24 Noyabr 2024

Bazar, 21:23

XƏZƏR BÖHRANI

Azərbaycan mütəxəssisləri hesab edirlər ki, Xəzəryanı ölkələr bu unikal su hövzəsinin qorunması üçün ümumi strategiya hazırlamalıdırlar

Müəllif:

01.08.2008

Xəzər dənizinin ekoloci durumu ağırdır və yay mövsümündə bu məsələ daha da aktual olur. Azərbayjanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dəfələrlə bildirib ki, ölkənin bir sıra çimərliklərində çirklənmənin səviyyəsi yüksək olduğundan, istirahət etmək tövsiyə edilmir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) tərəfindən keçirilmiş monitorinqin nətijələri isə göstərir ki, Bakı, Sumqayıt və Abşeronun çimərlikləri mikrobioloci göstərijilər üzrə yetərinjə çirkləniblər. Beləliklə, Şüvəlan, Mərdəkan, Şıx, Sahil (Qaradağ rayonu) çimərliklərində, həmçinin Sumqayıt  ərazisinin Jorat qəsəbəsindən Hajı Zeynalabidin Tağıyev qəsəbəsinədək olan çimərlik zonasında çimmək qadağan edilib. Anjaq mikrobioloci göstərijilər və bağırsaq çöpləri hələ bəlaların hamısı demək deyil. ETSN-in məlumatına görə, Xəzərin çirklənməsinin başlıja mənbəyi dənizin hövzəsində və ya sahilində yerləşən sənaye obyektlərinin çirkli suları, həmçinin neft yataqlarının tullantılarıdır. 

 

Dəniz təhlükədədir 

"Hazırda Xəzərin sahilyanı zolağında yaşayan əhalinin sayı 15 milyona çatır. Bu insanların əsas fəaliyyəti dənizlə bağlıdır və təbii ki, bu, Xəzərin ekoloci durumuna təsir göstərir. Dünyanın nərə ehtiyatlarının 95 faizinə qədəri  Xəzər dənizindədir. Nərə balığından isə dünyada çox qiymətləndirilən qara kürü əldə edilir. Dünyada istehsal edilən qara kürünün əsas hissəsi Xəzər ölkələrinin payına düşür. 

Anjaq dənizin zənginliyi yalnız qara kürü ilə məhdudlaşmır. Neft-qaz potensialına görə, Xəzər dünyanın ən iri karbohidrogen yatağı mərkəzlərindən biridir. Anjaq bu da dənizin ekoloci durumu ilə bağlı problemlərin yaranmasına səbəb olur", - deyə "Region plus"a ETSN Xəzər dənizinin kompleks monitorinq idarəsinin rəisi Mirsalam Qəmbərov bildirib. 

Ekoloci xüsusiyyətlərinə görə Xəzər dənizi də başqa qapalı su hövzələri kimi araşdırılır. Bu jür su hövzələrində  səjiyyəvi problemlər - təbii ehtiyatların tükənməsi, antropogen və torpaq ekosistemlərinin problemləri, dəniz mühitinin çirkləndirilməsi müşahidə edilir. Sonunjü ən böyük və hiss edilən problem sayılır. 

"Xəzərin balıqçılıq təsərrüfatının vəziyyəti sanitar-toksik xüsusiyyətlər baxımından hələ Sovet İttifaqının dağılmasından qabaq da ağır qiymətləndirilirdi. 1992-ji ildə Volqa hövzəsini və Xəzərin sahil zonasını "ekoloci fəlakət  zonası" adlandırmışdılar. Xəzər dənizinin əsas çirklənmə mənbələri sırasında təmizlənməmiş sənaye və kənd təsərrüfatı , çay və dəniz gəmiçiliyi tullantıları, quruda və suda qaz və neft yataqlarının istismarı gəlir. 

Bununla yanaşı, dənizin çirkləndirilməsində ona tökülən çaylar da böyük rol oynayır. Hər il dənizə 40-45 kub.km çirkli çay suyu tökülür. Bunun 60 faizi Volqanın payına düşür. Əgər bu çirklər Xəzərin üzərində bərabər səviyyədə paylansa, qalınlığı 10-11 sm olan lay alınar. Dənizə öz mənfi təsirini Kür çayı da göstərir. O, Ermənistan və Gürjüstanda zəhərlənmiş sularını Xəzərə tökür. 

Son məlumatlara görə, Kür suyu ilə dənizə 4 min ton neft tullantısı, 28 min ton ağır hissəjik, 500-550 min ton quru qalıq, 74 min ton sulfat, 155 min ton xlorid, 300 min ton aktiv maddə, 5 min ton fenol və başqa təhlükəli elementlər tökülür. Xəzəri çirkləndirən şəhərlər sırasına Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Ənzəli və Rəşt aiddir. Neft quyularının istismarı və neft məhsullarının dəniz nəqliyyatı ilə daşınması da Xəzər sularını çirkləndirir", - deyə M.Qəmbərov bildirir. 

Dənizin dibindən götürülmüş qrunt nümunələrində neft məhsulları, fenollar, bəzi rayonlarda isə jivə elementləri aşkar edilib. Ən çox Bakı buxtası çirklənib, burada dəniz mikrorqanizmlərinin və sualtı faunanın tam məhvi təhlükəsi var. Kür və Volqa çaylarının üzərində su anbarlarının fəaliyyət göstərməsi də Xəzərdə ekoloci duruma mənfi təsir göstərir.

Son illərdə dənizin səviyyəsinin dəyişməsi suyun duzluluq səviyyəsini də dəyişir. Məsələn, səviyyənin aşağı düşməsi duzluluğu artırır. Bu da sahil zonalarında balıqların qidalanması və çoxalması üçün ərazilərin azalmasına səbəb olur. Dənizin ekoloci baxımdan daha çirkli və ağır vəziyyətdə olan hissəsi Bakı, Sumqayıt, Mahaçqala və Türkmənbaşı hövzələri, həmçinin neft yataqları rayonlarıdır. 

 

Buxta xilas edilməlidir

Dənizdə hələ ki özünütəmizləmə imkanları var. Amma bəzi çirkləndirmə mənbələrini dayandırmaq da mümkün deyil. Nəzərə almaq lazımdır ki, tullantılar,  adətən, suyun səthinə toplaşırlar və "hava-atmosfer" zonası yaradırlar. Məhz bu səbəbdən dənizin bioloci baxımdan önəmli hissələri çirklənir. 

Xəzər dənizi üçün ən qorxulu çirkləndirijilər neft karbohidrogenləri, xlor birləşmələri və ağır metallar kimi kimyəvi elementlərdir. Bunun nətijəsində Xəzər dünya miqyaslı problemə  çevrilib. Düzdür, son iki-üç il ərzində neft çirkləndirmələri baxımından dənizin vəziyyəti xeyli yaxşılaşıb. Bu, dəniz yataqlarını istismar edən ARDNŞ və BP kimi şirkətlərin ETSN ilə  əməkdaşlığı nətijəsində baş tutub. 

Onların birgə proqramı çərçivəsində dənizin dibindən 2000 ton metal konstruksiya və batmış gəmi çıxarılıb. Bildirmək gərəkdir ki, Azərbayjan dəfələrlə Xəzəryanı ölkələri dənizin ekoloci problemlərini birgə həll etməyə çağırıb. Çünki bu, təkbaşına mümkün deyil. Anjaq bu ölkələr hələ də Xəzərin bioresurslarını nejə istifadə etmək barədə razılığa gələ bilməyiblər və bu, işləri çətinləşdirir. "Bizim ölkə Xəzəryanı bölgədə milli dəniz hövzəsini qorumaq üçün lokal təmizləmə sistemləri quraşdıran ilk ölkədir",- deyə M.Qəmbərov bildirib. 

İlk önjə lokal sistem Abşeron yarımadasının şimal sahələrini əhatə edəjək. Şüvəlan, Mərdəkan və Bilgə yarımadalarının sahil zolağında artıq dörd modul stansiya quraşdırılıb və onlar sınaq recimində işləyirlər. İlin sonuna kimi bu jür qurğular həm də Bilgə-Pirşağı zonasında və Pirallahı adasında quraşdırılajaq. Bu zaman "Azərsu" SJ-nin balansında olan Buzovna və Şüvəlan təmizləmə stansiyalarının normal işləməsi təmin ediləjək. 

Lokal sistemin əsas işi şəhərətrafı qəsəbələrdə yaranan tullantı və kanalizasiya sularının dənizə düşməsinin qarşısını almaqdır. Hazırda bu məsələnin həlli daha aktualdır, çünki Abşeron kəndlərində güjlü tikinti gedir və texniki təmizləyiji qurğular olmadığından ekoloci vəziyyət sürətlə pisləşir. Modul stansiyaları mərkəzləşidirilmiş kanalizasiya sistemi Abşerondakı yaşayış məntəqələrini də əhatə edənə kimi işləyəjək. Bu iş də artıq başlayıb.

Doğrudur, son iki-üç il ərzində vəziyyət xeyli yaxşılaşıb. Xəzərin sahilində beş dövlət yerləşir. Bu dövlətlərin istənilən biri tərəfindən edilən çirklənmə bütün sahil dövlətlərinin ekoloci durumuna təsir göstərir. Və Abşeronun sahili boyunja quraşdırılmış mobil təmizləmə sistemi  dənizin özünütəmizləmə prosesini güj-ləndirəjək. 


MƏSLƏHƏT GÖR:

476