14 Mart 2025

Cümə, 11:22

MİLLİ STANDARTLARIN ÖZƏLLİKLƏRİ

Azərbaycan ərzaq məhsullarının istehsal normalarının pozulmasına görə cəzaları sərtləşdirəcək

Müəllif:

01.08.2008

Dünya ərzaq böhranının yaratdığı təhlükə Azərbayjanın özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməsi məsələsini bir qədər də aktuallaşdırıb. Doğrudur, ölkədəki əlverişli iqlim şəraiti, fermerlərə verilən çoxsaylı güzəştlər və başqa bu kimi amillər ölkədə ərzaq məhsullarının istehsalına geniş imkanlar açır. Anjaq məhsulun kəmiyyət məsələsinin, demək olar ki, həll olunmasına baxmayaraq, keyfiyyət məsələsi barədə bunu demək olmur.    

Bu da təbii ki, Azərbayjan məhsullarının nəinki  ixraj qabiliyyətini azaldır, həm də yeril istehlakçının ona etibar etməsinə də imkan vermir. Ölkədə, təbii ki,  keyfiyyətli ərzaq məhsulları sırasına daxil olmağı bajaran bir neçə brend yaranıb. Anjaq onların sayının az olması açıq-aydın özünü göstərir. İş adamlarının qalan böyük hissəsini isə istehsalatda lazım olan standart və normalara əməl etməyə məjbur etmək elə də asan iş deyil. 

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənovun fikrinjə, bu jür pozujulara qarşı sanksiyaların kəskinləşdirilməsinin vaxtı çatıb. O bu barədə öz fikirlərini "Region plus"la bölüşüb. 

- Ölkə iqtisadiyyatının intensiv artım templəri fonunda dövlət rəhbərliyi tərəfindən yerli istehsal məhsullarının beynəlxalq bazarlara çıxarılması məsələsi qarşıya məqsəd kimi qoyulub. Bu gün üç standartlar qrupundan söhbət gedir:  bunlar İSO, Avropa standartları və milli standartlardır. Milli standartların yaradılması məsələsində biz, əlbəttə ki, velosiped ijad etmirik. Əgər Azərbayjan qanunverijiliyinə uyğun müvafiq beynəlxalq standart varsa, bizim mütəxəssislər onu Azərbayjan dilinə çevirir və "istehsalata buraxırlar". Anjaq düşbərə, dovğa və s. kimi spesifik və hətta unikal ərzaq məhsulları üçün standartlar ayrıja hazırlanır. İstənilən halda, bütün standartların əsasında ərzağın təhlükəsizliyi, tərkibində sağlamlıq üçün ziyanlı komponentlərin olmaması durur. Qeyd etmək lazımdır ki,  Avropada və hətta MDB-nin bir sıra ölkələrində artıq bu və ya başqa ərzaq məhsulunun istehsalının bütün normalarının ətraflı təsvirini nəzərdə tutan texniki reqlamentləşdirməyə keçirlər. Bu zaman hansı standartı tətbiq etmək sahibkarın öz ixtiyarına buraxılır. 

Azərbayjan da bu jür reqlamentlərə keçməyə hazırlaşır. Bu prosedur üçünsə çox vaxt və hüquqi əsasın olması tələb olunur. Anjaq biz artıq "Texniki reqlament haqqında" qanun layihəsi hazırlamışıq və bu, Dünya Tijarət Təşkilatının, dövlət qurumlarının ekspertləri tərəfindən bəyənilib. Qanun layihəsi hökumətə də təqdim edilib və oradan  parlamentə göndərilməlidir.  

Bu arada biz prezident İlham Əliyevin göstərişi ilə istehsalçılar tərəfindən mövjud norma və standartların yerinə yetirilməsi, o jümlədən məhsulların düzgün markalaşdırılmasına nəzarəti güjləndiririk. Pozuntu aşkarlanan zaman "qeyri-standart" məhsulun istehsalatdan çıxarılması və təkrar emala göndərilməsi barədə sərənjam verilir. 

- Bəs keyfiyyətsiz ilkin ərzaqla nejə olajaq? Niyə, məsələn, Bakı sakinləri çox vaxt meyvə, tərəvəz, ət alanda satıjıların vijdanının ümidinə qalmalıdırlar? 

- Şəxsən mən hesab edirəm ki, bu gün bizim əsas bəlamız Azərbayjan istehlakçısının öz hüquqlarını bilməməsindən, həmin hüquqların yerinə yetirilməsini istehsalçı və satıjılardan tələb etməməsindən qaynaqlanır. Nə qədər ki KİV və istehlakçılar əsas işi öz boyunlarına götürməyiblər, çoxsaylı dövlət nəzarəti qurumlarının jəhdləri nətijə verməyəjək. İstehlakçının almaq istədiyi məhsul haqqında hər şeyi bilməyə haqqı var və mal alarkən lazım olan bütün sənədlər ona təqdim edilməlidir. 

Amma bizdə münasibətlər belə qurulmayıb. Məhsulu satmaqda çətinlik çəkən istehsalçı onu topdansatış yolu ilə ujuz qiymətə hansısa tijarət qurumuna verir, o da istehsalçının pulunu satışdan sonra ödəyəjəyinə dair öhdəlik götürür. Nətijədə əlverişli istehsalçı - satıjı birliyi yaranır, anjaq belə olan halda zənjirin üçünjü həlqəsi olan alıjı uduzur. Çünki o bu məhsulun istehsal edildiyi, saxlandığı şəraitdən, bu ərzağın istehlaka yararlı olub-olmamasından xəbərsiz olur.  

Anjaq əgər istehlakçı məhsulun sənədini istəsə, tijarətçi keyfiyyətinə şübhə etdiyi ərzaqları satmaqdan imtina edər. Bu da istehsalçını itehsalat normalarına riyaət etməyə məjbur edər. 

- Siz Azərbayjanda istehlakçıların hüquqlarını qoruyan çoxsaylı nəzarət qurumlarının olduğunu dediniz. Eyni zamanda sizin rəhbərlik etdiyiniz qurum da bununla məşğuldur. Anjaq açığını desək, hələ ki idarələrin sayının çox olması prosesin keyfiyyətinə təsir göstərmir. Səyləri birləşdirməyin vaxtı çatmayıbmı? 

- Mən sualın bu jür qoyuluşu ilə razıyam. Həqiqətən, bu gün nəzarət edən qurumların sayı çoxdur, anjaq onların fəaliyyətinin effektivliyi aşağıdır. Şübhəsiz, qanunverijilikdə bir sıra qeyri-müəyyənliklər və çatışmazlıqlar da var. Əlbəttə, dövlət qurumlarının işini əlaqələndirmək, nəzarət prosesində qeyri-hökumət təşkilatlarının iştirakını fəallaşdırmaq lazımdır. Çünki son məqsəd eynidir - Azərbayjan sakinləri keyfiyyətli ərzaqla qidalanmalıdırar.

- Rəhbərlik etdiyiniz agentlik ölkənin regionlarında bu istiqamətdə işi nejə qurur?

- Əyalətlərdə standartlara riayətlə bağlı vəziyyət daha pisdir, bu da əhali arasında kütləvi ərzaq zəhərlənmələrinə səbəb olur. Əyalətlərdə bütün tijarət obyektləri və əhali ərzaq məhsullarını tanışlarından və qohumlarından alır. Təbii ki, ərzağın standartlara uyğunluğu barədə sənəd tələb etmək ağla belə gəlmir. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin regionlarda şöbələri var. Anjaq nəzərə almaq lazımdır ki, biz yalnız müəssisələrdə istehsalat prosesini nəzarətdə saxlayırıq. Məhsul isə piştaxtalara, bayaq mən dediyim kimi, müxtəlif yollarla gəlir. 

- Siz dəfələrlə ölkəyə idxal olunan məhsulların standartlara uyğun gəlmədiyi barədə məsələ qaldırmısınız? 

- Bu gün ölkəyə gətirilən məhsulların axınını nəzarətdə saxlamaq mümkün deyil. İnsanlar öz çantalarında, zənbillərində ərzaq məhsulları gətirirlər və mağazalarda satışa qoyurlar. Özü də "kredit" yolu ilə. Təbii ki, əgər tijarət  obyektinin sahibinə məhsulun pulunu satışdan sonra da verməyin mümkün olduğunu deyirlərsə, o, sertifikatsız məhsul götürməyə də razılaşır.      

Azərbayjana uşaq qidalarının gətirilməsində də vəziyyət yaxşı deyil. Alıjılar şikayət edirlər ki, bu qrupdan olan məhsulların çoxu tijarət şəbəkəsinə ya istehlak müddəti bitmə anında, ya da buna bir ay qalmış daxil olurlar. Məsələ bundadır ki, xarijdə istehlak müddətinin bitməsinə 2-3 ay qalmış uşaq yeməkləri sürətlə ujuzlaşmağa başlayır. Bizim idxalçılar isə orada qəpik-quruşa aldıqları məhsulları burada təzə qiymətinə satırlar. 

Mən düşünürəm ki, bu jür hallara qarşı yalnız tijarətdə jəza sanksiyalarını sərtləşdirməklə mübarizə aparmaq mümkündür. Hazırda bizim tətbiq edə biləjəyimiz maksimal jərimə məbləği 250 manatdır ki, bu da, heç şübhəsiz, standartları pozan iş adamlarını o qədər də qorxutmur. Düşünürəm ki, bu sistemi dəyişməyin vaxtı çatıb. Mümkün jəza tədbirlərinin sırasına jinayət məsuliyyətini də daxil etmək lazımdır. Biz bununla bağlı təkliflər zərfi hazırlamışıq və o, tezliklə hökumətə təqdim ediləjək. Fikrimjə, bu təkliflərin qəbulundan sonra Azərbayjana ərzaq məhsullarının gətirilməsi və buradan çıxarılmasında vəziyyət xeyli yaxşılaşajaq. 


MƏSLƏHƏT GÖR:

449