15 Mart 2025

Şənbə, 00:45

TÜRKİYƏDƏKİ PARTLAYIŞLAR DÜNYANI SİLKƏLƏDİ

Müəllif:

01.08.2008

İyulun 27-si axşam İstanbulda 27 adamın həyatına son qoyan qanlı terror Türkiyənin son iki ildir ki, çıxa bilmədiyi  daxili siyasi böhranı arxa plana  keçirdi.  Güngörən rayonunda baş vermiş iki partlayış ölkənin son altı ildə şahidi olduğu  ən iri terror hadisələri sayılır.     

 Şahidlərin dediyinə görə, əhalinin gur olduğu tijarət məhəlləsində əvvəljə səs qumbarası partlayıb və yoldan keçənlərin arasında çaxnaşma  salıb. Bəziləri nə baş verdiyini görmək üçün, bəziləri zərərçəkənlərə yardım etmək üçün hadisə yerinə gediblər. On dəqiqə sonra birinji partlayışın baş verdiyi yerdən 50 metr aralıda böyük  partlayış güjünə malik həqiqi bomba işə salınıb. Bomba zibil yeşiyində gizlədilibmiş. 150 adam yaralanıb, onların 15-i ağır vəziyyətdə xəstəxanaya aparılıb. 

Partlayış o qədər güjlü olub ki, onun dalğası partlama anında yaxında yerləşən binanın beşinji mərtəbəsinin eyvanında durmuş 12 yaşlı qızı da öldürüb. Ölənlər arasında həmçinin hamilə qadın da olub. 

Curnal çapa getdiyi an terror hadisəsi ilə bağlı məsuliyyəti heç kim üstünə götürməmişdi. Kürdüstan Fəhlə Partiyası (PKK)  terror hadisəsi ilə bağlı hər hansı bağlılığının  olmamasını rəsmi şəkildə bildirsə də, hakimiyyət hadisəni PKK-nın törətdiyini istisna etmirdi.  İstanbul meri Müammər Gülərin bəyanatında da bu vurğulanırdı.  O bildirmişdi ki,  ilkin qiymətləndirmələr "PKK izi"nin olduğunu göstərir. Çünki bu təşkilatın fəalları, adətən,  RDX tipli maddədən istifadə edirlər, Güngörəndə partlayan bombalar da həmin maddə ilə doldurulub. 

Merin sözlərinə  görə,  dəqiq bəllidir ki, PKK üzvləri ölkənin jənub-şərq rayonlarında Türkiyə Ordusuna qarşı təxribat işlərini RDX  doldurulmuş minaların yardımı ilə aparırlar. Ötən ilin may ayında Ankaranın "Anafartalar" tijarət mərkəzində 6 adamın həyatına son qoymuş partlayışda da bu maddədən istifadə edilmişdi. 

Anjaq ekspertlərin böyük hissəsi M.Gülərin fikrini dəstəkləmir. Onlar bildirirlər ki, əhalinin gur olduğu mərkəzlərdə açıq terror əməliyyatı aparmaq PKK-ya xas deyil.  Onların fikrinjə, "nifrəti artırmamağa" çalışan PKK  daha çox diqqətini İraq sərhədində yerləşən və etnik kürdlərin çoxluq təşkil etdiyi əyalətlərdə Türkiyə Ordusuna qarşı yönəldir. 

Məsələn, tanınmış Türkiyə  eksperti,  professor Dəniz Arıboğan bildirib ki, PKK dinj əhaliyə qarşı deyil, orduya qarşı döyüşən təşkilat kimi yalançı beynəlxalq avtoritetini  aşağı salmamaq üçün dinj əhaliyə qarşı bu səviyyədə terror etməyə  risk etməzdi.  Arıboğan da başqa siyasətçilər kimi düşünür ki, terror hadisəsinin məqsədi ölkədəki daxili siyasi və iqtisadi sabitliyi pozmaq olub. 

Deməli, terror hadisələri Türkiyədəki son səs-küylü məhkəmə prosesləri, o jümlədən üzvləri hakmiyyəti yıxmaq üçün çevriliş hazırlamaqda  günahlandırılan "Ergenekon" təşkilatının işi üzrə məhkəməylə bağlı ola bilər. Özü də məhz "Ergenekon" məsələsi son zamanlarda ölkədə daxili siyasi böhranın gərginləşməsinin əsas səbəblərindən biridir. 

Maraqlıdır ki, terror hadisəsi ölkənin Konstitusiya Məhkəməsi tərəfindən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması barədə işə baxılması ərəfəsində baş verib. 

Baş prokurorun tələbi yerinə yetirilərsə, Türkiyənin Konstitusiya Məhkəməsi hakim partiyanın yuxarı elitasının fəaliyyətinə beşillik qadağan qoyajaq. Bu isə o deməkdir ki, indiki hökumət tərəfindən  2002-ji ildən başlayaraq bu yana keçirilmiş bütün islahatların üzərindən xətt çəkiləjək. Başqa sözlə, ölkə çıxmağın çətin olduğu dalana girəjək. 

 Bir az önjə, iyulun 9-da İstanbulda başqa terror hadisəsi baş vermişdi. Polis bunun jihad ideyasının yerli tərəfdarlarının işi olduğunu düşünür.  Onda Amerika konsulluğu hüjuma məruz qalmışdı və konsulluğun üç türk mühafizəçisi öldürülmüşdü. Diplomatik missiyanın binasına hüjum etmiş üç terrorçu həlak olmuşdu. 

Rəsmi şəxslər İstanbuldakı terror hadisəsini daxili siyasi çəkişmələr ilə əlaqələndirməməyə çalışıblar və ona məsuliyyət daşıyanları "kor-koranə terror"da günahlandırıblar. "Bu hüjumlar ona məsuliyyət daşıyanların nə qədər rəhmsiz və jılız olduğunu göstərir", - deyə prezident Abdulla Gülün millətə mürajiətində bildirilir. Nazirlərin əhatəsində İstanbula gəlmiş Rəjəb Tayyip Ərdoğan isə vətəndaşları milli birliyə çağıraraq bildirib ki, hakimiyyət terror hadisəsinin təşkilatçılarını və ijraçılarını aşkar etmək üçün mümkün hər şeyi edəjək. 

Müxalifət partiyaları vətəndaşları mitinqlərə çıxıb "Terrora yox" deməyə çağırmaqla təşəbbüsü hakimiyyətin əlindən almağa çalışırlar.  Ölkənin aparıjı müxalifət qurumu - Jümhuriyyət Xalq Partiyasının (JHP) lideri Dəniz Baykal Güngörəndə baş vermiş fajiədən sonra İstanbulda kütləvi mitinq keçirmək təşəbbüsü ilə çıxış edib. Anjaq hakimiyyət kütləvi tədbirlər ideyasına həvəs göstərməyib. 

Qərbdə isə İstanbuldakı terror hadisəsinin PKK-nın işi olması versiyasına daha çox inanırlar. Almaniya Xariji İşlər Nazirliyi  vətəndaşları Türkiyəyə səfər etməkdən çəkinməyə çağırıb və bunu Berlinin ölkə ərazisində kürd telekanalı "Roj TV"nin yayımının qadağan edilməsi ilə bağlı PKK-nın mümkün "qisas"ları ilə bağlayıb. Almaniya hökuməti öz qərarını onunla əsaslandırıb ki, PKK-nın rəsmi telekanalı sayılan və Danimarka ərazisindən yayılan "Roj TV" ekstremizm mənbəyidir. 

Eyni zamanda NATO baş katibi Yap de Hoop Sheffer terrorla mübarizədə Türkiyəyə dəstək barədə bəyanat yayıb. 

Son həftələrin hadisələri göstərir ki, Türkiyədə avqust ayı siyasi hadisələrlə daha da qızmarlaşajaq.  Böyük ehtimalla, hakim partiyanın fəaliyyətinə qadağan qoyulmayajaq, anjaq bu, ölkədəki gərginliyi azaltmayajaq. Artıq payızda Türkiyə növbəti seçkiqabağı dönəmə daxil olajaq və bununla bağlı olaraq, hakimiyyət üçün terror əleyhinə addımlarının kəsərli olduğunu ijtimaiyyətə sübut etmək həyati vajib məsələdir.


MƏSLƏHƏT GÖR:

345