14 Mart 2025

Cümə, 22:35

MÜHARİBƏ FORMULU

İranın nüvə proqramı ətrafındakı böhran yenidən qızışır

Müəllif:

01.08.2008

«Dəli şeytan deyir ki...» - Qərbin İranın nüvə proqramı ətrafındakı böhranı həll etmək jəhdlərini məhz bu jür qiymətləndirmək olar.

 

Məntiqi nətijələr

ABŞ-ın İrana hərbi təjavüzü ehtimalının ən real olduğu dövrdən artıq bir il keçir. O zaman hamı Birləşmiş Ştatların rəhbərliyinin bəyanatlarını, amerikalıların addımlarını və Fars körfəzindəki təyyarədaşıyan gəmilərin hərəkətini diqqətlə izləyirdi. Siyasətçilər, politoloqlar, curnalistlər İranın nüvə obyektlərinə endirilə biləjək hərbi zərbələrin mümkün nətijələrini analiz edirdilər. Mətbuatda isə guya Pentaqon tərəfindən hazırlanmış məxfi planlar və zərbəyə məruz qalajaq nüvə obyektlərinin siyahıları dərc olunurdu. Hətta hərbi əməliyyatların başlaya biləjəyi gün də «açıqlanmışdı».

Əlbəttə ki, nə amerikalılarda doğrudan da bu jür planların olduğuna, nə də İranın hərbi müdaxiləyə lazımi javab verəjəyinə heç kəs şübhə etmirdi. Amma şükürlər olsun, hələlik sağlam düşüncə üstün gəlir və Üçünjü Dünya müharibəsi (bəziləri hesab edir ki, İrana qarşı hərbi müdaxilə məhz bununla nətijələnə bilər) haqda deyilənlər elə fərziyyə olaraq qalır.

Lakin bir aydan artıqdır, İranın ünvanına hədələr yenidən eşidilməyə başlayıb. Düzdür, söhbət birbaşa hədə-qorxudan getmir: səslənən formula görə, guya İran İsrailə nüvə zərbəsi endirməyə hazırlaşır, buna javab olaraq isə əməliyyatlara artıq Birləşmiş Ştatlar qarışmalıdır. Amma ən çox narahat edən məqam da elə məhz budur. Axı Qərb mənbələrinin məlumatlarına əsaslanaraq məsələyə məntiqlə yanaşsaq, hələlik İranın nüvə silahı əldə etməsinə çox var. Nüvə proqramı ətrafında illərlə sürən müzakirə və fərziyyələrə rəğmən, hələlik heç kəs - nə ABŞ-ın məxfi orqanları, nə MAQATE, nə də Avropa İttifaqı Tehranın həqiqətən də bu silah üzərində işləyib-işləmədiyi haqda suala dəqiq javab verə bilmir.

Elə isə, nəyə görə İranın İsrailə mümkün nüvə zərbəsi haqda məlumatlar məhz indi gündəmə gətirilir?

Əlbəttə ki, daim Qərbin düşmən mövqeyini hiss edən və özü də qarşı tərəfə eyni jür yanaşan İran rəhbərliyinin, nüvə proqramının yalnız sülh xarakterli olması haqda bəyanatlarına inanmaq çətindir.

Çünki nüvə silahı əldə etməklə, İranın hakim recimi özünü istənilən hərbi təcavüzdən sığortalayajaq və dünya siyasətindəki mövqeyini xeyli güjləndirəcək. İran Şimali Koreya deyil və özünü tam təmin edən və iqtisadi jəhətdən inkişaf etmiş ölkədir.

İsrailin təhlükəsizliyi məsələsi isə həmişə ABŞ-da (xüsusilə, prezident seçkisi kampaniyaları zamanı) daxili siyasi vəziyyətə, deməli, həm də bütün beynəlxalq siyasətə təsir göstərən amillərdəndir. ABŞ prezidentliyinə namizədlər, elə hazırkı prezident də,  «İsrailə zərbə endiriləjəyi təqdirdə» İranı nələrin gözlədiyi haqda olduqja sərt bəyanatlar verirlər. 

Digər tərəfdən, İranın Təl-Əvivə qarşı planlarına dair vaxtaşırı mətbuata təhlükəsizlik orqanlarının «operativ məlumatları»nı ötürən və Tehranın aqressiv nüvə proqramının qarşısını yalnız hərbi yolla almağı mümkün sayan İsrail də alova yağ tökməkdədir.

Bunun fonunda təhlükənin artdığını görən İran bu yaxınlarda orta radiuslu «Şahab-3» raketlərinin uğurlu sınağı haqda məlumat yayıb. Mütəxəssislərin sözlərinə görə, 2 min yarım kilometrədək uça bilən bu raketlər yalnız Yaxın Şərq regionunu deyil, bu bölgədən kənar əraziləri də qorxu içində saxlamaq iqtidarındadır. Hər halda, amerikalılar üçün strateji əhəmiyyət daşıyan bir çox obyektlərə zərbə endirmək üçün bu raketlər kifayət edir.

 

Qapalı çevrə

Avropa İttifaqı artıq çoxdan narahatlıq içindədir. Məhz buna görə, İranla danışıqlar və qərarların qəbulunda, adətən, ləng görünən Aİ üzvləri indi daha aktivdirlər. Mütəmadi olaraq aparılan danışıqlar, həmişəki kimi, nətijəsiz qalsa da, Avropaya vaxt udmaq imkanı verir. Dünya bazarlarında neftin qiymətinin artması fonunda onsuz da çətin vəziyyətə düşmüş Avropa ölkələri üçün İrandakı mümkün hərbi əməliyyatlar əlavə problemlər deməkdir. Çünki Fars körfəzindəki istənilən gərginlik dərhal enerci daşıyıjılarının qiymətinin daha rekord həddə çatmasına səbəb olajaq.

Danışıqların iyulun 19-da başlamış sonunju raundu bir neçə gündən sonra başa çatdı, özü də əvvəlki kimi nətijəsiz oldu. Tehranın uranın zənginləşdirilməsindən imtina edəjəyi təqdirdə, İrana iqtisadi yardım və nüvə yanacağı boyun olan «altılıq» ölkələri bu dəfə də istəklərinə nail ola bilmədilər. Əksinə, İranın daha da sərt reaksiyası ilə üzləşdilər. Nətijədə, İrana yenidən «düşünmək üçün vaxt» verildi (növbəti müddət avqustun əvvəlində başa çatır), sonra isə İslam Respublikasını yeni sanksiyalar və ya köhnələrin daha da sərtləşdirilməsi gözləyə bilər.

Qeyd etmək lazımdır ki, İrana qarşı BMT Təhlükəsizlik Şurası çərçivəsində sanksiyaların qəbulu artıq ənənəvi hal alıb. Özü də artıq Çin və Rusiya da bu sanksiyaların qəbuluna mane olmur. Amma Təhlükəsizlik Şurasının bu qətnamələri hələ ki heç bir müsbət nətijə verməyib.

Özü də bu sanksiyaların fonunda İran Rusiya ilə əməkdaşlığını daha da genişləndirir. Məsələn, bu yaxınlarda Moskva və Tehran İranın neft-qaz layihələrində işləmək üçün birgə müəssisənin yaradılmasına dair razılığa gəliblər. 

Odur ki Tehran çox yaxşı anlayır ki, Təhlükəsizlik Şurası üzvləri arasında onun nüvə proqramına dair yekdil yanaşma yoxdur. Və iş daha sərt sanksiyalara çatarsa, bu qətnamələrin qarşısını alajaq bir-iki ölkə mütləq tapılajaq.  Hazırkı yarımçıq və qeyri-effektiv sanksiyalar isə İranı qorxutmur.

Bir sözlə, tam əminlklə söyləmək olar ki, İranın nüvə proqramı ətrafında qapalı çevrə formalaşıb.

 

İllüziyalar seyrəlir

Bütün bunlara baxmayaraq, bütün maraqlı tərəflər başa düşür ki, zaman İranın xeyrinə işləyir, ona görə də problemi mümkün qədər tez həll etmək lazımdır. Əks halda, əksər qonşular və ümumilikdə dünya düzümünə qarşı olduqca aqressiv yanaşan yeni nüvə dövləti yarana bilər. Bunu ilk növbədə, ABŞ və İsrail anlayır. Amma İraq və Əfqanıstanda «batıb -qalmış» ABŞ siyasətçiləri yeni hərbi kampaniya üçün daxili dəstəyə ümid edə bilmir. Amerika jəmiyyətində artıq heç kəs müharibənin qısa müddətə və qələbə ilə yekunlaşajağına inanmır.  Üstəlik, iqtisadi tənəzzül fonunda yeni hərbi əməliyyatların küllimiqdarda xərj tələb etdiyi və jiddi itkilərlə nətijələnəjəyi şübhə doğurmur. Bütün bunlar cəmiyyətdə daxili gərginliyi artırır və hakim partiyanın Konqresə seçkilərdə biabırçı məğlubiyyəti, prezident Jorj Buşun populyarlığının görünməmiş həddə düşməsi (Buş, demək olar ki, hər ay parlamentdə impiçment təhlükəsi yaşayır), hakim partiyada parçalanmalar və s. məhz bu gərginliyin nətijəsidir. Yeri gəlmişkən, bu parçalanma birbaşa İran probleminə yanaşmada da özünü göstərir. Biz artıq yazdığımız kimi, Mərkəzi Kəşfiyyat İdarəsinin İranla bağlı hesabatı, Jorj Buş administrasiyasının hesabatından tamamilə fərqlənir - MKİ Tehranın nüvə silahının hazırlanması üzərində işi dayandırdığını bildirir. Çoxları əmindir ki, «Texas kovboyu» adlandırılan Jorj Buşun müharibə planının qarşısını məhz bu hesabat aldı. Çünki İraqda olmayan nüvə silahı haqda yalanlar hesabına, Bağdada qarşı müharibəyə başlamış J.Buş yenidən bu səhvini təkrarlaya bilməz.

Buna baxmayaraq, ABŞ başqa bəhanələr axtarmaqda davam edir. Və belə bir şəraitdə, «İsrail təxribatı» amerikalı «qırğıların» niyyətini həyata keçirmək üçün əla imkan verər. Özü də ən təhlükəli dövr Jorj Buş hakimiyyətinin sonlarına təsadüf edə bilər.

Məsələ bundadır ki, müharibəyə başlamaq üçün ən sadə variant məhz «İsrail kartı»dır. Çünki bu ölkəyə yetiriləjək istənilən zərər (lap Təl-Əvivin özünün təxribatı nətijəsində olsa belə) avtomatik olaraq, Amerikada hərbi müdaxilənin zəruriliyinə dair yekdil rəy formalaşdırajaq. Aydındır ki, istər Ağ evdə oturan şəxs, istərsə də oraya jan atan siyasətçi «İsrailin İran təjavüzündən xilas olunması»na dair əməliyyatı dəstəkləməli olajaq.

Amma əgər ilk olaraq İsrailin özü İrana qarşı «preventiv tədbirlər»ə əl atsa, onda amerikalılar həm BMT Təhlükəsizlik Şurası, həm də Avropa İttifaqının dəstəyini almaqda çətinliklərlə üzləşəjək. İndiki şəraitdə isə amerikalılar təkbaşına hərbi əməliyyatlara başlaya bilsə də, onu nəinki qələbə ilə başa vurmaq, heç təklikdə davam etdirmək  iqtidarında belə deyil. Bunun üçün beynəlxalq dəstək lazımdır. Odur ki İranın özünü təxribata çəkmək lazımdır. Lakin amerikalıların istəyinin əksinə olaraq, Tehran yalnız sərt bəyanatlar verməklə kifayətlənir və təxribatlara uymur. 

Digər tərəfdən, bir daha təkrar edək ki, İran nə İraq, nə də Əfqanıstandır. İran recimi üzərində qələbə qazanmaq üçün ölkə daxilində də dəstək vajibdir. Bu dəstək isə yoxdur. Bu baxımdan, İranda yaşayan çoxmilyonlu azərbayjanlı əhalisi kartından istifadə etmək jəhdi nətijə verə bilməz. Çünki xariji düşmən qarşısında İran xalqı milli mənsubiyyəti bir kənara ataraq, vahid jəbhədə birləşir. Və amerikalılar bu vajib faktoru nəzərdən qaçırmamalıdırlar.

 

Xariji «recissorlar»

Türkiyədəki daxili siyasi vəziyyəti izləyən bəzi analitiklər hesab edirlər ki, hazırda bu ölkədə hakim partiya ilə hərbi generalitet və dünyəvi dövlət modelinin tərəfdarları arasındakı qarşıdurmada xariji katalizator da var. Hazırkı Ankara administrasiyası ABŞ-la siyasətini bir sıra xariji siyasi spektr üzrə prinsipial şəkildə aparır və təbii ki, bu, amerikalı siyasətçiləri qane edə bilməz. Söhbət, məsələn, İraq kampaniyası, kürd terrorçularla mübarizə kimi məsələlərlə (bu problemlərə yanaşmada Ankara ABŞ-ı, faktik olaraq, öz mövqeyinə dəstək verməyə məjbur edib) yanaşı, həm də İranla münasibətlərdən gedir.

Ankara artıq çoxdandır, Vaşinqtonun sözü ilə oturub-durmur və bir çox məsələlərdə ABŞ-ın iradəsinə qarşı çıxır. Amerikalılar üçün bu jür önəmi olan regionda ən vajib siyasi müttəfiqin itirilməsi Vaşinqton strateqlərini narahat etməyə bilməz.

Ona görə də belə bir fikir formalaşıb ki, Türkiyədəki vəziyyət, o jümlədən hakim partiyanın qapadılması prosesi müəyyən qədər, okeanın o tayından idarə olunur. Bəzi analitiklər hesab edirlər ki, ABŞ-ın məqsədi Türkiyədə Vaşinqtona loyal yanaşan və Türkiyənin xariji siyasi orientrlərini, o jümlədən, İran siyasətini dəyişməyə qadir olan siyasətçiləri hakimiyyətə gətirməkdir.

Türkiyənin yeni hakimiyyətinin özünün şiə İranı ilə münasibətlərinə yenidən baxajağına olan ümidlər doğrulsa, gələjəkdə iki ölkə arasında hərbi münaqişəyə səbəb olacaq təxribat da törədilə bilər. Belə olarsa, Türkiyə ordusu İrana qarşı yönələn NATO silahının əsas halqası olacaq. Özü də hadisələrin bu jür inkişafının tərəfdarları hesab edirlər ki, Türkiyə ordusu İran türkləri tərəfindən də düşmən kimi qəbul edilməyəjək və onların da koalisiyanın tərəfinə keçmək ehtimalı realdır.

Əlbəttə ki, bütün bunlar müxtəlif analitiklərin fərziyyələridir. Amma Türkiyədəki hazırkı vəziyyət və onun ABŞ-la münasibətlərinə nəzər yetirəndə belə düşünmək olar ki, hadisələrin bu istiqamətdə inkişafı ehtimalı müəyyən qədər var. Bundan başqa, İsrailin yeni münaqişənin katalizatoru rolunda çıxış etməsi ehtimalını da tamamilə rədd etmək düzgün deyil.

Bu ssenarilərdən hansına üstünlük veriləjəyinə gəlincə, bu, iki faktordan asılı olacaq - birinjisi, amerikalıların fikrinjə, Tehranın nüvə silahına nə vaxt sahib çıxajağından, ikinjisi isə İran kampaniyasının Amerikanın siyasi bomondu daxilindəki qüvvələrə hansı dividend qazandırajağından.

Təəssüf ki, bu «və ya»ların siyahısı yalnız bu iki faktorla yekunlaşmır. Çünki İran mövzusunun ətrafında ən müxtəlif dövlətlər və qrupların maraqları toqquşur. Kimyaçıların dediyi kimi, «Mendeleyevin bütün jədvəli göz qarşısındadır».

Hələlik isə yalnız bir şey məlumdur: İran mövzusu yenidən aktuallaşır. Və ola bilsin, artıq ABŞ-dakı prezident seçkiləri ərəfəsində biz çox vajib hadisələrin şahidi olaq…


MƏSLƏHƏT GÖR:

490