14 Mart 2025

Cümə, 21:39

ÇEXİYADA HAQQIMIZDA NƏ BİLİRLƏR

Azərbaycanın çexiyadakı səfirliyi milli mədəniyyətimizin və ənənələrimizin təbliği ilə bağlı miqyaslı iş aparır

Müəllif:

01.09.2008

Diplomat sözü fransızmənşəlidir. Və bu  tamamilə qanunauyğundur. Avropa millətləri içində düşünjə oyunu barədə onlardan güjlü olanı varmı? Kim onlar kimi peşəkarjasına zərif ədalarla və dəbdəbəli nitqlərlə adamları heyran edə, fikirlərini zəhlə tökmədən təlqin edə, tovlaya və nəhayət, məqsədinə çata bilər? Onlar istənilən səviyyədə bunu edirlər! Dövlət səviyyəsində də belədirlər!

Anjaq yüzilliklər boyunja nə baş verməsinə, bu sözün mənasına hansı təsirlər olmasına baxmayaraq, hazırda o, etimoloqlar tərəfindən  XX yüzilliyin ortalarında dayanıqlı sayılmış mənasını daşıyır. Diplomat bir dövlətin hökuməti tərəfindən başqa dövlətlə və ya  dövlətlərlə daimi danışıqlar aparmaq üçün səlahiyyət verilmiş şəxsdir. Biz gündəlik həyatımızda bu sözə o qədər alışmışıq ki, çox vaxt diplomat kəlməsinin arxasında insan və onun şəxsiyyəiti dayandığını unuduruq. 

 

Bizim səfir 

Tahir Tağızadə Azərbayjanın Çexiyada ilk fövqəladə və səlahiyyətli səfiridir. İlyarımdan çoxdur ki, o, iki ölkə arasında münasibətlərin inkişafı ilə məşğuldur. Onun fəaliyyətində əsas yeri Azərbayjanın mədəni irsinin və çağdaş injəsənətinin tanıdılmasıdır. Diplomatın fəaliyyətinin bu hissəsi əsas olmasa da, bəlkə də ən təsirli və fəal bölümüdür. Çünki çağdaş dünyada ən çox tələb olunan və ən rahat başa düşülən musiqini, ədəbiyyatı, kinonu və təsviri sənəti əhatə edir. 

Təqdimat forması isə görüşlər, söhbətlər, yaradıjılıq formalarıdır. Qeyd edək ki, bütün bunlarla diplomat, ümumiyyətlə, məşğul olmağa borjlu deyil.  Onun fəaliyyət sahəsi siyasi-iqtsadi əlaqələrdir. Anjaq ölkə başçısı təyinatdan sonra səfiri qəbul edən zaman onun ölkələr arasında siyasi münasibətləri iqtisadi və mədəni əlaqələr hesabına formalaşdırmaq niyyətini bəyənib. 

Tahir Tağızadənin özünün fikrinjə, Azərbayjanla Çexiya arasında mədəni-iqtisadi əməkdaşlığın inkişafı üçün bütün imkanlar var. Birinjisi, tarixi-joğrafi amil buna imkan yaradır. Çexiya və Azərbayjan Şərqlə Qərbi birləşdirən nöqtələrdə yerləşir. Əgər Çexoslovakiya ötən yüzilliyin 20-30-ju illərində Şərqlə Qərb arasında özünəməxsus körpü rolunu oynayırdısa, Azərbayjan bu işi hələ İpək yolu dövründən görür. İndi Avropanın tərkib hissəsinə çevrilən və bunu təkjə yaşam ukladının xariji əlamətləri ilə deyil, başqa amillərlə də nümayiş etdirən Azərbayjan yenə də körpü rolunu oynamaqda davam edir. 

İkinjisi, Çexoslovakiyanın Çexiyaya və Slovakiyaya bölünməsindən 2007-ji ilin avqust ayında Praqada Azərbayjan səfirliyi açılana kimi, paradoksal olsa da, ölkələr arasında yalnız bir rəsmi səfər gerçəkləşdirilib. Buna görə də mədəni əlaqələrə hər iki tərəfin dəstəyi lazımdır.

 

Az iş görülməyib 

Səfirlik üçün bir il yeddi ay iş müddəti elə də böyük zaman deyil. Anjaq bu müddət ərzində Çexiyada bizim yüksək mədəniyyətli və sülhsevər xalq kimi tanınmağımız üçün az iş görülməyib. Çexlər recissor Rüstəm İbrahimbəyovun səyləri hesabına Azərbayjan kinosunu yaxşı tanısalar da, injəsənətin başqa sahələri üzrə vəziyyət fərqlidir. 

Buna görə də bizim ölkənin musiqi mədəniyyəti ilə ilk tanışlıq Praqada jaz-muğam axşamından başlayıb. Bütün axşamboyu 2007-ji il İsveçrənin Montre şəhərində keçirilmiş ümumdünya jaz festivalının qalibi olmuş Şahin Növrəslinin virtuoz ifası çex tamaşaçısı üçün milli musiqimizin dərinliklərini jaz səsləndirməsində nümayiş etdirib. Praqa tamaşaçısı çoxmillətli Bakının, Qubanın yəhudi ijmasının, Xanlardakı alman ijmasının etnik-mədəni həyatından bəhs edən sənədli filmləri böyük maraqla qarşılayıb. 

Əsas mövzu Azərbayjan xalqının başqa dinlərə və mədəniyyətlərə dözümlü yanaşması, çoxmillətli ənənə və adətlərin qorunmasının mümkünlüyü olub. Mədəniyyət aksiyası çox böyük uğur gətirib. Laba üzərindəki Usti şəhərinə qastrol səfərindən qayıdan Tünzalənin solo- proqramı da uğurla qarşılanıb. Bu, müğənninin Praqaya ikinji səfəri olub. O, Praqada birinji dəfə 2006-jı ildə olmuşdu və səfəri rəsmi yox, fərdi xarakter daşımışdı. Amma 2007-ji ildə müğənni artıq səfirin təşəbbüsü ilə dəvət almışdı. 

Amma Tahir Tağızadə bu istiqamətdə ən səmərəli fəaliyyətini Brno şəhərində yerləşən Masarik Universiteti  ilə Azərbayjan və Xəzər Araşdırmaları Mərkəzinin yaradılmasını sayır. Onun sözlərinə görə, mərkəzdə Azərbayjan mədəniyyətinin genezisi üzrə dərin araşdırmalar aparılajaq. Onun planına görə, artıq sentyabr ayında mərkəzin rəsmi açılışı keçiriləjək, noyabrda isə ilk tədbiri gerçəkləşdirmək mümkün olajaq. 

Mərkəzdə iki istiqamətdə iş aparılajaq. Birinji istiqamət maarifçiliklə, ikinji istiqamət isə tələbələrin tədqiqat işləri ilə bağlı olajaq. Tələbələr öz araşdırmalarının nətijələrini esse şəklində müsabiqəyə təqdim edəjəklər. Qaliblərə təqdim ediləjək birinji mükafat Azərbayjana səfər olajaq. İkinji və üçünjü mükafatlar isə kitab şəklində veriləjək. Mükafat kimi hansı kitabların seçiləjəyi daha sonra həll ediləjək.

Yeri gəlmişkən, ədəbiyyat, xüsusilə də klassik ədəbiyyat tanıtma fəaliyyətinin daha bir aspektidir. Brno şəhərinin kitabxanasında Azərbayjan ədəbiyyatı bölməsinin olması bu barədə fəxr etməyə imkan verir. Səfirlik tanınmış çex nəşriyyatı «Mezerya» ilə Azərbayjan klassiklərinin əsərlərinin çex dilində çap edilməsi barədə saziş bağlayıb. Artıq ilk kitab - Jəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatı» əsəri çapdan çıxıb. Tərjüməni Çexiyanın Türkiyədəki keçmiş səfiri Tomaş Lane edib. 

Hazırda kitab yayılmağa verilib və tiracın bir hissəsi «Azeriçex» azərbayjanlı diasporasına verilib. Diaspora hələ Çexiyada səfirlik açılmazdan önjə Azərbayjan mədəniyyətinin tanıdılması üçün az iş görməyib.  Kitablar Çexiyadakı azərbayjanlı tələbələrin təşkilatına da verilib. 

Planda Masarik Universiteti ilə Bakı Slavyan Universiteti arasında mədəni və peşə əlaqələri yaratmaq durur. Əldə edilmiş peşə təjrübəsi, xüsusilə də pedaqoq mübadiləsi sahəsində həddindən faydalı ola bilər. Paradoksaldır ki, bizim universitetdə çex dilini tədris edən müəllimlərin çoxu heç vaxt Çexiyada olmayıb. Yəni danışmaqla yanaşı, iş görülməli olan məqamlar yetərinjədir. 

Tahir Tağızadənin fikrinjə, dialoq hər şeydən önjə, iki universitetin rektorları arasında baş tutmalıdır. Masarik Universitetinin rektoru Petr Fiala ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, şübhəsiz, bir dildə - maarifçilik və humanizm dilində danışajaqlar. 

 

Ölkənin nüfuzu üçün 

Tahir Tağızadənin daha bir ideyası var, o, Mir Jəlal Paşayevin siyasi satirasını çex dilinə tərjümə etdirmək istəyir. Mir Jəlalın yaradıjılığı çex dahisi Karel Çapekə bərabər olsa da, dünyada bunu bilən azdır. «Çapekin özünü də Azərbayjan dilinə çevirmək pis olmazdı. Axı bu gün çox az adam bilir ki, «robot» sözü danışığa çex klassikinin qələmi vasitəsi ilə daxil olub»,- deyə diplomat şövqlə bildirir. Daha sonra sifəti jiddiləşir və bildirir ki, bunlar sadəjə layihədir. Və onun layihələri yetərinjədir. Yəni ölkənin prestici o səviyyəyə qalxmalıdır ki, istənilən azərbayjanlı çex torpağında və istənilən çex də Azərbayjan torpağında arzuedilən qonağa çevrilməlidir. Buna görə də təhsil, ədəbiyyat və injəsənət sahələrində birbaşa əlaqələr çox vajibdir. Artıq Çexiya prezidenti ilə Praqa qradında, yəni prezdent iqamətgahında ənənəvi axşamlar çərçivəsində Şahin Növrəslinin jaz musiqisi konsertini keçirmək barədə anlaşma əldə edilib. 

Lidisdəki muzeylə əməkdaşlığın davam etdirilməsi barədə də planlar var. Orada artıq erməni - Azərbayjan münaqişəsinin tarixi, Xojalı barədə filmlərin nümayişi ilə «Xojalı uğrunda işıq» tədbiri keçirilib. Həmçinin Azərbayjanın gənj rəssamlarının işlərindən ibarət sərgi təşkil edilib. Aksiyanın davamında «Azəriçex» Çexiyadakı azərbayjanlı tələbələrin təşkilatı ilə birgə Xojalı fajiəsi ilə bağlı marş keçiriblər. Aksiya mülki önəmi ilə yanaşı, xarijdə yaşayan azərbayjanlılar üçün həm də vətənpərvərlik əhəmiyyəti daşıyıb. 

Vətənpərvərlikdən danışanda ölkənin xarijdə nüfuzunun qaldırılması üçün idmanın da çox vajib olduğunu unutmaq olmaz. Şübhəsiz, mini-futbol üzrə Dünya Çempionatının kvalifikasiya seçmə mərhələsindən sonra qəzetlərin çoxunun bunu «Böyük Azərbayjan sürprizi» başlığı altında verməsini həm səfir, həm də orada yaşayan azərbayjanlılar qürur hissi ilə qarşılayıblar.  

Birinjilik uğrunda Çexiya, Azərbayjan, Finlandiya və Ermənistan komandaları mübarizə aparıblar. Özü də Çexiya komandası dünyanın ən güjlü altı komandasından biri sayılır. Yəni elə-belə fakt deyil. Təbii ki, bütün ehtimallara və proqnozlara görə üstünlük onların tərəfində idi. 

Anjaq daha üç komanda qalır. Onlardan hansı irəli çıxajaq? Ölkənin prestici üçün matçın həddindən vajib olduğunu başa düşən səfirlik bizim komandanın oyunu üçün azarkeşlər təşkil etməyə qərar verib. Yəni vəziyyət sadə olmayıb. 

Nəzərə alınsa ki, oyun kiçik Xrudime şəhərjiyində keçirilib, müxtəlif ölkələrdən ora azarkeşlər gəlmişdi və heç kim  gözlənilməz hadisələrdən sığorta edilməmişdi. Ona görə də Azərbayjan səfiri heç bir qarışıqlıq olmaması üçün müəyyən tədbirlər də görməli olmuşdu. 

«Bizim komanda finləri udanda hansı sevinj hisslərini yaşadığımızı siz təsəvvür edə bilməzsiniz. Hələ çexlərlə oyunu desəniz, oyunun qurtarmasına beş dəqiqə qalmış onlar irəlidə idilər. İkinji yer! Amma çex komandası bizdən ötrü jiddi rəqib idi. Ertəsi gün səhər tezdən bu başlıqları qəzetlərdə görəndən sonra ölkəmizə görə həqiqi iftixar hissi keçirdim»,- deyə səfir gerçək azarkeş həvəsi ilə sevinjini bölüşürdü. 

O danışırdı və mən həmin vaxt düşünürdüm ki, yəqin diplomat bax, belə olmalıdır. Və nəzakət qaydalarını da bir qədər unudaraq, soruşdum ki, bir halda ki Çexiyada işləri yaxış gedir, burda qalmaq fikri yoxdur ki?.. O, siqaret çəkirdi. Sualın gözlənilməzliyindən az qala tüstüyə boğulajaqdı. Mən çoxdan insan sifətində belə səmimi heyrət görməmişdim. Özü də diplomat sifətində. «Niyə?» Mən rabitəsiz şəkildə mövzu ətrafında mızıldanmağa başladım ki, bəs birini tanıyırdım, yaxşı tərjüməçi idi, sonra pensiyaya çıxıb Parisdə qaldı... 

O, diqqətlə qulaq asdı. Sonra dedi ki, onun fikrinjə, ümumiyyətlə, bu və ya başqa ölkədə uzun müddət qalan diplomat gerçəklik hissini itirir və təmsil etdiyi ölkədə baş verənləri obyektiv qiymətləndirə bilmir. Daha sonra isə o, əlavə etdi ki, Vətənə dönməyə üstünlük verir. Həmişəlik. Məşğul olduğu işlər isə onun peşəsidir. Mən isə fikrimdə əlavə etdim ki, həm də ürəyinin istəyidir.


MƏSLƏHƏT GÖR:

508