14 Mart 2025

Cümə, 21:51

AZALMA ƏYRİSİ

Maliyyə böhranı dünya iqtisadiyyatının arxitekturasını dəyişə bilər

Müəllif:

20.10.2008

Ötən ilin yayında ABŞ-da baş vermiş ipoteka böhranı köpük kimi şişərək, nəhayət, bomba kimi partladı və dünya iqtisadiyyatını maliyyə böhranı ilə darmadağın etdi. Bunun mənfi təsirləri banklararası bazarda likvidliyin azalmasına səbəb oldu, bankların məxsusi kapitalı zəiflədi və bu, geniş alət diapazonunda risklərin yenidən qiymətləndirilməsinə məjbur etdi. Bu gün böhranın nətijələri dünyanın əksər ölkələrinin iqtisadiyyatlarının, demək olar ki, bütün seqmentlərində özünü göstərir. 

Oktyabrın ortalarına Avropa Birliyinin 15 ölkəsi yaranmış durumdan çıxışla bağlı birgə plan qəbul ediblər. Gələn ilin sonuna kimi büdjə vəsaitləri hesabına problemli bankların səhmlərini almaq barədə razılığa gəliblər. Bu məqsədlə hansı məbləğdə pul lazım gələjəyi hələ bəlli deyil. Yalnız bu məlumdur, Parisdə qəbul edilmiş bu plan Beynəlxalq Valyuta Fondu (BVF) tərəfıindən bəyənilib. 

Başqa yeni iri maliyyə qurumlarının darmadağın olmasına imkan verməmək üçün Köhnə Dünya dövlətləri 2009-ju ilə kimi banklararası borjlara zəmanət vermək barədə öhdəlik götürüblər. Həm də bildirilib ki, sammitin gedişində əldə edilmiş çərçivə sazişinə görə, hakimiyyətlər imtiyazlı səhmləri almaqla kredit qurumlarına vəsait yatırajaqlar, beləliklə, bu da onlara əlavə vəsait ötürülməsinə imkan yaradajaq. 

Bu planın dünya iqtisadiyyatının azalma əyrisini düzəldib-düzəltməyəjəyini zaman göstərəjək. Anjaq BVF başçısı Domenik Stross-Kanın dediyinə görə, böhranın və dünya iqtisadiyyatının qloballaşmasının dərslərindən nətijə çıxararaq, dünya maliyyə sisteminin bütün arxitekturasını dəyişmək gərəkdir. 

 

"Hər şey məhv ola bilərdi, məhv oldu da"

Tanınmış milyarder Jorj Soros dünya iqtisadiyyatının indiki vəziyyətini bu jür səjiyyələndirib. "Substandart ipotekadan başlanmış, böhran bütün girovlu borj öhdəliklərini əhatə etdi, bələdiyyə əmlakının və ipotekanın ilkin və təkrar sığortalanması ilə məşğul olan bütün şirkətlərin mövjudluğunu şübhə altına aldı və çox trilyonluq kredit svopları bazarının (aktivləri və ya öhdəlikləri müvəqqəti olaraq dəyişmə imkanı yaradan maliyyə aləti bazarı - red.) çökməsi təhlükəsini yaratdı", -deyə o vurğulayır. 

Ən son zərbə maliyyə sisteminin əsasını təşkil edin banklararası kredit bazarındakı çöküş oldu. Bu onunla bağlıdır ki, banklar vəsaitlərini saxlamaq məjburiyyətindədirlər, çünki tərəfdaşlarına etibarı itiriblər. Mərkəzi banklar bazara nəhəng məbləğlərdə pullar tökməyə məjbur oldular. Yetərinjə çox sayda maliyyə qurumlarına yetərinjə geniş istiqrazlar toplusu kreditə verdilər. "Nətijədə, indiki böhran müharibədən sonrakı dövr üçün ən jiddi böhrana çevrildi",- deyə Soros vurğulayıb. 

Daha əvvəl BMT Tijarət və İnkişaf Konfransı YUNKTAD-ın iqtisadçıları da bunu, anjaq bir qədər yumşaq tərzdə bildirmişdilər. Onların fikrinjə, hazırkı qlobal maliyyə böhranı və bir sıra ölkələrin pul-maliyyə siyasətinin sərtləşdirilməsi 2008-ji ilin qalan hissəsində və 2009-ju ildə dünya iqtisadiyyatı üçün yetərinjə çətinliklər yaratmağı vəd edir. 

BVF isə öz növbəsində ümumdünya üzrə maliyyə qurumlarının və bankların baş vermiş böhrandan itkilərinin proqnozunu 914 milyard dollardan 1,4 trilyon dollara qədər artırıb. Özü də bu itkilərin 560 milyard dolları artıq 2008-ji ilin sonuna kimi qeydə alınıb. 

Qlobal səviyyədə böhran bütün dünya üzrə istehsal artımının zəifləməsinə gətirib. Proqnoza görə, 2008-ji il üzrə qlobal artım 3,7 faiz səviyyəsinə qədər düşəjək ki, bu da 2007-ji ildə qeydə alınandan 1 faiz azdır.  Bundan başqa, 2009-ju ildə artım tempinin dəyişməz qalajağı ehtimal edilir. Həmçinin, inkişaf etmiş iqtisadiyyata malik ölkələrlə formalaşmaqda olan bazarların göstərijiləri arasında fərq olması davam edəjək. Özü də iqtisadiyyatı inkişaf etmiş ölkələrdə artım templəri zəruri potensialdan da aşağı düşəjək. 

Bütün bunların fonunda daha bir təhlükə - deflyasiya təhlükəsi özünü göstərir. Dünya maliyyə bazarlarının çökməsi, xammalın qiymətinin düşməsi, həmçinin kreditləşdirmə şərtlərinin sərtləşdirilməsi kimi amillər qiymətlərin düşməsi dönəminin davam edəjəyini göstərir. "Baxmayaraq ki, neftin qiymətlərinin qalxmasından, ərzaq qiymətlərinin öz pikinə çatmasından jəmi bir neçə ay keçib və inflyasiya hələ də bəzi ölkələrin mərkəzi bankları üçün problem olaraq qalır, anjaq müxtəlif ölkələrin hökumətləri tərəfindən iqtisadiyyatı müəyyən səviyyədə saxlamaq üçün görülən tədbirlər nətijə verməyəjək və bu, iqtisadiyyatın real sektorunda qiymətlərin düşməsinə səbəb olajaq",- deyə iqtisadçılar bildirirlər. 

Bununla belə, son zamanlarda o jümlədən Azərbayjanın da aid olduğu inkişaf etməkdə olan ölkələr barədə nisbətən əlverişli proqnozlar səsləndirilməkdədir. Onlarda artım göstərijisi bir sıra iri inkişaf etməkdə olan ölkələrdə sabit daxili tələbat hesabına 6 faizə qədər təşkil edə bilər. Formalaşmaqda olan bazarlarda, həmçinin inkişaf etməkdə olan ölkələrdəki dayanıqlılığın əsasında onların qlobal iqtisadiyyata inteqrasiyasının dərinləşməsi durur. Həmçinin, bu dayanaqlılıq əvvəlkilərə baxanda əmtəə bircalarındakı indiki qiymət bumunun genişmiqyaslı xüsusiyyətdə olması üzündən ixrajatın artması, birca məhsulları ixraj edən ölkələrdə birbaşa xariji və daxili sərmayələrin çoxalması ilə bağlıdır. 

Anjaq BVF-də hesab edirlər ki, inkişaf etməkdə olan ölkələrin hələ ki böhranın təsirinə düşməmiş kimi görünən bazarları da son zamanlar böhran təsirinə məruz qalıblar. Avropanın bir çox inkişaf etməkdə olan iqtisadiyyatları xariji bankların və ya xariji sərmayəçilərin kerditləri ilə dəstəklənirlər və indi həmin maliyyələşdirmə qaynaqları tükənib. Xariji bankların həmin ölkələrdəki nümayəndəliklərinin öz öhdəliklərini yerinə yetirəjəyi barədə verdiklərə sözə baxmayaraq, öz doğma ölkələrində işləri yaxşı getmədiyi zaman avtomatik olaraq xarijdə genişlənməyi dayandırajaqlar. 

Beynəlxalq analitiklərin fikrinjə, inkişaf etməkdə olan ölkələrin çoxu üçün perspektivlər başlıja olaraq onların ixraj etdikləri məhsulların qiymətinin dinamikasından asılı olajaq. Qiymətlərin son 20 ildəki səviyyəyə baxanda daha yüksək olajağı barədə proqnozlar bir neçə struktur amili ilə bağlıdır. 

 

İşıq uju

Anjaq heç də analitiklərin hamısı baş almış böhranın tamamilə iqtisadi əsaslara dayandığını və ipoteka bazarında baş vermiş səhvlərdən qaynaqlandığını düşünmürlər. Böhran dövrünə yetərinjə çox siyasi hadisələr uyğun gəlir. Bunların sırasında ABŞ-da prezident seçkilərini də, Rusiya-Gürjüstan qarşıdurmasını da göstərmək olar. 

"Bu, süni yaradılmış fəlakətdir və onun qarşısının alınması imkanları bizim öz əlimizdədir",- deyə Dünya Bankının (DB) prezident Robert Zellik DB və Beynəlxalq Valyuta Fondunun (BVF) inkişaf komitəsinin ijlasının yekunlarına görə bildirib.  

Onun sözlərinə görə, "sentyabr və oktyabrda baş vermiş hadisələr göstərdi ki, bazarları yeni qlobal iqtisadiyyat üçün modernləşdirmək lazımdır" və onu "çoxtərəfli" etmək lazımdır. R.Zellik həmçinin vurğulayıb ki, "hazırda nəzərləri yalnız indiki böhrana yönəltmək lazım deyil, həm də yeni sistem yaratmaq lazımdır ki, gələjəkdə bu jür böhranlar təkrarlanmasın".  

Əvvəlki böhranların təjrübəsini nəzərə alan BVF hesab edir ki, vəziyyətdən çıxmaq üçün böhranın toxunduğu bütün ölkələrin kollektiv və əlaqələndirilmiş səylərini birləşdirmək lazımdır. Yəni belə vəziyyətdə təkjə bu yaxınlarda ABŞ hakimiyyəti tərəfindən təsdiq edilmiş və bazardan ipoteka aktivlərinin alınmasını nəzərdə tutan 700 milyard dollarlıq plan yetərli deyil. 

Yada salaq ki, ABŞ-da ölkənin maliyyə sisteminin sabitləşdirilməsi üzrə tədbirlər haqqında qanun layihəsi qəbul edilib. 700 milyard dollarlıq layihə banklara vəsait çatışmazlığından və mümkün iflasdan qaçmağa imkan verir. Bu layihə 1930-ju illərdə baş vermiş böyük depressiya zamanından Amerika iqtisadiyyatına dövlətin ən irimiqyaslı müdaxiləsi sayılır. 

BVF-nin qiymətləndirməsinə görə, hazırda dünya maliyyə institutlarına 675 milyard dollar yeni kapital jəlb etmək lazımdır, anjaq indiki vəziyyətdə özəl bölmədə kapital jəlb etmək mümkün deyil və bu qurumların dövlət balansına keçirilməsi imkanlarına baxmaq lazımdır. Üçünjü tədbir maliyyə bölməsində likvidliyi qorumaq üçün dövlət fəaliyyətləri olmalıdır. 

YUNKTAD-ın iqtisadçıları qiymətlərin şok dəyişdirilməsindən asılılığın azaldılmasının daha səmərəli uzunmüddətli strategiyası kimi diversifikasiyanı və sənaye inkişafını tövsiyə edirlər. Bu jür yanaşma yeni istehsalat güjlərinə, yəni daha çoxçeşidli və mürəkkəb məhsullar istehsalına və infrastruktura sərmayə yatırımının artırılmasını tələb edir.  

Bu zaman inkişaf etməkdə olan və formalaşan bazar ölkələrindən inflyasiyanın qarşısını almaq, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə iqtisadi geriləmə və maliyyə bazarlarındakı yüksək stress nətijəsində artım templərinin azalması ilə bağlı risklərə hazır olmaq tələb edilir. Bir çox ölkələrdə inflyasiyanı nəzarətdə saxlamaq üçün pul-kredit siyasətinin gələjək sərtləşdirilməsi də tələb edilə bilər. Valyutanın dəyərinin çevik məzənnə recimi şəraitində artırılması adətən pul-kredit siyasətinin sərtləşdirməsinə böyük dəstək verir. 

Valyutasının məzənnəsi ABŞ dollarına münasibətdə sərt tənzimlənən ölkələr javab addımlarının atılması üçün daha az imkanlara malik olurlar, çünki artan faiz dərəjələri daha iri kapital axınlarını stimullaşdıra bilər. Vergi-büdjə və maliyyə siyasəti də iqtisadiyyatda "hərarət"in və onunla bağlı problemlərin qarşısının alınmasında yararlı işlər görə bilər. Xərjlərin azaldılması da daxili tələbatı azaltmağa, pul-kredit siyasətinin sərtləşdirilməsinin vajibliyini azaltmağa, həmçinin kənardan qısamüddətli kapital axınının azalmasına imkan yarada bilər. 

 

Azərbayjan təşvişə düşməyib

Azərbayjana gəldikdə isə, dünyada tüğyan edən böhranın iqtisadiyyata elə bir aydın təsiri hələ ki müşahidə edilmir. Buna baxmayaraq, hökumət yeni maliyyə alətləri və institutları tətbiq edilməsi planlarına düzəlişlər etməyə məjbur olub. Belə ki, qlobal böhran 2008-ji ildə Azərbayjanın ilkin avrobondlarının buraxılması üzrə şəraitin yaradılmasına son ümidləri yoxa çıxardı, həmçinin özəl pensiya fondlarının yaradılması templərini xeyli gejikdirdi. 

Həmçinin bank bölməsinə də müəyyən qədər təsirlər hiss edilir. Belə ki, ölkənin bir çox kommersiya bankları istehlak kreditləri verməyi tam və ya qismən dayandırıblar və bu prosesi likvidlik problemi ilə izah edirlər. İqtisadi inkişaf naziri Heydər Babayev xarijdən jəlb edilən resursların güjlü bahalaşması ilə böhranın Azərbayjanın bank bölməsinə müəyyən qədər təsir etməsini bildirməklə yanaşı vurğulayb ki, Azərbayjan bankları bu jür resurslara alışıb. 

"Prinsipjə, indiyə kimi onların ujuz maliyyə mənbəyi olmayıb. Mən düşünürəm ki, dünya maliyyə böhranı Azərbayjan iqtisadiyyatına heç bir təsir göstərməyib, bu gün müşahidə edilən təsirlər isə daha çox maliyyə yox, psixolloci amillərlə bağlıdır",- deyə Heydər Babayev vurğulayıb. 

13 avqust 2007-ji ildə fəaliyyətə başlamış Azərbayjan Əmanətlərin Sığortası Fondu (ADIF) da fiziki şəxslərdən jəlb edilmiş depozitlərə görə sığorta dəstəyinin planlaşdırılmamış artımına ehtiyaj duymur. "Bu baxımdan bankların fəaliyyəti yüksək riskdən məhrumdur. Onların xariji borjlanmaları yalnız 1,76 milyard  manat səviyyəsindədir ki, bu da onların 8 milyard manatı keçən aktivlərinin 20 faizindən aşağı göstərijidir. Əgər xariji borjlanmalar bank aktivlərinin 50 faizindən yüksək olardısa, onda sığorta təminatının ölçüsünün müəyyən edilmiş müddətdən əvvəl yüksəldilməsi haqqında düşünməyə dəyərdi",- deyə fondun ijraçı-direktoru Azad Javadov bildirib. Onun fikrinjə, ölkənin 10 milyard manat səviyyəsində olan valyuta aktivləri və 11 milyard manat səviyyəsində olan büdjə vəsaitləri bazara əlavə dayanıqlılıq verir (Fineko). 

Bundan başqa, oktyabrın 14-də Azərbayjan Milli Bankı (AMB) uçot dərəjəsini illik 15 faizdən 12 faizə endirmək barədə qərar qəbul edib. Bununla yanaşı, banklararası kreditləşdirmə üçün uçot dərəjəsinin maksimum astanası 20 faizdən 17 faizə endirilib. 

Həmçinin, noyabrın 3-dən bankların rezidentlər qarşısında öhdəliklər üzrə məjburi  rezervləşdirmə öhdəlikləri həm milli, həm də xariji valyutada 12 faizdən 9 faizə endirilir. Bankların xariji öhdəliklər üzrə məjburi rezervləşdirmə norması isə 5 faizdən sıfıra salınıb. 

Milli Bankın məlumatında bildirilir ki, qlobal dünya böhranı Azərbayjan iqtisadiyyatının fundamental əsaslarına təsir göstərməyib. Azərbayjanın strateci valyuta ehtiyatları oktyabrın əvvəllərinə 17 milyard dollardan çox olub və toplam xariji aktivlərdən 9 milyard dollar artıqdır. Yəni hazırda təlaşa səbəb yoxdur. 


MƏSLƏHƏT GÖR:

445