
ABİDƏLƏRİ YENİDƏN SİYAHIYA ALDILAR
Azərbaycanın mədəni-tarixi irsi obyektlərinin siyahısına əlavələr edilib və siyahı yenidən işlənilib
Müəllif: İradə QARACAYEVA Bakı
Azərbayjanın tarix və mədəniyyət abidələrinin siyahısına yenilərinin əlavə edilməsi və oradan önəmini itirmiş obyektlərin çıxarılması son dərəjə dəqiq yanaşma tələb edən miqyaslı işdir. Anjaq bizim ölkənin vətəndaşlarının çoxu üçün bu çox həssas məsələdir, çünki abidələr məsələsi həmişə yüksək tutulur. Abidələr bizim mədəniyyətimiz, injəsənətimiz və tariximizdir. Onlar bizimlə birgə yemək yeyir, yaşayır və ölürlər, yalnız ondan sonra insanlar onlara ehtiram göstərməyi dayandırır, mühafizə etmir və gələjək nəsillərə ötürmürlər.
Buna görə də "siyahıya daxil etmə və ya oradan çıxarma" məsələsinə bizim bir çoxumuz şübhə ilə yanaşırıq. Bu, ümumiyyətlə də, doğru yanaşmadır. Vətən tarixinin injilərinə hörmətlə yanaşmaq hər bir vətəndaşın borjudur. Dinj dövrlərdə abidələrin dağıdılması jinayətdir. Buna isə çox şey - baxımsızlıq, təbii kataklizmlər və nəhayət, biznes maraqları səbəb ola bilər. Deməli, hazırda Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən Azərbayjanın mədəniyyət abidələrinin siyahısının yenidən işlənməsi üzrə aparılan fəaliyyət barədə də xüsusi izahat verməyə ehtiyaj var.
Bütün abidələrə eyni gözlə baxılır
Yeni siyahı nədir? Mədəniyyət Nazirliyində əmin edirlər ki, əvvəl təsdiq edilmişlə müqayisədə yenisi daha mükəmməl və dolğundur. Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin rəisi Rizvan Bayramov "Region plus"a bildirib ki, ölkə prezidenti İlham Əliyevin 18 avqust 2006-jı il tarixli "Bakı şəhərinin memarlıq abidələrinin mühafizəsi" fərmanı əsasında qurum tərəfindən bu istiqamətdə işə başlanılıb. Fərmana görə, Nazirlər Kabinetinə və müvafiq qurumlara artıq mövjud abidələrin önəminə yenidən baxmaq və yeni siyahı tutmaq tapşırılıb.
"Yəni əgər beş il qabaq hansısa abidə yerli önəm daşıyırdısa, indi o, dövlət və ya dünya önəmli abidələr sırasına daxil edilməlidir. Bu fərman vaxtında verildi, çünki son illərdə çox sayda yeni qiymətli abidələr aşkarlanıb. Yenidən baxılmış siyahı tarixi obyektlərin mühafizəsi üçün daha əlverişli şərait yaradır",- deyə R.Bayramov bildirir.
Ekspertin sözlərinə görə, hazırda ölkədə dövlət siyahısına salınmış və mühafizəsinə götürülmüş 6308 tarix və mədəniyyət abidəsi qeydə alınıb. Onların 4000-i memarlıq, 2000-dən çoxu arxeologiya, 200-ü dekorativ-tətbiqi injəsənət, elə bir o qədəri də bağ-park və xatirə obyektləridir. Milli Elmlər Akademiyasında razılaşdırıldıqdan sonra siyahı Nazirlər Kabinetinə göndərilib, sonra isə tarix və mədəniyyət irsi obyektləri ilə əlaqəli olan bütün qurumlara, o jümlədən bütün rayonların ijra hakimiyyətlərinin başçılarına yönəldilib.
"Yalnız Bakıda 1800-ə yaxın bina dövlət tərəfindən qorunur. Uyğun olaraq, hər bir ijra hakimiyyəti başçısı bilməlidir ki, onun səlahiyyətində olan ərazidə nə qədər tarixi abidə yerləşir. Çünki nazirlik təkbaşına fiziki baxımdan da bütün abidələr üzərində nəzarəti həyata keçirə bilməz. Biz bir-birimizə yardım edib, əlaqəli şəkildə fəaliyyət göstərə bilərik. Bakıda tez-tez küçələrin adlarının dəyişdirilməsi barədə qərar qəbul edilir. Məjbur oluruq ki, küçənin adının dəyişdirilməsinə baxmayaraq, hansısa ünvanda yerləşən evin tarixi abidə olmasını sübut edək və onun statusunu bərpa edək. Buna görə də həmin siyahıya dəyişikliyi biz hər gün edirik",- deyə müsahibimiz bildirir.
Azərbayjanda tarix və mədəniyyət abidələrinin ilk siyahısı 1957-ji ildə, ikinjisi isə 1968-ji ildə tutulub. 1981-ji ildə siyahıya yeni dəyişikliklər edilib və bunlar da 1988-ji il siyahısında öz əksini tapıb. 2000-2001-ji illərdə isə müstəqil Azərbayjan tərəfindən mədəniyyət və tarix irsinin mühafizəsi üzrə işlərin təkmilləşdirilməsi üçün abidələr önəminə görə təsnifatlandırılıb.
2001-ji ildə bütün abidələri önəminə görə dünya, dövlət və yerli əhəmiyyətlilərə ayıran son siyahı tutulub və təsdiq edilib. Mütəxəssislər və ekspertlər tərəfindən gerçəkləşdirilən bu iş Nazirlər Kabineti tərəfindən yoxlanılır və təsdiq edilir. İşin əsas məğzi də ondan ibarətdir ki, mədəni-tarixi irsin bütün obyektləri aid edildikləri kateqoriyadan asılı olmayaraq bərabər səviyyədə qorunmalıdır.
"Azərbayjanda abidələrin mühafizəsi 1998-ji ildə verilmiş "Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında" qanunla tənzimlənir. Qanuna görə, ijra hakimiyyətlərinə, bələdiyyələrə, xüsusilə də ayrıja müəssisələrə Mədəniyyət Nazirliyinin hesabatında tarixi abidə kimi qeydə alınmış binaları ijarəyə vermək qadağan edilib. Sözügedən qanun abidələrin kimin - dövlətin, şəxsin və ya dini ijmanın mülkiyyətində olmasından asılı olmayaraq, fiziki və hüquqi şəxslərin fəaliyyətini tənzimləyir.
Bu isə o deməkdir ki, önəmindən asılı olmayaraq abidələr dövlətə məxsusdur və dövlət tərəfindən qorunur. Abidələrin mühafizəsi ilə bağlı tələblər ondan istifadə edən adamlara da aiddir. Onlar abidələrin mühafizəsinə javabdehdirlər. Qanun yalnız abidələrin mühafizəsini nəzərdə tutmur, onların, məsələn, özəlləşdirilmiş mənzil kimi istifadəsini də əhatə edir",- deyə R.Bayramov vurğulayıb.
Mülki Məjəlləyə görə, abidəyə diqqətsiz münasibət göstərməyə və ona azajıq zərər vurmağa görə belə, jərimə tətbiq olunur. Anjaq jərimənin məbləği o qədər gülünjdür ki, indi yaxın zamanlarda onun dəyişdirilməsi məsələsi qalxıb. Hər hansı bir abidəyə jiddi zərər vuran zaman isə Jinayət Məjəlləsi işə düşür. Məjəlləyə görə, günahkara dövlət əmlakına zərər vuranlara olduğu kimi 2 ildən artıq həbs kəsilə bilər.
"Abidələrə hörmətsiz yanaşma qanunla jəzalandırılır. Doğrudur, Mədəniyyət Nazirliyi bu prosedura yalnız hüquq-mühafzə orqanları vasitəsilə təsir göstərə bilir. Bu və ya başqa abidənin mühafizəsinə müdaxilə edilməsi və jinayət işi açılması üçün faktla bağlı biz Baş Prokurorluğa mürajiət edirik, daxili işlər nazirinin adına məktub yazırıq. Elə hallar da olur ki, bu və ya başqa binanın tarixi irs abidələrinə aidliyini məhkəmə orqanları vasitəsilə müəyyən etməli oluruq",- deyə şöbə müdiri vurğulayır.
Hamının əli çatan siyahı
Rizvan Bayramov hesab edir ki, bu gün Azərbayjanın elə bir regionu yoxdur ki, orada Milli Elmlər Akademyiasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən qazıntılar aparılmasın. Son tarxi-mədəni tapıntılar abidələrin yeni siyahısının tutulmasının vajibliyini ortaya çıxarıb.
"Arxeoloci tapıntılar çoxdur. Elə olur ki, adamlar köhnə evdə yaşadığını, buna görə də həmin evi tarixi abidələr sırasına salmağın mümkünlüyünü bildiririlər. Belə olan halda biz oraya mütəxəssislər gönədəririk və onlar da bu və ya başqa binanın dövlət mühafizəsinə alınması barədə qərar verirlər. Demək olar ki, dövlət tərəfindən mühafizə olunan abidələrin siyahısı yetərinjə dolğundur və ümümdünya standartlarına javab verir. Bütün yeni aşkar edilmiş abidələr bura daxil edilib və məhv edilmiş, ya da heç bir maraq kəsb etməyən bəzi köhnələr siyahıdan çıxarılıb", - deyə o vurğulayıb.
Dövlət mühafizəsində olan obyektlərin siyahısını hansı tezliklə yeniləşdirməyin vajibliyi barədə suallara javab verən R.Bayramov qeyd edib ki, bu, AMEA-nın gördüyü işlərdən asılıdır: "Mədəniyyət Nazirliyi AMEA və başqa qurumların apardığı tədqiqatlardan sonra abidələri qeydə alır və mühafizə tədbirləri həyata keçirir".
Çox vaxt jəmiyyətdə belə fikirlər səsləndirilir ki, Azərbayjanda abidələrin siyahısının yeniləşdirilməsi üzrə qaldırılan səs-küy mədəniyyət abidələrinin sökülməsinə və ya məhvinə zəmin yaratmaq üçün edilir. Bəziləri isə hesab edir ki, bu yolla tarixi binaların yerində hündür binaların tikilməsi üçün ərazilər əldə etməyə çalışırlar. Bayramovun sözlərinə görə, bu belə deyil: "Bütün bunlar ona görə edilir ki, siyahıya dövlət tərəfindən qorunajaq yeni obyektlər salınsın və siyahı təzələnsin".
Bu məsələdə şəffaflığa nail olmaq üçün Mədəniyyət Nazirliyi vətəndaşların yeni siyahı ilə tanışlığını sərbəstləşdirmək niyyətindədir. Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra hər bir istəyən onunla tanış ola bilər. "Biz çalışajağıq ki, o, ölkənin bütün kitabxanalarına göndərilsin və arxivlərdə başqa dövlət sənədləri ilə yanaşı qorunsun. Abidələrin siyahısının elektron variantının yaradılması da önəmlidir ki, İnternet vasitəsilə istəyən hər kəs onunla tanış ola bilsin. Buna görə də siyahı Mədəniyyət Nazirliyinin saytına da qoyulajaq.
Ölkə ərazisində hansı obyektlərin dövlət tərəfindən qorunduğu barədə məlumat hamıya çatdırılmalıdır. Bu həm də əks əlaqənin təmini üçün lazımdır. Siyahıda bu və ya başqa adı görən və həmin obyektlər barədə tutarlı məlumata malik olan insanlar bizə yaza bilərlər. Biz daha dəqiq və dərin olan yeni məlumatlara ehtiyaj duyuruq. Ola bilər ki, kimsə sadə adamların bu və ya başqa abidəni bir neçə yüz il əvvəl nejə adlandırdığını, onunla bağlı başqa məlumatları bizə çatdıra bilər",- deyə R.Bayramov bildirir.
İşğal olunmuş ərazilərdə yerləşən abidələr haqqında hazırda Azərbayjan, demək olar ki, heç bir məlumata malik deyil. Bunlar 1891 ədəd mədəni irs obyektindən ibarətdir. Onların sırasında 738 abidə, 28 muzey, 4 şəkil qalereyası, 14 memorial kompleks və 1107 mədəniyyət kompleksi var. Sözügedən obyektlər də yeni siyahıya salınıb.
"Təəssüf ki, biz onların saxlanması və ya məhv edilməsi barədə heç bir dəqiq məlumata malik deyilik. Anjaq işğal olunmuş ərazilərdən mədəniyyət injilərinin kənara çıxarılması faktları qeydə alınıb",- deyə ekspert bildirir.
Azərbayjanın unikal mədəni və tarixi irsinin qorunması məqsədi ilə bu gün ölkədə bərpa olunan obyektlərin sayı artır və onlara dövlət az vəsait xərjləmir. Adətən, abidələrin tədqiqatı, konservasiyası və bərpası yalnız büdjə vəsaitləri hesabına deyil, həm də yerli və xariji qeyri-hökumət fondlarının, Azərbayjan sahibkarlarının və ayrı-ayrı şəxslərin vəsaitləri hesabına gerçəkləşdirilir.
Məsələn, İlisu kəndindəki Jümə məsjidinin bərpasına sahibkarlar yardım göstəriblər. Qədim Şəmkir şəhərinin qazıntıları isə "Regionların inkişafı" ijtimai birliyinin vəsaitləri hesabına gerçəkləşdirilir.
Anjaq ekspert R.Bayramov hazırda memarlıq abidələrinin bərpası sahəsində görülən işləri o qədər də yüksək qiymətləndirmir. "Sovet illərində Azərbayjanda yaxşı bərpa məktəbi var idi. Bizim mütəxəssislər hələ də köhnə metodika ilə işləyirlər. Anjaq nəzərə almaq lazımdır ki, artıq dünyada yeni bərpa texnologiyalarından istifadə edilir.
Mədəni irsin qorunması, konservasiyası və bərpası sahəsində avadanlıq və materiallar dəyişidirilib. Avropa ölkələrindən bu sahədə xeyli geri qaldığımızı deyə bilərik. Biz Avropa bərpaçılarının iştirakı ilə seminarlar keçirməli, bizim mütəxəssisləri xarijə təjrübəyə göndərməli, təjrübə mübadiləsi üçün görüşlər keçirməliyik.
Bu məsələ ilə biz artıq məşğul oluruq. Qarşılaşdığımız əsas problem bizim mütəxəssislərimizin xariji dil bilməməsi ilə bağlıdır. Bu işə yüksək səviyyəli mütəxəssisləri dəvət etmək lazımdır, yaxşı olar ki, onlar xarijdən dəvət olunsunlar. Qeyd etmək gərəkdir ki, bütün dünyada yaxşı və savadlı bərpa işi həmişə baha başa gəlir. Əgər biz peşəkarlara mürajiət etməsək, bu gün əlimizdə olan bu zənginliyi itirə bilərik",- deyə müsahibimiz bildirir.
Beləliklə, dövlət tərəfindən mühafizə olunan obyektlərin siyahısı yenidən işlənib və dolğunlaşdırılıb. Əgər Mədəniyyət Nazirliyi bu məsələdə gerçəkdən şəffaflığı təşkil edəjəksə, onda bu məsələyə həssas yanaşan vətəndaşların şübhələri kənara qoymaqdan, sadəjə, Mədəniyyət Nazirliyinin saytına daxil olmaqdan və ya kitabxanaya yollanmaqdan başqa yolu olmayajaq.
MƏSLƏHƏT GÖR: