24 Noyabr 2024

Bazar, 17:37

AZƏRBAYCAN MƏHSULU

Yeni sənaye siyasəti ixtisaslaşdırılmış klasterlərdə mebel istehsalının lokallaşdırılmasını nəzərdə tutur

Müəllif:

05.05.2015

Neftin qiymətinin düşdüyü indiki dövrdə Azərbaycan hökuməti iqtisadiyyatın diversifikasiya prosesinin sürətlənməsi üçün maksimum səy göstərir. Bundan əlavə, ölkədə yüngül sənayenin kiçik müəssisələrinin cəmləşəcəyi sənaye müəssisələri şəbəkəsinin yaradılması planlaşdırılır. Bu cür ilk obyektin yaradılmasına artıq Neftçala rayonunda başlanılıb. Yaxın perspektivdə də mebel və onların aksessuarlarının istehsalçıları üzrə ixtisaslaşdırılmış sənaye müəssisələrinin yaradılması gözlənilir.  

 

Kooperasiya effekti

Ölkədə qəbul edilən sənayeləşmə planına əsasən, iri sənaye obyektlərinin inkişafı texnoparklarda həyata keçirilir, öz növbəsində innovasiya start-up layihələr biznes-inkubatorlarda lokallaşdırılır. Sənaye triadasının daha bir komponentinin yaradılması ideyası - sənaye məhəllələri Azərbaycan üçün nisbətən yenidir. Texnoparklar və biznes-inkubatorlardan fərqli olaraq, burada fəaliyyət sferası əsasən daxili bazara istiqamətlənmiş kiçik və orta sahibkarlığın subyektlərinin istehsal və servis strukturlarının lokallaşdırılması planlaşdırılır. Söhbət təmir və ya servis xidmətləri, mühəndis təşkilatları, xırda seriyalı tikiş və ayaqqabı istehsalı və əlbəttə ki, tikinti, mebel, müxtəlif istiqamətli çox işlənən malların istehsalı üçün xırda sexlər və sairlə məşğul olan şirkətlərdən gedir. 

İstehsalın yığımının yeni formasının inkişafının sürətlənməsi haqda yüngül sənaye üzrə işçi qrupun iclasında söz açılıb. Bu, 2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən yaradılmış sənayenin inkişafına dair səkkiz işçi qrupdan biridir. İclasda gündəmə sənaye məhəllələrində yüngül sənayenin inkişafına dair təkliflər daxil edilib. Həmçinin yerli istehsal məhsullarının ixrac perspektivləri, sənaye məhəllələrinin xammalla təchizi, yeni strukturlar üçün yüksəkixtisaslı kadrların hazırlanması da müzakirə mövzusu olub. 

Bütövlükdə, mütəxəssislərin fikrincə, istehsalın lokallaşdırılmasının yeni forması sahibkarlıq fəaliyyətini nəzərəçarpacaq dərəcədə genişləndirməyə imkan verəcək. Belə ki, sənaye məhəllələri infrastrukturun yaradılması xərclərindən azad ediləcəklər. Burada əsasən yerli resurslardan istifadə ediləcək. İstehsalın rentabelliyi isə kooperativ əlaqələrin gücləndirilməsi hesabına da artacaq. Texnoparklarla olduğu kimi, dövlət İSN qismində sahibkarlıq fəaliyyəti üçün zəruri infrastruktur yaradaraq, sənaye məhəllələrinə ayrılan ərazilərin yararlı vəziyyətə gətirilməsini öhdəsinə götürür. Əsasən, daxili və xarici kommunal və nəqliyyat infrastrukturunun qaydaya salınması, rabitə sisteminin inkişafı, yanğın mühafizə xidmətinin təmin edilməsi, inzibati və digər obyektlərin tikintisi nəzərdə tutulur. İSN-nin öhdəliyinə həmçinin burada fəaliyyət göstərən biznes subyektlərinin gələcək dəstəklənməsi tapşırığı da düşüb: bu, güzəştli kreditlərin verilməsi, konsultasiya xidmətlərinin göstərilməsi, treninqlərin keçirilməsi və kadrların peşəkar hazırlanmasıdır. 

Bu istiqamətdə ilk addım artıq atılıb, Neftçala rayonunda ilk sənaye məhəlləsinin yaradılması üçün hazırlıq işlərinə başlanılan 10 ha sahə ayrılıb. Burada kiçik istehsalat sexləri və qarışıq tipli emaledici müəssisələrin yerləşdirilməsi planlaşdırılır.

Lakin İqtisadiyyat və Sənaye Nazirliyi hansısa konkret məhsulun istehsalında ixtisaslaşan başqa tipli sənaye məhəllələrinin yaradılması imkanlarını da nəzərdən keçirir. Əsasən, İSN ekspertləri regionlarda mebel istehsalı üzrə sənaye məhəllələrinin yaradılmasını təklif edir. Bu təklif ağac emalı və mebel sənayesi üzrə işçi qrupun iclasında irəli sürülüb. "Mebel sahəsində ixtisaslaşmış sənaye məhəllələrinin yaradılması, mebel aksessuarlarının və digər sənaye məhsullarının ölkəmizdə istehsalının təşkili, Türkiyə, İtaliya, Almaniya və digər ölkələrin mebel sahəsindəki təcrübəsinin öyrənilməsi nəzərdə tutulub", - deyə İSN-nin məlumatında deyilir. 

 

Sərfəli devalvasiya

Sənaye məhəllələrində mebel istehsalının lokallaşdırılmasının üstünlüyü nədən ibarətdir və bu proseslər ümumilikdə hansı dərəcədə sahənin rentabelliyinin artmasına təsir edəcək? SSRİ zamanında Azərbaycanın ağac ehtiyatlarının sənaye istehsalı üçün lazımi xammal bazası olmadığına görə inkişaf etmiş mebel sənayesinə malik deyildi. Respublika tabeliyində olan azsaylı müəssisələr digər ittifaq ölkələrindən gətirilən xammalla təhsil müəssisələri və dövlət idarələri üçün mebel istehsal edirdilər. Bu xammal asılılığı sonra da qalırdı. Ötən əsrin 90-cı illərində Azərbaycanda çoxlu kiçik sexlər yaranmağa başladı. Onlar əsasən Türkiyədən idxal edilən materiallar - AYT (ağac-yonqar tavalar) və ALT (ağac lifli tavalar), mebel furnituru və digər aksessuarlardan mətbəx mebeli, stullar, stolların yığımında ixtisaslaşmışdılar.  

Eyni zamanda Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Zaqatala, Xaçmaz, Lənkəran və Masallıda mebel, ağac, pəncərə çərçivələri və parket istehsalı üçün yerli ağac növlərindən - palıd, fıstıq, vələs, fındıq, qarağac və şabalıddan istifadə edən kiçik sexlər yarandı. Ekoloji tədbirlərin sərtləşdirilməsi, qədim meşələrin doğranmasına və ağacların qiymətli növlərinin kommersiya istifadəsinə olan məhdudiyyətlər, demək olar ki, bütün azərbaycanlı mebelçiləri Rusiyadan gətirilən taxta-şalbanların emalına yenidən yönəltdi. Mebelin yığılması üçün detalların böyük hissəsinin idxalının zəruriliyi istehsalın maya dəyərinin azalmasına kömək etmədi və uzun müddət sahə yalnız ucuz məhsula olan yüksək daxili tələbat sayəsində sağ qalırdı. Eyni zamanda yerli sexlərin məhsulları Avropa və qismən Cənub-Şərqi Asiyadan idxal edilən premium-sinif mebellərlə rəqabətə girə bilmirdi. Və əlbəttə ki, yerli sex məhsullarının ixracının hər hansı bir mühüm həcmləri haqda söz belə olmazdı. Yaranmış vəziyyət yeni əsrin əvvəlində dəyişməyə başladı - Azərbaycanda təkcə mebellərin fabrik yığımını reallaşdıran deyil, həm də KDF-dən olan laminat lövhələr, üzlük fanerlər, laklanmış və DST- fasadlar, üzlük parçalar, furniturlar və s. istehsalını təşkil edən bir neçə iri şirkətlər ("Embawood", "Saloğlu") yarandı. 

Materialların və ehtiyat hissələrin istehsalının birbaşa Azərbaycanda lokallaşdırılması sayəsində istehsalın rentabelliyini nəzərəçarpacaq dərəcədə artırmaq mümkünləşdi və nəticə etibarilə mebel sahəsi görünən ixrac potensialına sahib oldu. Belə ki, bu gün bir neçə iri yumşaq mebel fabriklərində istehsal edilən məhsulun böyük hissəsi Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran və Rusiyaya ixrac edilir. İxrac istiqaməti, həmçinin Sumqayıtda yerləşən regionda ən iri - metal borular və profillərdən çarpayı istehsalçısı tərəfindən də mənimsənilib.  

Bu və ya digər şəkildə 1 ildən çox müddət ərzində tikinti bumu tərəfindən dəstəklənən mebel sənayesi ərzaq istehsalı, tikinti materialları və tikiş sənayesi ilə yanaşı, qeyri-neft sektorunun daha da inkişaf etmiş dörd istiqamətindən birinə çevrilib. Statistik məlumatlara əsasən, 2012-ci pik ilində ölkədə mebel istehsalının həcmi 157 min ədədə çatıb, bu isə 2007-ci ilin göstəricilərindən 21,5% yüksəkdir. İxracın əvəzolunması prosesləri də geniş vüsətlə irəliləyir: Azərbaycanda hazırlanan mebelin payı bu gün yerli bazarın 5/6-ni tutur.

Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, ölkənin mebel sənayesinin istehsal həcmləri 2015-ci ilin ilk rübündə 2014-cü ilin analoji dövrünə nisbətdə 11,7% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal ediləndən xeyli ucuzdur və ona görə də rəqib üstünlüyünü qoruyub saxlayır. Manatın bu yaxınlardakı devalvasiyasından sonra isə bahalaşan idxal məhsulu öz mövqelərini daha da itirib. 

Azərbaycan milli valyutasının ucuzlaşması ölkədə mebel istehsalının lokallaşma tendensiyasının güclənməsi  və onun həcmlərinin artması üçün ilkin şərtlər yaratdı. Yeni iri mebel fabriklərinin tikintisi son dərəcə məsrəfli işdir, investisiyanın qaytarılmasında çətinlikləri olan, əsas isə yeni satış bazalarının axtarışlarının zəruriliyini tələb edir. Axı, iri əmtəə istehsalında ancaq daxili bazarın tələbatına istiqamətlənmək son dərəcə riskli qərardır. Nəzərə alsaq ki, ölkədə mebelə olan bazar tələbatı doyma həddinə yaxındır. 

İSN ekspertləri güman edirlər ki, sənaye məhəllələrində mebel istehsalının lokallaşdırılmasının daha səmərəli formaları mövcuddur. Sahə klasterləşməsi mebel istehsalına nə verəcək? İlk növbədə, əsas sex-kiçikəmtəəli istehsalın probleminin qarşısını almaq mümkün olacaq: bütün istehsalat zəncirinin optimallaşdırılması hesabına maya dəyərini azaltmaq. Xüsusi ilə xaricdən ehtiyat hissələrin və xammalın sifariş həcmləri artacaq, vahid logistik zəncir yaradılacaq.

Kooperasiya hesabına əməyin bölünməsini təmin etmək mümkün olacaq: burada texnoloji prosesləri təmin edən ixtisaslaşdırılmış firmalar yaranacaq, digərləri yeni məhsulların dizaynının hazırlanması və layihələndirilməsi ilə məşğul olacaqlar. Üçüncülər isə xarici bazarlar da olmaqla, onların satışın təmin edəcək. Tamamilə mümkündür ki, böyük sayda yığım sexlərinin yerləşəcəyi sənaye məhəllələrində mebel furnituru və aksessuarların yerində istehsalını təşkil etməyə hazır olacaq müəssisələr yaranacaq. Bu da, öz növbəsində, istehsalın maya dəyərini daha da azaldacaq. Nəhayət, bu sənaye məhəllələri çərçivəsində peşəkar təhsil və əməkdaşların ixtisaslarının artırılmasına dair vahid sistem yaradılacaq.  

Mebel istehsalının lokallaşdırılmasının üstünlükləri son dərəcə aydındır, ələlxüsus da dünyada bu cür sahə kooperasiyalarının işlənmiş mexanizmləri artıq çoxdandır mövcuddur. Uğurlu kooperasiya layihələrinin nümunələri İtaliya mebel klasterləridirlər. Son onillikdə isə bu cür strukturlar Çində, Vyetnamda, İndoneziyada və Banqladeşdə yüksək səmərəliliyini təsdiq ediblər.


MƏSLƏHƏT GÖR:

718