14 Mart 2025

Cümə, 20:58

İSLAHATÇI LİDER

Azərbaycan neftdənkənar bölməyə sərmayələrin cəlbi üçün yeni tutarlı əsas əldə edib

Müəllif:

15.09.2008

Gürjüstanda baş verən son hadisələr, onların Azərbayjan iqtisadiyyatına təsiri, dünya bazarlarında neftin qiymətinin düşməsi, qlobal ərzaq böhranı barədə bitmək bilməyən vahimə kimi təzahürlər, şəksiz, hökuməti neft-qaz hasilatı başa çatdıqdan sonra ölkənin dolanışığı barədə indidən daha müfəssəl və dərin təhlil aparmağa məjbur edir. Bu tezliklə baş verməsə də, hasilatın yüksək səviyyədə qalması şəraitində indi istismar edilən yataqlardan neft və qazın tükənməsi qaçılmazdır. 

Uyğun olaraq, indiki iqtisadçılar qarşısında ölkənin iqtisadiyyatının düzgün diversifikasiyası problemini həll etmək dayanır. Neft gəlirləri elə yerləşdirilməlidir ki, ölkəni Azərbayjanın gələjək nəsilləri üçün iqtisadi baxımdan inkişaf etmiş və rifahlı saxlamaq mümkün olsun. Anjaq praktik olaraq, Azərbayjan iqtisadiyyatı hələ neft amilindən güjlü asılı olsa da, ölkədə biznes mühitinin yaxşılaşdırılması üzrə keçirilən islahatlar bu məqsədə nail olunajağına ümid etməyə imkan verir. 

 

Görünməmiş sıçrayış 

Beləliklə, bu günlərdə Dünya Bankının (DB) Azərbayjan üçün, demək olar ki, sensasiyalı olan "Doing Business-2009" hesabatı açıqlandı. Bizim ölkə keçən ilki 96-jı yerdən 33-jü yerə qaldırıldı. Bu, biznesin əlverişlilik reytinqi üzrə siyahının tarixində görünməmiş sıçrayışdır.  Bundan başqa, respublika iqtisadi islahatlar sahəsində lider olaraq tanıdıldı. Özü də Azərbayjan öz reytinqinə görə 44-jü yeri tutmuş və ötən ilki səviyyədən 3 bənd geri düşmüş Erməistanı xeyli qabaqladı. Halbuki keçən il Azərbayjan Ermənistandan 52 bənd geridə idi. 

Bəllidir ki, DB "Doing Business" hesabatını 2004-jü ildən dərj etdirir və hər il ölkələrin reytinqini müəyyən edən amillər siyahısına daha yenilərini əlavə edir. Əgər 2004-jü ildə  bu amillərin sayı 5 idisə, son hesabatda 10 istiqamət üzrə araşdırma aparılıb. Bunlar biznesə başlamaq, tikintiyə ijazə, işə qəbul və işdən çıxarılma, əmlakın qeydiyyatı, kreditlərin alınması, sərmayəçilərin maraqlarının qorunması, veriginin ödənilməsi, gömrük qeydiyyatı, sazişlərin yerinə yetirlməsinin təminatı, biznesin bağlanması sahələridir. 

 Yeni hesabatda Azərbayjan vəziyyətini 10 amildən 7-si üzrə yaxşılaşdırıb. Əgər ötən il biz biznesə başlamaq üzrə 64-jü yerdə idiksə, bu il həmin göstərijiyə görə 13-jü yeri tuturuq. Son hesabatda işə qəbul və işdən çıxarılma üzrə 80-ji yerdən 15-ji yerə,  əmlakın qeydiyyatı üzrə 56-jı yerdən 9-ju yerə, kreditlərin əldə edilməsi üzrə 26-jı yerdən 12-ji yerə qalxmışıq. Ən önəmli irəliləmə isə sərmayəçilərin hüquqlarının qorunması üzrə olub, ötən ilki hesabatda biz 107-ji yerdə olduğumuz halda bu il 18-ji yerə qalxmışıq. 

Azərbayjan üçün bu göstərijilərin önəminə gəldikdə isə qeyd etmək lazımdır ki, "Doing Business" dünyanın bir çox iri sərmayəçiləri üçün makroiqtisadi siyasət sahəsində çox önəmli sənəd sayılır. Onlar bu və ya başqa ölkəyə kapital yatırımları zamanı bir çox sahələrdə məhz bu sənədə əsaslanırlar. Qeyd etmək lazımdır ki, bu hesabat neft sahəsi istisna olmaqla, iqtisadiyyatın bütün sahələrini əhatə edir. Yəni Azərbayjan üçün çox vajib olan neftdənkənar bölməyə sərmayə jəlbi məsələsinə imkan yaradır. Başqa sözlə, biz sübut edirik ki, neftdən kənar bölmənin inkişafına biz məhz indi ölkənin neft-qaz hasilatı zirvədə olan zaman çalışırıq. 

Bu çox önəmlidir, çünki indi bir çox xariji ekspertlər bölgədə durumun gərginləşməsi fonunda sərmayə jəlbinin aşağı düşməsinin mümkünlüyündən danışırlar. O jümlədən,  "Baker & McKenzie LTD" (Bakı) şirkətinin ijraçı tərəfdaşı Deniel Metyus bu fikirdədir. "Bəllidir ki, sərmayəçilər üçün ən vajib şərtləridən biri ölkədə və bölgədə sabitlikdir. Mən düşünmürəm ki, indiki sərmayəçilər Azərbayjanı tərk edəjəklər, anjaq Gürjüstanda baş verən hadisələr onların gələjək axınının qarşısını ala bilər", - deyə o vurğulayır. Beləliklə, "Doing Business - 2009"un açıqlanması çox önəmli oldu. 

 

Səhvlər üzərində iş

Hökumət vəd edir ki, biznes bölməsinin inkişafı üçün islahatlar davam etdiriləjək, özü də bu, təkjə reytinqlər qazanmaq üçün edilməyəjək. Anjaq bunlardan nətijələr çıxarmaq da hökumət üçün həddindən önəmlidir. Məsələn, yaxın zamanlarda "Doing Business - 2009" üzrə Azərbayjanın dəyişməmiş və ya pisləşmiş üç meyarının göstərijilərinin yaxşılaşdırılması üzrə konkret addımların atılajağı ehtimal edilir.  

Məsələn, tikintiyə ijazə verilməsi bəndi üzrə Azərbayjan yalnız 4 pillə - 159-ju yerdən 154-jü yerə qalxıb. Və artıq İqtisadi İnkişaf və Fövqəladə Hallar nazirlikləri "Tikinti və bərpa işlərinə, tikilmiş obyekt və qurğuların istismara verilməsinə ijazə verilməsi qaydaları" layihəsini hazırlayıblar. Layihə baxılmaq üçün Nazirlər Kabinetinə (NK) verilib. NK layihəni bəyənərək, baxılmaq üçün Prezident Aparatına göndərib. Sənəd təsdiq edildikdən sonra tikintiyə ijazə və istismara verilmə üzrə prosedurların sayı 31-dn 12-ə, bunun baxılma müddəti isə 207 gündən 124 günə düşəjək. 

İki meyar üzrə isə Azərbayjanın vəziyyəti bir qədər pisləşib, gömrük rəsmiləşdirilməsi üzrə 173-jü yerdən 174-jü yerə, biznesin bağlanması üzrə isə 75-ji yerdən 81-ji yerə düşüb. Bu bəndlər üzrə də islahatlar keçirilməsi düşünülür. Artıq gömrükdə "vahid pənjərə" prinsipinin tətbiq ediləjəyi elan edilib, həmçinin "Müflislik haqqında" qanunun təkmilləşdərilməsi düşünülür. 

Bununla yanaşı, bir sıra analitiklərin fikrinjə, başqa qanunverijilik aktlarında da dəyişikliklər edilməlidir. "Biz öz fəaliyyətmizə başalyan zaman burada hələ 1964-jü ildən qüvvədə olan Mülki Məjəllə tətbiq edilirdi. Keçən müddət ərzində qanunverijilik bazası jiddi şəkildə yaxşılaşıb, anjaq yenə də müəyyən çatışmazlıqlar var",- deyə  "Baker & McKenzie LTD" (Bakı) şirkətinin ijraçı tərəfdaşı Deniel Metyus bildirir. 

Onun sözlərinə görə, çatışmazlıqlar sırasına özəl mülkiyyətin qeydiyyatı, bank kreditləri alınması zamanı girov problemi, Mülki Məjəllənin bank qanunverijiliyi ilə əlaqələndirilməsində olan qeyri-müəyyənliklər aiddir. "Bunlar kiçik məsələlər sayıla bilər, amma onların həlli iqtisadiyyatın davamlı inkişafı üçün çox vajibdir",- deyə D.Metyus vurğulayıb. 

 

Neftdənsonrakı həyat 

Bütövlükdə, sadalanan bütün islahatlar və layihələr iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafına yönəlib. Azərbayjanda karbohidrogen hasilatının zirvə dövrünün uzadılmasına baxmayaraq, bir neçə on ildən sonra tənəzzül dövrü başlayajaq və onda da büdjədə yaranmış boşluqları doldurmaq lazım gələjək. 

Xariji ekspertlərin fikirinjə, bunun üçün maşınqayırmanı və bütövlükdə istehsalat sektorunu, həmçinin bank və sığorta sektorlarını inkişaf etdirmək lazımdır. İqtisadi inkişaf naziri Heydər Babayev hesab edir ki, Azərbayjan iqtisadiyyatının gələjəyi xidmət sektoru, konkret olaraq,  nəqliyyat, energetika və turizm sahələri ilə bağlıdır. "Mən əminəm ki, Azərbayjan neft-qaz hasilatını asanlıqla dayandıra bilər və iqtisadiyyatını əsas hissəsini xidmət bölməsinə yönəldə bilər",- deyə o vurğulayıb. 

Ümumiyyətlə, xariji ekspertlər hesab edir ki, ölkə iqtisadiyyatının artım templərinin azalması yaxın illərdə başlayajaq. "The Economist"in araşdırma bölməsinin baş redaktoru Anna Uolkerin sözlərinə görə, 2012-ji ilə kimi Azərbayjan iqtisadiyyatının artım templəri indiki 15-16 faizdən, 5-6 faizə qədər düşəjək. Bu, əvvəljə inflyasiyanın sıçrayışı, daha sonra isə azalması fonunda baş verəjək. 

"Bu il rəsmi statistikaya görə, Azərbayjanda inflyasiya 25 faiz təşkil edir, amma qeyri-rəsmi göstərijilərə görə isə daha yüksəkdir. 2009-ju il üçün biz inflyasiyanı 18-20 faiz səviyyəsində ehtimal edirik, 2012-ji ildə isə onun templəri 7 faizə qədər düşəjək. Bu göstərijilər daha çox neft gəlirlərinin həjmindən və dünya bazarında neftin qiymətindən asılı olajaq",- deyə A.Uolker Bakıda curnalistlərə bildirib. O, qeyd edib ki, proqnozlar tutularkən beynəlxalq maliyyə institutlarının təqdim etdiyi göstərijilərə əsaslanılıb. 

Anjaq Azərbayjan ekspertləri ümumi daxili məhsul (ÜDM) artımı templərinin mütləq göstərijisinin azalmasını tamamilə təbii sayırlar və bildirirlər ki, başlıja məsələ iqtisadi sabitlikdir.  Əgər 2006-jı ildə 34,5 faizlik artıma malik ÜDM-in adambaşına göstərijisi 2469 dollar təşkil edirdisə, 2013-jü ildə 12915 dollar olajaq. Bəllidir ki, adambaşına ÜDM göstərijisi həyat səviyyəsinin və iqtisadi inkişafın əsas göstərijilərindən biridir. 

Yəni Azərbayjanda iqtisadi artım templərinin aşağı olmasına baxmayaraq, lazımi göstərijilər öz dinamikasını saxlayajaq və ölkə öz iqtisadi inkişafına görə regionda liderliyini qoruyajaq. 


MƏSLƏHƏT GÖR:

432