24 Noyabr 2024

Bazar, 20:44

YENİ ŞƏHƏR

Dövlət şəhərsalma və arxitektura komitəsi böyük bakının yeni baş inkişaf planını hazırlayır

Müəllif:

15.09.2008

Bakı keçmişi və indisi arasında böyük zaman fərqi yaranmış şəhərdir. Kiməsə xoş gəlir, kiməsə də yox, anjaq saatın əqrəbinin hərəkətini dayandırmaq mümkün deyil. Gerçəklik belə tələb edir və insan uşaqlığından uzaşlaşan kimi, daim keçmişdən aralanır. Elə adamlar da var ki, gözləri yaşara-yaşara "Artıq Bakı həmin Bakı deyil" deyirlər. Anjaq insanların nədən ötrü  - əldən verdikləri javanlıqları üçünmü, yoxsa şəhərin görkəmi dəyişdiyi üçün ağladığı bəlli deyil. Başqa sözlə, şəhərdə gedən fəal təmir-tikinti işlərinə insanlar heç də laqeyd yanaşmırlar. Məsələn, mütəxəssislər tez-tez bildirirlər ki, tikinti bumuna başı qarışmış Bakı, dairəvi yoldan məhrum oldu. Həmin yolu 1987-ji ilin Baş Planının pozulması ilə tikilmiş hündür binalar kəsiblər. 

Bu jür pozuntular, bəlli olanı və olmayanı çoxdur. Bir çox pozuntuları adi gözlə də görmək olur. Məsələn, "xruşşovka"ların həyətində, yaşıl zolaqda - dar yerlərdə yüksəkmərtəbəli nəhəng binalar ujaldıblar. Təbii ki, çox sayda ağaj kəsilib və ijtimai istirahət üçün nəzərdə tutulmuş zonalarda tikinti işləri görülüb, mərkəzi kommunikasiyaların yaxınlığında xaotik tikintilər aparılıb və s.  

Opponentlərin isə öz arqumentləri var. Bəs şəhər janlı oqranizmdir və inkişafını heç kim dayandıra bilməz, bazar iqtisadiyyatı dövründə hündür binaların tikintisini hansısa ümumi standartlara salmaq da mümkün deyil. Həmçinin, sahibkarlığın inkişafına mane olmaq da yalnız zərər verə bilər. "Sovet illərində tikintiləri yalnız dövlət həyata keçirirdi. Ona görə də qaydasız tikintilərə və uyğun olaraq, Baş Planın pozulmasına rast gəlinmirdi. Çünki şəhərin inkişafına maliyyəni yalnız dövlət ayırırdı. 

Anjaq bu sahəyə çox pul ayrılmırdı və sovet illərində Bakının Mənzil Fondunda kəsir hiss edilirdi. Ədalət naminə demək lazımdır ki, həmin kəsir indi də var. Bakının 1987-ji il Baş Planının 40 faizi hələ də yerinə yetirilməyib. Sahibkarların tikmək istəyinin qarşısını biz ala bilmərik, həmçinin birmərtəbəli binaları sökərək, yerində hündür binaların tikilməsini də dayandıra bilmərik. Bu, zamanın tələbidir. Sözsüz, hər bir inkişafın da əks tərəfi olur. 

Çoxları indi hündür binaların tikintisinin əleyhinədir. Anjaq mən sadə bir misal gətirə bilərəm. İndi Bakı Şəhər İjra Hakimiyyətinin yerləşdiyi bina 1904-jü ildə memar İosif  Vikenteyeviç Qoslavski tərəfindən tikilib. Bəllidir ki, çar hakimiyyəti dövründə bu binada Şəhər Duması yerləşmişdi. Onun bünövrəsi 1900-jü ildə qoyulmuşdu. Əgər siz həmin ildə çap edilmiş "Kaspi" qəzetinin arxivinə nəzər yetirsəniz, görərsiniz ki, bu tikintinin çoxlu düşmənləri olub və onun əleyhinə çoxsaylı felyetonlar yazılıb. 

Buna baxmayaraq, bu gözəl binanın tikintisi davam etdirilib. İndi heç kim buna təəssüf etmir. Əgər həmin günlərdə əleyhdarların sözlərinə qulaq asılsa idı, indi biz bu gözəl memarlıq nümunəsindən məhrum olmuşduq. O bizim üçün tikilib. İndi biz bu gözəl binaya baxaraq, estetik həzz alırıq. Əminəm ki, indi biz gördüyümüz işləri çox-çox illərdən sonra başa düşüb anlayajaqlar",- deyə şəhər ijra hakimiyətinin başçısı Hajıbala Abutalıbov müsahibələrinin birində Bakıda indi gedən tikintiləri müzakirə edərkən bildirmişdi. 

Bununla razılaşmamaq olmur, anjaq ətrafda addımbaşı müşahidə edilən pozuntuları qəbul etmək də mümkün deyil. Həmçinin 2007-ji ilin avqust ayında Bakıda uçmuş yeni tikilən binada həlak olmuş insanların qohumlarının və yaxınlarının ağrısını isə zaman heç vaxt sağaltmayajaq. Burası da bəllidir ki,  bir vaxt  Qoslavskinin yaratdığı memarlıq injiləri kimi binalar da indi tikilmir. Anjaq dövlətin və ijtimaiyyətin maraqları ilə sahibkarların maraqlarının ayırd edilməsinin zamanı da çatıb. 

 

Gələjək haqqında düşünməyin vaxtı çatıb

Ərazilərin zonalaşdırılmsı ərazinin, məntəqənin şəhərsalma planlaşdırması üçün  zonalara bölünməsi, ayrılmış zonalarda şəhərsalma məqsədi üçün nəzərdə tutulmuş infrasturkturların və onlardan istifadənin hədlərinin müəyyən edilməsidir.  Sadə dillə, hazırda Böyük Bakının inkişafı üçün yeni planın hazırlanmasına başlanılılıb. Doğrudan da, bu gün Bakının şəhərsalma konsepsiyasına yenidən baxılmasının vaxtı çatıb və hazırlıq dövrü 2012-ji ilə kimi başa çatajaq, uyğun olaraq real işlərin görülməsinə də onda başlanajaq. Yol verilmiş yanlışlıqlardan nətijə çıxarıb-çıxarmadığımızı biz yalnız onda anlayajağıq.   

"Şəhərin staretci zonalaşdırması yeni Baş Plan demək deyil, bu, Baş Plandan da artıq işdir",- deyə "Region plus"a Dövlət Tikinti və Arxitektura Komitəsinin (DTAK) "Böyük Bakının regional inkişafı" layihəsinin menejeri Fuad Jəfərli bildirir. Bakının yeni Baş Planının hazırlanması mövzusu daha çox yerli mətbuat tərəfindən gündəmə gətirilir.  Anjaq bütün Abşeron yarımadasının, Bakının və Sumqayıtın zonalaşdırılması üzrə görülən irimiqyaslı işlərə Yeni Baş Plan adı verilməsi də gejikmiş addımdır.

Jəfərlinin sözlərinə görə, Abşeron yarımadasının və Sumayıt şəhərinin strateci şəhər planlaşdırılmasının işlənməsinə bu ilin mart ayında başlanılıb. İşlər DTAK-ın şəxsində Azərbayjan hökuməti tərəfindən Böyük Bakının kanalizasiya və su təjhizatı sisteminin yenidənqurulması layihəsi çərçivəsində  Dünya Bankı (DB) ilə bağlanmış kredit sazişi üzrə gerçəkləşdirilir. 

"Bəli, Bakının Baş Planının 40 faizi hələ yerinə yetirilməyib, anjaq bu o demək deyil ki, o köhnəlməyib. Bu hələ 2005-ji ildə baş verib. Anjaq Baş Planın bəzi elementləri indi də aktualdır. Urbanizasiya, demoqrafik artım, infrastrukturun modernləşdirilməsi prosesini dayandırmaq mümkün deyil. Biz Bakının və Sumqayıtın inkişafına ölkənin iqtisadi inkişafının və İT texnologiyaların köhnə meyarları ilə yanaşa bilmərik",- deyə Jəfərli vurğulayıb. Mütəxəssisin sözlərinə görə, paytaxtın strateci inkişafını müəyyən edən sənədin hazırlanması üçün vaxt və nəhəng işlər lazımdır. 

Bu, müfəssəl təhlil və çox parametrlər üzrə dürüst hesablamalar tələb edən mürəkkəb layihədir. Layihənin konkret jəhətləri ilə bağlı artıq DB ilə danışıqlar aparılıb. DB Abşeron yarımadasının strateci planlaşırma və zonalaşdırılmasının kommunikasiya, nəqliyyat, yollar, yaşayış fondu və s. üzrə komponentlərinin işlənməsinə texniki və maliyyə yardımı etməyə hazırdır. Həm də yaddan çıxarmaq lazım deyil ki, burada söhbət yalnız Bakının deyil, bütün Abşeron yarımadasının inkişafından gedir. Yarımadanın indi demoqrafik yüklənmə, infrastrukturun köhnəlməsi və başqa bir çox mənfi amillərlə bağlı problemi var",- deyə Jəfərli vurğulayır. 

Bununla yanaşı, o qeyd edir ki, Bakı və Sumqayıtın şəhər infrastrukturu sovet illərində formalaşıb və buna görə də orada görülən işlər köklü dəyişikliklərə səbəb olmur. "Bu səbəbdən hökumət problemi kompleks həll etmək niyyətindəir. Bakının yeni strateci planlaşdırılması yaxın 20 ili əhatə edəjək. 

Şəhərin özündə yaşayış fondunun və istehsal sahələrinin inkişaf perspektivlərini nəzərdə tutan sənəddə əhalinin artım dinamikası baxımından şəhərətrafı kəndlərin və qəsəbələrin, onlar üçün müvafiq infrastrukturun məsələləri də öz əksini tapajaq. "Bu planlaşdırma şəhərin gələjəkdə nejə inkişaf etdiriləjəyini, onun yeni görkəminin nejə olajağını öyrənməyə imkan verəjək",- deyə "Böyük Bakının regional inkişafı" layihəsinin menejeri qeyd edib. 

 

Mərkəzdən-mərkəzə 

1987-ji ilin Baş Planına aşağıdakılar daxildir: Abşeron yarımadasının sahəsi 219 min hektar; o jümlədən, Bakı amfiteatrının sahəsi 22,1 min hektar; şəhərin öz sahəsi isə 54 min hektardır. Baş Plan şəhər əhalisinin sonrakı 20 il ərzində, yəni 2006-jı ilə kimi 2 milyon 260 minə qədər və mənzil fondunun  40,7 milyon kvadratmetrə qədər artmasını nəzərədə tuturdu. Hazırda şəhərin Mənzil Fondu 26,1 milyon kvadratmetr və qeydə alınmış sakinlərin sayı 1 milyon 840 min 800 nəfərdir.  İldə 12-15 min artmaqla şəhər əhalisinin sayı 2 milyon 260 min səviyyəsinə yalnız 2020-ji ilə çata bilər. 

Ümumi sahəsi hazırda 26,1 milyon kvadratmetr olan Mənzil Fondunu ildə 800 min kvadratmetr artırmaqla 40 milyon kvadratmetr səviyyəsinə yalnız 2020-ji ildə çata bilər. Hazırda isə illik artım templəri ildə 200 min kvadratmetri keçmir. Özü də biz bununla adambaşına 18 kvadratmetr mənzil sahəsi göstərijisinə çatırıq ki, bu da Avropa paytaxtlarının göstərijisindən iki dəfə aşağıdır. 

Əslində isə Bakının əhalisi qaçqınlar, məjburi köçkünlər və başqa qeydiyyatsız əhali də nəzərə alınmaqla 4 milyondan çoxdur. Ermənistanın təjavüzü nətijəsində yaranmış bu durum bu gün şəhərin sosial-iqtisadi və şəhərsalma həyatına mənfi təsir göstərir. Torpaqların iqtisadi baxımdan səmərəli işlədilməsi məqsədi ilə 1987-ji ildə ümumi mənzil sahəsi 22,3 milyon kvadratmetr olan qarışıq mərtəbəli evlərin tikilməsi nəzərdə tutulmuşdu. 

Yenitikililərin ümumi payının 5 faizini və ya 1,1 milyon kvadratmetrini əsasən şəhərətrafı zonanın yaşayış məntəqələrində yerləşəjək beşmərtəbəli evlər; 70 faizini və ya 15,6 milyon kvadratmetrini 9-10 mərtəbəli evlər; qalan 25 faizini və ya 5,57 milyon kvadratmetrini isə əsas magistallarda və meydanlarda şəhərin relyefinin landşafı və Baş Plan kompoziyası nəzərə alınmaqla yerləşdiriləjək 12-14-16 mərtəbəli evlər təşkil edəjəkdi. Tikinti eskizi gələjək məhəllələrin binalarının hündürlüyünü, idman sağlamlıq komplekslərini, həmçinin nəqliyyat magistrallarının çəkilməsini dəqiq müəyyən edirdi. 

"Anjaq bizə elə gəlir ki, Bakı sıx məskunlaşıb. Bakıya quş uçuşu məsafəsindən baxın. Siz şəhərin yaşayış hissəsində böyük boş torpaq sahələri, istifadəsiz yerlər görərsiniz. Şəhərin 219,2 min hektara bərabər olan inzibati sərhədləri daxilində 1 hektara düşən adam sayı 10-u keçmir, halbuki bu rəqəm Moskvada 118 nəfər təşkil edir. 

Heydər Əliyevin səyi ilə yaradılmış Baş Plana əsaslanaraq, bazarın imkanlarından istifadə edərək, bu gün 3500 hektarı tutan qəzalı evləri sökmək, yeraltı qaracları olan çoxmərtəbəli yeni binalar tikmək, küçələri genişləndirmək və müstəqil mühəndis kommunikasiya şəbəkələri və qurğuları yaratmaq lazımdır", - deyə şəhər ijra hakimiyyətinin başçısı Hajıbala Abutalıbov yerli mətbuata müsahibəsində bildirib. O, bu gün də bu fikirdədir ki, 1987-ji ilin Baş Planı sona çatdırılmayıb və  davam etdirilməlidir. 

Anjaq Böyük Bakı üçün Baş İnkişaf Planı hazırlamaqla məşğul olan mütəxəssislər isə başqa fikirdədirlər. Strateci planlaşdırmanın hazırlanması işinin mərhələlərinə gəldikdə isə, yaxın iki ildə Abşeron yarımadasının zonalaşdırılması aparılajaq. Başqa sözlə, ilkin məlumatlar təhlil ediləjək.    

"Biz bu gün hansı resurslara malik olduğumuzu bilməliyik. Məsələn, bilməliyik ki, nə qədər torpaq artıq istifadə edilib, qanuni və ya qanunsuz yollarla insanlara verilib. Beləliklə, bununla da Bakıda, Sumqayıtda və bütövlükdə Abşeron yarımadasında nə qədər ərazinin hələ boş olduğu məlum olajaq. Daha sonra demoqrafik hesablamalar aparmaq lazımdır. Anjaq məsələnin çətinliyi ondadır ki, indiyə kimi Abşeron yarımadasında nə qədər əhali yaşadığı bəlli deyil. 

Bu böyük problemdir, buna görə də çox vaxt tələb edilir. Hələ bizə infrastrukturun köhnəlmə dərəjəsini dəqiq müəyyən etməyin vajib olduğunu demirəm. Bu plan dənizdə yaxın zamanda görə biləjəyimiz bir damladır. Yalnız bundan sonra Abşeron yarımadasının iqtisadi-joğrafi dəyişməsinin işlənilməsinə başlanılajaq və yarımada vahid, dəqiq, saat kimi işləyən bir orqanizmə çevriləjək",- deyə Jəfərli vurğulayır. 

Bakının birbaşa şəhərsalma problemlərinə toxunan və paytaxtın yeni şəhərsalma planının nə ilə bağlı olması barədə, yəni zamanın tələbi, yoxsa şəhəri artıq qanuni və ya qanunsuz inşa edilmiş tikililərə uyğunlaşdırmaq jəhdi olub-olmaması barədə suala javab verən Jəfərli qismən bildirib ki, mövjud pozuntulardan narazı qalan bakılılarla qismən həmfikirdir.    

"Hə, etiraf edirəm ki, bu  və ya başqa yüksək mərtəbəli binanın tikintisi və bunun üçün yer ayrılması zamanı heç də ətraflı götür-qoy edilməyib. Bir çox hallarda bu prosesdə pozuntular müşahidə edilir. Anjaq istəyirəm, çoxları bilsin ki, istənilən inkişafda həmişə mənfi hallar müşahidə olunur. Məsələ bundadır ki, Bakının inkişafında həm ətrafa, həm də daxilə imkanlar tükənib. Azərbayjanın mövjud paytaxtının mərkəzi bu gün həm iqştisadi, həm yaşayış, həm mədəniyyət və əylnəjə mərkəzi rolunu oynayır. Bakının əl boyda kiçik mərkəzi bu jür ağır yükün öhdəsindən gəlməyi sadəjə bajarmır. Bu ovuj içində bir yandan yüksək mərtəbəli binalar da tikirlər",- deyə Jəfərli vurğulayır.

Onun fikrinjə, vəziyyətdən çıxış kimi, birinji mərkəzi böyük dəyişikliklər etmədən saxlamaqla, Bakının ikinji mərkəzinin yaradılması ola bilər. Köhnə mərkəzin çağdaşlaşdırılması əhalinin ora köçməsinə səbəb ola bilər ki, bu da iqtisadi baxımdan əlverişli deyil. 

"Paytaxtın mərkəzində kvadratmetrin qiyməti çox bahadır. Və dövlət sadəjə Bakının mərkəzində yaşayan əhalidən sökmək üçün mənzillərini satın almaq imkanında deyil. Əgər ala bilərsə də, insanların əllərində jəmləşən nağd pullar əmlakın bahalaşmasına səbəb olajaq. Buna görə də, Bakının ikinji inkişaf mərkəzinin yaradılması və inkişaf etdirilməsi bizim paytaxtın strateci planlaşdırılmasının əsas tezislərindən biri kimi görülür", - deyə mütəxəssis vurğulayıb. 

Jəfərli əmindir ki, Abşeron yarımadasının şəhərsalma zonalaşdırılması və strateci planlaşdırılması hansı məsələlərdə dövlətin, hansında isə əhalinin maraqlarına üstünlük verilməsinin vajibliyini də anlamağa imkan verəjək. Və nəhayət, mənəvi jəhətdən köhnəlmiş Baş Planı indiki gerçəklikləri nəzərə almaqla iqtisadi və şəhərsalma inkişafına çevirmək lazımdır. Bu, böyük iş olmaqla yanaşı, həm də qaçılmazlıqdır. 


MƏSLƏHƏT GÖR:

473