14 Mart 2025

Cümə, 21:43

KİÇİK KREDİTLƏRƏ BÖYÜK FAİZLƏR

Mikrokreditlər üzrə şərtlərin əlverişsiz olmasına baxmayaraq, Azərbaycanda bu sahə inkişaf edir

Müəllif:

01.10.2008

Öz təyinatına görə mikrokreditləşdirmə şəxsi biznesin açılması və ya genişləndirilməsi zamanı əhalinin yoxsul təbəqələrinin dəstəklənməsinə yönəlmiş borjlar sistemidir.  Başqa tərəfdən isə xariji ekspertlərin fikrinjə, mikrokredit qurumları yalnız sahibkarlara texniki dəstək və maliyyələşdirmə üzrə əlverişli qaynaq deyil, həm də işsizliyin azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olan alətdir.  

Öz sahibkarlıq fəaliyyətinin başlanğıjında kiçik məbləğlərlə ssuda alan borjlu onu daha yararlı işlətməyi öyrənir və bu, biznesinin uğurlu inkişafı zamanı ona daha böyük məbləğləri idarəetməyə imkan verir. Beləliklə, mikromaliyyələşdirmə mikro və makrobiznesin təmsilçilərinə maliyyələşdirmə və başqa xidmət növlərinə giriş imkanlarını təmin edir. 

Azərbayjanda bu xidmət növünün yaşı elə də çox deyil - 10 ildir və hələ də problemli maliyyələşdirmə sahələrindən sayılır. 

 

Jəmiyyətin ədalətli inkişafı naminə

İndi Azərbayjanda mikromaliyyələşdirmə ilə həm kommersiya bankları, həm də  bank olmayan kredit qurumları məşğul olur. Kreditləşdirmə prosesinə yalnız Sahibkarlığa Milli Kömək Fondu (SMKF) kimi dövlət qurumları deyil, həm də FINKA, ADRA  kimi beynəlxalq qurumlar,  Amerikanın USAID agentliyi, Norveç və İsveçrə fondları, həmçinin yerli kredit ittifaqları və ijmaları jəlb edilib. Ölkədə 16 mikromaliyyələşdirmə qurumu fəaliyyət göstərir, bunlardan 14-ü 2001-ji ildə yaradılmış Azərbayjan Mikromaliyyələşdirmə Assosiasiyasına (AMFA) daxildir. 

Bütövlükdə, bu gün AMFA-nın 24 üzvü var və onların 10-u bankdır. Üzvlərin toplam kredit çantası il ərzində 100 faiz artaraq 1 iyul səviyyəsinə 600 milyon dolları ötüb. Bu zaman kreditlərin yarısı kənd təsərrüfatının, 25 faizi tijarət əməliyyatlarının maliyyələşdirilməsinə yönəldilib. AMFA-nın fəal müştərilərinin sayı 290 mini ötür. 

ABŞ-ın Azərbayjandakı səfiri Enn Dersinin fikrinjə, jəmiyyətin ədalətli inkişafında məhz mikromaliyyələşdirmə sahəsi başlıja rol oynayır: "Struktur və makromaliyyələşdirmə islahatlarının keçirilməsi məsələsində  ABŞ və USAID Azərbayjan hökuməti və əsas dornorlarla yaxından işləyir. Yalnız ötən il USAID mikromaliyyələşdirmə sahəsində maliyyə, texniki və treninq dəstəyi üçün 20 milyon dollar xərjləyib",- deyə o vurğulayıb. 

Baş nazirin müavini Əli Həsənovun sözlərinə görə isə, hazırda Azərbayjanda fəaliyyət göstərən mikromaliyyələşdirmə qurumları 80-90 min qaçqına, yoxsul ailəyə və məjburi köçkünə kreditlər verir.  Kreditlərin ödənilməsi səviyyəsi 99-100 faiz təşkil edir. "Mən beynəlxalq təşkilatlara mikromaliyyələşdirmə sahəsinə xüsusi diqqət yetirməyi məsləhət görürəm. Nəhayət ki, Azərbayjanda mikrokreditləşdirmənin maliyyə institutu formalaşıb və yalnız adamların deyil, həm də müxtəlif kredit qurumlarının buna marağı artır",- deyə Ə.Həsənov vurğulayıb.

O əlavə edib ki, hökumət mikromaliyyələşdirmə sahəsinin inkişafında maraqlıdır. "Formalaşan kredit qurumlarına yardım məqsədi ilə lisenziyaların alınması üçün dövlət rüsumu 5,5 min manatdan 120 manata endirilib",- deyə baş nazirin müavini "İnterfaks-Azərbayjan"a bildirib. Yəni 45 dəfə aşağı salınıb. 

Bildirmək gərəkdir ki, son 10 ildə bank olmayan kredit qurumları və kommersiya bankları Azərbayjanın kiçik və orta müəssisələrinə 1,18 milyard dollar səviyyəsində mikrokreditlər veriblər. Məbləğ iridir, anjaq bunun fonunda belə, bu gün bizim ölkədə mikromaliyyələşdirmənin  populyar olmasını demək doğru olmazdı. 

 

Yüksək dərəjələr inflyasiya ilə mübarizə üçündür? 

Deyildiyi kimi, mikromaliyyələşdirmə əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi üçün nəzərdə tutulur. Anjaq çox vaxt kreditorlar tərəfindən qoyulan şərtlər əsas debitor kütləsinin bu statusunu nəzərə almır. Çünki kreditlər üzrə yüksək faiz dərəjələrinin olması, əhəmiyyətli şəkildə girov təminatının tələb edilməsi mikrokreditləşdirmə qurumlarının potensial müştərilərini bu jür borj yükünün altına girməkdən çəkindirir. 

Azərbayjanda mikrokreditlər üzrə aylıq faiz dərəjələri çox vaxt 3 faizə qədər çatır. Bir sıra mikromaliyyələşdirmə qurumlarının başçıları ölkədəki makroiqtisadi durum fonunda bunu normal saysalar da, əhalinin aztəmiantlı hissəsinin təmsilçiləri başqa fikirdədirlər. Mikrokreditorların özləri isə müqayisə üçün faiz dərəjələrinin dəfələrlə aşağı olduğu inki-  şaf etmiş ölkələrə deyil, postsovet məkanının, Asiyanın və Balkanın inkişaf etməkdə olan ölkələrinə üz tutmağı məsləhət görürlər. Bundan başqa, onlar inflyasiyanın səviyyəsinin və bank depozitləri üzrə faiz dərəjələrinin yüksək olmasını göstərirlər. 

Bunda həqiqət az deyil, 8 ayın nətijəsinə görə, Azərbayjanda inflyasiya 21,3 faizə çatıb və ilin sonuna kimi daha da artajaq.  Kreditlər üzrə yüksək dərəjələr isə inflyasiya əleyhinə tədbirlərdən biridir və bizim ölkədə geniş tətbiq edilir. Buna görə də yaxın zamanlarda mikrokreditlər üzrə dərəjələrin aşağı salınajağına ümid etmək doğru olmaz. Anjaq həm də xatırlatmaq lazımdır ki, ölkədə illik inflyasiya səviyyəsi 5-6 faiz olan zamanlarda belə, mikrokreditorlar borjları aylıq 3-4 faizlə verirdilər. Göründüyü kimi, iş yalnız inflyasiyada deyil. 

Girov təminatına gəldikdə isə bir sıra mikromaliyyələşdirmə institutları artıq müəyyən yumşalmağa doğru gedirlər və həddindən kiçik məbləğ istəyən kreditorlardan ötrü bu şərti tətbiq etmirlər. İstənilən halda, beynəlxalq ekspertlərin fikrinjə, Azərbayjanda bu sistemin qanunverijilik baxımından təkmilləşdirilməsinə ehtiyaj var. 

Bununla yanaşı, Azərbayjan Milli Bankının təmsilçiləri iddia edirlər ki, onlar bu tövsiyələri artıq Milli Məjlisin payız sessiyasında qəbul ediləjəyi gözlənilən "Bank olmayan kredit qurumları haqqında" qanun layihəsində nəzərə alıblar. Azərbayjan Milli Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Rüfət Aslanlının sözlərinə görə, hazırda layihənin parlamentə təqdim etmədən önjə tam müzakirəsi aparılır. 

"Qanun layihəsi, əsasən, 5 fəsildən ibarətdir. Onun nazirlik və idarələrlə müzakirəsinin bir il çəkməsinin başlıja səbəbi onda Azərbayjan üçün yeni olan hüquqi terminlərin olmasıdır",- deyə R.Aslanlı vurğulayıb. Onun sözlərinə görə, bu terminlərdən biri "girov təminatıdır". Bu, kredit götürənin bank olmayan kredit qurumuna qoyduğu müəyyən vəsaitdir, məbləği kreditin əsas hissəsi və hesablanmış faizlərin birgə məbləğini ötməməlidir. 

Həmçinin qanun layihəsi bank olmayan kredit qurumlarının idarəetmə və lisenziyalaşdırma şərtlərini, onların fəaliyyətinin AMB tərəfindən məjburi nizamlanması şərtlərini əhatə edir. 

 

Mikromaliyyələşdirmə üçün maliyyə azlığı 

Beləliklə, qanunun qəbul edilməsindən sonra bank-olmayan kredit qurumlarının problemlərinin bir hissəsi öz həllini tapa bilər. Bununla belə bu gün maliyyələşdirmə mənbələrinə çıxış onları yetərinjə narahat edir. "Maliyyə institutları tərəfindən bu gün Azərbayjana yetərinjə yüksək maraq müşahidə edilsə də, gerçəklikdə vəsaitlərin ayrılması mərhələ-mərhələ aparılır.  Buna görə də bizim qurum regional filial şəbəkəsini genişləndirə bilmir",- deyə bu qurumlardan birinin İdarə Heyətinin sədri Jəlal Əliyev "Region plus"a bildirib. 

AMFA-nın ijraçı direktoru Calə Hajıyeva da təsdiq edir ki, daha ujuz və uzunmüddətli xariji kapitala çıxışın məhdud olması və kadrların intensiv təhsili sahəsindəki çətinliklər mikromaliyyələşdirmə qurumlarının əsas problemlərindəndir.  Onun sözlərinə görə, jəlb edilən vəsaitlərin yönəldildiyi qurumlar böyüdükjə yüksək ixtisaslı kadrlara ehtiyaj daha da artır.   

Hazırda mikromaliyyələşdirmə təşkilatları jəlb edilən vəsaitlər əsasında fəaliyyət göstərirlər. Borjlanmalar üzrə problemlər əsasən yeni və bu sahədə təjrübəsi olmayan qurumlar üzrə hiss edilir. "Bu heç də dünya maliyyə böhranı ilə bağlı deyil. Bu sektor daha çox özəl sərmayəçilər üçün jəlbedijidir. Çünki vəsaitlərin hara getdiyi və hansı maraqlara xidmət etdiyi açıq göstərilir. Buna görə də mikromaliyyələşdirmə sahəsində iki jür sərmayəçilər var - sosial və kommersiya sərmayəçiləri", - deyə Hajıyeva vurğulayır. 

Kommersiya sərmayəçilərinin şərtləri daha ağırdır. Sosial sərmayəçilər isə kreditləri uzunmüddətli dönəmə vermirlər. Anjaq onların başlıja üstünlüyü təkrar maliyyələşdirmədir ki, bu da kiçik mikromaliyyələşdirmə qurumlarına və yeni başlamış kommersiya banklarına çantanı inkişaf etdirməyə imkan verir. 

Başqa sözlə, açıq-aydın tələb olmasına baxmayaraq, Azərbayjanda  ujuz mikrokreditlər hələ də mikro və kiçik sahibkarlığın inkişafı üçün az tapılan vəsait olaraq qalır. Anjaq deyildiyi kimi, tələb təklif doğurur. Və mikromaliyyələşdirmə institutları bunun üçün sadəjə səy göstərməlidirlər. Bu isə ölkəyə həm iqtisadi, həm də sosial baxımdan çox böyük faydalar gətirəjək. 


MƏSLƏHƏT GÖR:

450