14 Mart 2025

Cümə, 20:48

ÖLMƏZLİK ZİRVƏSİ

Azərbaycanda milli musiqi günü və dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüyi qeyd olundu

Müəllif:

01.10.2008

18 sentyabr Azərbayjanda Musiqi günüdür. Çoxəsrlik Azərbayjan musiqi mədəniyyətində həmin gün son dərəjə böyük hadisə baş verib. Dahi bəstəkar, müasir professional Azərbayjan musiqisinin banisi, geniş bilik diapazonlu alim, nəzəriyyəçi, dramaturq, maarifçi, yüksək səviyyəli publisist, görkəmli ijtimai xadim, xalqının sevimli və unudulmaz musiqi peyğəmbəri, Azərbayjanda opera injəsənətinin əsasını qoymuş, xalqının bədii mədəniyyət tarixində xariqələr yaratmış, yeni tembr imkanları axtarışında uğurlar qazanmaqla ilk dəfə olaraq Avropa və Şərq alətlərinin ifa imkanlarını sintez edə  bilmiş (möhtəşəm "Koroğlu" operasında simfonik orkestrdə  qaval, zurna, tar milli alətlərinin səslənməsi bunun bariz sübutudur) Üzeyir bəy  məhz həmin gün dünyaya gəlib.

 

Xalq üçün musiqi

 

Azərbayjanda ilk dəfə  notla çalan xalq çalğı alətləri okestri yaradan Üzeyir bəyin bilavasitə təsiri ilə ifaçılıqda çoxsəslilik  meydana gəlib.. "Koroğlu" operasında "Çənlibel" səhnəsində xor çoxsəsliliklə oxuyur. Xatırladaq ki, Üzeyir bəy bu yeniliyi tətbiq edənə qədər Azərbyjanın ifaçılıq sənətində birsəslilik hökm sürürdü.  Üzeyir bəy  Azərbayjanda ilk dəfə milli xor təşkil edəndən sonra onun ifasında çoxsəsliliyin yer alması üçün böyük zəhmət çəkmişdi. Təsəvvürünüzə gətirin ki, tərkibində musiqi təhsili görmüş ifaçıların azlıqda qalması şəraitində çoxsəsliliyi öyrətmək nə qədər çətin bir iş idi. Bunun sübutu üçün misal çəkmək yerinə düşər.

Son vaxtlar çox sayda  yaradılan "qruplar" hələ də çoxsəsliliklə oxuya bilmədiklərindən, bir səslə oxuyurlar ki, bu da musiqi əsərinin yeknəsəq səslənməsi ilə nətijələnir və dinləyijiyə təsirsiz ötüşür; bütün bunlar Üzeyir bəy ənənələrinə biganəliyin nətijəsidir.

Üzeyir bəy musiqinin   elmi əsaslar üzərində inkişafına çalışırdı. O bilirdi ki, gərgin zəhmətsiz heç bir inkişafa nail olmaq mümkün deyildir. Musiqi injəsənətini sürətlə inkişaf etdirmək üçün  Üzeyir bəyin təşəbbüsü ilə 1921-ji ildə azərbayjanlı oğlanlar və qızlar üçün xüsusi musiqi məktəbi yaradıldı. Həmin məktəbdə 500-dən artıq tələbə təhsil alırdı. 1926-jı ildə bu məktəb Azərbayjan Dövlət Konservatoriyasına  birləşdirildi. Tələbələr ümumi musiqi  təhsili almaqla yanaşı, Azərbayjan xalq musiqisini praktik və nəzəri baxımdan da dərindən öyrənirdilər. Zəngin koloritli xalq musiqimizin polifonik formalar üçün tutarlı özül olduğuna dərindən inanan dahi bəstəkar onun müəyyən inkişaf mərhələsində  ümumdünya musiqi injəsənətinə  tutarlı yeniliklər gətirəjəyinə inanırdı. O, formalizm əsasında ərsəyə gətirilmiş musiqini, hoqqabazlığı, injəsənətə səthi münasibət bəslənilməsini xoşlamırdı. Üzeyir bəy dünya musiqi klassiklərinin-Jüzeppe Verdinin, Mixail Qlinkanın, Pyotr Çaykovskinin  və başqa tərifəlayiq sənətkarların əsərlərini dinləməkdən zövq alırdı. Bu bəstəkarların əsərləri melodiya zənginliyi, forma injəliyi, məzmun dolğunluğu və ideyalılığı  ilə dahi bəstəkarımızı həmişə məmnun qoyurdu. Onda formalistjəsinə yazılmış əsərə  maraq doğurmağa səy göstərənlərə  deyirdi: " Musiqini elə yazmaq lazımdır ki, onu xalq başa düşsün". Azərbayjan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alan tələbələrə  musiqi yaradıjılığında sadəliyə, xəlqiliyə, realizmə  üstünlük verilməsini  məsləhət görürdü. Deyirdi ki, xalq üçün musiqini onun başa düşəjəyi dildə yazmaq lazımdır. Janlı musiqi ilə əlaqəni kəsmək olmaz. Onun məramı gənj Azərbayjan bəstəkarlarını düzgün yaradıjılıq yoluna istiqamətləndirmək idi. Üzeyir bəy Azərbayjan konservatoriyasının məzunlarının  Moskvada, Leninqradda, Bakıda keçirilən ifaçılıq müsabiqələrində iştirak etmələrini vajib sayır, buna görə də müsabiqələrin cürilərində həvəslə iştirak edirdi. O, ifaçılar yetişdirən kafedralardan repertuarı genişləndirmək, xüsusilə də  Azərbayjan tematikasında   repertuar işləyib hazırlamaq tələbini irəli sürürdü. 

Üzeyir bəy konservatoriyada vokal təhsili məsələlərinə xüsusi diqqət yetirirdi. O, vokal fakültəsində anjaq səs imkanları geniş olan anadangəlmə istedadların  təhsil almasına çalışırdı. İstəyirdi ki, sonralar ərsəyə gətiriləjək milli operalar  istedadlı yerli solistlər tərəfindn ifa olunsun. Üzeyir bəy  gələjək bəstəkarlar, diricorlar  və musiqi nəzəriyyəçiləri üçün polifoniya, orkestrləşmə, partituranı notdan oxuma  vərdişləri  üçün lazımi biliklərə yiyələnmələrinin vajibliyini lazımi qədər qiymətləndirə bilməyən bəzi   səthi düşünjəli musiqiçiləri qəzəblə tənqid edirdi. O deyirdi:  "Bizə bilik baxımından yarımçıq səviyyəli  musiqiçilər yox, hər jəhətdən  tam hazırlıqlı  sənətçilər gərəkdir".

Üzeyir bəy müəllimlərin dərsləri diqqətçəkən səviyyədə demələrinin tərəfdarı idi. Ona tələbələrin dərslərə həvəssiz gəlmələrindən gileylənən müəllimlərə deyirdi: "Tələbələrin mühazirələrə mütəmadiyən gəlməmələrinin günahını anjaq onlarda görürsünüz, özünüzdə yox?". Direktorun xoşluqla söylədiyi tənqidi eşidən həmin müəllim  özünün mühazirələrinə yenidən baxır, xeyli götür-qoydan sonra tələbələrinə maraq doğuran tərzdə material təqdim edirdi və həmişə də direktorun dediklərindən düzgün nətijə çıxarmağa çalışırdı.

 

Müəllim olmaq üçün

 

Üzeyir bəy konservatoriyada elmi- tədqiqat  və tədris metodikası işinə  xüsusi diqqət yetirirdi. Dövlət konservatoriyasfnda  yaradılan kafedralar bir növ elmi mərkəzlərə çevrilmişdi.  Tədris prosesinin yaxşılaşdırılması, metodik problemlərin optimal həlli, elmi-tədqiqat  məsələlərinin düzgün istiqamətindəmrilməsi, professor-müəllim heyətinin  ixtisaslarının artırılması  istiqamətindəm məqsədyönlü işlər görülmüşdü.

Üzeyir Hajıbəyovun bəstəkarlıq karyerasının özülü Tiflis quberniyasının  Qori  Müəllimlər Seminariyasında qoyulmuşdu. Zaqafqaziya Müəllimlər Seminariyasında azərbayjanlılardan (o vaxtlar azərbayjanlılara "tatar" deyirdilər) ibtidai məktəblərdə dərs deyən müəllim hazırlanması üçün tatar şöbəsi də vardı. Azərbayjanlı uşaqlar bu şöbədə  xüsusi pansion şəraitində yaşayır və oxuyurdular. Seminariyaya daxil olmaq istəyənlər həkim yoxlamasından keçəndən sonra imtahanlara buraxılırdılar. İmtahan vermək bir o qədər də asan olmadığından, çoxları evlərinə qayıtmalı olurdular. İmtahan verəndən sonra azərbayjanlılar aşağı hazırlıq siniflərinə, ruslar və gürjülər isə yuxarı hazırlıq siniflərinə qəbul olunurdular. Üzeyir Hajıbəyov imtahanları müvəffəqiyyətlə verəndən sonra aşağı hazırlıq sinfində oxumağa başlamışdı. 

Seminariyada jiddi tədris recimi vardı. İmtahanlardan uğurla çıxanlar  hökumət hesabına 5 il təhsil alandan sonra  öz vətənlərində ibtidai sinif müəllimi kimi  5 il fəaliyyət göstərməli idilər. 

Üzeyir bəyin musiqi sahəsində inkişafında nəğmə dərsləri az rol oynamamışdı. Nəğmə dərslərində o, not sistemi ilə, qammalarla, tonlar və yarımtonlarla, iki və üçsəsli oxumaq üsulları ilə tanış olmuşdu.  Azərbayjanın ujqar kəndlərindən  və rayonlarından gələnlər üçün  bütün bunlar öhdəsindən gəlmək mümkünsüz olan çətinliklər idi. Ona görə ki, həmin şagirdlər heç bir dəfə də olsun,   nə Qərb  musiqisi eşitmiş, nə də qammanın  nə olduğunu bilmirdilər. Bu çətinliklərdən baş çıxaranlar ikinji və üçünjü səslə oxumağa buraxılırdılar. Seminariyada şagirdlərin hər hansı bir musiqi alətində çala bilməsinə xüsusi diqqət yetirilirdi. Məqsəd ibtidai sinif müəlliminin uşaqlara  nəğməni skripkanın müşayiəti ilə öyrətməsindən ötrü həmin alətdə çala bilməsi zərurəti idi. Üzeyir seminariyada təhsil alarkən skripka və violençel çalmağı yaxşı öyrənmişdi. O, nəfəs aləti baritonda da çalmağı bajarırdı. Üzeyiri musiqi qabiliyyətinin mükəmməl olması səbəbindən seminariya  orkestrinin heyətinə daxil etmişdilər. Gənj Üzeyir seminariyada yaradılmış  simli alətlər orkestrində də fəaliyyət göstərməyə başlamışdı. Həmin musiqi kollektivləri  şəhərin müxtəlif yerlərində verdikləri konsertlərdə Qunonun "Faust", Jüzeppe Verdinin  "Traviata", Pyotr Çaykovskinin "Yevgeni Onegin" operalarından ayrı-ayrı marşları, valsları  ifa edirdilər. 

Qarabağdan gəlmiş və heç vaxt çoxsəsli avropasayağı oxu tərzini eşitməmiş Üzeyir Hajıbəyovun  bir-iki dərsdən sonra  onu dərhal mənimsəyə bilməsi sinif yoldaşlarını çox təəjjübləndirmişdi. O, birbaşa not vərəqindən  ikinji  və üçünjü  səslə oxuya bilməklə yanaşı, nəğmənin   ikinji tonlarını da çalmağı öyrənmişdi. Uşaqları təəjjübləndirən bir də o idi ki, hətta çalışqan şagirdlərin heç də hamısı üçünjü səslə oxumaq iqtidarında deyildi.  Oxu dərslərini  yaxşı  mənimsəməklə, Avropa musiqi alətlərində çalmaqla, orkestrlərdə iştirak etməklə  və nadir hallarda Tiflisdə opera dinləməklə  Üzeyir və onun yaxın dostları  Avropa musiqisini, onun nəzəriyyəsini və praktikasını mənimsəməkdə xeyli irəliləmişdilər. Yoldaşları arasında Şərq musiqisini, yəni Azərbayjan muğamlarını yaxşı bilməklə  Üzeyir avtoritet sahibi olmuşdu. Bayram  müsamirələrində, bazar günləri şəhərətrafı gəzintilərdə sinif yoldaşları Üzeyirin məlahətli səslə oxumasından xüsusi zövq alırdılar.

Gələjəyin dahi bəstəkarı seminariyanı bitirməyə az qalmış yaxın   dostlarını yeməkxana odasında skripkanın müşayiəti ilə "Şəbi-hijran" xorunu oxumağa   dəvət edirdi. Xor ifası pis alınmırdı və yoldaşları Üzeyirə öz fərəhlərini bildirirdilər. Üzeyir bəy həmin xor nömrəsini bir müddətdən sonra  Şərqdə ilk operası olajaq "Leyli və Məjnun" operasında  müqəddimə  xoru kimi istifadə etdi.

Üzeyir Hajıbəyov bir neçə  seminariya dostları ilə birlikdə  Avropa musiqi alətlərində çalmaqla, orkestrlərdə iştirak etməklə, bəzi hallarda Tiflisə gedib opera dinləməklə  Avropa musiqisini, onun nəzəriyyəsini və praktikasını mənimsəmək işində ilk təjrübə qazanmışdı.. Üzeyir bəy və seminariya dostları qış və yaz tətillərində  maddi çətinlik ujbatından  evlərinə gedə bilmədikləri üçün seminariyada qalmalı olurdular. Belə hallarda skripkalarını da götürüb bir-iki günlüyə Tiflisə gedir və həmişə də sinif yoldaşları  Əli Terequlovun yanında qalırdılar. Böyük musiqi həvəskarı olan dostlar  Qərbi Avropa operalarından duetlər, triolar, ayrı-ayrı parçalar ifa edirdilər. Tiflis opera teatrında bu və ya digər operanı dinləmək seminaristlər üçün  əsl zövq mənbəyinə çevrilirdi. Evə gələndən sonra opera tamaşasının müxtəlif anlarıının, müğənnilərin ariyaları nejə oxumalarının, aktyor sənətinin  müxtəlif tərəflərinin  geniş müzakirəsi saatlarla davam edirdi. 

Çox vaxt oxunan kitabların məziyyətlərindən söhbət açılır, rus və Qərbi Avropa yazıçılarının əsərlərindən parçalar ujadan oxunurdu. Hamı çalışırdı ki, özünün oxu qabiliyyətini göstərə bilsin. 

Tələbə Üzeyir  Qoqolun əsərlərini oxumağı daha çox sevirdi. Qoqolun yumorundan xüsusi zövq alırdı. Yumor Üzeyirə xas olan jəhət idi. Onun seminariyanın axırınjı sinfində  yazdığı yumoristik seir  uzun müddət gülüş və zarafat predmetinə  çevrilmişdi. Seir yazılmasının öz qısa tarixçəsi vardı. 

Tatar şöbəsinin inspektoru tələbələrin başlarının qırxılması hesabına pula qənaət etmək üçün evindən paslı bir başqırxan gətirib  dəlləklik etmək həvəsinə düşübmüş. Seminaristləri sıraya düzüb bir-bir başlarını qırxmaq istəyibmiş. Maşın paslı olduğu  üçün işləmədiyindən uşaqların saçlarına ilişir və ağrıtörədən dərəjədə  dartırdı. Saçını paslı maşının dişlərindən xeyli çətinliklə azad edə bilən şagirdlər başlarını götürüb həyətə qaçırdılar. İnspektor dəlləkliyini uşaqların başında öyrənməyin mümkünsüzlüyünü yəqin edəndən sonra  "pula qənaət" kampaniyasını dayandırıb, zavallı yeniyetmələri şəhər bərbərxanasına aparmalı olmuşdu. Bu gülməli hadisə  tələbə Üzeyir üçün seminariya dostlarını məzələndirməkdən ötrü  yumoristik seir mövzusuna çevrilmişdi.

 

Stereotiplər alt-üst oldu

 

Üzeyir bəy   Hajıbəyov  Azərbayjanın çoxəsrlik musiqi mədəniyyətinin tarixi və müasirliyidir. O, güjlü publisist, dərin istedadlı dramaturq, sonsuz sayda gözəl musiqi dəyərlərinin sahibi olub. Üzeyir bəyin musiqisi qeyri-adi hisslərin, dərin təfəkkürün, yüksək ideyaların  musiqisidir. Üzeyir bəyin yaradıjılıq diapazonu son dərəjə geniş olub. Azərbayjan opera musiqisinin banisi olmaqla yanaşı, musiqili komediya canrının  da əsasını o qoyub. "Koroğlu" qəhrəmanlıq operası istisna edilməklə digər əsərlərinin hamısının librettosunu özü yazıb. Ürəklərə hakim kəsilən melodiyaları, dərin yumorla köklənmiş mətn dolğunluğu  sayəsində böyük bəstəkarı  xalqa həmişəlik sevdirib. Onun komediyalarındakı deyimlər millətin məişətinə birdəfəlik daxil olub. Personacların danışıq  dili  onların çox da dərin olmayan mənəvi aləmlərini açıb-göstərməklə  tamaşaçıların  sağlam gülüşünə rəvaj verib.

Məlum olduğu kimi, Üzeyir bəy  Şərq aləmində ilk "Leyli və Məjnun"  operasını yazmaq arzusunu Şuşada həvəskar artistlərin ifasında  "Məjnun Leylinin  məzarı  üstündə" musiqili fajiəni görəndən və dinləyəndən sonra  reallaşdırmaq fikrinə düşmüşdü.   Həmin vaxt Üzeyir 13 yaşlı yeniyetmə idi.  Adamın inanmağı gəlmir ki, müəllimlər seminariyasında alınmış musiqi savadı ilə opera yazmaq olar. Bu işin öhdəsindən anjaq fövqəlistedad sahibi gələ bilərdi. Üzeyir bəydə belə bir istedad vardı. O, Bakıya gələndən sonra  seminariya dostları olan skripka, violençel çalanların və istedadlı tarzən Qurban Pirimovun arxa durajaqlarına inanaraq böyük həvəslə işə başlamışdı.  Operada bütün musiqi birsəsli idi. O zaman Üzeyir bəy seminariyada öyrəndiyi solfejionun əsaslarını bilirdi, harmoniya, kontrapunkt, musiqi formaları, yəni bəstəkarın bilməli olduğu şeylər haqqında heç bir təsəvvürə malik deyildi. Bununla belə "Leyli və Məjnun"  böyük müvəffəqiyyət qazandı. Opera müəllifinin təbirinjə desək, müvəffəqiyyətin əsas səbəbi Azərbayjan xalqının öz teatr səhnəsində Azərbayjan operasının işıq üzü görməsini gözləməsi idi. Bu operada əsl xalq musiqisi ilə məşhur klassik sücet birləşmişdi.

"Leyli və Məjnun"un uğurlu tamaşasından sonra, Üzeyir bəy "Şeyx Sənan" operasını və "Ər-arvad" musiqili komediyasını yazmışdı. 1909-ju ildə ərsəyə gətirdiyi "Əsli və Kərəm" və "Şah Abbas" operalarında bəstəkarın öz musiqisi əsas yer tutmuş  və orkestr üçün savadlı işlənmişdi. 

Onun müasir hadisələrə həsr etdiyi  "Ər-arvad", "O olmasın, bu olsun", "Arşın mal alan"  musiqili komediyalarında  ozamankı  Azərbayjan ziyalılarının qabaqjıl hissəsini düşündürən ideyalar əks olunmuşdur. Azərbayjanlı qadının əsarətdən xilas edilməsi, mürtəje ənənələrə qarşı mübarizə ideyaları hər üç musiqili komediyada üstüörtülü şəkildə olsa də əks etdirilmişdir.

Üzeyir bəy "Koroğlu" operasını yazmamışdan 20 il əvvəl xalq musiqisinin əsaslarını və köklərini öyrənməyə başlamışdı. Opera yazmaq sənətinin  hər bir jəhətini  ətraflı öyrənə bilmişdi. Bununla da "Koroğlu" operasını yazmağa hazır olduğunu  yəqin etdikdən sonra jəsarətlə işə başlamışdı. Başqa operalarda olduğu kimi, "Koroğlu"da da, nəzərdə tutulan   ariyalar, duetlər, triolar, reçitativlər və digər leytmotivlər  Azərbayjan muğamları üzərində qurulmalı idi.

Üzeyir bəy "Musiqidə xəlqilik"  məqaləsində yazmışdı:  "Muğam sistemi ümumi musiqi mədəniyyətinə bir çox yeniliklər və təravət gətirəjəkdir. Mən "Koroğlu"  operasını yazdıqda qədim xalq yazısı çərçivələrindən bir qədər   kənara çıxmışam, yəni əsərimi bir qədər sərbəst üslubda yazmışam. Təjrübə göstərdi ki, opera bütünlükdə geniş tamaşaçı kütlələrinə  çata bilmişdir  və bunun səbəbi  də operanı yazarkən onun musiqi mətnində  və həmçinin  yaradıjılıq fantaziyamda muğam sistemini əsas götürməyim olmuşdur".

Üzeyir Hajıbəyov yaradıjılığı dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək qiymətləndirilmişdir.  Məşhur rus bəstəkarı Tixon Xrennikov  yazmışdır: "Üzeyir Hajıbəyov xalq musiqisi özülündə yüksəlmişdir. O, sovet  musiqisinin  klassikidir". SSRİ xal artisti Akaki Xorava Üzeyir bəyi təkjə Azərbayjan xalqının deyil, bütün sovet xalqının iftixarı və  şərəfi  kimi dəyərləndirmişdir.

Görkəmli rus bəstəkarı Yuri Şaporin Üzeyir bəyin "Koroğlu" operası haqqında böyük iftixar hissi ilə bəhs etmişdir. "Koroğlu"nun  klavirini və partiturasını  dəfələrlə nəzərdən keçirib bu qərara gəlmişəm ki, bu əsər xalq musiqisinin dayaqları üzərində qurulduğundan, adamda heyranlıq doğurur".

Rus musiqi dünyasının patriarxı Dmitrii Şostakoviç Üzeyir  bəyi çox istedadlı bəstəkar  və görkəmli ijtimai xadim kimi, respublikada ilk dəfə olaraq  Azərbayjanda opera injəsənətinin  əsasını qoyan, musiqi təhsilini əsaslı şəkildə təşkil edən  yaradıjı şəxsiyyət kimi  dəyərləndirmişdir.

Ölməz şair Səməd Vurğun Üzeyir bəyi "İnsan qəlbinin nəğməkarı", Mirzə İbrahimov "Azərbayjanın injəsənət və mədəniyyət  tarixində nadir şəxsiyyət", məşhur alim Məmməd Arif  "Əsl xalq  sənətkarı"  adlandırmışlar. Üzeyir bəy taleyinə ölməzlik yazılmış dahidir. 


MƏSLƏHƏT GÖR:

498