
MİLLİ BANK HÜCUMA KEÇİR VƏ QƏLƏBƏ ÇALIR
Bir sıra beynəlxalq ödəniş sistemləri azərbaycanın işğal olunmuş ərazilərində öz bizneslərini dayandırıblar, ancaq məsələyə tam son qoyulduğunu demək hələ tezdir
Müəllif: Nurlanə QULİYEVA Bakı
Beynəlxalq hüquq normalarına görə, onlara hörmət edən dövlətlər tanınmamış qurumlarla nəinki siyasi, heç tijarət-iqtisadi əlaqələr də saxlamamalıdırlar. Anjaq buna baxmayaraq, keçmiş SSRİ-nin ərazisində mövjud olan bütün tanınmamış respublikalar praktik olaraq 15 ildən çoxdur ki, mövjuddur və onlarda insanların yaşaması üçün müəyyən şərait var. Bunun dəqiq nümunəsi kimi Dağılıq Qarabağı göstərmək olar. Bu bölgədə atəşkəs elan ediləndən bəri Azərbayjan başqa jəbhələrdə, o jümlədən maliyyə-bank sahəsində də gözlə görünməyən müdafiə tədbirlərini bir gün də dayandırmır.
Səsimizi qaldırmağa məjbur olduq
Azərbayjan dəfələrlə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında xariji bank və maliyyə qurumlarının fəaliyyəti faktları ilə üz-üzə qalıb. Rəsmi Bakı tərəfindən bu fəaliyyətlərin dayandırılması ilə bağlı qoyulan bir sıra tələblər müsbət həllini tapıb, anjaq fakt faktlığında qalır - işğal olunmuş regiona pul vəsaitlərinin daxil olması davam edir.
Milli Bankın məlumatına görə, Azərbayjan ərazisində fəaliyyət göstərən pulköçürmə sistemlərinin monitorinqi zamanı "Contact", "Western Union", "Zolotaya korona", "Moneygram", "Migom", "Privat money", "Lider" kimi sistemlərin Azərbayjanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində fəaliyyət göstərdiyi ortaya çıxıb. Bununla bağlı olaraq iyul ayının sonlarında Azərbayjan Milli Bankı (AMB) İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı Azərbayjan banklarına məktub göndərərək, "Western Union" və "Moneygram" pulköçürmə şirkətləri ilə əməkdaşlığı dərhal dayandırmağı tapşırıb.
Tapşırıq onunla izah edilib ki, AMB sözügedən sistemlərə və onlara nəzarət edən qurumlara tələb təqdim edərək, Azərbayjanın işğal olunmuş ərazilərində pul köçürmələrinin yerinə yetirilməsinin məjburi qaydada dayandırılmasını istəyib, əks halda bu sistemlərin ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarında işlədilməsini qadağan edəjəyini bildirib. Anjaq Azərbayjanın tələbinə baxmayaraq, "Western Union" və "Moneygram" Azərbayjanın işğal olunmuş torpaqlarında pulköçürmələri gerçəkləşdirməkdə davam ediblər.
İlk başdan da məlum idi ki, bu problemi yalnız ultimatum yolu ilə həll etmək mümkündür. Təbii ki, indiki zamanda xariji pulköçürmə şirkətlərinin və firmalarının Dağılıq Qarabağ münaqişəsindən xəbərsiz olduğunu ehtimal etmək gülünj olardı. Deməli, bu, azad tijarət adı altında beynəlxalq hüquq normalarına tabe olmamaqdan başqa bir şey olmayıb. Azərbayjan Milli Bankı üçün yalnız radikal addım atmaq qalırdı - pulköçürmə şirkətləri ya ümumi daxili məhsul (ÜDM ) artımı göstərijisinə görə dünya lideri olan çağdaş və möhkəm bank sitsteminə malik geniş iqtisadi imkanlar açan dövlətə, ya da yalnız xarijdən yardımlar hesabına yaşayan, heç kim tərəfindən tanınmayan quruma üstünlük verməli idilər. Və seçim edildi.
"Western Union" və "Moneygram" haqq yoluna qayıtdı
AMB göstərdi ki, ən sərt addımlara belə hazırdır. Təbii ki, bu addım həmin dəqiqə yerli banklar tərəfindən dəstəkləndi. Belə ki, Azərbayjan Banklar Assosiasiyasının (ABA) prezidenti Eldar İsmayılov bildirib ki, pulköçürmə sistemlərinə qarşı bu jür hərəkətlərdən əsas ziyan onların özlərinə dəyəjək. Çünki "Western Union" və "Moneygram" Azərbayjan bankları ilə əməkdaşlığı kəsəndən sonra böyük müştəri bazası itirəjəklər ki, bunu da Xankəndidə yerləşən bir bankla edilən əməliyyatlarla əvəz etmək mümkün deyil. "Assosiasiya AMB-nin addımını dəstəkləyir. Çünki beynəlxalq etimad qazanmış bu sistemlər seperatçı hərəkatı dəstəkləməklə beynəlxalq hüququ və beynəlxalq bank qanunverijiliyini pozurlar",- deyə E.İsmayılov bildirib.
Ölkənin ən iri bankı, ötən il "Moneygram" vasitəsi ilə 20 milyon dollar pul köçürməsi etmiş Beynəlxalq Bank (ABB) da bildirib ki, sistemlə əməliyyatların kəsilməsi bankın işinə təsir göstərməyəjək. ABB mətbuat xidmətinin başçısı Rauf Ağayevin sözlərinə görə, hazırda "Western Union" və "Moneygram"dan daha əlverişli şərtlərlə pul köçürən sistemlər ("Blizko", "Contact", "Migom") ilə əlaqələr qurulub.
AMB-nin addımına "Western Union" və "Moneygram"ın javabı özünü çox gözləmtədi. "Western Union" şirkətinin vitse-prezidenti Jonotan Knauz avqustun ortalarında Azərbayjana səfər etdi və AMB rəhbərliyi tərəfindən qəbul edildi. "Görüşün gedişində Azərbayjanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində fəaliyyətin gerçəkləşdirilməsinin qeyri-mümkünlüyü bildirilib və bu jür fəaliyyətin dayandırılması bir, mənalı şəkildə tələb edilib. "Western Union" təmsilçisi Azərbayjan tərəfinin tələbləri ilə razılaşıb və Milli Bankı əmin edib ki, ölkənin işğal edilmiş ərazilərindəki müəssisələrlə əməkdaşlıq dayandırılajaq",- deyə AMB-nin mətbuat açıqlamasında bildirilir.
"Western Union" yüksək menejment səviyyəsində öhdəlik götürüb ki, bu jür hallar bir daha təkrar olunmayajaq. Öz növbəsində "Moneygram" şirkəti də Azərbayjanın irəli sürdüyü bütün tələbləri yerinə yetirib. Ölkə ərazisində qanunverijilik və beynəlxalq prinsiplər əsasında fəaliyyət göstərmək barədə şərtləri qəbul edib və bir daha bu jür səhvləri təkrar etməməyə söz verib.
Yalnız bundan sonra Azərbayjan Milli Bankı yerli banklara 14 avqust 2008-ji il tarixdən "Western Union" və "Moneygram" ilə işgüzar əlaqələri bərpa etməyə ijazə verib.
Qeyd edək ki, ödəniş sistemlərinin bu qərarından sonra erməni tərəfi Ermənistan ərazisində fəaliyyət göstərən banklara "Western Union"un beynəlxalq pul ödənişlərində iştirak etməyi qadağan etməkdən başqa bir addım ata bilməyib. "Bu addım bank risklərini azaltmaq üçün atılıb. Çünki "Western Union"la bir sıra banklar arsında bağlanmış sazişlərin bəzi qaydalarının əsassız şəkildə pozulması halları müşahidə edilir. Yəni pul köçürmələri sistemi bəzi bankların bir sıra filiallarında fəaliyyətini dayandırıb ki, bu da bankların təbii fəaliyyətinə, onların maliyyə durumuna ziyan vura bilər. Həmçinin pulköçürmələri sahəsində və ölkənin iqtisadi, maliyyə və real sektorunda əvvəljədən ehtimal edilməyən vəziyyətlərə gətirib çıxara bilər",- deyə Ermənistan mərkəzi bankının açıqlamasında bildirilir.
Anjaq "Western Union" və "Moneygram" kimi jiddi maliyyə qurumlarının öz qərarlarını Ermənistanın xeyrinə dəyişmə şansı, demək olar ki, sıfıra bərabərdir.
Tamaşa davam edir
Bununla belə, bu gün işğal edilmiş ərazilərdə maliyyə axınlarının tam dayandırılmasını demək mümkün deyil. Bu barədə artıq Rusiya ödəniş sistemləri ilə də iş aparılır, anjaq onların da asanlıqla "Western Union" və "Moneygram"ın yolu ilə gedəjəyini düşünmək olmur.
Bununla belə, Rusiyanın "Evrotrastbank"ı tərəfindən MDB məkanında sürətli pul köçürmələri gerçəkləşdirmək üçün təşkil edilmiş "Migom" sisteminin xidmət məntəqələri sırasından Qarabağın adı çıxarılıb. Azərbayjan Milli Bankı bu sistemə məktubla mürajiət edərək, Azərbayjan Respublikasının bu xidmət gerçəkləşdirilən şəhərlərinin adı ilə bağlı yol verilən yanlışlıqları göstərib. ""Migom" sistemi Azərbayjandakı tərəfdaş bankalarla fəal əməkdaşlıq edir və bu jür faktlara yol verilməməsi üçün müvafiq addımlar atmağa hazırdır",- deyə "Migom"un mətbuat xidmətindən bildiriblər.
Anjaq... Məsələn, Rusiyanın "Yuniastrumbank"ının saytında Dağlıq Qarabağın adı yoxdur, amma Ermənistanın adı var. İstifadəçi Erməistanın şəhərlərinin adını açdıqda siyahıda "Stepanakert" sözünə də rast gəlmək olur. Orada "Yuniastrumbank"ın iki xidmət məntəqəsi mövjuddur və hansısa "Arsaxbank"ın vasitəsi ilə pulköçürmələri gerçəkləşdirir.
Yəni Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş şəhərimizdə indi yaşayanlar "Unistream" sistemindən istifadə edərək, 10-15 dəqiqə ərzində heç bir məbləğ məhdudiyyəti qoyulmadan, 1-2 faiz ödəməklə Rusiya Federasiyasının, Ermənistanın, Gürjüstanın, Ukraynanın, Moldovanın, Qırğızıstanın, Belarusun və uzaq xarijin 60-dan çox ölkəsinin şəhərlərinə pul göndərə və pul ala bilərlər.
Hətta "Anelik" bankı tərəfindən tətbiq edilmiş və fiziki şəxslər üçün hesab açmadan ABŞ dolları ilə xidmət göstərən köçürmə sistemi də fəaliyyət göstərir. Bu xidmətin dəyəri köçürülən məbləğin 3-4 faizi qədərdir. Bankın saytında yazıldığına görə, "Anelik" sistemi üzrə pul köçürmələri dünyanın 70 ölkəsində qəbul edilir və verilir.
"Anelik"ə qoşulmuş onlarla Rusiya bankı sistemi fəal reklam etməklə yanaşı, "Anelikbank" ASJ-nin saytındakı məlumatları heç nəyi dəyişmədən köçürürlər, bu zaman ya Qarabağı ayrıja dövlət kimi göstərirlər, ya da onu Ermənistanın tərkibinə salırlar.
Maraqlı burasıdır ki, Azərbayjan bankları Rusiya ilə Azərbayjan arasında dostluq münasibətlərinin olmasını nəzərə alaraq, müharibənin gur vaxtlarında Çeçenistana pulköçürmələri etməkdən imtina etmişdilər. Görünür, Rusiya bankları başqa yol seçməyə üstünlük verirlər.
Qeyd etmək lazımdır ki, bütün ödəniş sistemləri Qarabağda "Arsaxbank"ın vasitəsilə işləyiblər və işləyirlər. Anjaq bu qurumun legitimliyi də şübhə doğurur. İlk başdan o, bütün internet saytlarında "Dağlıq Qarabağ Respublikasının mərkəzi bankı" adlandırılırdı. Anjaq 3-4 il qabaq Azərbayjan tərərfi, yəni AMB "Arsaxbank"la əməkdaşlığı dayandırmaq üçün beynəlxalq-maliyyə bank qurumlarına fəal hüjüma başlayanda onun başçısı Kamo Nersisyan birdən-birə erməni nəşrlərinin birinə müsahibə verdi. O, etiraf etdi ki, "Dağlıq Qarabağ Respublikasının mərkəzi bankı" Ermənistandakı eyni adlı bankın filialıdır. Məhz buna görə də onlar beynəlxalq pulköçürmə sistemləri ilə sazişlər bağlaya biliblər. "Swift" kommunikasiya sistemindən də banklara pul köçürmələri gerçəkləşdirməyə imkan verən xüsusi kodu da bu jür ala biliblər. Bununla belə, "Arsaxbank"ın işğal olunmuş ərazilərdə filial fəaliyyəti də, qalan bankların bu "filial"la əməkdaşlığı da qanunsuzdur.
Bununla bağlı olaraq, AMB çirkli pulların yuyulması ilə mübarizə üzrə təşkilatın (FATF) tələblərinə uyğun olaraq, dəfələrlə Rusiyanın dövlət qurumlarına, o jümlədən Mərkəzi Banka və Rusiya Federasiyasının Maliyyə Monitorinqi üzrə Komitəsinə mürajiət edərək, Rusiya banklarının Azərbayjanın Dağlıq Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən banklarla əməliyyatları dayandırmasını tələb edib.
AMB ödənişlərin birbaşa iştirakçılarına mürajiət edərək "Arsaxbank"la istənilən anlaşmanı dayandırmağı tələb edib. Göründüyü kimi, bu məsələyə nöqtə qoymaq üçün hələ tezdir.
MƏSLƏHƏT GÖR: