14 Mart 2025

Cümə, 21:49

BİR ZƏNCİRİN İKİ HALQASI?

Azərbaycan və Türkmənistan öz qazları üçün marşrut seçir

Müəllif:

15.09.2008

Bir az önjəyə qədər Azərbayjan və Türkmənistanın siyasi və iqtisadi sahədə tərəfdaşlara çevriləjəyini təsəvvür etmək belə mümkün deyildi. Çünki iki ölkə arasında münasibətlər postsovet dönəmində çox gərgin olub. Anjaq may ayında Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun Bakıya səfər etməsindən sonra siyasi münasibətlərdə mülayimləşmə baş verdi. Elə bundan sonra dərhal iqtisadi sahələrdə əlaqələr qurulmasına başlandı. Burada təbii ki, energetika amili üstünlük təşkil edir. 

ARDNŞ prezidenti Rövnəq Abdullayev curnalistlərlə söhbətində bildirib ki, birgə layihələrdən danışmaq hələ tez olsa da, Azərbayjan artıq Türkmənistana öz neft-qaz infrastrukturundan istifadə etməyi təklif edib. Tərəflərin maraqlarının digər ortaq jəhəti isə Avropaya enerci nəqlininin diversifikasiysına yönəlmiş iri regional layihələrdə birgə iştirakla bağlıdır.

Bəllidir ki, Avropa hazırda enerci təjhizatı ilə bağlı Rusiyadan asılılıq sarıdan çox narahatdır və bununla bağlı olaraq, yeni qaynaqların axtarışındadır. Bu zaman ehtiyatları 28 milyard ton neft və 40 trilyon kubmetr qaz səviyyəsində dəyərləndirilən Xəzər bölgəsi ayrıja önəm qazanır. 

 

Barıtımız nəm çəkməyib ki?..

Hazırda Avropa Birliyi (AB) və ABŞ karbohidrogen qaynaqlarının Rusiyadan yan keçməklə nəqli üzrə yeni marşrutlarının tikintisini fəal lobbiləşdirir. Üç Xəzəryanı dövlətə - Azərbayjan, Qazaxıstan və Türkmənistana böyük diqqət yetirilir. Və burada iş yalnız neft nəqli ilə bitmir, ABŞ və AB Transxəzər Qaz Kəməri (TXQK) layihəsinin tezliklə gerçəkləşməsinə çalışır. Bu, ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qreyin Bakıya səfərində bir daha təsdiq edildi. "Transxəzər layihəsi ilə bağlı danışıqlar davam etdirilir",- deyə B.Qrey bildirib. 

Plana görə, TXQK ilə qaz Azərbayjandan keçməklə Xəzərin şərq sahilindən Türkiyəyə ixraj olunajaq. 2006-jı ilin mart ayında Azərbayjan bu kəmərə qoşulmaq istədiyini bəyan edib. 2007-ji ilin may ayında isə Qazaxıstan qaz kəməri tikmək imkanlarına baxdığı barədə toplumu bilgiləndirib. 

Bu istəyin kökündə nə dayandığı bəllidir, layihənin gerçəkləşdirilməsi Qazaxıstana yalnız maliyyə dividendləri qazandırmaqla qalmayajaq, həm də onun bütün dünyada mövqelərinin güjləndirilməsinə imkan yaradajaq. Özü də 2010-ju ildə Qazaxıstanın hasil edəjəyi "mavi yanajaq"ın həjmi 22 milyard kubmetr olajağı halda, bu, 2015-ji ildə 40 milyard kubmetrə qalxajaq. Yəni yaxın 15 - 20 ildə respublikadan kənar bazarlara önəmli səviyyədə qaz ixrajı təmin edilə bilər. 

Bununla belə, TXQK layihəsi  yalnız Türkmənistanın öz ərazisindən keçməyə ijazə verməsindən sonra gerçəkləşdirilə bilər. Qeyd edək ki, Türkmənistanın qaz ehtiyatları əvvəllər dünya üzrə ikinji və ya üçünjü kimi qiymətləndirilirdi. Yəni Rusiyadan sonra Qətər və ya İran səviyyəsində götürülürdü. 

Anjaq daha sonra Amerika ekspertləri birdən-birə əmin oldular ki, Türkmənistanın nəzəri yox, gerçək təbii qaz ehtiyatları barədə onlara heç nə bəlli deyil. Aşqabatın Xəzər şelfində nəhəng yataqların olması barədə bəyanatlarının təsdiqlənməsi üçün çoxillik geoloci kəşfiyyat işləri aparmaq və ehtiyatların işlənməsi üçün milyardlarla dollar sərmayə yatırmaq lazımdır. 

Bununla belə, 9-10 sentyabr günlərində Bakıda keçirilmiş "Azərbayjanın və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat və ekologiya. Əməkdaşlıq strategiyası" beynəlxalq konfransında müəyyən rəqəmlər səsləndirilmişdi.  Türkmənistanın Starateci Planlaşdırma və İqtisadi İnkişaf İnstitutunun direktoru Aşırqulu Qurbanqaliyevin bildirdiyinə görə, Türkmənistanın neft-qaz kompleksinin inkişaf  proqramına uyğun olaraq, 2030-ju ilə kimi ölkədə təbii qaz hasilatı 250 milyard kubmetrə, neft hasilatı isə 110 milyon tona çatdırılajaq. 

Onun sözlərinə görə, Türkmənistan "neft və qaz hasilatı üzrə böyük öhdəliklər götürüb və hazırda ölkənin ixraj potensialının diversifikasiyası üzrə böyük investisiya layihələrinin gerçəkləşdirilməsinə başlayıb". "Artıq Türkmənistan - Çin qaz kəməri magistralının çəkilişinə başlanıb. Türkmənistan - Əfqanıstan - Pakistan - Hindistan, Xəzəryanı və Transxəzər kimi qaz kəmərlərinin layihəsi üzərində işlənir",- deyə A.Qurbanquluyev vur-ğulayıb. 

 

Nabucco: siyasət biznesə mane olur?

Göründüyü kimi, Türkmənistan qazın ixraj marşrutlarını diversifikasiya etmək niyyətindədir. Həm də Rusiya Türkmənistanı və Qazaxıstanı Xəzəryanı qaz kəməri layihəsinə razı sala bilibsə, bu, hələ də kağız üzərindədir. 

Ekspertlər bu fikirdədirlər ki, Transxəzər layihəsi də gerçəkləşdirmə hüququnu tez qazana bilməyəjək. İştirakçı ölkələr maliyyələşdirmə məsələsini həll etməli, hasilat kvotasını paylaşdırmalı və Xəzərin hüquqi  statusunu müəyyən etməlidirlər. Anjaq bu gün artıq inamla demək olar ki, Aşqabat öz enerci qaynaqlarının xeyli hissəsini Azərbayjan, Türkiyə və Çin istiqamətində göndərmək niyyətindədir. Çünki istənilən neft-qaz yiyəsi olan ölkə kimi Türkmənistan da enercidaşıyıjılarının yüksək qiymətindən maksimum pul qazanmağa çalışır. 

İndi isə Aşqabatın hansı layihəyə - Tranxəzərəmi və ya məsələn, Rusiyanın iştirakı ilə bərpa edilən və güjü 26-30 milyard kubmetrə bərabər olan "Orta Asiya Mərkəz" (OAM) sisteminə üstünlük verəjəyini ehtimal etmək qalır. 

Bildirmək gərəkdir ki, Transxəzər qaz kəməri "mavi yanajağ"ı Avropanın içərilərinə aparajaq zənjirin yalnız başlanğıjı olajaq. Bəllidir ki, Azərbayjandan sonra yolun davam etdirilməsi üzrə hüququ əldə etmək üçün bir neçə boru kəməri şirkəti mübarizə aparır. Onların içində ən adlı-sanlısı, ABŞ və AB tərəfindən dəstəklənəni "Nabucco"dur.   Anjaq bu yaxınlarda xariji mətbuatda belə məlumatlar yayılmağa başlayıb ki, Azərbayjan guya layihədə iştirak etməkdən boyun qaçırıb və bu da Qərbi məyus edib.

Daha sonra doğrudan da bəlli olub ki, "Nabucco" iştirakçıları ilə danışıqlar prosesində müəyyən çətinliklər var və bu, qaz kəmərinin tikintisi məsələsinin siyasiləşməsi ilə bağlıdır. Azərbayjanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, "bu kəməri o qədər siyasiləşdiriblər ki, artıq çəkilməsi sual altına düşüb". 

Onun sözlərinə görə, Azərbayjan təmsilçiləri mütəmadi olaraq, "Nabucco" qaz kəmərinin tikinti layihəsinin rəhbərləri ilə görüşür və məsləhətləşmələr aparırlar. "Biz onlara dəstək veririk, hansısa birgə araşdırmalara qatılırıq, anjaq bu layihədə fiziki iştirak yoxdur",- deyə o vurğulayıb. 

Nazirin sözlərinə görə, Azərbayjan perspektivdə 20 il ərzində hər il 60 milyard kubmetr qaz ixraj edə bilər. Bu, "Şahdəniz" yatağından qaz hasilatının, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı  səmt qazının və AÇG-də dərin yerləşmiş təbii qazın hesabına, həmçinin "Abşeron", "Naxçıvan", "Ümid", "Babək", "Araz - Alov - Şərq" kimi bir sıra perspektiv strukturlarda ehtiyatların təsdiq edilməsi hesabına buş tutajaq. Beləliklə, Azərbayjanın xammalı var, anjaq onun dünya bazarlarına çıxarılması marşrutlarını hələ seçə bilməyib. 

 

Səhmdarlar ruhdan düşmürlər

Bununla belə, "Nabucco"nun səhmdarları Azərbayjan qazının Avropaya ixrajı məsələsində optimist düşünürlər. "Nabucco" layihəsinin baş direktoru Reynhard Mitçek Bakıda curnalistlərə bildirib, təbii qazı Rusiya "Qazprom"una satmaqla müqayisədə "Nabucco"nun Azərbayjan üçün jəlbedijiliyi layihənin uzunmüddətli olmasındadır. ""Nabucco" çox uzunmüddətli layihədir və ümid edirik ki, Azərbayjan və başqa Xəzəryanı ölkələr məhz bu layihəni seçəjəklər. Biz "Qazprom"un qazını da nəql etməyə hazırıq, çünki Avropanın qaza tələbatı böyükdür", - deyə R.Mtçek layihənin "Qazprom"un təklifindən daha üstün olması məsələsini şərh edərkən bildirib. 

Xatırladaq ki, "Nabucco" layihəsi Türkiyə, Bolqarıstan, Rumıniya, Majarıstan və Avstriyadan keçməklə Xəzəryanı bölgəni, Yaxın Şərqi və Misiri Qərbi və Mərkəzi Avropa ilə birləşdirməyi nəzərdə tutur. Türkiyədən Avstriyanın Baumqarten məntəqəsinə kimi boru kəmərinin uzunluğu 3300 kilometr olajaq. Layihə sutkada ən çoxu 31 milyard kubmetr qaz nəqli imkanındadır. 

Tam yeni boru kəməri sisteminin maliyyələşdirilmə xərjləri də daxil olmaqla layihənin ehtimal edilən investisiya xərjləri təxminən 7,9 milyard avro təşkil edir. Tikinti 2009-ju ildə, nəql isə 2012-ji ildə başlamalıdır. Layihənin iştirakçıları Türkiyənin "Botaş", Bolqarıstanın "Bulgargaz", Majarıstanın "Mol", Avstriyanın "OMV", Almaniyanın "RWE" və  Rumıniyanın "Transgaz" şirkətləridir. Onların hər birinin layihədə iştirak payı 16,67 faizdir. 

R.Mitçekin sözlərinə görə, ARDNŞ-lə indiki danışıqların qazın tranzit xərjlərinin minimuma və Avropada satış qiymətlərinin maksimuma qaldırılmasını təmin etməklə bağlıdır. Xəzər qazının Türkiyə ərazisindən keçməklə Avropaya qaz nəqli üzrə sazişin olmamasına toxunarkən o bildirib ki, bu məsələdə hər hansı bir problem gözlənilmir. "Türkiyənin "Botaş" şirkəti "Nabucco" layihəsinin səhmdarıdır, buna görə də Xəzər qazının Avropaya çatdırılmasında maraqlıdır", - deyə R.Mitçek vurğulayıb. 

Qeyd edək ki, daha önjə Türkiyənin energetika naziri Hilmi Gülər "Nabucco" layihəsinin gerçəkləşdiriljəyinə şübhə etmədiyini bildirmişdi. ""Nabucco" real layihədir, məsələ sadəjə onun nə vaxt gerçəkləşəjəyi ilə bağlıdır…", - deyə Hilmi Gülər bildirmişdi. 


MƏSLƏHƏT GÖR:

488