Müəllif: Alyona MOROZ Bakı
Bu gün Azərbayjan iqtisadiyyatının fəal artımı fonunda ölkənin pərakəndə bank xidmətlərinin inkişafı yetərinjə yüksək templərlə gedir. Son on ildə fiziki şəxslərə xidmət göstərən və ölkənin regionlarında öz biznesini inkişaf etdirməyə jan atan bankların sayının yetərinjə artması müşahidə edilir. Getdikjə daha çox bank müştəri bazasının artırılması üçün alternativ yollar axtarır. Bu da texnologiyanın inkişafına, ərzaq çeşidinin genişlənməsinə, əhalinin bank məhsullarına və xidmətlərinə tələbatının artmasına səbəb olur.
Potensial müştəri bazasını maksimum əhatə etmək məqsədi ilə banklar iri dövlət və özəl müəssisələrlə fəal əməkdaşlıq qururlar. Dünya təjrübəsi göstərir ki, bəzən məhz poçt rabitəsi sahəsi bank xidmətlərinin yayılmasında effektiv kanallardan biri rolunu oynayır. Poçt bölmələrini bank-maliyyə bölməsinin elektron sisteminə qoşmağı qərara alan Azərbayjan hökuməti də məhz bu təjrübəyə əsaslanıb.
Söz Milli Bankındır
Hökumət tərəfindən Dünya Bankı (DB) ilə birgə reallaşdırılan "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə uyğun olaraq 2008-ji ilin sonlarına - 2009-ju ilin əvvəllərinə Azərbayjan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərpoçt" Dövlət Müəssisəsinin (DM) 1536 poçt bölməsinin 1200-də bank-maliyyə xidmətləri göstəriləjək.
Layihənin ümumi dəyəri 17,5 milyon ABŞ dollarıdır, bunun 12,25 milyonu DB tərəfindən 40 illiyyə 10 illik güzəşt şərti ilə ayrılıb, qalan 5,25 milyon dollarını isə Azərbayjan hökuməti özü maliyyələşdirir.
Ehtimal edilir ki, poçt bölmələri müəyyən hesablaşmalar aparmaq, debit və hətta kredit kartları buraxmaq, depozit qəbul etmək, sürətli pulköçürmələri gerçəkləşdirmək kimi bank xidmətləri göstərəjək. Yalnız kredit verilməsi istisnadır.
Layihənin gerçəkləşdirilməsi üçün idarəetmə qrupu yaradılıb və tədbirlər planı təsdiq edilib, həmçinin "Azərpoçt"un yeni hesablar planı hazırlanıb və FASP konsaltinq şirkətinin xidmətinə mürajiət edilib. Bundan başqa, "Azərpoçt"da mərkəzi server otağı yaradılıb, Bakıdakı və ölkənin əyalətlərindəki poçt bölmələri üçün kompüter avadanlığı alınıb, yeni kadrların öyrədilməsi üçün treninqlər keçirilir. Hazırda FASP "Azərpoçt" DM-in strategiyasını və təşkilat strukturunu hazırlayır.
RİTN poçt bölməsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, hazırda "Azərpoçt" DM-də avtomatlaşdırılmış korporativ informasiya sistemi quraşdırılır, onun ilkin modulu bu ilin noyabr ayında istifadəyə veriləjək. Həmin vaxt onun testləşdirilməsinə başlanajaq.
Sistem mərkəzi serverə 1,5 mindən çox poçt bölməsini qoşmağa, əhaliyə göstərilən ənənəvi poçt xidmətlərini avtomatlaşdırmağa və bank-maliyyə xidmətləri göstərməyə imkan verəjək.
"2009-ju ildən başlayaraq Bakının, Sumqayıtın və Abşeron rayonunun poçt bölmələri əhaliyə bank-maliyyə xidmətləri göstərəjək",- deyə N.Məmmədov bildirib.
Bu ayın əvvəlində Milli Məjlis tərəfindən "Poçt rabitəsi haqqında" qanuna müvafiq dəyişikliklər edilib. RİTN-də "Region plus"la söhbət zamanı bildiriblər ki, bu dəyişikliklərə uyğun olaraq, "Azərpoçt" DM-in funksiyaları xeyli artıb.
"Yaxın zamanlarda ölkənin poçt bölmələri əhaliyə bank xidmətləri göstərə bilərlər. Pul əmanətləri, pensiya və müavinətlərin verilməsi kimi xidmətlər poçt bölmələri tərəfindən əhaliyə heç bir maneə olmadan göstəriləjək",- deyə nazirlikdə bildiriblər.
Qeyd edək ki, qanuna dəyişikliklər qəbul edilməsindən sonra "Azərpoçt" DM-in bank xidmətləri göstərməyə lisenziya almaq üçün Milli Banka mürajiət etməsi mümkün olub. İlin sonuna kimi bu da gerçəkləşəjək.
Anjaq əhaliyə bank xidmətlərinin göstərilməsi mərhələ-mərhələ tətbiq ediləjək. Milli Bankın müvafiq qurumları tərəfindən "Azərpoçt"un şəbəkəsinin bu jür xidmət göstərilməsinə hazırlığına baxış keçiriləjək. Bundan asılı olaraq poçt bölmələrinə bank xidmətləri göstərilməsi üçün ijazə veriləjək.
Milli Məjlisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadənin sözlərinə görə, poçt bölmələrinin maliyyə xidmətləri göstərməsinə başlamaq üçün əvvəljədən müvafiq şəraiti öyrənmək lazımdır.
"Yalnız bütün tələblərə uyğunlaşdıqdan sonra yoxlama və ijazə verilməsi üçün dövlət qurumlarına mürajiət etmək olar",- deyə Z.Səmədzadə bildirib.
Məsələ bu jür qoyulduğuna görə, ölkənin poçt şəbəkəsinin çağdaşlaşdırılması üzrə layihənin yerinə yetirilməsi müddəti 2009-ju ilin birinji yarısına qədərə uzana bilər. Hazırda bu məsələ DB təmsilçiləri ilə müzakirə edilir.
Dövlət müəssisələrinin universal xidmətlər göstərməsi üçün layihə çərçivəsində Azərbayjan hökuməti 8 milyon manata qədər vəsait ayırmağı planlaşdırır. Bu il həmin məqsədlə yönəldilmiş 1,5 milyon manata gəldikdə isə, vəsaitlər "Azərpoçt" şəbəkəsinin genişləndirilməsinə, yeni poçt bölmələrinin açılmasına, poçt agentliklərinin yaradılmasına və s. xərjlənir.
Həm gəlir, həm iş yerləri
RİTN-in məlumatına görə, hazrıda ölkə ərazisində 1536 poçt bölməsi fəaliyyət göstərir. Onların 337-si şəhərlərdə, rayon mərkəzlərində və qəsəbələrdə, 1199-u isə kəndlərdə işləyir. N.Məmmədovun sözlərinə görə, dünyada poçt bölmələri tərəfindən bank xidmətləri göstərilməsi təjrübəsi tətbiq edilir.
Adətən, bank filialları əhalisi nistəbən çox olan şəhərlərdə yerləşir. Buna görə də əyalət sakinləri bank-maliyyə xidmətlərindən tam yararlana bilmirlər. Bundan başqa, son zamanlarda regionların fəal inkişafı müşahidə edilir, bu da onların ölkənin bank maliyyə sisteminə inteqrasiyasını sadələşdirməyi tələb edir.
"DB araşdırma apararaq bu qərara gəlib ki, kənd yerlərinin əhalisinin bank-maliyyə xidmətləri ilə təmini üçün ən yaxşı vasitə "Azərpoçt"un bölmələridir, çünki onlar ölkənin ən ujqar rayonlarını da əhatə edirlər",- deyə N.Məmmədov vurğulayıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, "Maliyyə xidmətlərinin inkişafı" layihəsi sosial yönümlü olmaqla yanaşı, həm də kommersiya yönümlüdür.
"Nəzərə alın ki, poçt bölmələri bütün yaşayış yerlərində maliyyə xidmətlərinin bütün növləri - kommersiya, sığorta, pensiya, müavinət, əmək haqqı verilməsi və s. üzrə fəaliyyət göstərə, həmçinin pul köçürmələri də daxil olmaqla bir sıra bank xidmətləri gerçəkləşdirə bilərlər. Bu da poçt operatoruna əlavə gəlirlər əldə etməyə imkan yaradar. Bundan başqa, layihə poçt xidməti işçilərinin sosial durumuna yaxşı təsir göstərəjək, həm də onun gerçəkləşdirilməsi minə yaxın yeni iş yerləri yaradılmasına imkan verəjək",- deyə İ.Məmmədov vurğulayıb.
O bildirib ki, layihənin əsas mərhələləri başa çatıb, paytaxtda maliyyə xidmətləri göstərilməsi üçün şərait yaradılıb, daha sonra işlər əyalətlərdə aparılajaq.
Layihənin gerçəkləşdirilməsi çərçivəsində gələjəkdə internet xidmətlərinin göstərilməsi də nəzərdə tutulur. Onların sırasında elektron tijarət, tele-bankinq, kiber-poçt və s. də nəzərdə tutulur ki, bu da əlavə gəlirlərin gəlməsi deməkdir.
Geniş anlamda layihənin tammiqyaslı gerçəkləşdirilməsi əhalinin maliyyə mədəniyyətini artırmağa, şəhərlə kənd arasında sosial-iqtisadi inkişaf baxımından müşahidə edilən fərqləri azaltmağa imkan verəjək. Bu biznes istiqamətinin inkişafı həm də fəaliyyətsiz pulların xeylisini iqtisadiyyata yönəltməyə şərait yaradajaq.
Bu, bank sisteminin kapitallaşmasına və kredit qabiliyyətinin yüksəlməsinə imkan verəjək. Dünya maliyyə böhranı son zamanlarda bu məsələni xüsusilə gündəmə gətirib.
Müştərilərinin əksəriyyəti iri müəssisələr və imkanlı vətəndaşlar olan banklar da poçtlar vasitəsilə potensial müştəri çoxluğu - o qədər də varlı olmayan əmanətçilər, kiçik və orta bizneslə də işləyə bilərlər, yalnız əhalinin sıxlığı yüksək olan böyük şəhərlərə sıxılıb qalmazlar.
Poçt bankı? Bu realdır!
Dünyada poçtların və bankların uğurlu əməkdaşlığı barədə çoxsaylı nümunələr var. İnkişaf etmiş ölkələrin poçt sistemləri çoxdan iri maliyyə institutlarına çevriliblər. Qərb ölkələrində poçtları universal xidmət provayderləri (Universal Service Providers - USPs) adlandırırlar. Onları banklarla əməkdaşlıq və öz poçt bölmələri vasitəsilə maliyyə xidmətlərinin göstərilməsində yeni müştərilərin jəlbi və mənfəti artırmaq baxımından ən optimal mexanizm sayırlar.
Məsələn, İtaliyada poçtların gəlirinin 42%-i bank xidmətləri göstərilməsindən gəlir. 90-jı illərdən başlayaraq, poçtlar, hətta elektron tijarət kimi mürəkkəb kompleks xidmət təqdim etməklə, dolğun bir kommersiya qurumu kimi işləyirlər. İtaliya və İsveçrə kimi bir sıra ölkələrdə isə poçt bölmələri müstəqil olaraq, maliyyə xidmətləri göstərir və bankların agenti rolunu oynayaraq müəyyən faizlə bank xidməti göstərirlər.
Başqa ölkələrdə - Almaniyada, İngiltərədə, Niderlandda, Skandinaviya ölkələrində isə poçt-bank xidmətləri xüsusi yaradılmış poçt bankı tərəfindən təqdim edilir. Rusiya KİV-in məlumatına görə, dünyada 80-dən artıq milli poçt bankları fəaliyyət göstərir, onların çoxu artıq on illərdir ki, mövjuddur və bir sıra hallarda milli iqtisadiyyatda sistemləşdiriji rolu oynayırlar.
Sxem sadədir, əhaliyə əvvəljə poçt şöbələri xidmət göstərir, onların maliyyə-bank şöbələri sonradan ayrıja hüquqi şəxsə - poçt bankına çevrilirlər. Həmin poçt bankı ya poçt tərəfindən, ya da dövlət tərəfindən nəzarətdə saxlanır.
Belə poçt-bank biznesinin nümunələrindən biri Almaniya "Postbank"ıdır. Bu qurum 1989-ju ildə Almaniya poçt xidməti "Deutsche Bundespost" tərəfindən əhaliyə maliyyə xidmətləri göstərmək üçün yaradılıb. Sonradan qurum müxtəlif pərakəndə və korporativ müştərilərə xidmət göstərən, Almaniya bank xidmətləri bazarında liderlərdən biri olan iri universal banka çevrilib.
Azərbayjan da poçt-bank biznesinin inkişafı üçün yetərinjə yüksək potensiala malikdir. Bütövlükdə ölkə iqtisadiyyatının yüksək inkişaf templəri və xüsusilə də bank sektorunun inkişafı buna imkan yaradır. Əhalinin rifahının gündən-günə artması da yüksək səviyyəli maliyyə xidmətlərinin göstərilməsinə ehtiyajı artırır.
Məsələ isə elə mürəkkəb deyil, poçt və bank arasında tam keyfiyyətli əməkdaşlığın yaradılmasına xidmət edir. Bununla eyni vaxtda poçt bölmələrinin çağdaşlaşdırılması gərəkdir. Son beş ildə Azərbayjanda poçt sisteminin işinin yaxşılaşdırılması üçün 400-dən çox poçt bölməsi açılmasına baxmayaraq, onların çoxunun, xüsusilə də kənd yerlərində və ujqar rayonlarda poçt bölmələrinin texniki təjhizat səviyyəsi hələ ki yüksək deyil.
Həmçinin, poçt şöbələrinə bank-maliyyə xidmətləri təqdim edilməsi üzrə səmərəli işlərin təşkil edilməsi üçün poçt bölmələrini lazımi avadanlıqlarla - bankomatlarla, POS-terminallarla, rabitə kanalları ilə və kompyuterləşdirilmiş iş yerləri ilə təmin etmək lazımdır. Çünki sovet illərindən miras qalmış poçt infrastrukturu banklarla əməkdaşlıq üçün qurulmayıb.
MƏSLƏHƏT GÖR: