Müəllif: Aydan RAFİQQIZI Bakı
Hər il oktyabrın son bazar günü səhər saat 3-də Azərbayjanda saatların əqrəbi bir saat geri çəkilir. Beləliklə, biz marta qədər çəkən qış dönəminə daxil oluruq. Biz bu prosesə alışdığımızı düşünsək də, bunun orqanizmə zərəri olub-olmaması barədə mübahisələr çoxdur. Ekspertlərin əksəriyyəti düşünür ki, vaxtın dəyişməsinin yalnız yararı var və saat əqrəbinin kəskin sıçrayışından əziyyət çəkdiyini düşünənlər isə sadəjə bunu özlərinə təlqin ediblər.
Zamanı jilovlamaq
Gündüzçağı maksimum istifadə edilməsi mümkün olan vaxtdır, buna görə də insanlar hava açılan kimi yuxudan durmağa çalışırlar. Dünyanın çox ölkəsində tətbiq edilən qış və yay vaxtı ideyası da bu məntiqə əsaslanır. Belə ki, yaz vaxtı saatın əqrəbi dəyişilməklə elektrik enercisinə qənaət edilir. Həm də ayıq vaxtı günün işıqlı saatları ilə üst-üstə salmaq olur. Yəni yazda qurşaq vaxtı ilə gedən saat əqrəbi bir saat qabağa çəkilir və payızda yenidən qurşaq vaxtına qaytarılır.
Yerin hər biri 15 dərəjəyə bərabər olan saat qurşaqlarına bölünməsi və sıfır xətti kimi Qrinviç meridianının götürülməsi ideyasını Kanada rabitəçi mühəndisi Fleminq təklif edib. Bu ideyaya görə, həmin qurşağın içərisində vaxt hər yerdə eyni olur, başqa qurşağa keçdikdə isə əqrəblər ya bir saat qabağa, ya da bir saat dala çəkilir. Fleminqin ideyasını ilk dəfə ABŞ-da 1833-jü ildə qəbul ediblər. 1884-jü ildə Vaşinqtonda keçirilimiş beynəlxalq konfransda daha 26 ölkə saat qurşaqları və qurşaq vaxtı barədə sazişə imza atıblar.
Hazırda sıçrayışlı vaxt sistemi dünyanın 110-dan çox ölkəsində fəaliyyətdədir. 1909-ju ildə peyda olmuş "əqrəbləri çəkmək" ideyası isə britaniyalılara məxsusdur. Sahibkar Uilyam Uillet hesab edib ki, işləyən insanlar mütləq istirahət etməlidirlər və yay vaxtına keçən zaman onlar bunun üçün daha təbii bir işıqlı saat əldə edirlər. Nətijədə, "daha çox istirahət etmək" imkanı əmək məhsuldarlığının artmasına səbəb olur.
Uillet həmçinin düşünüb ki, saat əqrəblərinin dəyişdirilməsi jinayətkarlığı, həmçinin spirtli içki qəbulunu azaldar və bu fikirlərində müəyyən qədər doğru idi. Birinji dünya müharibəsi zamanı ingilislərin bu təjrübəsini bir çox Avropa dövlətləri istifadə etdilər. Rusiya Uilletin ideyasından Oktyabr inqilabından sonra yararlanmağa başladı. Əvvəljə 1918-ji il fevralın 8-də Rusiya Xalq Komissarları Sovetinin dekreti ilə "sutka ərzində sivilizasiyalı dünya ilə eyni jür vaxt hesablanmasına keçid" üçün qurşaq vaxtına bölünmə tətbiq edildi, daha sonra 1930-ju ilin 16 iyun tarixində bütün SSRİ ərazisində saatlar bir saat qabağa çəkildi.
Beləliklə, SSRİ-də dekret vaxtı yarandı. Sovet alimləri və energetiklər bu nətijəyə gəldilər ki, dekret vaxtı elektrik enercisinə qənaət etməyə imkan verir. Buna görə də 1981-ji il aprelin 1-də Nazirlər Sovetinin qərarı ilə saatların əqrəbini daha bir saat qabağa çəkdilər. Beləliklə, yay vaxtı qurşaq vaxtından artıq iki saat irəli çəkildi. 10 il ərzində saatların əqrəbi qış dövründə yay vaxtına nisbətən bir saat dala çəkilirdi və yayda geri qaytarılırdı. Sovet İttifaqının dağılmasından sonra - 1991-ji ilin mart ayında dekret vaxtı ləğv edildi və artıq müstəqil Azərbayjanda da saatların qurşaq vaxtından iki saat qabaq olması ləğv edildi. Beləliklə, yay-qış vaxtı sisteminə keçid gerçəkləşdirildi. Yəni indi qışda qurşaq vaxtı işlədilir, yayda isə saatların əqrəbi bir saat qabağa çəkilir.
Bütövlükdə isə vaxt saatlara, dəqiqələrə və saniyələrə bölünmüş orta günəş sutkası ilə ölçülür. Bu, bütün gerçək Günəş sutkalarının orta arfimetrik uzunluğudur. Bizim planetin orbitinin elleptik şəkli üzündən gerçək və orta sutkaların aralarında il ərzində 15 dəqiqə fərq yaranır. Vaxtın dəyişdirilməsinin əleyhdarları bildirirlər ki, orta statistik insan hər gün səhər saat 7-də yuxudan durur və saat 23-də yuxuya gedir, anjaq martdan başlayaraq isə o, hava işıqlanan kimi yuxudan durmalı olur.
Saatı qabağa çəkməklə insanı erkən durmağa məjbur edirlər ki, o, günün işıqlı vaxtında işıqlandırma üçün daha az vaxt sərf etsin. Anjaq oktyabrda qış vaxtına keçilməsi elektrik enercisinə qənaətə səbəb olmur. Bəlli olur ki, bu, yalnız insanların Günəşin doğmasından çox erkən yuxudan durmaması üçün edilir. Deməli, qış vaxtına keçilməsi məntiqsiz görünür.
Günəşlə yaşayırıq
Belə bir fikir var ki, dekret vaxtına keçmək daha rasional olardı. Bu, hər il saat dəyişdirməkdən imtina edilməsi, qurşaq vaxtından bir saat qabağa olan dəyişməz hesabata keçmək olardı. Bioritmçilər iddia edirlər ki, belə bioloci dövrülük insan üçün daha əlverişlidir.
Vaxtın dəyişdirilməsindən çoxları rahatsız olur. Bu, 10-12 yaşlı uşaqlara və ahıl insanlara jiddi rahatsızlıqlar yaradır. Çox vaxt insan iki-üç ay ərzində bioloci baxımdan tam yenidən formalaşana kimi normal həyat ritmindən uzaqlaşır. İnsan orqanizmində hormonlar ifraz edən və bədənin temperaturunu tənzimləyən 300-ə yaxın proses gündəlik ritmlərə tabedir. Gələjək anaların da orqanizmi çox həssasdır. Onlar da saatların dəyişdirilməsinə mütəmadi alışmalıdırlar.
Ən yaxşısı uyğunlaşmanı bir həftəyə qədər uzatmaq üçün qrafiki mərhələli, yəni gün ərzində 15-20 dəqiqə dəyişdirmək lazımdır. Kəskin vaxt dəyişdirilməsi nətijəsində orqanizmdə psixoloci və fizioloci funksiyalar yarana bilər və bu, miqrenə, depressiyaya, infarkta, hipertoniya böhranlarına, piylənməyə, taqətdən düşməyə və xroniki xəstəliklərin şiddətlənməsinə səbəb ola bilər. Saatların dəyişdirilməsi zamanı bioloci ritmlərin bərpası yalnız bir aydan sonra baş tutur.
Doğrudur, saat əqrəblərinin dəyişdirilməsinə heç jür reaksiya verməyən insanlar da var. "Vaxtla oynamağın" belə tərəfdarları bu fikirdədirlər ki, onlar insan orqanizminə zərər vurmurlar, çünki bunu sübut edəjək dəlil yoxdur. Onlar bunu belə izah edirlər ki, yay vaxtı insanın fəaliyyət fazası daha erkən dönəmə doğru yer dəyişir, qışda isə tərsinə olur. İnsanın bioritmi saatların əqrəbinə deyil, Günəşə köklənir və qış vaxtına keçid yararlı prosedurdur. Çünki qaranlıqda oyanmaqdansa, Günəş şəfəqləri altında yuxudan durmaq daha faydalı prosedurdur.
Mübahisələr davam edir
Saatların dəyişdirilməsi ətrafında müzakirələr səngimir. Bir çox ölkələr bunu bilərəkdən etmirlər, onlar qış vaxtından yay vaxtına və əksinə keçidlə bağlı zaman donmalarına ehtiyaj duymurlar. Çin, Yaponiya, Qazaxıstan və Qırğızıstan öz vaxtlarını sakitjə hesablayırlar. Yəni hər şeydə dəqiq olan yaponların öz energetika resurslarının hesabını aparmadığına inanmaq doğru olmaz.
Azərbayjan bu məsələdə ənənəvi Avropaya yaxındır. Bu məsələdə iki arqumentə əsaslanılır. Birinjisi, elektirk enercisiinin qənaətindən gələn gəlirdir. ABŞ və Rusiyada da belə hesab edirlər. İkinjisi isə, "həyatın keyfiyyəti" ilə bağlıdır və insanların sağlamlığına qayğını nəzərdə tutur. Bu isə Avropanın yanaşmasında üstünlük əldə edir. Dünyanın müxtəlif ölkələrinin məmurları bu fikir ayrılığından baş çıxarmalıdırlar, çünki onların araşdırmalarının nətijələri nəzərəçarpan ola bilər.
Misal üçün, Birləşmiş Ştatlarda yeni qanuna görə, yay vaxtı yaxın iki ildə, demək olar ki, bir qışdan o biri qışa kimi davam edəjək. Avropada tətbiq olunmuş qaydalar da birdəfəlik deyil. Avropa Birliyinin (AB) 2002-ji ildə qüvvəyə minmiş 2000/84/EG saylı qaydasına görə, AB üzvü olan bütün ölkələrdə yay vaxtı martın son bazar günündən oktyabrın son bazar gününə kimi tətbiq edilir. AB-yə daxil olmayan bir çox Avropa ölkələri də bu direktivi əsas götürür.
Avropa Birliyi hər beş ildən bir yay vaxtına keçmək üçün beşillik müddətə qaydalar müəyyən edir. Hazırda fəaliyyətdə olan qaydalar 2008-ji ilin sonuna kimi fəaliyyətdədir. Buna görə də gələjəkdə Avropada dəyişikliklər olması istisna deyil. Avropada yay vaxtına keçid nətijəsində guya elektrik enercisinə qənaət edilməsi ilə bağlı ilkin olaraq irəli sürülmüş ehtimaldan çoxdan imtina ediblər. Bununla yanaşı, iddia edirlər ki, yayda qaranlığın gej düşməsi nətijəsində həyat keyfiyyəti yaxşılaşır. Vaxtın irəli dartılmasına görə sabah saatlarında bir saat erkən işə başlamış adam günün ikinji yarısını fəal istifadə edə bilər.
Birləşmiş Ştatlarda hər şey şəffafdır. Yay vaxtı - Daylight Saving Time (DST) gündüz işığının qorunması adlanır və amerikalılar tamamilə onun enerci qənaətindəki önəminə inanırlar. Onların fikrinjə, kim tez yatır, o, işığı, televizoru, videomaqnitofonu və stereoqurğunu söndürür. Anjaq 1970-ji illərdə aparılmış araşdırmalar göstərib ki, ölkə üzrə elektrik enercisinə qənaət yalnız 1 faiz təşkil edir.
Jorj Buş tərəfindən imzalanmış energetika siyasəti haqqında qanuna uyğun olaraq, yay vaxtının fəaliyyət müddəti təxminən bir ay uzadılır. O, martın ikinji bazar günündən noyabrın birinji bazar gününə kimi davam edəjək, indiyə kimi isə aprelin birinji bazar günündən oktyabrın son bazar gününə kimi davam edirdi. Ümumiyyətlə isə qanunla yay vaxtının təsir müddəti 2015-ji ilə kimi müəyyən edilib. Anjaq Konqres bu yeniliyin nətijələri haqqında müvafiq nazirliyin məruzəsi alındıqdan sonra əvvəlki qaydaya dönmək barədə qərar qəbul edə bilər. İstənilən halda "zamanın jilovlanması" barədə müzakirələr davam edir.
MƏSLƏHƏT GÖR: