Müəllif: Alyona MOROZ Bakı
Dünyada ən çox yayılmış və sığorta şirkətlərinə daha çox gəlir gətirən sığorta növü hansıdır? Javab yetərinjə sadədir - bu, həyatın sığortasıdır. Adətən, sığorta növlərini iki yerə bölürlər - həyat sığortasına və digərlərinə.
Əgər sığorta bazarı inkişaf etmiş ölkələrdə əhalinin 90 faizi həyatın yığım sığortası üzrə polisə malikdirsə və bu növ üzrə daxilolmalar yığılan sığorta haqlarının 55-60 faizini təşkil edirsə, Azərbayjanda vəziyyət tam əksinədir.
2007-ji ilin yekun göstərijilərinə görə, Azərbayjanın sığorta şikrətlərinin həyatın sığortası üzrə yığdıqları tədiyələrin toplam məbləği 2,2 milyon manat təşkil edib ki, bu da bütün sığorta daxilolmalarının yalnız 1,5 faizini təşkil edib. Həyatın sığortası halı üzrə ödənişlər isə ümumi ödənişlərin 0,5 faizindən çox olmayıb. Başqa sözlə, dünyanın ən populayar sığorta növü Azərbayjanda hələ oturuşa bilməyib.
"Həyat" sıfır nöqtəsindədir...
Ekspertlərin fikrinjə, bu, bir neçə səbəbdən qaynaqlanır. Mətləbə keçməzdən qabaq qeyd edək ki, əgər əvvəllər ekspertlər səbəblərdən danışarkən böyük bir siyahı sadalayırdılarsa, indi yalnız bir neçə səbəb göstərirlər.
Əvvəllər əsas səbəblərdən biri kimi ölkə üzrə əmək haqqının aşağı olması göstərilirdi. Yəni ən azı 200-300 dollar orta aylıq əməkhaqqı lazım idi ki, həyatın yığım sığortası dinamik inkişafa başlasın. İndi artıq bu problem yoxdur, əhali layiqli maaş alır və bunun bir hissəsini sığorta üçün ayıra bilər. Buna baxmayaraq həyatın sığortası hələ də əvvəlki kimi az qala sıfır nöqtəsindədir.
İkinji səbəb sığorta şirkətlərinin kapitallaşmasının yetərinjə olmamasından qaynaqlanırdı. Bəllidir ki, kapitallaşma səviyyəsi yuxarı olan şirkətlər potensial müştərilərin etibarını daha tez qazanırlar. Bu gün sığorta şirkətlərinin kapitalına qoyulan tələblər isə, həm sığorta bazarında, həm maliyyə sektorunda, həm də bütövlükdə iqtisadiyyatda gedən jari meyillərdən geri qalmır.
Belə ki, Azərbayjan iqtisadiyyatının yüksək artım templəri toplanan sığorta haqlarının və risklərin həjminin yetərinjə artmasına şərait yaradıb. 2007-ji ildə sığorta şirkətləri tərəfindən jəlb edilmiş sığorta haqlarının həjmi 60 faiz artaraq 150 milyon manata çatıb. Bu göstəriji 2004-jü ilin göstərijisindən 124 faiz çox olub. 2008-ji ilin yekunlarına görə isə yığımın 180-200 milyon manat olajağı gözlənilir.
Buna görə də sığorta şirkətlərinin ödəniş qabiliyyətinin və maliyyə dayanaqlılığının, son nətijədə isə müştərilərin maraqlarının daha etibarlı təmin edilməsi üçün nizamnamə kapitalının minimum həddinə tələbin artırılmasının vaxtı çatıb. Bu məsələdə ən jiddi istinad "Sığorta fəaliyyəti haqqında" yeni qanuna edilir. Xoşbəxtlikdən, yeni qanun bu ilin mart ayında qüvvəyə minib və Azərbayjanın Maliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən sığorta və təkrar sığorta şirkətlərinin minimum kapitalına yeni tələblərin təsdiqinə başlayıb və bu, iyul ayında qəbul edilib.
Təsdiq edilmiş qərara görə, 1 yanvar 2009-ju il tarixdə sığorta şirkətlərinin minimal kapitalı 1 milyon manat, təkrar sığorta şirkətlərininki isə 2 milyon manat səviyyəsində olmalıdır. 2010-ju ilin 1 yanvar tarixinə isə sığorta şirkətlərinin kapitalı 2 milyon manatdan, təkrar sığorta şirkətlərinin kapitalı isə 4 milyon manatdan az olmamalıdır. 2011-ji ilin 1 yanvarına bu, uyğun olaraq, 3,5 milyon manat və 7 milyon manata, 1 yanvar 2012-ji il tarixə isə 5 milyon manat və 10 milyon manata çatdırılmalıdır.
Qəbul edilmiş qərara görə, 1 avqust 2008-ji il tarixdən sonra təsis edilmiş sığorta şirkətləri ən azı 5 milyon manat, təkrar sığorta şirkətləri isə ən azı 10 milyon manat kapitala malik olmalıdır. Fəaliyyətdə olan şirkətlər üçün isə minimal kapitala tələblərin artırılması mərhələli gerçəkləşdiriləjək. Maliyyə Nazirliyində hesab edirlər ki, sığorta şirkətlərinin əksəriyyəti bu tələbləri yerinə yetirə biləjəklər. Bundan başqa, qurumdan əmindirlər ki, yeni şirkətlər, o jümlədən həyatın sığortası üzrə də şirkətlər yaradılajaq.
Anjaq bu da hələ son deyil. Başqa bir səbəb isə həyat sığortasının məğzi ilə bağlıdır, axı həyat sığortası uzunmüddətli yığım sığortasıdır. İnsanlar əmin olmalıdır ki, sığorta şirkəti bazarda ən azı 15 il işləyəjək. Həmin müddət ərzində onlar şirkətə hər il elə səviyyədə ödəniş etməlidirlər ki, sığorta sazişinin müddəti bitənə kimi bütün məbləğ ödənilmiş olsun.
İkinjisi, həyatın sığortası üzrə vəsaitlər başqa sığorta növlərindən ayrıja yığılmalıdır. Çünki bu sığorta növü daha geniş əhatəlidir. Əgər hansısa şirkət həyatın sığortasına başlamaq istəyirsə, onda öz filialını və ya başqa bir şirkət təsis etməlidir. Yeni qurum yalnız həyatın sığortası ilə məşğul olmalıdır, çünki burada qaydalar və hətta hesablamalar da fərqlidir.
Əvvəllər sığorta fəaliyyətinə lisenziya 5 illik müddətə verilirdi. Şəksiz ki, belə olan şəraitdə həyatın sığortasından danışmağa belə dəyməzdi. Çünki sığorta şirkətlərinin həyat sığortası üzrə ehtiyatları ən azı 10-15 illiyə formalaşdırılmalıdır. Əgər bu və ya başqa şirkətə 5 ildən sonra lisenziya verilməsə, nə olar?
Başqa sözlə, yalnız əhali deyil, sığorta şikrətləri də uzunmüddətli sazişlər bağlamaq imkanında deyildilər. Həmçinin, yerli sığorta bazarı o səviyyədə inkişaflı deyildi ki, bu və ya başqa sığorta şirkəti törəmə şirkət yarada bilsin və onu yalnız həyatın sığortası ilə məşğul olmağa yönəltsin.
Bu problem də öz həllini "Sığorta fəaliyyəti haqqında" yeni qanunda tapıb. Sənədə görə, sığorta şirkətləri müddətsiz lisenziya ala bilərlər. Mart ayından başlayaraq ölkənin bir sıra sığorta şirkətlərinə bu jür lisenziyalar verilib.
Artıq bu ildən başlayaraq sığorta şirkətləri əməliyyatları həyatın sığortasına görə olanlara və yerdə qalanlarına bölməlidirlər. Çünki dünya təjrübəsində belə qəbul edilir. Maliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinə bunun üçün üçillik müddət ayırıb.
"Üçillik möhlət Azərbayjanda uzunmüddətli sığortanın inkişaf etdirilməsi üçün əsasların yaradılmasına verilib", - deyə nazirlikdən bildiriblər.
Bu zaman həyat sığortası və ümumi sığorta gerçəkləşdirən şirkətlər üçün tələblər tamamilə eynidir. Anjaq əgər şirkət bu keçid dövründə hər iki sahə üzrə fəaliyyət göstərmək niyyətindədirsə, onda hər bir sahə üçün ayrılıqda tələb olunan səviyyədə kapitala malik olmalıdır.
Daha bir müsbət məqam isə 2008-ji ildən sığorta şirkətlərinin kapitalında xariji kapitala qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağılıdır. Başqa sözlə, indən belə sığorta şirkətləri həyatın sığortası üzrə qurumlarına, hətta iri beynəlxalq maliyyə təşkilatlarını da jəlb edə bilərlər. Eyni zamanda bütün sığorta şirkətlərinin məjmu kapitalında xarijilərin maksimal payına tələb qoyulur. Bu addım yetərinjə liberaldır və xarijilərə bir sığorta şirkətinin səhmlərinin 100 faizinə qədərini əldə etməyə imkan verir.
Zəmanətli sığorta
Göründüyü kimi, Azərbayjanda həyatın sığortasının inkişaf prosesini ləngidən problemlərin əsas hissəsi, demək olar ki, həll edilib. Bununla belə, bu sahədə yenə də çoxsaylı boşluqlar qalmaqdadır. Əks halda, artıq çoxdan gəlirləri artan əhali çoxsaylı sığorta polisləri əldə etməli idi. Bunun baş verməməsində əhalinin passivliyi çox az rol oynayır. Çünki sığorta bazarında sovet sığorta sisteminin qalıqları hələ də qüvvədədir.
İnsanlar hələ də sığorta ödənişləri ala biləjəklərinə inanmırlar. Buna görə də sığorta şirkətləri üçün ən vajib məsələ müştəri etibarını qazanmaqdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, "Sığorta fəaliyyəti haqqında" qanunla eyni vaxtda Mülki Məjəllənin (MM) sığorta şirkəti ilə sığorta müştərisi arasında münasibətləri tənzimləyən "Sığorta" fəslinə də düzəliş və əlavələr edilib. MM-ə düzəliş və əlavələr boşluqları doldurmaq və anlaşılmazlıqları aradan qaldırmaq yolu ilə sığorta müştərilərinin, sığorta etdirən şəxslərin və bundan yararlanan şəxslərin, həmçinin sığorta şirkətlərinin qanuni hüquq və maraqlarını etibarlı müdafiə məqsədi daşıyır.
Nəhayət, Maliyyə Nazirliyinin planlarına sığorta riskləri üzrə bütöv bir zəmanət sisteminin, yəni Sığorta Ödənişlərinin Zəmanət Fondunun yaradılması da daxildir. Sığorta şirkəti müflis olan zaman və qanunla nəzərdə tutulmuş digər hallarda ödənişləri bu fond gerçəkləşdirir. Hazırda nazirlik tərəfindən müvafiq qanun layihəsi işlənilir.
Bundan başqa, Azərbayjan əhalisinin böyük hissəsi, sadəjə, müxtəlif məqsədlərə çatmaq üçün mötəbər alət olan həyat sığortası polisinin faydalarından xəbərsizdir. Bu məqsədlər gələjəkdə uşaqların təhsil haqqını ödəmək, pensiyaya çıxan zaman əlavə maddi təminat və s. ilə bağlı ola bilər. Başqa sözlə, bir çox valideynlər elə indidən düzgün tərtib edilmiş həyat sığortası polisi ilə özlərinin və uşaqlarının maliyyə rahatlığının qayğısına qala bilər.
Özü də sığorta şirkətləri müştəri vəsaitlərini toplayan və sərmayə kimi yatıran zaman, həm də sığorta etdirənin həyatına əlverişsiz sığorta halları müdaxilə edən zaman sığorta müdafiəsini təmin edir. Savadlı tərtib edilmiş sığorta proqramı olan şirkətlər, hətta müştərinin yuxarıda göstərilən səbəblər üzündən sığorta mükafatını ödəyə bilmədiyi hallarında da sazişdə qeyd edilmiş məbləği ödəməyi bajarır.
Xariji ölkələrdə klassik həyat sığortası təjrübəsi həm müştərinin ölümü, həm də saziş müddətinin bitməsi zamanı sığorta təminatının ödənməsini nəzərdə tutur. Yəni burada söhbət təkjə ölümdən getmir. Əgər insanın başına 15 il ərzində heç bir iş gəlmirsə, o, sığorta məbləğinin hamısını alır.
Tez-tez həyatın sığortası sazişində bədbəxt hadisələrlə bağlı əlavə sığorta proqramları yer alır. Oraya standart risklər - bədən xəsarəti, əlillik, müvəqqəti olaraq iş qabiliyyətinin itirilməsi, kritik xəstəliklərə tutulmadan sığorta, müəyyən yaş həddinə qədər yaşamaq, ölüm və s. daxil edilir. Buna görə də bu jür toplanmış sığorta müştərinin həyat risklərini daha dolğun əks etdirməklə yanaşı, müəyyən mənada, bank əmanətlərindən də əlverişli görünür, çünki banklar bədbəxtlik baş verəndə müştərini heç jür dəstəkləmirlər.
Bu jür yığım məhsulları çoxsaylıdır və onlar bütün maraqlı tərəflər üçün əlverişlidir. Belə ki, sığorta edilmişlər rahat qojalığa zəmanət alırlar, dövlət isə sosial qayğıların müəyyən hissəsini sığorta şirkətlərinin çiyninə qoyur. Sığorta şirkətləri isə sərənjamlarına uzun müddətə böyük həjmlərdə pul əldə edirlər və həmin pulu həm öz faydaları, həm də bütövlükdə dövlətin yararları üçün iqtisadiyyata yatıra bilirlər. Buna görə də sığorta şirkətləri həm də əhali arasında sığorta maarifçiliyini, xüsusilə də həyat sığortası üzrə təbliğatı güjləndirməlidirlər.
Bazarın inkişafını dini amil ləngidir. Ölkənin sığorta şirkəti tərəfindən təşkil edilmiş sorğu nətijəsində bəlli olub ki, rəyi soruşulanların çoxu "həyatlarını sığorta şirkətlərindənsə Allaha etibar etməyi" üstün sayırlar.
Anjaq iş yalnız maarifçilik və psixoloci amillərlə bitmir. Hazırda sığorta şirkətləri həyatın sığortası məhsullarının işlənməsi və marketinqi üzrə yetərinjə peşəkarlığa yiyələnməyiblər. Bu sahədə dövlətin özü də maraqlı olmalıdır və bu sahədə təhsilə diqqəti artırmalıdır.
Hələliksə, sığorta şirkətləri tələbələrin lazimi biliklərə yiyələnə biləjəyi ali məktəblərdə tədris proqramına əlavə dərslərin daxil edilməsi üçün az qala Təhsil Nazirliyinə yalvarmağa məjburdurlar. Onlar həm də çoxsaylı kurslar təşkil edirlər, anjaq bu sahədə peşəkar kardların hazırlanması məsələsi hələ də açıq qalır.
"Həyat"a ilk yollayışlar
Bununla belə, Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti şöbəsinin rəisi Namiq Xəlilovun fikrinjə, 2008-ji ildə Azərbayjanda ilk ixtisaslaşmış həyat sığortası şirkətlərinin peyda olajağı istisna deyil. "Həyat sığortası başqa sığorta növlərindən fərqləndiyindən, hazırda Azərbayjanın sığorta şirkətləri arasında yalnız 4-5-i jiddi şəkildə həyat sığortası ilə məşğul ola bilər",- deyə Namiq Xəlilov "İnterfaks-Azərbayjan"a bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Maliyyə Nazirliyi həyat sığortasının inkişafının stimullaşdırılması üçün, o jümlədən ortamüddətli və uzunmüddətli qiymətli kağızlar buraxılması da daxil olmaqla, tədbirlər kompleksi gerçəkləşdirməyi planlaşdırır. Bunun səbəbi də aydındır. Sığorta şirkətləri üçün bu jür qiymətli kağızlar yaxşı sərmayə elementidir. Yəni vəsaitləri uzunmüddətli kağızlara yatırmaqla sığorta şirkətləri həyat sığortası üzrə müştərilərinə çox asanlıqla investisiya gəliri təmin edə bilərlər.
Qanunverijilik təşəbbüsləri ilə yanaşı, bir sıra müsbət irəliləyişlər də müşahidə edilməlidir. Belə ki, 2008-ji ilin I yarısında həyatın sığortası üzrə mükafatların toplam məbləği 0,99 milyon manat olub. Halbuki 2007-ji ilin uyğun dövründə bu, 0,32 milyon manat olmuşdu, yəni 209,4 faiz artım müşahidə edilib. Anjaq bu sığorta halı üzrə ödənişlər isə keçən ilin uyğun dövrü ilə müqayisədə dəyişməyib və 0,10 milyon manata bərabər olub (1news.az).
Açıq-aydın artıma baxmayaraq, ekspertlər bunun heç də tam potensial olmadığını vurğulayırlar. Ən azından ona görə ki, ölkədə hələ də həyatın sığortası üzrə ayrıja şirkətlər fəaliyyət göstərmir. Anjaq indi iri xariji sığorta şirkətləri Azərbayjanda həyat risklərinin sığortasına maraq göstərməyə başlayıblar. Bu, Fransanın "SCOR Life", Amerikanın "AIG-Life", Almaniyanın "Allianz Life" şirkətləri və s.-dir. Bu sırada bir sıra yerli sığorta şirkətlərini də göstərmək olar. Onlar da artıq həyatın sığortası üzrə ayrıja şirkətlərin açılmasını planlaşdırırlar, özü də xariji kapital hesabına...
MƏSLƏHƏT GÖR: