. Qəzetlər elə hey yazırdılar ki, "Bu qüllənin heç bir xeyri yoxdur və olmayajaq da". Şəhər adamları da qülləni  şəhərin memarlığına xələl gətirən  bir tikili sayırdılar. Böyük fransız yazıçısı Gi de Mopassan  qülləni "skelet" adlandırırdı. O, nahar yeməyini də qüllənin görünmədiyi restoranda  yeyirdi. Görkəmli injəsənət xadimləri də öz etirazlarını bildirirdilər: "Əsl zövq naminə, injəsənət naminə, Fransanın tarixi naminə  biz yazıçılar, rəssamlar, memarlar, bir sözlə, Parisin qüsursuz gözəlliyinə aludə olan adamlar  paytaxtımızın lap ürəyinin başında faydasız və qorxunj görkəmli nəhəng Eyfel qülləsinin  tikilməsinə dərin etirazımızı bildiririk". "Yaxşı,yaxud pis hadisələrin hökmünü zaman verir" - deyirlər. Doğrudan da belədir. Adamlara müdhiş görkəmli  nəhəng kimi görünən  Eyfel qülləsi müəyyən zamandan sonra  Parisin simvoluna çevrildi. Hər il qülləni görməyə 6 milyondan artıq adam gəlir.

Vaxtilə faydasız sayılan bu qüllə  hazırda həm də Fransada və onun hüdudlarından kənarda yayımlanan radio və televiziya verilişlərinin mərkəzi sayılır. Bu tikili zamanın möjüzəsi kimi qəbul olunmuşdur. İnsan təfəkkürü tarixində qızıl hərflərlə yazılmış digər bir möjüzə də  fransız riyaziyyatçısı Evarist Qaluanın, hətta böyük riyaziyyatçı alimlərin də baş açmadıqları  kəşfləri  idi.  

Hələ çox qədim zamanlarda kvadrat tənliyin radikalların (köklərin) köməyi ilə həlli üçün formul tapılmışdı. Yalnız min ildən sonra dünyada   yüksək  dərəjəli bir   məjhullu jəbri tənliklərin həllinə imkan yaradan riyaziyyat barədə dünyaya xəbər yayıldı. O vaxtadək  16-jı əsrdə üçünjü və dördünjü dərəjəli tənliklərin həlli italyan alimlərindən N. Tartalın, J. Kardanenin  və L. Ferrarinin əməyi sayəsində mümkün olmuşdu. Həmin alimlər  jəbr qanunlarının sonrakı inkişaf yolunu tutmuşdular.  Evarist Qalua isə riyaziyyat sahəsindəki bütün əvvəlki təsəvvürləri alt-üst etdi. Qalua 19 yaşında ikən öz aksiomlarını irəli sürdü, teoremlərini sübuta yetirdi. Onda Qalua Paris liseyində oxuyurdu. Elmi işlərini  "Lisey şagirdi" adı ilə imzalayırdı. Qaluanın kəşf etdiyi   bütün qanunlar  hazırda müxtəlif rəqəmsal televiziya kanallarında rəqəm informasiyalarının rabitə kanalları vasitəsilə   ötürülməsində istifadə olunur. Halbuki Qalua illər ötəndən sonra  televiziya əsrinin gələjəyini heç ağlına da gətirmirdi.  Amma zaman öz ədalətli hökmünü  verdi. Sübut etdi ki, insan təfəkkürünün inkişafı tarixində  faydasız heç nə olmur. Vaxtı çatanda hər şey öz yerini alır. "Lazımsız Eyfel qülləsi" dövrünün böyük riyaziyyatçısı Qaluanın teoremləri bazasına əsaslanan rəqəmsal televiziya verilişləri yayımlayır. 

Qalua müasir jəbrin inkişafının əsasını qoymuş, istənilən dərəjəli tənliklərin radikallarda həlli üçün  lazım olan şərtləri dəyərləndirə bilmişdir. Qaluanın yaratdığı qruplar nəzəriyyəsi  hazırda "Qalua sahəsi" adlanır. Qaluanın tətbiq etdiyi "sahə", "ideal" və s. kimi məfhumlar maneəyə dayanıqlıq kodlaşma nəzəriyyəsinin yaranması üçün əsas rol oynamışdır. Əgər bu nəzəriyyə olmasaydı,  rəqəmli informasiyanı və rəqəmli televerilişləri həyata keçirmək mümkün olmazdı.

 

Ali riyaziyyat

Evarist Qalua 25 okyabr 1811-ji ildə Paris yaxınlığındakı Bur-lya-Reyn kəndində dünyaya gəlmişdi. O, 12 yaşında ikən məktəbə - Böyük Lüdovik liseyinə qəbul olunmuşdu. Çox da yaxşı oxumurdu. 16 yaşı olanda riyaziyyat kursuna yazılmışdı. Riyaziyyata bütün varlığı ilə vurulduğundan, digər fənlərə bir o qədər də  məhəl qoymurdu. Sinif rəhbəri onun haqqında  yazmışdı: "Evarist Qalua riyaziyyatın yalnız ali bölmələri ilə məşğul olur. Riyaziyyatı dəlijəsinə sevir. Müəllimlərinə gözlənilməz suallar verməklə onları çaşqın vəziyyətə salır". Tez bir zamanda  riyazi biliklərə sonsuz yiyələnmək arzusu  Qaluada belə bir qənaət hasil etdi ki, o, müəllimlərindən istədiyi bilikləri ala bilmir. Və yeniyetmə Qalua öz dövrünün ən görkəmli riyaziyyat alimlərinin kitablarından öyrənməyə başladı. O, ən çətin məsələləri asanlıqla mənimsəyirdi. Qalua 17 yaşında özünün ilk elmi əsərini çap etdirdi. Dərin zəkalı bu gənjin bilik səviyyəsi müəlimlərinin bilik səviyyəsindən yüksək olduğu üçün Qaluanın çox  oricinal  fikirləri müəllimlərini çaşqnlıqda qoyurdu. Qalua bir çox hesablamaları fikrində apardığından onları kağız üzərinə köçürməyi lazım bilmirdi. Bu, müəllimlərin işini əngəllədiyindən onları çox qəzəbləndirirdi. Qalua isə heç kimi saya salmır və çox zaman da qəzəbli olurdu. Qalua Fransanın ən presticli  ali məktəbi  sayılan Politexnik Məktəbinə sənədlərini verəndən sonra, şifahi imtahan  zamanı  məsələlərin qısa yolla həllinə və heç bir izahat vermədiyinə görə  onu məktəbə qəbul etməmişdilər. Bir ildən sonra yenə də həmin məktəbə daxil olmaq istəyərkən,  onun riyaziyyatdan şifahi imtahan zamanı dərin məntiqi düşünjələri  imtahan götürən müəllimi çaş-baş qoyduğundan. Qaluanı bu dəfə də instituta qəbul etmək istəyində bulunmadığı üçün  gələjəyin böyük riyaziyyatçısı əlinə keçən əsgi-üskünü  ədalətsiz müəllimin başına çırpmış  və bir daha Politexnik Məktəbinə ayaq basmamışdı. Qalua bununla əlaqədar olaraq demişdi ki, ona verilən suallar uşaq sualları olduğu üçün onları javablandırmağı özünə yaraşdırmamışdı. 

Qəbul imtahanındakı uğursuzluğu Qaluanı  özünün riyaziyyat sahəsindəki istedadına inamını qıra bilməmişdi. Qalua özbaşına olaraq tədqiqatlarını davam etdirməyi lazım bilmişdi. 17 yaşında ikən Qaluanın riyaziyyat sahəsindəki  nailiyyətləri indiki dövrdə ədədlər nəzəriyyəsi, kristalloqrafiya, elementar hissəjiklər fizikası kimi müxtəlif sahələrin mahiyyətinə dərindən varmaq üçün imkan yaradır.  Qaluanın əsas ideyası beşinji dərəjədən olan tənliklərin həlli yolunu tapmaq idi. Bu, dövrünün  riyaziyyatının ən çətin problemlərindən biri idi. O,  problemin həllində çox irəli gedə bildiyindən, Elmlər Akademiyasına öz tədqiqatlarının nətijəsi kimi iki memuar təqdim etmişdi. Gənj Qaluanın elmi işləri o dövrün böyük alimi Oqyusten Lui Koşiyə böyük təsir bağışlamışdı. Koşi Qaluanın memuarlarının akademiyanın riyaziyyat sahəsində  mükafatına təqdim olunmasını lazım bilmişdi. Müsabiqəyə təqdim olunan  işlərə formal tələblərə əməl etmək vajib olduğundan, memuarların ikisini bir memuarda birləşdirmək lazım gəldiyi üçün Qaluanın işlərini bu tələblərə əməl etməkdən ötrü  özünə qaytarmışdılar. O, iki memuarı bir memuar şəklində birləşdirdikdən sonra,  akademiyanın katibi Cozef Furyeyə qaytarmışdı ki, müsabiqəni keçirən cüriyə təqdim etsin. Qalua öz memuarında beşinji dərəjədən olan tənliyin həllinin hazır həll variantını təklif etməmiş, lakin çox yaxşı ideya vermişdi. Riyaziyyat alimlərinin bir çoxunun fikrinə görə, mükafat almağa ən layiqli şəxs Qalua olmalı idi. Lakin Qaluaya nəinki mükafat verilmədi, onu hətta rəsmi olaraq müsabiqəyə də buraxmadılar. Müsabiqə  komissiyasının ijlasına  bir neçə həftə qalmış  dünyasını dəyişən Furyenin  kağızları arasında Qaluanın memuarı yoxa çıxmışdı.                  

Qalua belə hesab edirdi ki, onun memuarını  Akdemiyada bilərəkdən itirmişlər. Bir müddət  keçdikdən sonra Akademiya onun "Tənliklərin radikallarda həlli şəraiti haqqında" adlı yeni memuarını da qəbul etmədi, səbəb də o oldu ki, guya ki, gətirilən dəlillər kifayət qədər aydın deyil.,buna görə də memuarın jiddiliyinə şübhə yaranır. Bu fikrə Fransanın tanınmış alimi Simeon Deni Puasson gəlmişdi. O, bu fikri Qaluanın memuarını başa düşmədiyi üçün söyləmişdi. Halbuki Qalua bu memuarında ona qədər  həllini tapmamış  tənliklər nəzəriyyəsi  problemlərinin həlli üçün qruplar nəzəriyyəsinin əsas anlayışlarını işləyib hazırlamışdı. Bütün bunlara görə Qalua bu qərara gəlmişdi ki, yaradılmış əngəllər onu riyaziyyat jəmiyyətindən ayrı salmaq üçündür.

 

"Peşəkar" inqilabçı

Qaluanın nəzəriyyəsinin əsl mahiyyəti  yalnız 1870-ji ildə, onun fajiəli ölümündən xeyli sonra  fransız riyaziyyatçısı, Peterburq Elmlər Akademiyasının  müxbir üzvü Kamil Cordan tərəfindən onun " Yerdəyişmə və jəbri tənliklər haqqında traktat"ında açıqlandı.  Qaluanın yaratdığı nəzəriyyə təkjə jəbrin deyil, bütün 19-ju əsr riyaziyyatının da inkişafına əhəmiyyətli dərəjədə təsir göstərmişdir.

 Qaluanın qruplar nəzəriyyəsinin ideyaları və metodları təbiətşünaslıqda, müasir kvant mexanikasında, kristalloqrafiyada tətbiq olunmaqdadır.

  Bundan sonra riyaziyyat sahəsindəki tədqiqatlarını bir yana qoyub siyasətə qoşulmuş və respublikaçıların tərəfini tutmuşdu. Professional inqilabçı olmaq arzusu ilə Milli Qvardiyanın artilleriya sıralarına qoşulmuşdu. Bir müddətdən sonra kral Filipp öz təhlükəsizliyi naminə  Milli Qvardiya artilleriyasını buraxdıqdan sonra, heç bir maddi dayağı və evi olmayan Qalua sərgərdan həyat sürmək məjburiyyətində qalmışdı. Joşğunluqla siyasətə qoşulmuş Qaluanın vəziyyəti pisləşməyə bilməzdi. Bunu böyük fransız yazıçısı Aleksandr Düma da görürdü. Hökumətə qarşı  sui-qəsddə günahlandırılmış  on doqquz respublikaçıya bəraət verilməsi münasibətilə keçirilən banketə  dəvət almış  Aleksandr Düma   gənj  oğlanın bir  əlində içi şərabdolu qədəh, o biri əlində qınından çıxarılmış xənjər tutaraq,   ujadan  qışqırıq qoparmasının şahidi olmuşdu. Həmin oğlan Evarist Qalua idi. Böyük yazıçı görəndə ki vəziyyət getdikjə gərginləşir və kral Lui-Filipin ünvanına hədələr söylənilir, yanında oturmuş kral komendantı ilə birlikdə  pənjərədən  bağa tullanmaq məjburiyyətində qalmışdı. Qaluaya  biraylıq həbsdən sonra  kralın həyatına hədələr söylədiyinə görə ittiham irəli sürülmüş və o, məhkəmə qarşısında dayanmalı olmuşdu. Banketdə iştirak edənlərdən heç biri Qaluanın kralın ünvanına hədələr söylədiyini eşitmədiyini bildirmiş və hakim onun gənjliyini nəzərə alaraq, azadlığa buraxılmasını lazım bilmişdi.  Heç bir ay keçməmiş Qalua yenidən həbsə alınmışdı. Həbsin səbəbi 14 iyul 1831-ji ildə, Bastiliya günü  şəhərdə qadağan edilmiş Milli  Qvardiya  artilleriyası formasında  dolaşması olmuşdu. Altıaylıq həbs jəzasına məhkum edilmiş Qalua həbsxanaya salınmışdı. Həbs jəzasının qurtarmasına bir ay qalmış Parisdə vəba epidemiyası yayıldığından, həbsxanadakı məhbuslar azadlığa buraxılmışdı. Deyilənlərə görə, Qalua həbsxanada olarkən  hörmətli Paris həkiminin Stefani adlı qızı ilə sevişməyə başlamışdı. Həmin vaxt Stefanii Peşo Derbenvil  adlı birisi ilə     nişanlanmışdı. Bundan xəbər tutan nişanlı oğlan Qaluaya məktub göndərib duelə çağırmışdı. Qalua Derbenvili   məktəb illərindən yaxşı tanıyır və Fransanın  mahir atıjısı olduğunu bilirdi. Bununla belə, dueldən boyun qaçırmadı. Dostlarına yazdığı məktublarında  başına gətirilənlərin səbəblərini izah etməyə çalışırdı: "Məni günahkar bilməyin ki, vətən uğrunda yox, iki ağılsızı toruna salmış tərbiyəsiz işvəli bir qadının böhtanının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ujbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm".

30 may 1832-ji ildə  səhərçağı Qalua və Derbenvil duelə çıxdılar. Bir-birindən 25 metr aralı atəş xəttində dayandılar. Derbenvilin iki sekundantı vardı, Qalua isə duelə tək gəlmişdi. Bir vaxtlar dostluq etmiş gənjlər bir-birini nişana almağı eyib saymış  və yaxından atəş açmışdılar. Qaluanın pistoletinə güllə qoyulmamışdı,  rəqibinin pistoleti dolu idi.  Rəqibin gülləsi Qaluanın qarın nahiyəsini dəlib-keçmiş  və onu ağır yaralı vəziyyətdə atıb getmişdilər. Qaluanın qardaşı məsələdən xəbər tutan kimi Qaluanı xəstəxanya çatdırsa da, həyatını xilas etmək mümkün olmamışdı. Qaluanın həyatı 22 yaşında sona yetmişdi.

Qalua Politexnik Məktəbinə daxil olmaq istəyənlərin riyaziyyatdan hazırlanmalarının nöqsanları barədə yazdığı məqaləni oxuyanda, sanki onun bizim günlərdəki olaylardan bəhs etdiyi qənaətinə gəlirsən.  O, "Elmlərin tədrisi" məqaləsində yazmışdı: " Bir vaxtlar müəllim öz şagirdinə lazım olan bilikləri tam verirdi. Hazırda isə Politexnik Məktəbinə uşaq hazırlamaq üçün bir, yaxud iki repetitor  tələb olunur. Yazıq uşaqlar nə vaxtadək bütün günü  repetitorun dediklərini dinləmək, yaxud dinlədiklərini əzbərləmək məjburiyyətində qalajaqlar? Bəs nə vaxt onlar aldıqları məlumatı  ətraflı götür-qoy edəjəklər və çox sayda  səliqəsiz qalanmış teoremləri və bir-biri ilə əlaqəsi olmayan jəbri  məsələləri   anlamaq üçün vaxt tapajaqlar? Faydasız mühakimələrlə yüklənmiş  və eybəjər hala salınmış nəzəriyyələr ətraflı öyrədilir, ən parlaq və çox sadə jəbri teoremlər diqqət xarijində qalır. Onların yerinə şagirdlərə heç də həmişə düzgün olmayan çox uzun əməliyyatlar barədə məlumat verir, əvvəldən aydın olan nətijəni isbat edirlər. İmtahan götürənlər məktəbə girmək istəyənlərə anjaq dolaşıq suallar verirlər. Belə olduğu halda, şagird təhsil almaq  qayğısına yox, imtahandan çıxmaq qayğısına qalır. Şagird hər teoremə dörd javab hazırlamalı olur".

Qaluanın bütün tədqiqat nətijələri kiçik formatlı  60 səhifədə yerləşmişdi. Jəmi 22 il ömür sürmüş Qalua öz dövründə  anlaşılması, hətta görkəmli alimlər üçün mümkün olmayan nəzəriyyələri sayəsində bir neçə on ildən sonra Avropanın dahi riyaziyyat alimi  zirvəsinə yüksəlmişdir. 


MƏSLƏHƏT GÖR:

626