
AZƏRBAYCANCA DANIŞAQ
Filoloqlarımız hesab edirlər ki, Azərbaycanda ana dilimizin daha çox təbliğatına ehtiyac var
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Fikir adamı müsbət və mənfini götür-qoy edərək, həmişə həyatın mənası haqqında düşünür. Nətijədə həyatın özü göstərir ki, mövjudluğun mənası şərəfli yaşamaqdadır. Və gələjək nəsillərə yaxşı tərbiyə, təhsil və mədəniyyət vermək lazımdır. Biz istəyirik ki, hər şey bizdəki kimi yox, hansısa xarijdəki kimi olsun. Anjaq bunun öz ölkəmizdə əldə edilməsi üçün müvafiq şərait yaradılmalıdır. Biz vətənpərvərlikdən danışmağı çox sevirik. Bizim məktəb dərslikləri isə böyük-böyük səhvlər etməkdə davam edir (bu problemə «Region plus» tərəfindən dəfələrlə toxunulub - müəllif). Bu səhvlər yeniyetmələrin layiqli böyüməsinə uyğun gəlmir və biz bununla barışırıq. Anjaq hər şey isə ana dilində olan ilk dərslik kitabından başlayır.
«Vətən hardan başlayır?»
Bizim ölkədə hələ də azərbayjandilli və rusdilli əhali məsələsi aktual olaraq qalmaqdadır. Anjaq elə etmək lazımdır ki, gələjək nəsillər ilk önjə Azərbayjan dilində çox gözəl danışsınlar. Həmçinin, rus, ingilis və başqa dillərdə də bilsinlər. Bizə təhsilli jəmiyyət lazımdır. Vətən və vətənpərvərlik məhz bundan başlayır. Bizə Azərbayjan dilinin təbliğatı lazımdır. Həmçinin həyatın tələblərini nəzərə alaraq bu dili bilməyən yaşlı nəsli tənqid etməyi də dayandırmalıyıq. Sadəjə, qollarımızı çırmayıb işə girişməliyik. Bu mənada İsrailin təjrübəsi hər kəsə bəllidir. Bu ölkədə ivrit dilini öyrədən çoxsaylı pulsuz tədris mərkəzləri var. İvrit dilini öyrədən çoxsaylı mədəniyyət və tədris mərkəzlərinin dünyanın çox ölkələrində, o jümlədən Azərbayjanda da yaradıldığını qeyd etmək yerinə düşərdi. Ana dilini qorumaq və onun daim qayğısına qalmaq da məhz budur. Bəs görəsən biz niyə bundan örnək götürmürük? Bizdə də Azərbayjan dilini öyrənmək istəyən, lakin bunun üçün vəsaiti çatmayan çox sayda insan var. Gələjək nəsillərin vətənpərvər ruhda tərbiyə edilməsi məsələsi, ana dilimizə sevgi, onun təmizliyinin qorunması, həm də uşaqların ilk dəfə hansı folklor kitablarını oxumasından asılıdır. Çox təəssüf olsun ki, bu jiddi məsələyə Azərbayjanda lazım olan səviyyədə diqqət yetirilmir. Çünki uşaq ədəbiyyatının redaktəsi və nəşri ilə yüksək səviyyəli dilşünaslar məşğul olmalıdır. Bu gün əlimizdə nə var? Burada 1 yaşlı qız uşağı olan ananın həyəjanı yada düşür: «Mən istəyirəm ki, körpəm ədəbi Azərbayjan dilini öyrənsin. Ona görə də ona nağılları tam azərbayjanja danışıram. İstərdim ki, Azərbayjan dilində yüksək keyfiyyətli uşaq ədəbiyyatı tapım. Anjaq yerli bazar gözəl, ağıllı və illüstrasiyalı Rusiya nəşrləri ilə dolu olduğu halda, Azərbayjan dilində bu səviyyədə ədəbiyyat yoxdur. Azərbayjan uşaq ədəbiyyatı çox keyfiyyətsiz tərtib olunub, illüstrasiya edilib. Başdan-ayağa sürrealizmdir. Bu şəkillərdən uşaq nədir, heç böyüklər də bir şey anlamır. Kağız da keyfiyyətsizdir. Şriftlər balajadır. Nəşriyyat boyaları isə zəhərlidir, qurğuşunludur. Köhnə nağılların yenidən işlənərək təhrif olunması ədəbi dəyərlərdən və dilin təmizliyindən çox uzaqdır».
Azərbayjan dilinin bir çox problemləri isə latın qrafikasına keçəndən sonra başladı. Baxmayaraq ki keçid zamanın tələbi idi. «Yalnız iyirminji yüzillikdə biz üç dəfə əlifba dəyişmişik. Bir əlifbaya öyrənməmiş əhali yenisini öyrənməli idi. Ərəbdən latına, latından kirilə, kirildən yenə latına keçid olub. Hər dəfə jamaat əvvəlki ədəbi ənənələrdən məhrum olurdu. Bu da savadsızlığa gətirirdi. Bu gün Azərbayjan və ingilis dillərində təhsil alan uşaqlar kiril əlifbasından xəbərsizdirlər. Bu isə o deməkdir ki, onlar Azərbayjanda mövjud olan ədəbiyyatı oxuya bilmirlər. Bakıda bu problemi həll etməyə çalışırlar, kitablar latın əlifbasına keçirilir. Regionların çoxunda isə latın əlifbası ilə ədəbiyyatı gündüz çıraqla da tapmaq mümkün deyil»,- deyə filologiya elmlər namizədi, Bakı Slavyan Universitetinin dosenti, Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun vitse-prezidenti Elmira Axundova bildirir.
Ekspertin fikrinjə, şəksiz ki, bu qısa müddətdə Azərbayjan ədəbiyyatını kirildən latına çevirmək mümkün deyil. Amma bununla belə ölkədə 2004-jü ilin yanvar ayında bu istiqamətdə xüsusi proqram gerçəkləşdirilir. Ona görə də indiki nəslin ədəbiyyatla problemi olmaması üçün o kiril və latın əlifbalarını, əgər lazım gələrsə, hətta ərəb əlifbasını da öyrənməlidir. Bir çox mütəxəssislərin fikrinjə, Azərbayjan dilini, doğrudan da, müdafiə etmək lazımdır. Elmira Axundova qeyd edir ki, «Azərbayjan dilinin problemi xüsusi dil problemidir. Bu, onunla bağlıdır ki, ədəbi Azərbayjan dili, dilin çağdaş problemləri üzrə bir çox dərsliklər və tədris vəsaitləri yazılış mərhələsindədir. Dil daim dinamikadadır və dəyişir. Özü də bu, son onillikdə açıq-aydın görünür». Axundovanın sözlərinə görə, tərjüməçi fəaliyytəinin təşkili də çətin məsələdir. Azərbayjan dilini öyrənmək üçün müvafiq metodik ədəbiyyat, audio-kassetlər, videomateriallar yoxdur. Amerikalılar, ingilislər, almanlar və fransızlarda bu vəsaitlər var. Özü də yetərinjə savadlı və gözəldir. Onların tədris ədəbiyyatlarında biliklər elə verilir ki, bunu əcnəbilər də öyrənə bilsin.
«Biz bir tədris ili ərzində dərs üçün nəzərdə tutulmuş məktəb dərsliklərindən istifadə etməyə məjburuq. Anjaq elə adamlar var ki, dili sürətlə öyrənməyə çalışırlar. Bunun üçün isə lazımi ədəbiyyatlar, video və audiokasetlər lazımdır. Hələ ki Azərbayjanda belə şeylər yoxdur. Məsələn, mən Fransa səfirliyi yanında təşkil edilmiş fransız dili kurslarına gedirdim. Bu, çox xoşuma gəldi ki, mənim sərənjamıma xüsusi vəsait də daxil olmaqla lazım olan bütün ədəbiyyat verilmişdi. Mən orada öyrəndim ki, xarijdə fransız dilinin tədrisi üçün Fransa ildə 50 milyon avro ayırır. İsrailin də bu sahədə təjrübəsi bizə bəllidir. Dövlət bütün dünyada xarijiləri öz ölkəsində mövjud olan dil sisteminə alışdırmağa çalışır. Məsələn, İsraildə ibrani dilini bilməyən adamı işə götürmürlər. O dil çox mürəkkəb dildir. Buna görə də bu ölkəyə daimi yaşamağa və ya təhsilə gəlmiş insanlar üçün dövlət hər jür şərait yaradır və çox sayda pulsuz kurslar olur. Əgər biz Azərbayjan dilini təbliğini qurmaq istəyiriksə, ilk növbədə çoxsayedı pulsuz kurslar yaratmalıyıq. İstənilən ijtimai təşkilatın öz kursları olmalıdır. Həmin kurslara isə pedaqoqlar lazımdır. Onlar da ki bizim ölkədə nə qədər istəyirsən var», - deyə Elmira Axundova bildirir.
Köklərə qayıdış
Xoşbəxtlikdən Azərbayjanda parlaq və savadlı uşaq ədəbiyyatı yaratmaq üçün müəyyən baza vardır. Və son illərdə Azərbayjan dilinin müdafiəsi və təbliğatı istiqamətində ən faydalı hadisələrdən biri filologiya elmləri namizədi, dosent Vüqar Qaradağlı tərəfindən hazırlanmış «Vətən dili» kitabının nəşridir. Bu dərslik ilk dəfə 19-ju yüzillikdə tanınmış rus maarifçisi Qori Seminariyasının müfəttişi Aleksey Çernyayevski tərəfindən nəşr edilib və Azərbayjanda Avropa tipli ilk tədris vəsaiti olub. Bu kitab 19-ju əsrin sonlarında, 20-ji əsrin əvvəllərində Azərbayjanın bir sıra tanınmış ziyalılarının - Üzeyir bəy Hajıbəyov, Mahmud bəy Mahmudbəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundovun… yetişməsində böyük rol oynayıb. Vüqar Qaradağlı hesab edir ki, bu kitabın nəşri ona görə vajibdir ki, ədəbi Azərbayjan dilinin təbliğinə və onun öz köklərini xatırlamasına yönəlib. «Bu kitab yalnız ilk dərslik kitabı deyil. Baxmayaraq ki 50 il ərzində azərbayjanlı uşaqlar üçün əsas kitab olub. Onun birinji hissəsi 1882-ji ildə, ikinji hissəsi isə 1888-ji ildə çap edilib. O həm də fundamental, hərtərəfli düşünülmüş və uşaq psixologiyasının injəliklərini çox dəqiq nəzərə alan vəsaitin hazırlanmasına parlaq nümunədir. «Vətən dili» dərsliyində çoxsaylı yanetmajlar, tapmajalar, atalar sözləri var. Yetərinjə savadlı, anlaqlı və obrazlı ədəbi dildə yazılıb. Onun sadəliyi heç də bəzi çağdaş vəsaitlərin əsas problemi olan primitivlik və bayağılıq deyil. Bundan başqa o bu gün də indiki uşaq dərslik kitabları üçün layiqli rəqibdir. İşin maraqlı tərəfi odur ki, bu pioner iş Azərbayjan sözlüyünün və maarifçiliyinin qızıl fonduna daxil olub. Bu gün isə maarifçilik, demək olar ki, tamamilə yaddan çıxarılıb. Maarifçiliyin dəyərlərini sözdə yox, işdə bilən adamları barmaqla saymaq olar. Maarifçilik ənənəsinin unudulması çox böyük ədalətsizlikdir və bu vəziyyət düzəldilməlidir», - deyə Vüqar Qaradağlı vurğulayıb.
Filoloqun sözlərinə görə, kitabda ən müxtəlif məqamlar bir-biri ilə çuğlaşdırılıb və bu da parlaq mozaika hissələri kimi bir-birləri ilə birləşərək gözəl bir mənzərəyə, yəni kitabın özünə çevrilib. Bu kitabın müəllifləri çox gözəl bir ansambl yaradaraq, öz ürəklərini işə hopdurublar. Kitabın müəllifləri A.Çernyayevski, S.Vəlibəyov və Həsənağa xan Qaradağlı bu işi tanınmış rus pedaqoqu, Rusiya pedaqoci fikrinin atası K.Uşinskinin prinsipləri əsasında təşkil ediblər. Yazılış qaydaları bölməsində müəlliflər başlıja olaraq, Mirzə Kazım bəy, Lazar Budaqov və Mirzə Əbülhəsən Vəzirovun işlərinə əsaslanıblar. Kitabda səs üsulundan da istifadə edilir. Bu isə tədris prosesini sadələşdirir. Burada çox sayda folklor nümunələri var. Şagirdlərin ruhuna yaxın və tətbiq oluna biləjək ifadələr, atalar sözləri, yanıltmajlar yer alır. Bu ifadələr mətnin pedaqoci təsirini artırır.
İyirminji yüzilliyin əvvəllərində Azərbayjan maarfiçiləri tərəfindən ibtidai siniflər üçün yazılmış vəsaitlərin, demək olar ki, hamısı «Vətən dili»nin şinelindən çıxıblar. Bu kitab hava, təbiət və heyvanat aləmi barədə müşahidələrlə doludur. Orada xüsusi olaraq «Vətən dili» üçün Həsənağa xan Qaradağlı tərəfindən tərjümə edilmiş şeirlər və Krılovun təmsilləri yer alır. Bu görkəmli pedaqoq və şair uşaqlar üçün nəzərdə tutulmuş şeirlər və kiçik hekayələr yazmışdı. Özü də həmin əsərlərini o, ilk dəfə Şuşada açdığı məktəbdə şagirdlər üçün oxumuşdu.
Vüqar Qaradağlı bir şeyi də diqqətə çatdırdı ki, kitab «Ana dili» yox, «Vətən dili» adlandırılıb və indiki nəşrdə də adı dəyişdirilməyib. Kitabın adının bu özəlliyi həm də uşağa doğma dillə yanaşı, doğma Vətən barəsində də məlumat verir: «Uşaq elmin pillələri ilə irəlilədikjə, bilikləri artdıqja və tədris prosesinə vərdiş etdikjə dərs materialları da çətinləşir. Uşaq yalnız yeni ifadələr və anlayışlarla deyil, həm də ətraf mühitlə tanış olur və təbii ki, ana dilini də öyrənir!». Vüqar Qaradağlının sözlərinə görə, bu gün biz əsaslandığımız ədəbi dil normaları, əsasən, 126 il əvvəl «Vətən dili»ndə təqdim edilmiş və daha sonra 20-ji yüzilliyin əvvəllərində digər dərsliklərdə ifadə edilmiş nümunələrə əsaslanır.
«Etiraf edirəm ki, işləmək çox çətin idi. Çünki çox şey itirilmişdi. Amma buna baxmayaraq həddindən maraqlı idi. Məsələn, mən çox çətinliklə öyrənə bildim ki, o dövr işlədilən ağırlıq ölçüləri indi nə qədərdir. Hansısa sözlər bizim dilimizdən artıq çıxıb. Məsələn, bəzi ilanların adının mənası yalnız latınja qalıb. Çünki Azərbayjanda bu növ ilanlar artıq yoxa çıxıb. Bilirsiniz, mən bu ağ ləkələri sildikjə nejə sevinirdim. İndi çox nadir işlənən və ya tamamilə itmiş onlarjla sözü dəqiqləşdirdim. Çünki o sözlərin arxasında bizim atalarımızın janlı tarixi dayanır. Mən indiki və ovaxtkı həyatımız arasında hansısa bir körpü çəkmək istədim. Doğrudan da, illər keçəndən sonra anlayırsan ki, bizə qədər dəyişən nəsillər nə qədər lazımlı, xeyirxah və faydalı işlər görüblər»,- deyə Vüqar Qaradağlı bildirir.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun 2007-ji ildə verdiyi əmrlə «Vətən dili» kitabı ümumtəhsil məktəblərinin müəllimlərinə tədris vəsaiti kimi tövsiyə edilib.
MƏSLƏHƏT GÖR: