
AZƏRBAYCAN ŞİRKƏTLƏRİ, BİRLƏŞİN!
Alyanslar və korporasiyalar özəl bölmənin inkişafında yeni mərhələ olacaq
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Dünyanın iqtisadi səhnəsində baş verən qloballaşma və böyümə meyillərinin fonunda son illərdə Azərbayjanda da biznesin inkişafı məqsədilə şirkətlərin birləşdirilməsindən çox danışmağa başlayıblar. Özü də bu, iqtisadiyyatın müxtəlif sahələrində - bank, sığorta, telekommunikasiyalar və kənd təsərrüfatı bölmələrində müşahidə edilir.
Bir tərəfdən, bu, müəyyən mənada, inhisarçılığa və bazarda az sayda brend saxlamağa səbəb ola bilər. Anjaq başqa tərəfdən, çoxsaylı yerli şirkətlərin eyni jür məhsulları arasında seçim edə bilməyən sadə istehlakçının nəzər nöqtəsinə görə isə iriləşmə bazarda artıq təkliflərin sayını azaltmaq və onları daha keyfiyyətli etmək üçün oxşar biznes sahələrini birləşdirməyə imkan verəjək.
Eyni zamanda, Azərbayjan bazarı getdikjə daha çox beynəlxalq bazara yaxınlaşır.
Hamıya yaxşı məlumdur ki, Azərbayjan bazarının iştirakçıları 10 il əvvəl olandan xeyli fərqlidirlər. Məhsulların, xidmətlərin və məsləhətlərin səviyyəsinə tələblər indi bizdə də Avropa bazarlarında olan kimidir.
Bu, inteqrasiya prosesi və Azərbayjanın Ümumdünya Tijarət Təşkilatına daxil olmaq istəyi ilə bağlıdır. Başqa sözlə, bazar böyüyür və yetişir. Uyğun olaraq, kiçik şirkətlər üçün də yalnız ən yaxşıların qələbə çaldığı rəqabət mübarizəsinə dözmək çətinləşir. Ən yaxşı olmaq üçün isə böyük inkişaf imkanlarına malik olmaq lazımdır. Bunu isə səyləri birləşdirməklə əldə etmək mümkündür.
İlk meyvə şirələri korporasiyası
Azərbayjan hökuməti oxşar məhsul istehsal edən özəl şirkətlərin ixraj mövqelərini möhkəmlətmək üçün alyanslarda birləşmək jəhdlərini müsbət qiymətləndirir. İqtisadi inkişaf naziri Heydər Babayev hesab edir ki, ölkədə yaranan alyanslar məhsulun keyfiyyəti və qiymətləri üzərində nəzarət sahəsində birgə siyasət yürütmək niyyətindədirlər. "Biz hələ də ixraj edilən məhsulların keyfiyyətinin aşağı olması barədə şikayətlər alırıq, bu jür təşəbbüslər həmin məsələni həll edə bilər, həmçinin kənd təsərrüfatı məhsullarının artımına yardımçı ola bilər",- deyə nazir vurğulayıb.
Aqrar sahədə Azərbayjanda İxrajın Təşviqi və Sərmayələr Fondunun (AZPROMO) təşəbbüsü ilə ilk dəfə şirə istehsal edən və tərəvəz müəssisələrinin səylərini birləşdirmək təklif edilib. Bütövlükdə, bu ideya bütün istehsalçılar tərəfindən bəyənilib, anjaq onlar hər şeydən qabaq yaranan meyvə korporasiyasının nizamnaməsi ilə və AZPRMO-nun sifarişi ilə beynəlxalq tədqiqat qrupu tərəfindən meyvəçilik məhsulları sahəsində aparılmış araşdırmalarla tanış olmaq istəyiblər.
Bununla belə, bu yaxınlarda Bakıda "Azeri Fruit Co." birgə səhmdar jəmiyyətinin yaradılması barədə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Layihə iştirakçıları sırasına Azərbayjan İnvestisiya Şirkəti (AİŞ), AZPROMO, "Qarnet" ASJ (Milk-PRO qrupuna daxildir) və "Saf" MMJ daxildir. Bu, MDB məkanında ilk bu jür struktur ola bilər.
Yaradılma anında memoranduma korporasiyanın əsas səhmdarları kimi yalnız iki şirkətin qoşulmasına baxmayaraq, daha sonra ona qatılajaq şirkətlərin sayı genişlənəjək. AİŞ-in korporasiyada iştirak payı 25 faizi keçməyəjək. Çünki AİŞ həmişə minoritar səhmdar kimi çıxış edir.
Özü də şirkətlər korporasiyada tam birləşə bilməzlər, anjaq müəyyən istehsal güjləri təqdim edə bilərlər. Şirkətlərin korporasiyalarda iştirak payı bundan asılı olajaq və korporasiyaya daxil olmaq şirkətlərin müstəqil fəaliyyətinə təsir göstərməyəjək. Onların hər birinin korporasiyaya daxil olması verilən güjlərin auditor qiymətləndirilməsi ilə müşaiyit olunajaq.
"AZPROMO"nun ixrajı təşviq departamentinin direktoru Emil Əliyev bildirib ki, korporasiyaya jəlb edilmiş şirkətlərin aktivlərinin qiymətləndirilməsi məqsədilə bir ay ərzində hüquq və qiymətləndirmə şirkətləri müəyyən ediləjək və onun təsisi ilə bağlı təşkilati məsələlər həll ediləjək. Korporasiyanın yaradılması üçün formalaşdırılmış işçi qrupun birinji ijlası artıq keçirilib və şirkətlərə "Azeri Fruit Co."ya verilən aktivləri dəqiqləşdirmək tapşırılıb.
"Korporasiya xariji bazarlarda yerli meyvə şirəsi istehsalçılarının təmsilçisi rolunu oynayajaq, ixrajı bu brend altında gerçəkləşdirəjək, istehsalı beynəlxalq standartlara uyğun şəkilə gətirməyə yardımçı olajaq. Diqqəti vahid brendə yönəltmək istehsalın səviyyəsini artırajaq və xariji bazarlara meyvə şirəsi ixrajını sabitləşdirəjək",- deyə E.Əliyev vurğulayıb.
Hazırda yerli meyvə şirəsi istehsalçılarının əsas problemi menejmetlə, marketinq və keyfiyyətə nəzarətlə bağlıdır. Anjaq texnoloci baxımdan problem yoxdur, çünki respublikada model konsentrant istehsalı var. Azərbayjanın şirə istehsalçıları istehsalat xətlərini 7-8 il qabaq alıblar və bir çox istehsalat xətləri texnoloci baxımdan xətləri 20 il qabaq almış Türkiyə və Almaniya istehsalçılarından inkişaflıdır.
Hazırda ölkə üzrə 13 iri və orta meyvə məhsulları istehsalçısı var, kustar istehsalçıların sayı isə 40-a yaxındar. Meyvə şirəsi istehsalı rentabelli olduğundan, demək olar ki, ölkənin bütün konserv və ət-süd kombinatlarında şirə xətti var.
Bu bazarda problemlərin həlli üçün şirə ixrajatçılarının alyansı yaradıılb. Onun tərkibinə bu sahədə ən aparıjı olan doqquz şirkət ("Milk-PRO", "Gilan", "SAF", "Granet Haji", "Gamalhan" və başqaları) daxil olub. Alyans çağdaş texnologiyaların tətbiqi, marketinq və Azərbayjanın meyvə şirəsinin xarıjı bazarlarda mövqeyinin güjləndirilməsi ilə məşğul olajaq. Almaniya Texniki Yardım Jəmiyyəti (GTZ) alyansın əlaqələndirmə şurasının dəstəklənməsində, şirkətlərin maddi-texniki bazasının güjləndirilməsində yardım edir.
Neft və fındıq
"AZPROMO" ölkədə daha iki alyansın - neft sektoruna xidmət və fındıq ixrajatçılarının alyanslarının yaradılmasına təşəbbüs göstərib. Hələ ki, neft xidmətləri ixrajatçılarının alyansının yaradılması qeyri-müəyyən müddətə təxirə salınıb. Anjaq "AZPROMO" prezidenti Emil Məjildovun sözlərinə görə, bu planlar Qazaxıstanla əlaqəlidir. Böyük ehtiyaj olduğundan, Azərbayjan neft xidmətlərini ilkin mərhələdə məhz bu ölkəyə ixraj etmək düşünülür.
"Bizim beş-altı şirkətimiz olajaq. Onlar Qazaxıstan bazarında işə başlayıblar və ya orada yaxşı perspektivlərə malikdirlər. Məhz onların bazasında neft xidmətləri ixrajatçılarının alyansını yaradajağıq", - deyə E.Məjidov bildirib.
Hazırda Azərbayjanda xariji şirkətlər tərəfindən həyata keçirilən neft layihələrinin bir hissəsi başa çatır. Bununla da yüksək ixtisaslı işçi qüvvəsi azad edilir. Məhz onların Qazaxıstana göndərilməsi düşünülür. Azərbayjanda həmçinin bp şirkətinin subpodratçısı olan bir neçə yerli şirkət də var. Onlar neft xidmətlərinin göstərilməsi sahəsində biliklərə və beynəlxalq sertifikata malikdirlər. "Bizim məqsədimiz onları Qazaxıstan bazarına, daha sonra isə neft layihələri ilə məşğul olan başqa ölkələrə çıxarmaqdır. Biz düşünürük ki, bu çox perspektivli və maraqlı layihədir", - deyə "AZPROMO"dan bildirirlər.
Bununla yanaşı, "AZPROMO" 2008-ji ilin sonuna kimi fındıq istehsalı bazarında hissediləjək dəyişikliklər gözləyir və ixraj potensialının artırılması üçün istehsalçılara korporasiyalarda birləşməyi təklif etmək niyyətindədir.
Məsələ bundadır ki, Azərbayjan fındıq ixrajı üzrə dünyada beşinji yeri tutur. Bu sahənin lideri Türkiyədir. Azərbayjan istehsalçıları ölçü və keyfiyyət baxımından Türkiyə məhsulu ilə rəqabət aparırlar. Anjaq dadına və formasına görə Azərbayjan fındığına dünyada böyük tələbat var. "Hazırda bir sıra fındıq istehsalçılarının məhsulunda aflotoksin olması problemi həll edilib. Bununla bağlı Azərbayjan məhsulunun Avropa ölkələrinə ixrajına qadağan qoyulmuşdu",- deyə E.Əliyev bildirir.
Bununla yanaşı, o düşünür ki, sözügedən qadağan təsadüfi qoyulmamışdı. Bu, Azərbayjandan fındıq ixrajının artması ilə bağlı idi və vəziyyət xariji istehsalçılar üçün əlverişli deyildi. Aflotoksin yalnız bir istehsalçının məhsulunda tapılsa da, qadağan bütün istehsalçılara qarşı tətbiq edildi. Emil Əliyevin sözlərinə görə, bu problem artıq həll edilib və Azərbayjan istehsalçıları artıq öz məhsullarını xariji bazarlara çıxarmağa başlayıbldar.
Hazırda "AZPROMO" istehsalçılarla birlikdə fındıq istehsalçıları alyansının yaradılması imkanlarına baxır. Bu planın ləngiməsi alyansın statusunun müəyyənləşdirilməsi ilə bağlıdır. Alyansın tərkibinə beş şirkət - "BakFem", "Gilan", "ElFem", "Azersun Holding" qrupuna daxil olan "Zakatala-findig" və "Ali Said" şirkətləri qatılajaqlar.
Alyans beynəlxalq təjrübədə qəbul olunduğu kimi kommersiya qurumu və ya operator tərəfindən idarə edilən ijtimai təşkilat şəklində yaradıla bilər. Son varianta üstünlük veriləjəyi istisna deyil. Özü də operator kimi xariji şirkətin jəlb edilməsi düşünülür.
Maliyyə bölməsi ideyanı dəstəkləyir
Qeyd etmək gərəkdir ki, Azərbayjanda ilk dəfə konsilidasiya prosesi bank sektorunda müşahidə edilib. 2000-ji ilin əvvəlində üç dövlət bankının - Əmanət, Sənaye İnvestisiya və Aqrar Sənaye banklarının birləşdirilməsi nətijəsində "Kapitalbank" yaradıldı. O, Azərbayjanın beş ən iri bankından biridir və 2008-ji ilin I rübünün nətiəjələrinə görə, 290 mln manat həjmində aktivlərə malikdir.
Daha sonra özəl bankların xeylisi birləşdirildi və bu gün həmin maliyyə qurumları ölkə bazarında az paya malik deyillər. Bankların birləşmə prosesini həm beynəlxalq maliyyə qurumları, həm də Azərbayjan Milli Bankı (AMB) dəstəklədi. AMB bank bazarında mövqelərin güjləndirilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması baxımından bankların birləşməsi prosesini müsbət qiymətlənidirir.
2009-ju ildən başlayaraq, sığorta şirkətlərinin nizamnamə kapitallarının artırılması üzrə yeni proqramın başlanılması, hər il onun səviyyəsinin 1 milyon manat artırılmasının nəzərdə tutulması ilə bağlı bu sektorda da konsilidasiya prosesləri qaçılmaz olajaq. Sığorta bazarında birinji yerdə kapitallaşma məsələsi durduğundan, normal kapitallaşma olmadan qalan amillər elə bir önəm daşımır. Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti şöbəsinin rəisi Namiq Xəlilovun fikrinjə, normal kapital olmadan şirkət inkişaf edə bilməz və müştərilərin etibarını qazana bilməz.
Maliyyə Nazirliyinin təmsilçisinin sözlərinə görə, məxsusi kapital sığorta şirkətini müdafiə edən və təbii ki, onun müştərilərini mümkün müflisləşmədən qoruyan buferdir. Yetərinjə kaptalı olması şirkətə xidmətlərin səviyyəsini artırmağa sərmayə yatırmaq imkanı verir. Təjrübə göstərir ki, kapitallaşma ilə problemi olan şirkətlər sığorta halları üzrə ödənişləri verə bilmirlər. Kapitallaşmanın aşağı səviyyədə olması şirkətə hansısa sanksiyaların - lisenziyanın ləğv edilməsi və ya dayandırılması sanksiyalarının təbiq edilməsinə imkan yaradır. Bu da sığorta etdirən vətəndaşı zərbə altında qoyur.
Bununla yanaşı, bu gün ölkənin sığorta bazarının daha güjlü oyunçuları birləşmə haqqında niyyətlərini bəyan ediblər. "Ateshgah" Sığorta Şirkətinin Müşahidə Şurasının sədri, "ISR Holding"in prezidenti İsgəndər Xəlilov bu yaxınlarda bildirib ki, səhmdarlar şirkəti inkişaf etdirmək, iki kiçik sığorta şirkəti ilə birləşdirmə vasitəsilə onu böyütmək niyyətindədirlər. O, "Ateshgah"a birləşdiriləjək iki şirkətin adını açıqlamasa da, yaxın günlərdə bunun bəlli olajağını söyləyib.
İT sektoru müqavimət göstərir, amma…
Bəllidir ki, birləşmə bazarın tələbatı əsasında gerçəkləşdirilir. Məsələn, əksər hallarda İT şirkətləri bir-birləri ilə birləşmək istəmirlər. Anjaq rəqabətin artması sərt şərtlər diqtə edir. İT bazarının təmsilçilərinin fikrinjə, bu gün Azərbayjanın informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarında məşğul olan subyektlərin sayı artıb və bu bazarda müəyyən təmizləmələrə ehtiyaj var. Dünyanın heç bir ölkəsində Bakıda olan qədər kompyuter mağazası yoxdur.
Bizdə kompyuter satışı texnologiya satışından məhsul satışına çevrilib. Yəni İT tijarət obyektinə dönüb. Ekspertlər düşünür ki, bu doğru deyil. Çünki İT tijarət materiallarından fərqlənir. Axı burada söhbət dəmir parçalarının satışından deyil, kompleks həllərdən gedir. Belə olan halda intellektual imkanların olması vajibdir. Çünki bilik olmasa, kompyuter texnikasının satışını və ya hər hansı bir tapşırığın yerinə yetirilməsini gerçəkləşdirmək mümkün deyil. Özü də ekspertlər yaxın zamanlarda subyektlərin çoxunun birləşməsini deyil, bazarı tərk etməsini proqnozlaşdırırlar.
Bununla yanaşı, Azərbayjan hökuməti fəaliyyətdə olan üç rabitə müəssisəsindən - "Aztelekom" İB, "Bakı telefon rabitəsi" və "Teleradio" İB-dən istifadə etməklə beynəlxalq rabitə üzrə vahid müəssisə yaradılması imkanlarına baxır.
Dövlət Əmlakının İdarəedilməsi və Özəlləşdirilməsi üzrə Dövlət Komitəsinin başçısı Kərəm Həsənov bildirib ki, bu jür müəssisənin yaradılması məsələsinin işlənilməsi üçün məsləhətçi - beynəlxalq auditor şirkəti "Ernst and Young" və müəssisənin yaradılması bazasının müəyyən edilməsi üçün yerli "Omni" şirkəti jəlb edilib. Ehtimal edilir ki, onların bazasında "Azertelekom" MMJ yaradılajaq.
Göründüyü kimi, böyümə və birləşmə prosesi Azərbayjan iqtisadiyyatının bütün sahələrini tutur və yuxarıda söylənilən kimi bu, dünya bazarında gedən proseslərin və yerli bazarda tələbatın artmasının fonunda təbiidir.
MƏSLƏHƏT GÖR: