Müəllif: Zərifə BABAYEVA Bakı
Milli Məjlisin payız sessiyasında millət vəkilləri qızların nikaha girməsinə qoyulmuş yaş həddinə yenidən baxmaq istəyirlər. Deputatlar həmin həddi bir il artırmaq istəyirlər. Parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hajı Rəjəblinin fikrinə görə ölkədə qadınların hüquqlarının qorunması üzrə lazım olan bütün qanunlar qəbul edilsə də, ijtimaiyyət Azərbayjan qadınının öz hərəkətlərində həmişə sərbəst olmasına yol verməməyə meyillidir.
Uydurma problem
"Biz ijtimai rəyə qulaq asmalıyıq. Həm də Azərbayjanda qızların həddi-büluğa çatmamış yaşlarda nikaha məjbur edilməsi barədə dəfələrlə BMT də narahatlıq bildirib. Özü də Azərbayjanın jənubunda problemin daha kəskin dayanması tez-tez vurğulanır. İddia edirlər ki, burada hətta 12 yaşlı qızları belə güjlə ərə verirlər",- deyə parlament komissiyasının başçısı vurğulayır.
Anjaq Hadı Rəjəbli və bir sıra deputatlar başqa fikirdədirlər, onlar bu problemi uydurma sayırlar. "Şəxsən mən belə hesab edirəm ki, Azərbayjanda erkən nikaha məjburetmə yoxdur. Parlamentdə Azərbayjanın jənub bölgələrinin nümayəndəsi kimi deyə bilərəm ki, bu kimi hallar, məsələn, Lənkəranda 1-2 dəfə olub, bundan artıq ola bilməz. Əgər parlament çoxluğunun səsi ilə qızların ərə getməsi üçün aşağı hədd 18 yaş müəyyən edilsə belə, bu heç nə verməyəjək. Çünki təkrar edirəm: bizdə belə problem yoxdur. Bu məsələnin şişirdilməsi hansısa layihələr, seminarlar və s. həyata keçirmək üçün əsas qazanmağa lazımdır",- deyə millət vəkili vurğulayır.
Onun sözlərinə görə, hazırda Azərbayjanın Ailə Məjəlləsinə görə, qadınlar üçün aşağı nikah yaşı 17, kişilər üçünsə 18 müəyyən edilib. Və bu normaldır. "Dövlət statistika göstərijilərinə görə, Azərbayjanda insanlar nikaha, əsasən, 16-30 yaş arasında daxil olurlar. Nikahların qeyd edilməsində orta yaş zirvəsi 20-dir, 24 - 26 yaşlardan sonra azalma başlayır. Azərbayjanda 13 -16 yaşlı gənj insanlar arasında evlənmə hallarının sayı çox aşağıdır,- deyə H.Rəjəbli bildirir.
Millət vəkili bu fikirdədir ki, nikahagirmə üçün yaş həddini yüksəltməyə dəyməz, çünki Azərbayjan 20-25 il sonra jiddi demoqrafik böhranla üz-üzə qala bilər. Çünki hazırda gənj insanların əksəriyyəti ailələrində ikidən çox uşaq olmasını istəmir.
"Bu jür düzəlişlər demoqrafik partlayış olan ölkələrdə, məsələn, Çində edilməlidir. Azərbayjan bu jür ölkələr sırasına daxil deyil. Amma bununla yanaşı, deputatlar ijtimai rəydən də boyun qaçıra bilməzlər",- deyə komissiya rəhbəri qeyd edib.
"Evlənmək istəmirəm"
Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsində isə Azərbayjanda zorla ərə verilən qızların hüquqlarının pozulması hallarına rast gəlindiyini etiraf edirlər. "Bu qızların 11-12 yaşı olur. Lənkəranda, Astarada, Jəlilabadda belə halların olduğunu danmaq absurd olardı. Bu isə o deməkdir ki, qızlarını belə erkən yaşda ərə verən valideynlər qanunu, yəni Ailə Məjəlləsini pozmaqla jinayətkara çevrilirlər",- deyə Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsinin sosial məsələlər üzrə eksperti Pərvanə Əsgərova bildirir.
Onun sözlərinə görə, Azərbayjan hələ də uşağın beşikdə ikən göbəkkəsmə edildiyi, yəni nişan qoyulduğu ölkələrdəndir. Həddi-büluğa çatmamış ev sahibəsi də jənub bölgələrində adi haldır. Çox qızlar tam yetişmədən həddindən tez ana olurlar və onların həyatlarının ən gözəl çağı olan uşaqlıqları minimuma qədər azaldılır.
Pərvanə Əsgərova onu da bildirib ki, erkən nikahlar dövlət statistikasında göstərilmir. Buna görə də rəqəmlərə əsaslanaraq, ölkədə belə bir problemin olmadığını iddia etmək doğru deyil. "Adətən, erkən nikahlar ailələrdə uşaqlar doğulan zaman qeydə alınır, çünki həmin prosesdə valideynlərin yaşı qeyd edilir.
Anjaq mövjud qanunverijiliyə görə, gənj jütlük öz münasibətlərini yalnız qızın 17, oğlanın isə 18 yaşı tamam olduqdan sonra rəsmiləşdirə bilər, buna görə də tərəflər adətən nikaha girmək üçün şəriət qanunlarına üz tuturlar. Belə olan halda nikahın bağlanılması dövlət statistikasının çərçivəsindən kənara çıxır",- deyə Əsgərova vurğulayır.
Ailədə zorakılığa son qoyulmalıdır
Millil Məjlisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini Gültəkin Hajıyevanın fikirinjə isə, adətən, erkən nikahlar məişət zorakılığına səbəb olur: "Bu problem Azərbayjanda var, məişət zorakılığı o həddə çatır ki, axırda qadın müttəhimlər kürsüsündə oturmalı olur. Təhqirlərə və döyülmələrə dözməyən qadın ən son yolu seçir və ərini öldürür. Ölkənin bir çox regionlarında, xüsusilə də jənub regionlarında yuxarı siniflərdə qızları çox az hallarda görmək olar. Məsələ bundadır ki, qızları 15-16 yaşlarda ərə vermək adəti çox geniş yayılıb. Məhz buna görə hazırda Avropa Şurası Azərbayjanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul edilməsinə təkid edir".
Bizim ölkədə məişət zorakılığı xüsusilə də ujqar rayonlarda geniş yayılıb. Bu problem son nətijədə millətin gen fonduna təsir göstərir və ölkənin sosial inkişafına mane olur. Təəssüf ki, ijtimaiyyətdə, xüsusilə də qadınlar arasında bu jür hallar barədə susmağa daha çox üstünlük verirlər.
Gültəkin Hajıyevanın fikirnjə, bu məsələdə Bakı kəndlərində də vəziyyət oxşardır. Çünki bəzi yerlərdə qızların savadlı olmasından hətta utanırlar: "Bu problemi gizlətməklə biz öz gen fondumuza zərər vururuq. Uşaqkən zorla ərə verilmiş qadınlar dünyaya fiziki jəhətdən zəif, bəzən də əqli jəhətdən geri uşaqlar gətirirlər. Bu qadınlar isə sosial və psixoloci baxımdan jəmiyyətin ən problemli təbəqəsinə çevrilirlər. Bir qayda olaraq, bu qadınlara ailədə hörmət etmirlər. Tez-tez təhqiq edirlər və onlar getdikjə özünə, hörmət hissini itirirlər. Özünüz fikirləşin, onlar öz uşaqlarını nejə tərbiyə edəjəklər? Buna görə də bizdə belə problemin olmadığı, ailədə zorakılıq barədə danışımağın "ayıb", "mentalitetimizə zidd" olması barədə deyilənlər əsassızdır. Axı qədim zamanlardan bizim türk milləti həmişə qadına hörmətlə yanaşıb".
Millət vəkilinin fikrinjə, qadına qarşı ayrı-seçkilik etmək Azərbayjan xalıqının təbiətinə tamamilə ziddir və bizə kənardan təlqin edilib. Bütün bunları nəzərə alaraq, biz qadınları zorakılıqdan qorumaq üçün lazımi qanunverijilik bazası və artıq mövjud olan qanunverijilik aktlarının real işləməsi üçün mexanizmlər işləməliyik. Həm də biz "Gender bərabərliyi haqqında" qanun qəbul etmişik, BMT-nin qadınlara qarşı diskriminasiyanı qadağan edən konvensiyasına qoşulmuşuq.
Bu zaman inzibati tədbirlərə deyil, daha çox sosial xarakterli tədbirlərə üstünlük verməliyik. Yəni qadınlar üçün bərpa mərkəzləri, iş yerləri açmaq daha doğru olardı. Tədris müəssisələrində müvafiq tədbirlər görülməlidir, qızlarını məktəbə buraxmayan valideynlərə qarşı jiddi tədbirlər görülməlidir, həmçinin regionlardan olan tələbə qızların sayının artmasını hər jür dəstəkləmək lazımdır.
MƏSLƏHƏT GÖR: