Müəllif: Zərifə BABAYEVA Bakı
Azərbayjanın internet portallarından birinin "Qadın forumu" ilə maraqlandım. Gənj analar öz üç-dörd yaşlı körpələrinin erkən inkişaf çağı barədə qayğılanaraq, onun dünyanı yaxşı tanıması üçün harasa göndərmək barədə fikir mübadiləsi aparırlar. Yəni söhbət heç də uşaq bağçalarından, ixtisaslaşdırılmış dərnəklərdən və uşaqlar üçün başqa tədris müəssisələrindən getmirdi. Məlum oldu ki, uşaqların dünyanı tanıması üçün nəzərdə tutulmuş xüsusi mərkəzlər Azərbayjanda bir-iki dənədir və onları barmaqla saymaq olar. Qonşu Rusiyada isə seçim imkanı genişdir. Orada həm bir yaşına qədər uşaqların inkişaf mərkəzləri, həm oxuma və riyaziyyat öyrənmə, həm də estetik tərbiyə mərkəzləri mövjuddur. Ümumiyyətlə, seçim imkanı böyükdür və uşaq psixologiyası üzrə mütəxəssislər körpəni müayinə etdikdən sonra, onun maraq dairəsində nələrin olduğunu və tərbiyəsində nələrə diqqət yetirmənin vajib olduğunu müəyyən edirlər.
Bizim ölkədə, təəssüf ki, bu jür bolluq yoxdur. İqtisadi baxımdan bu hər şeydən önjə belə uşaq klublarına tələbatın olmaması ilə izah edilir. Həm də valideyn uşağını bu jür mərkəzlərə göndərmək üçün pul xərjləməlidir. Belə çıxır ki, bir çox, hətta bunda maraqlı olan insanlar belə övladını bu mərkəzlərə göndərmək imkanında deyillər. Anjaq bu jür problemlərin müzakirəsinin olmasını da müsbət addım saymaq olar, yəni artıq müzakirə varsa, deməli, yaxın zamanlarda mərkəzlərin çoxluğunu da müşahidə etmək mümkün olajaq. Əgər tələb varsa, təklif də olajaq, bu isə öz növbəsində əlverişli qiymətin formalaşmasına gətirəjək.
Forum iştirakçısı olan "Mamochka" yaratdığı mövzunu aşağıdakı sualla başlayır: "Xahiş edirəm, yazın görək, uşağınızı belə inkişaf üçün nəzərdə tutulmuş yerlərə aparırsınızmı? 3 yaşlı uşaqlar üçün nəsə varmı? Məşğələlərdə nə ilə məşğul olurlar və bu neçəyə başa gəlir? Məlumat üçün təşəkkür edirəm!".
Javablar müxtəlif idi. Onların bir neçəsi ilə tanışlıqdan sonra aydın olur ki, çox az ata və ana uşağın erkən inkişafının nə demək olduğunu anlayır. Bakıda olan klubların sayı da dördü keçmədi. Əyalətlərdən isə danışmağa dəyməz. Bəs onda nə etməliyik, uşağın tərbiyəsi ilə özümüz məşğul olaq, yoxsa onu mütəxəssislərin ixtiyarına verək?
Addım-addım
Bakıda yerləşən erkən uşaq inkişafı mərkəzlərindən birinin uşaq psixoloqu Lətifə Allahverdiyeva "Region plus"la söhbətində bildirib ki, indiki valideynlər heç də hər zaman uşaqlarına həyatının ilk illərində inkişaf üçün lazım olan diqqəti ayırmırlar.
"İnkişaf nədir, hamı bilir, erkən nədir, onu da bilirlər. Erkən inkişaf deyəndə anlamırlar. Soruşurlar ki, niyə məhz erkəndir? Görəsən, bu lazımdırmı? Uşağı körpəliyindən məhrum etməyə dəyərmi? Və s... Çox sayda suallar, müzakirələr və mübahisələr ortaya çıxır...".
Psixoloqun sözlərinə görə, hər bir uşaq özünə məxsusudur. O öz tempi ilə inkişaf edir, addım-addım öz imkanlarını mənimsəyir. Bunu heç kimə sübut etməyə ehtiyaj yoxdur. Hər bir uşağın bu və ya başqa funksiyası özünəməxsus şəkildə inkişaf edir. Bunu heç kimə sübut etməyə gərək yoxdur. Anjaq bununla yanaşı, normalar vardır. Və bu, uşaq oturmağa, durmağa, yeriməyə, qaçmağa, şəkil çəkməyə, oxumağa, yazmağa başlayanda özünü göstərir...
"Bütün bu çərçivələr pedaqoqlara və valideynlərə bu və ya başqa funksiyanın hansı müddətdən gej olaraq inkişaf etməsini göstərir, həmin müddətə kimi bu, norma sayılır. Əgər bu və ya başqa funksiya yaşa uyğun formalaşmırsa, adətən, uşağın inkişafının ləngiməsindən danışırlar. Bir qayda olaraq, belə hallar ya uşaq jiddi xəstə olanda, ya da valideynləri tərəfindən lazım olan səviyyədə qayğı görməyəndə və onunla heç kim məşğul olmadıqda baş verir. Uşağa, heç olmasa, bir qədər vaxt ayırmaq lazmdır, onunla oynamaq, şəkillər göstərmək, kitab oxumaq lazımdır. O, inkişafa başlayan kimi ağıllanır və göz qabağında yetkinləşir.
Belə uşaq üçün hər şey maraqlıdır və onunla getdikjə daha çox məşğul olmağı istəyir. Burada sadəjə oxuyub-yazmaqdan söhbət getmir. Erkən inkişaf üsullarından birini tətbiq etmək lazımdır. Uşağı parta arxasında oturdub öyrətmək olmaz, təbii ki, oyunlar vasitəsilə təsir göstərmək lazımdır. Onda körpə sürətlə inkişaf etməyə başlayır. Onun nitqi həm başqa yaşıdlarının, həm özünün bir qədər əvvəlki nitqindən kəskin fərqlənir. O öz ağlı və yaddaşı, fərasəti və yaradıjılığı ilə valideynlərini heyran qoymağa başlayır. Yəni uşaq mümkün olandan sürətlə inkişaf etməyə başlayır. Bax, bunu uşağın "erkən inkişafı" adlandırmaq olar".
Uşağın vaxtını doldurmaq lazımdır
Bir çox psixoloqlar iddia edirlər ki, bu jür inkişaf erkən deyil, əslində, öz vaxtında inkişafdır, çünki ənənəvi pedaqogika elmi ötən əsrlərin təjrübəsinə əsaslandığından, çağdaş üsullardan geri qalır. Çünki insan potensialı indiyə kimi sanıldığından çox-çox yüksəkdir. Amma buna baxmayaraq, son 20-30 ildə ümumi qəbul edilmiş normalar xeyil dəyişib. İndi beş yaşında uşağın kitab oxuması ilə heç kimi təəjjüblənlirmək olmur. Amma əvvəllər, demək olar ki, bütün uşaqlar məktəbə oxuma-yazma bilmədən yollanırdılar.
Məsələ bundadır ki, klalssik pedaqoqlar tədrisin başlanma müddəti ilə bağlı yenilikçilərdən geri qalırlar və uşaqlar təhsilə beynin artımı dayandıqdan sonra başlayırlar. Bu, 7 yaşda baş verir. Belə olan halda, uşaq, doğrudan da, məktəbdə verilən dərs yükü ilə bajara bilmir. O, çətinliklə saymaq, oxumaq öyrənir, yazını mənimsəyə bilmir. Daha sonra bütün məktəb fənlərində bu çətinliyə səbəb olur.
Bunu nəzərə alaraq, "erkən inkişaf" termininə ikinji tərif vermək olar - bu, erkən yaşlarda (2-3 yaşa qədər) körpənin bajarığının intensiv inkişafı deməkdir. Təbii ki, həmin yaşda bu, ənənəvi "bağça-məktəb" tədris üsuluna uyğun gəlmir. Bu, nəsə ayrı şeydir.
Bu, xüsusi yaradılmış mühitdir. Körpə oraya doldurulmuş maraqlı və qeyri-adi obyektləri görməklə və başqa hissiyyat üzvləri ilə duymaqla yaşayır. Adi materiallardan düzəldilmiş oyunjaqlar çox sayda görüntü, səs, lamisə effektləri verir. Uşaqların otağında künjə bərkidilmiş xüsusi avadanlıqlar ona məhdudiyyətsiz fiziki fəallıq imkanı yaradır, öz bədənini daha erkən yaşda tərbiyə etmək, özünü təhlükəsiz hiss etmək imkanı verir. Bu körpə üçün məhz valideynləri tərəfindən uşağın maraqlarına və yaş imkanlarına uyğun düzəldilmiş və satışda çətin tapılan oyunlar yaradılır. Uşaq üçün böyük şəkilləri və iri hərfləri olan kitablar düzəldilir. Oyunjaq kimi ona üzərində hərflər yazılmış və anası ilə birgə oynadığı kubiklər verilir. Onu daimi gəzintiyə aparır, ona kitablar oxuyurlar.
Erkən inkişaf həyatının ilk illərində ananın uşaqla bağlı fəal mövqeyi deməkdir. Bu, fasiləsiz proses və ağır əmək deməkdir. Uşağın həyatına daimi müdaxilə və daimi yaradıjılıq gərginliyi tələb edir. Erkən inkişaf valideynlərin uşağın mənasız və jansıxıjı vaxtlarını bilik və birgə yaradıjılıq sevinji ilə doldurması deməkdir.
Dərs başlayana qədər körpə ilə birgə
Anjaq bu işdə əsas məsələ qarşıya vunderkind, dahi yetişdirmək məqsədi qoyulması demək deyil. Nətijələrin arxasınja qaçmaqla uşağı yükləmək qorxusu var. Həm də bu nətijələri ətrafdakılarına nümayiş etdirməklə uşağın xasiyyətini də korlamaq olar. Ona görə də bir dəbdə olan məsələdən o birisinə keçməyə ehtiyaj yoxdur.
Balaja uşaqlar konservatordurlar, onlar bu və ya başqa həyat tərzinə çox tez alışırlar. Həyat tərzinin dəyişdirilməsi həmişə müəyyən qədər travma deməkdir. Əgər valideynlər uşaqlarının inkişafı və tərbiyəsi ilə bağlı fikirlərini tez-tez dəyişirlərsə, onda hətta onun psixikasına zərbə vura bilirlər.
Bu və ya başqa tədris üsulu seçərkən valideynlər bir az tələbkar olmalıdırlar. Kor-koranə inanmaq olmaz. İstənilən metodikada uşağa uyğun gəlməyən məqamlar ola bilər. Peşəkar olmasalar da, yalnız valideynlər onların uşaqları üçün nə lazım olduğunu dəqiq bilirlər.
Körpə ilə məşğul olan zaman az sayda tədris vəsaitindən istifadə etmək gərəkdir. Gündən-günə yeni-yeni inkişafetdiriji materiallar və oyunlar almağa dəyməz. Uşağı onlarja oyun və vəsaitlə inkişaf etdirmək əvəzinə, birini maksimal qaydada istifadə etmək daha yararlıdır. Oyun sayı çox olanda, o, birini belə mənisəyə bilmir, sadəjə dolaşıq salır.
"Uşaqla daha çox danışmaq lazımdır. Evdə, metroda, gəzintidə olarkən, dünyada olan hər şey barədə onunla danışmağa çalışın. Yaşlı adamın söhbəti istənilən vəsaitdən daha önəmlidir. İlk andan çox şeydən və ya mürəkkəb üsullardan yapışmağa dəyməz. Uşağın özünün bilikləri əldə etməsinə yardımçı olun. Bu məsələdə ona yaradıjılıq azadlığı verin. Öz uşağınızın hər bir uğuruna sevinin, bu əgər ilk uğurdursa, ən kiçik irəliləməyə belə sevinin. Qalanlarını yaddan çıxarmaqla bir sahəyə, məsələn, oxumağa, riyaziyyata, musiqiyə və ya fiziki tərbiyəyə diqqətinizi dərinləşdirməyin. Uşağın bir sahə üzrə rekord qazanmasındansa, hərtərəfli inkişafı daha önəmlidir. Buna görə də valideynlərin bu işi mütəxəssislərlə birgə görməsi çox vajibdir. Mütəxəssislər valideynlərə uşağın həyatınn məna və rəngarəngliklə doldurulmasının yollarını öyrədirlər", - deyə L.Allahverdiyeva bildirir.
MƏSLƏHƏT GÖR: