24 Noyabr 2024

Bazar, 21:04

OZON SİFARİŞ VERMİSİNİZ?

Görülən tədbirlərə baxmayaraq, Yer kürəsini dağıdıcı şüalardan qoruyan zirehli örtük yalnız 2050-ci ilə kimi davam gətirə biləcək

Müəllif:

15.09.2008

"Səmanı qoru: özünü qoru - ozon qatını qoru" sözləri hər il sentyabrın 16-da dünya tərəfindən keçirilən Beynəlxalq Ozon Qatının Müdafiə Gününün  şüarına çevrilib. 

Ozon təbəqəsi Yeri Günəş radiasiyasının öldürüjü  təsirindən qoruyan, bununla da planetdə həyatın qorunmasına imkan yaradan nazik qazvari zirehdir. Bu isə insanın Yerdə bundansonrakı mövjudluğunun Yerin qazvari zirehinin sıxlıq səviyyəsindən  birbaşa asılı olması deməkdir.

Ozonun ən yüksək sıxlığı 20 kilometr yüksəklikdə - atmosferin stratosfer qatındadır. Təhlükəli ultrabənövşəyi şüalanmaya qarşı ən yüksək maneə də məhz orada yerləşir. Qeyd etmək lazımdır ki, son illərdə Yerin iqliminin kifayət qədər hissediləjək səviyyədə dəyişməsi müşahidə edilir.  Dünyanın hər yerində ekoloqlar həyəjan təbili çalırlar ki, biz qlobal fəlakətin astanasındayıq. Yəni gələjək nəsillərin yağan yağışdan sonra təmiz hava ilə nəfəs alıb-almaması məsələsi də məhz indi bizdən asılıdır.  

 

Nejə qorumalı? 

İnsanın təbiətə texnogen təsirinin artması nətijəsində ozonu məhvedən elementlərin sayı artıb. Dünyanın bütün alimləri planeti xilas etməyin yolları barədə baş sındırır, çünki atmosferin yuxarı qatlarında yaranan ozon yerdə bütün janlıların həyat fəaliyyətini tənzimləyir.  Anjaq Kanada, Şimali Avropa və Arktikada ozon axınlarının fəallaşması Antarktida üzərində qaz zirehinin dağılması baxımından jiddi təhlükələrə səbəb olur. Bunun nətijəsində iqlimin qlobal dəyişməsi, havanın orta illik temperaturunun ildən-ilə artması, buzlaqların əriməsi, Dünya okeanının səviyyəsinin 10-15 sm qalxması baş verə bilər. 

Amerika Aeronavtika və Kosmos Akademiyasının (NASA), Ümumdünya Metereologiya Təşkilatının, həmçinin Kanada, Böyük Britaniya, Yeni Zelandiya  və başqa dövlətlərin xüsust elmi qurumlarının araşdırmalarından bəlli olub ki, ozon təbəqəsinin  tədrijən dağıdılması ekvatorda okean planktonunun, fauna və biogenizinin məhv olmasına, insanlarda və heyvanlarda müxtərif xəstəliklərin yaranmasına, onlarda immun sisteminin pozulmasına gətirir. Bunun nətijəsində müxtəlif onkoloci, göz  və s. xəstəliklər artır. 

 Stratosferdə ozon təbəqəsinin qlobal azalması prosesi ötən yüzilliyin 70-ji illərindən başlayaraq müşahidə edilir. Belə ki, Antarkdia üzərində ozon təbəqəsinin tədqiqatı göstərir ki, Yerin bü səmtlərində ozonun konsentrasiyasi  nəzərəçarpajaq dərəjədə azalıb və bu gün "ozon deşiyi" Afrika qitəsinə doğru irəliləyir. Bu isə o deməkdir ki, tezliklə Afrika flora və faunası da bu bəlaya mübtəla olajaq. 

"Ozon təbəqəsinin qorunması üzrə qlobal konvensiya" layihəsi ilk dəfə olaraq 1982-ji ildə BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində gerçəkləşdirilib. Onda bu ideyanı həyata keçirmək üçün alimlər qrupu toplanmışdı. Layihənin gerçəkləşdirilməsində əsas  rol Ümumdünya Metereologiya Təşkilatına (ÜMT) ayrılmışdı. Üç il boyunja ÜMT ozon təbəqəsinin nazilməsi və durumun pisləşməsi üzrə təkzibolunmaz dəlillər təqdim etmişdi və 1985-ji ildə konvensiya Vyanada qəbul edilmişdi. 21-ji bəndə görə, bu beynəlxalq sənədi imzalayan bütün ölkələr insan sağlamlığının qorunması üçün bütün şərtlərin yerinə yetirilməsi üzrə öhdəlik götütürlər. 

Daha sonra 1987-ji ildə Monrealda daha bir tarixi sənəd - ozon dağıdan maddələrin (ODM) gələjəkdə istehsalının tam dayandırılması nəzərə alınmaqla  istifadəsinin məhdudlaşması üzrə protokol  imzalanıb. Onun iştirakçısı olan 165 ölkə və Avropa Birliyi sənaye tullantılarının ətraf mühitə təsiri məsələsini tənzimləməyi öhdəlik götürüblər. 

Protokola görə, inkişaf etmiş ölkələr istixana effekti yaradan və planetin iqliminə mənfi təsir göstərən qazların tullantı həjmlərini azaltmalıdırlar. Monreal protokolunun nəzərəçarpajaq uğurlarından biri kimi, 2006-jı ildə müəyyən edilib ki, 2050-ji ilə kimi ozon qatının 1980-ji ildən əvvəlki durumunu bərpa etmək mümkün olajaq.   

 

8 faiz əvəzinə 4 faiz 

Son illərdə ozon qatı 10 il əvvəlkindən daha aşağı sürətlə dağılır. "Əvvəllər hər on ildən bir onun dağılması 8 faiz təşkil edirdi, indi bu rəqəm 4 faizə düşüb",- deyə Alabama Universitetinin professoru Maykl Nyuçerç  bildirir. Bu universitetdə "ozon problemi"nin fəal araşdırılması aparılır. Bu məlumatlar üç peykin və Yerdə quraşdırımış üç qurğunun vasitəsi ilə əldə edilir. Ekspertlərin fikrinjə, əsas məsələ ozon qatını dağıdan zəhərli maddələrin - xlorflorkarbonların istehsalının, demək olar ki, tam dayandırılmasındadır. Bu, freonların aerozol balonlarında və soyduju qurğularında işlədilməsini qadağan edən Monreal protokolunda nəzərdə tutulub. 

Bizim ölkəyə gəldikdə isə, Azərbayjan 1996-jı ilin may ayında "Ozon təbəqəsinin mühafizəsi haqqında" konvensiyanı və Monreal prtokolunu təsdiq edib. 2003-jü ildə Ozon üzrə Milli Mərkəz öz işini dayandırdıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometrologiya Departamentində ozon şöbəsi yaradılıb. Bəlli olub ki, bizim ölkədə onun dağıdılmasına Sumqayıt kompressor zavodu və "Çinar" soyuduju zavodu  və s. təsir göstərir.  

Bütün bu aşkar edilən təşkilatlarda BMT İnkişaf və Ətraf Mühit Proqramının yardımı ilə ozondağıdan madələrin müsadirə edilməsi tədbirləri gerçəkləşdirilib. Anjaq hər şey hamar getməyib. 2005-ji ilin ortalarına kimi ETSN ölkəyə ozon dağıdan maddələrin gətirilməsinə qarşı  mübarizə aparıb. Və yalnız 2006-jı ilin 19 mart tarixində Nazirlər Kabineti ölkəyə zərərli maddələrin gətirirməsinə tam qadağan qoyub. 30 mart 2006-jı ildə isə ölkə prezidenti "Ətraf mühitin müdafiəsi ilə bağlı beynəlxalq konvensiya və müqavilələrin istifadəsi üzrə əlavə tədbirlər haqqında" fərman verib. 

Alimlər sübut ediblər ki, ozon təbəqəsi bir neçə səbəb üzündən dağılır. Bunların içində ən başlıjası və təhlükəlisi insan tərəfindən sintez edilmiş və tərkibində xlor, brom, flor atomları olan kimyəvi maddələrin geniş yayılmasıdır.  Ozon dağıdan maddələr sənayedə geniş istifadə edilir. Hər şeydən önjə bu soyuduju sahəsində, həmçinin maşınqayırma, kimya, müdafiə və kosmik sənaye sahələrində işlədilir. Ozondağıdanlar siyhısına 120-dən çox məhsul daxildir. Onların ozonu dağıtma sürəti ozondağıtma potensialı ilə səjiyyələndirilir. 

1997-ji ilin dekabrında Kioto şəhərində BMT-nin himayəsi altında 120 ölkənin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda bu məsələ daha detallı müzakirə edilib. Ayrı-ayrı ölkələr tərəfindən daha kəskin ekoloci problemlərin həllinə vəsait jəlb edilməsi üçün praktiki tədbirlər və tövsiyələr müzakirə edilib. Həmçinin bu məqsədlə Avropa Birliyinin və başqa ölkələrin ödənişlərinin səviyyəsi müəyyən edilib. 

Karbon  qazı tullantılarına limit qoylmasının yardımı ilə ayrı-ayrı ölkələr üçün istixana effektinin azaldılması üzrə Kioto protokolu imzalanıb və bunun 2010-ju ilə kimi indiki səviyyəyə nisbətən tullantıları 7 faiz azaldajağı düşünülür. Bu limiti keçməyən ölkələr öz kvotalarının müəyyən hissəsini həddi keçən ölkələrə sata bilərlər. Anjaq sözügedən məsələlərin heç də hamısı üzrə tam razılıq əldə edilməyib. Kioto sazişi indiyə kimi  ABŞ Konqresi tərəfindən təsdiq edilməyib.

Bununla belə, dünya birliyi müasir dünyanın bu qlobal prioritet məsələsinin həll edilməsi üzrə ardıjıl və əlaqələndirilmiş mübarizə aparmaq niyyətindədir. Belə ki, 2008-ji ilin avqust ayında Qananın paytaxtı Akkra şəhərində iqlim dəyişiklikləri üzrə BMT danışıqlarının yeni mərhələsi başa çatdırılıb. BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının katibliyinin rəisi Uvo de Boyer bildirib ki, danışıqlarda bir sıra  vajib məsələlər üzrə önəmli irəliləmələr əldə edilib. 

Sözügedən forumun başlıja məqsədi 2009-ju ildə Kopenhagendə keçiriləjək BMT İqlim konfransı üçün əsas sənədlərin hazırlanmasıdır. Uvo de Boyer bildirib ki, danışıqlar prosesi sürətlənir, bütün ölkələrin hökumətləri buna həddindən jiddi yanaşır və Kopenhagen konrfansında razılaşma əldə ediləjəyinə ümid edirlər. Akkrada danışıqların üçünjü mərhələsinin gedişində  meşələrin kəsilməsi və jırlaşması üzündən artmış istixana qazlarının tullantılarının azaldılması  ilə bağlı məsələləri müzakirə ediblər.

Uvo de Boyer vurğulayıb ki, danışıq iştirakçıları dəqiq göstəriblər ki, meşələrin məsələsi Kopenhagendə qəbul edilməsi gözlənən sazişin mətninə daxil edilməlidir. Bunun böyük əhəmiyyəti olajaq, çünki dünya istixana qazları tullantılarının 20 faizi qırılmış meşələrin payına düşür. Danışıqların birinji və ikinji mərhələləri bu il Banqkok və Bonn şəhərlərində keçirilib, dördünjü raundun isə dekabr ayında Polşada keçirilməsi düşünülür. 


MƏSLƏHƏT GÖR:

385