13 Mart 2025

Cümə axşamı, 13:12

HƏR KƏSƏ "DƏRS" OLSUN

Azərbaycanda uzunillik fasilədən sonra çəkilmiş ilk uşaq filminin təqdimatı olub

Müəllif:

12.05.2015

"Nizami" kino mərkəzində qala-gecə və uşaqlar üçün "Dərs" filminin təqdimatı keçirilib. "Dərs" filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Elza Ağayeva və Anastasiya Volkovanın ssenarisi əsasında çəkilib. Filmin rejissorları - Rafiq Əliyev və Cavid Təvəkkül, prodüseri - Müşfiq Hətəmov, operator - Rauf Qurbanəliyevdir. Film bakılı məktəblilərin həyatı, onların dostluğa olan münasibəti və öz addımlarına görə məsuliyyətdən bəhs edir. Bu, müstəqil Azərbaycanın ilk uşaq filmidir.

 

Kastinq

Lakin gecənin baş qəhrəmanları "Dərs"in iri afişasının fonunda qırmızı xalıda məmnuniyyətlə poza verən gənc aktyorlar idilər. Fotoaparatların işıqları, jurnalistlərin diqqəti, ilk avtoqraflar və çiçəklər uşaqları ruhlandırırdı. Təəccüblü deyil ki, ilk uğurlu kinematoqrafiya təcrübəsindən sonra bu filmdə çəkilən qızların və oğlanların böyük hissəsi indi aktyorluq peşəsi haqda arzular qururlar.

"Kino çəkilmək xoşuma gəldi və mütləq məşhur aktyor olacağam", - deyə №23 məktəbin sinfində ən populyar oğlan Asif rolunun ifaçısı Rəşid Əliyev etiraf edir. Digər gənc aktyor Tamerlan Ağayev da yenə kinoda çəkilməyi arzulayır, lakin hesab edir ki, onun əsas işi gələcəkdə kompüterlə bağlı olacaq. "Həyatımı IT-texnologiyaları ilə bağlamaq istəyirəm. Kino mənim üçün ikinci peşə olacaq", - deyə Tamerlan gələcəyə olan planları ilə bölüşür.

Xarizmatik oğlanı №1 məktəbdə, paytaxtın digər orta təhsil müəssisələri ilə birgə keçirilən kastinqlə tapıblar (kastinq zamanı filmin rejissorları 11 mindən çox məktəblini nəzərdən keçiriblər - müəlf.). "Bu məktəbdə çoxsaylı qızlar və oğlanlara baxdım, bir neçəsini seçdim və artıq getməyə hazırlaşırdım ki, birdən arxadan sakit səs gəldi: "Əmi, olar mən də cəhd edim?" - rejissor Rafiq Əliyev xatırlayır. - "Mən oğlanın səbatlılığını qiymətləndirdim. Biz baş qəhrəman Xalidi belə tapdıq". Filmdə iki rəfiqə rolunu canladıran Ayna Zərbəliyeva və Aliyə Əliyeva həyatda xala qızıdırlar. Ayna Zərbəliyeva №189-190 liseydə oxuyur. "Dərs" filmində qıza ədalətsiz olaraq sinif yoldaşlarının xətrinə dəyən məktəbli ziyankar - mənfi rol verilib. "Mənfi personajı oynamaq maraqlı idi. Filmin əvvəlində mənə elə gəlirdi ki, heç nə alınmayacaq. Axı həyatda tamam başqa biriyəm. Lakin məndə hər şey alındır", - deyə Ayna gülümsəyir. - "Aliyə ilə obrazlarımıza elə qapıldıq ki, hətta çəkiliş günündən sonra da rollarımızla yaşamağa davam edirdik". Qız təbiət və heyvanlar haqda filmlərə baxmağı sevir. Həmçinin köhnə Azərbaycan uşaq filmlərinə dəfələrlə baxıb. "Sehrli xalat" və "Şir evdən getdi" - ən sevimli filmlərimdir. "Köhnə filmlər kompüter texnologiyaları ilə müasir filmlərdən heç də geri qalmır", - deyə Ayna etiraf edir.

Müdrik baba rolunda Azərbaycan Yazıçılar İttifaqının sədr müavini Nazim İbrahimov çəkilib. "Mən filmdə ilk dəfə idi çəkilirdim", - Nazim müəllim danışır. - "Bilirsiniz, xoşum gəldi. Mən filmə demək olar ki, təsadüfən düşdüm. Rafiq Əliyev məni kino təqdimatlarının birində gözaltı edib. Kənardan uzun müddət məni müşahidə edib və birdən baş rolu baba rolunu təklif etdi. Mənə deyildiyi kimi, kamera qarşısında sadəcə özün olmalısan. Filmdə mən professor - arxeoloqam, həyatda isə ixtisasca - geoloq".

 

Süjet

Film paytaxtın №132-134 nömrəli orta məktəblərində çəkilib. Rejissor Cavid Təvəkkülün sözlərinə görə, filmdə yalnız qeyri-peşəkar aktyorlar oynayırlar. Gənc aktyorlarla oynamaq heç də çətin deyildi. "Bəxtimizə istedadlı uşaqlar düşdü. Hamısı sanki seçmə ağıllı və istedadlıdırlar. Bir kəlmədən bir-birlərini anlayırdılar", - deyə C. Təvəkkül bildirib.

"Dərs" filminin çəkilişinə tam bir il gedib. Çəkilişlərin başlanmasına qədər balaca aktyorlar bir aylıq aktyorluq məharəti üzrə ustad dərsləri keçiblər. Onlara burada səhnə nitqi və təcəssüm incəsənəti tədris edilib. Filmin süjeti son dərəcə sadədir. Xalid sinif yoldaşlarının məsxərə obyektinə çevrilir. Yöndəmsiz və sadəlövh oğlanla heç kim dostluq etmək istəmir. Xalid bu rişxəndi ağır keçirir və sinfin ən populyar oğlanı Asiflə dost olmağı arzulayır. "Belə dostum olarsa, hamı mənə hörmət edəcək və sevəcək", - uşaq bir dəfə babasına etiraf edir. Çoxgörmüş baba - arxeologiya üzrə professor - nəvəsinə izah edir ki, ehtiram və etibar ancaq o kəslərə məxsusdur ki, onlar şəxsi ləyaqət hissinə malik olan, öz köklərini qiymətləndirən və xatırlayan insanlardırlar. Sinif öz səhvlərini etiraf edənə qədər və Xalidlə dostlaşana kimi, o və sinif yoldaşları çox şeyləri anlamalı və yaşamalı olacaqlar. 

Uşaq filminin təqdimatının çıxışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qeyd etdiyi kimi, "Dərs" filmi yeniyetmələrin daxili aləmi, onların tərbiyəsi, dünyagörüşlərinin formalaşması və əxlaqi dəyərləri ilə bağlı olan ədəbi mövzulara toxunur. Filmin ssenaristləri Elza Ağayeva və Anastasiya Volkovanın hesab etdiyi kimi, bu gün uşaq filmlərinə ssenari yazmaq olduqca çətindir. Müasir qızlar və oğlanlar dünyanın fərqli, uşaq olmağı unudanlardan fərqli olaraq qəbul edirlər. Uşaq filmi üçün ssenari sadəcə nikbin və ya ibrətli olmamalıdır. Düzgün dünyagörüşünün yaranması üçün bərabər tutulacaq və öyrənilməsi gərəkən müsbət qəhrəmanlar lazımdırlar. Əxlaqi dəyərlərin şübhə altına alındığı bizim dövrümüzdə də, "sabit olmayan müasir standartlarla" mənəviyyatın bir çox yazılmamış qanunlarının dəyişməsi baş verir. Odur ki, belə uşaq filmi lap yerinə düşüb. Başqa sözlə, film hər bir gənc qızın və oğlanın öz əməllərini qiymətləndirərək, onun əsasında özü üçün dərs götürməyi nəzərdə tutub.



MƏSLƏHƏT GÖR:

702