
QƏDİM SİVİLİZASİYALAR MƏKANINDA YENİ GEOSİYASƏT
Aralıq dənizi ittifaqı Avropa strategiyasının yeni alətinə çevrilir
Müəllif: Natiq MƏMMƏDZADƏ Bakı
Qlobal siyasətdə yeni oyunçu peyda olub - Aralıq dənizi İttifaqı. Onun yaradılması haqda bəyanat 43 ölkə (Avropa İttifaqı, Balkanlar, Şimali Afrika və Yaxın Şərq) liderinin iştirakı ilə Parisdə keçirilmiş sammitdə elan edildi. Bu dövlətlərarası qurumun perspektivlərinə dair müəyyən şübhələr olsa da, bəşəri sivilizasiyanın beşiyi sayılan məkanda yeni birliyin yaradılması faktının özü diqqətəlayiqdir.
Barselonadan Parisədək
Layihənin tam adı belə səslənir: «Barselona prosesi - Aralıq dənizi naminə İttifaq». Qeyd edək ki, bu adı İspaniya təklif edib. Axı Avropa dövlətlərinin Jənubi Aralıq dənizi ölkələri ilə tərəfdaşlığının inkişafı prosesinə 1995-ji ildə məhz Barselonada başlanmışdı. Amma o zaman regional münaqişələr, xüsusilə ərəb-İsrail münaqişəsinin gərginləşməsi Barselona prosesini yarımçıq saxladı.
Yeni itifaqın qurujuları dərhal konkret layihələrin - Aralıq dənizinin çirklənməsi ilə mübarizə, ərzaq böhranının həlli və su çatışmazlığı probleminin aradan qaldırılması - reallaşdırılmasına qərar verdilər. Amma təşkilatın əsas məqsədini onun ideoloqu sayılan Fransa prezidenti Nikolə Sarkozi açıqladı: «İttifaq regionda sülh naminə yaradılıb».
Amma yeni təşkilatın fəaliyyətinin siyasi mahiyyəti hələ də sonadək məlum deyil. Aralıq dənizi İttifaqı ilk növbədə Fransa üçün mühüm əhəmiyyət kəsb edir, çünki rəsmi Paris məhz bu təşkilatın vasitəsilə regionda özünü aparıjı qüvvə qismində təsdiq etmək istəyir. Düzdür, avropalı tərəfdaşlarının təzyiqi ilə Paris öz ambisiyalarını bir qədər azaltmalı olub.
Əvvəljə Fransa prezidenti yeni təşkilatda yalnız Aralıq dənizi regionundakı ölkələrin təmsil olunmasında israr edirdi. Amma Almaniya bu plana qarşı çıxdı, çünki Aralıq dənizi ölkəsi olmayan Berlin bununla regionda liderliyi öz əli ilə Fransaya vermiş olardı. Əgər kansler Angela Merkel N.Sarkozinin ilkin planı ilə razılaşsaydı, Berlin Aralıq dənizi ölkələri və Afrikanın təbii qazını nəql edən dövlətlərlə danışıqların Parisin vasitəçiliyi ilə aparılmasına göz yummalı idi. Ona görə də Almaniya yeni ittifaqın yaradılmasına bir şərtlə razılıq verdi: orada Avropa İttifaqının bütün üzvləri təmsil olunmalıdır.
Parisin təkbaşına liderliyinin qəbul olunmayajağını dərk edən Sarkozi bu şərti qəbul etdi. Avropa İttifaqına üzv olan Fransa qurumun irəli sürdüyü bütün layihələrdə yaxından iştirak edir və Aİ-dən ayrı şəkildə böyük geosiyasi oyun oynamaq Paris üçün çətin olardı.
Öz növbəsində Avropa İttifaqı ölkələri Jənubi Aralıq dənizi ölkələrinin hamısı ilə münasibətləri möhkəmləndirməkdə maraqlı olduğunu təsdiqləyib. Baxmayaraq ki bu regiondakı ölkələrdə hakimiyyətdə olan siyasi-iqtisadi recimlərin əksəriyyəti Avropanın liberal dəyərlərini bölüşmür. Bu mənada, Aralıq dənizi İttifaqı ideologiyalaşmadan çox uzaqdır, layihələr isə demokratiya və siyasi islahatlardan başqa bütün sahələri əhatə edir. Avropa İttifaqının Jənubla dialoqda əsas marağı öz sərhədlərini qorumaq və miqrasiyanın qarşısını almaqdır.
Dünya siyasətinin əsas güj mərkəzi olan ABŞ-a yanaşmaya gəlinjə, Aralıq dənizi İttifaqı, müəyyən mənada, Avropa İttifaqının Vaşinqtona qarşı yönəlmiş təşəbbüsü anlamına gəlir. Aydın oldu ki, hətta Nikolə Sarkozi - Beşinci Respublika tarixində ABŞ-a ən loyal prezident də - Vaşinqtonun Yaxın Şərqdəki həddindən artıq aktivliyini qəbul etmir. Fransa və digər Avropa ölkələri nümayiş etdirmək istəyirlər ki, Aralıq dənizi məkanı - ənənəvi Avropa maraqlarının zonasıdır və bu mənada, «Barselona prosesi» ABŞ-ın qlobal təsirini azaltmağa yönəlmiş növbəti jəhddir.
Uzaqgörən seçim
Bununla yanaşı, Avroatlantik məkanda yerləşən daha bir ölkə Aralıq dənizi İttifaqının yaradılması ideyasına, bir qədər, şübhə ilə yanaşır. Söhbət Türkiyədən gedir. Ankara yeni təşkilata qoşulsa da, Aralıq dənizi layihəsinin N.Sarkozi tərəfindən Ankaranın Avropa İttifaqına qəbulunu əngəlləmək uçun qurulmuş tələ ola biləjəyindən narahatdır.
Məlumolduğu kimi, Fransa Türkiyənin Avropa İttifaqına üzvlüyünə qarşı çıxır və Ankaranı Avropa ölkələri ilə digər inteqrasiya formalarına üstünlük verməyə çağırır. Odur ki, Türkiyə Aralıq dənizi İttifaqına dəvətlə bağlı xeyli götür-qoy etdi. Türkləri razılığa gətirmək o qədər də asan olmadı. Yalnız Fransa, İspaniya və İtaliyanın Alıq dənizi İttifaqı layihəsi ilə Avropa İttifaqına namizədlik arasında heç bir əlaqənin olmadığına dair rəsmi bəyanatından sonra Türkiyə tərəfi yeni təşkilata qoşulmağa razılıq verdi.
Digər tərəfdən, Ankara da burada öz məqsədlərini güdür. Təbii ki, Türkiyə yaxşı anlayır ki, Aralıq dənzi İttfaqında iştirak onun regional fövqəldövlət kimi mövqelərini möhkəmləndirəjək və Ankaraya Yaxın Şərqdə öz siyasi və iqtisadi təsirini güjləndirməyə imkan verəjək. Bundan başqa, Türkiyə Qərblə Şərq arasında vasitəçilik kimi diplomatik kozırdan imtina etmək niyyətində deyil. Çünki sivilizasiyalararası problemlərin həllilə bağlı danışıqlar üçün Avroatlantik məkana daxil olmağı bajarmış ən böyük müsəlman dövləti olan Türkiyədən yaxşı körpü tapmaq mümkün deyil. Və bunu həm Qərb dövlətlərində, həm də İslam dünyasında yaxşı dərk edirlər.
Nəhayət, Türkiyə yeni ittifaqa qoşulmaqla öz siyasətinin strateci - Avropa istiqamətini də hədəfdə saxlayır. Ankara ümid edir ki, Aralıq dənizi İttifaqı elə bir siyasi meydana çevriləjək ki, orada Türkiyə özünün Avropa İttifaqına üzvlüyü məsələsində Fransa ilə dil tapa biləjək.
«Minalı ərazi»nin təmizlənməsi
Aralıq dənizi İttifaqının perspektivinə şübhə ilə yanaşanlar arasında bir sıra ərəb dövlətləri də var. Məsələn, Paris sammitini boykot etmiş Liviya lideri Müəmmər Qəzzafi Sarkozinin layihəsini «minalı ərazi» adlandıraraq, onun radikal dəstələrin terror aktları üçün zəmin ola biləjəyindən ehtiyatlanıb. Qəzzafi öz fikrini belə əsaslandırıb ki, ərəb-İsrail münaqişəsi, İraqda davam edən müharibə və Livandakı böhrana yanaşmada Aralıq dənizi İttifaqını üzvləri fərqli mövqe tuturlar.
Amma bu skepsisə rəğmən, Paris sammitdə bir sıra xoş sürprizlər də oldu və bu, Fransanın təşəbbüsünün uğurlu olajağını düşünməyə əsas verir. İlk növbədə, Fransa və Suriya prezidentləri Nikolya Sarkozi ilə Bəşər Əsəd arasında keçirilmiş görüşü qeyd etmək lazımdır. Bir çox ekspertlər belə düşünür ki, bu görüş Dəməşkin dialoqa açıq olduğunu nümayiş etdirdi. Əsədin Parisə səfəri Suriyanın son illər davam edən diplomatik təjridinin aradan qaldırılması deməkdir. Xatırladaq ki, 2005-ji ildə dünya birliyi Livanın sabiq baş naziri Rafiq Həririnin qətlinə görə məsuliyyəti Dəməşkin üzərinə qoyub. Suriyanın ən qatı əleyhdarları isə ABŞ və Fransadır - bu ölkələr Dəməşqi Livanın daxili işləriə qarışmaqda, «Hizbullah» və HƏMAS təşkilatlarına dəstək verməkdə ittiham edirlər. Amma bu il mayın sonunda Livan siyasətçiləri prezident seçkilərilə bağlı razılığa gəldikdən və fikir ayrılıqlarını zorakılıq olmadan həll etmək haqda öhdəlik götürdükdən sonra, Qərbin Dəməşqə münasibətində yumşalma hiss olunmağa başladı.
Aralıq dənizi sammiti göstərdi ki, Avropa Suriyaya onunla münasibətlərini normalaşdırmaq üçün şans verir. Bu, xüsusilə Fransaya aiddir: Fransa-Suriya dialoqunun bərpasından ruhlanan N.Sarkozi, həmçinin, Suriyanın Livan və İsraillə münasibətlərinin normallaşdırılmasında da vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Bu isə, təbii ki, Parisin beynəlxalq siyasətdəki mövqelərinin bir qədər də möhkəmlənməsi deməkdir.
Bundan başqa, Fransa ötən əsrin 40-jı illərindən etibarən bir-biri ilə problemlər yaşayan Suriya ilə Livanı da barışdırmağı bajarıb. Sarkozinin vasitəçiliyi ilə iki ölkənin prezidentləri - Bəşər Əsəd və Mişel Süleyman qarşılıqlı şəkildə diplomatik nümayəndəliklərin açılmasına dair razılıq əldə ediblər.
Daha bir uğur Suriya ilə İsrail arasında dialoq üçün yeni şansın yaranmasıdır. Son vaxtlar Dəməşklə Təl-Əviv arasında dialoq Türkiyənin vasitəçiliyi ilə aparılırdı. İndi isə, N.Sarkozinin elan etdiyi kimi, Suriya Fransaya mürajiət edərək, İsraillə birbaşa dialoq üçün Parisin yardımçı olmasını istəyib.
İsrailin baş naziri Ehud Olmert də yaxın vaxtlarda Suriya ilə birbaşa danışıqların başlanajağına ümid etdiyini bildirib.
Qeyd etmək lazımdır ki, İsraillə Fələstin arasındakı dialoqda da müəyyən irəliləyiş var. Parisdə Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşdən sonra E.Olmert etiraf edib ki, tərəflər indiyədək heç vaxt sülh razılaşmasına bu qədər yaxın olmayıblar.
Əlbəttə ki, «Aralıq dənizi» danışıqlarında əldə olunan bu uğurlar heç də o demək deyil ki, Yaxın Şərqdəki problemlərin həlli prosesində köklü irəliləyiş var. Amma yeni təşkilatın yaradıldığı gündəjə qurumun əsas məqsədi kimi münaqişə zonalarında sülhün bərqərar olmasının göstərilməsi çox önəmli məsələdir. Axı bundan əvvəl Yaxın Şərq çoxları üçün heç vaxt sabitləşməyəjək barıt çələngi kimi görünürdü. İndi isə İsrail və Fələstin, Suriya və Livanın eyni layihədə iştirakı artıq əvvəlki kimi ağılsız ideya təsiri bağışlamır.
Şərqlə Qərb arasında fərq silinir
Yeni təşkilatın üzvlərinin dil tapmalı olajağı daha bir məsələ var. Bu məsələyə sammitdəki çıxışında Misir prezidenti Hüsni Mübarək (o, N.Sarkozi ilə birlkdə təşkilatın həmsədri seçilib) toxunub. Qeyd edək ki, həmsədrlik Jənubi Aralıq dənizi ölkələrinə özlərinin çəkiləri və rolunu dərk etmək imkanı verəjək. Axı indiyədək bu ölkələr regional problemlərin həllində heç kəsin onlarla məsləhətləşməməsindən şikayətlənirdi.
Misir prezidenti öz çıxışında «inkişaf etmiş Avropa ölkələri və İnkişaf etməkdə olan Jənubi Aralıqdənizindəki yaşayış səviyyəsi arasındakı uçurumun aradan qaldırılmasını» son dərəjə vajib məsələ adlandırıb. Bu problem Avropa üçün həm də ona görə aktualdır ki, o, qeyri-leqal miqrasiyanın əsas mənbəyidir. H.Mübarək vurğulayıb ki, Jənubi Aralıqdənizi ölkələrində, 2050-ji ildək artıq 379 milyon insan yaşayajaq. Bu jür əhali artımı infrastrukturun, səhiyyənin inkişafı və yeni iş yerlərinin açılışını zəruri edir. Ona görə də, 2050-ji ilədək Jənubi Aralıq dənizi və Avropa əhalisinin yaşayış səviyyəsi arasında fərqin 80%-dək azaldılması üçün artıq indidən konkret addımlar atılmalıdır. Misir liderinin fikrinjə, bu problemi Qara dəniz İttifaqı çərçivəsində həll etmək mümkündür. «Mən əminəm ki, yeni ittifaqın yaradılması bizim xalqlarımıza özlərinə daha yaxşı gələjək qurmaq üçün irəliləmək imkanı verəjək» - deyə H.Mübarək vurğulayıb.
Qalır yalnız Şimal və Jənub Aralıq dənizi ölkələrinin əhalisinin yaşayış səviyyəsi arasındakı fərqin aradan qaldırılması üçün konkret mexanizmi hazırlamaq…
MƏSLƏHƏT GÖR: