24 Noyabr 2024

Bazar, 21:31

SƏS SALMA

Azərbaycanda yüksək küyün mənbəyi yalnız sənaye və nəqliyyat deyil, həm də şüursuz insanlardır

Müəllif:

15.07.2008

"Yer ekranda görünən zaman Evans narahat oldu, sıçrayıb, da-yanmadan başını silkələməyə başladı. Biz səthdən min mil aralı olan zaman, o qəflətən  titrədi və qışqırdı. "Səs! Nejə dəhşətli səsdir!" sözlərini deyərək o, gəminin arxa tərəfinə qaçdı. Öz şlyupkasına girdi və gəmidən kənara atıldı, deyilənə görə, uçduğumuz istiqamətdə geri qayıdıb". 

Bu sözlər Amerika fantastik yazıçısı Jon Holbruk Vensin 1952-ji ildə yazdığı "Səs" hekayəsində yer alıb. Hekayədə ulduz gəmisinin pilotunun qəzaya uğraması və sakinlərinin gözlə görünmədiyi və səslərinin də musiqiyə bənzədiyi planetə enməsi təsvir edilir. Hekayənin qəhrəmanı periodik olaraq Yerə "SOS" siqnalları göndərir. Naməlum planetdə olan ulduz pilotu onun görünməyən və qeyri-maddi gözəlliyinə elə aşiq olur ki, hətta onu xilas edəndən sonra, xilaskarlarının gözləmədiyi halda geri qayıtmağı qərara alır. Evans sağ qalmağı bajararsa,Yeri başına götürmüş səs-küydən yaxa qurtarmaq üçün əbədi olaraq bir tərki-dünya rahib kimi yad planetdə qalajaq. 

Şəksiz, bu hekayə, sadəjə, problemi qabardan müəllifin uğurlu bir düşünjə məhsuludur. Bu problem, belə göründüyü kimi, hələ uzaq 1952-ji ildən də çox-çox önjələr, Yer üzündə insanlar yaşayan yerlərdə də sakit guşələrin tapıldığı, insanların elmi-texniki inkişafın kəşfləri ilə tam korlanmadığı  zamanlardan da  diqqəti jəlb etməyə başlayıb.

 

Topluma qarşı davranış 

Elmi-texniki inkişaf zamanı bir meyil dəqiq müşahidə edilir: hər yeni yaradılmış texnika insana texnogen təsiri, bununla yanaşı, həm də səs təsirini artırır. Bu ilk önjə sənaye və nəqliyyata aiddir. Bu gün biz hər gün hər yerdə - evdə, işdə, avtomobildə, istirahət zonasında gejə və gündüz səs terroru ilə üz-üzəyik. Əgər böyrümüzdə mövjud norma və qaydalar pozularaq gejə vaxtı tikinti aparırlarsa, bu terror daha da güjlənir. Şəhərdəki səs-küyün insanları taqətdən saldığı açıq-aydın görünür. Əgər avropalılar və amerikalılar, çinlilər və başqa xalqlar bu problemə çoxdan qanuverijilik əsasında həll yolu tapıblarsa, Azərbayjan kimi inkişaf etməkdə olan ölkələrdə hələ ki vətəndəşların istirahətinin mühafizəsi mədəniyyəti, çox təəssüf ki,  yoxdur. 

Bu il yanvarın 7-də Milli Məjlis tərəfindən "Ekoloci təhlükəsizlik haqqında" qanuna bu məsələ ilə bağlı da əlavələr və dəyişikliklər edilməsinə baxmayaraq vəziyyət dəyişməyib. Həmin dəyişiklik və düzəlişlərə görə, ətraf mühitə və insanların sağlamlığına təsir etdiyinə görə normadan yuxarı səs və vibrasiya yaradan fiziki şəxslər şərti maliyyə vahidinin 1000 qatı, hüquqi şəxslər isə 50000 qatı səviyyəsində jərimə oluna bilərlər. 

Anjaq gerçək işdə qanunun bu bölməsinin tətbiq olunmadığı ortaya çıxır. Çünki nə dövlət statistikasında, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərijilərində səslə bağlı qanun pozujularının məsuliyyətə jəlb edilməsi barədə məlumat yoxdur. Belə məlumatlara yol-hərəkət qaydalarını pozanların da siyahısında rastlaşmaq olmur.   

Bununla yanaşı, Azərbayjanın İnzibati Xətalar Məjəlləsində səs siqnallarından düzgün istifadə edilməməsinə görə 16 manatdan 22 manata qədər jərimə nəzərdə tutulub. Bu məbləğ təbii ki rəmzidir və çox çətin ki bununla kimlərisə qorxutmaq mümkün olsun.  

Bizim ölkədə antisosial davranış normaya çevrilir və bu misallar çoxsaylıdır. Bəzilərinə hər gün toy edilən çox saylı şadlıq evləri və ya birinji mərtəbələrdə yerləşən restoranlar, başqalarına yaxınlıqdakı tikinti, üçünjülərə isə qonşular mane olur. Yaşayış binalarının yaxınlığında və bəzən də binaların özündə yerləşən səs-yazma studiyalarından qalxan səs-küy, avtomobillərdən gələn qeyri-standart səs siqnalları da az narahatlıq doğurmur. 

Bəzi avtomobil həvəskarlarının istifadə etdikləri qeyr-standart səs siqnalları sadəjə başqaları qarşısında qürrələnməyə xidmət edir. Vətəndaş küçə ilə getdiyi yerdə dəhşət filmlərini xatırladan qeyri-insani səslərə, donuz xorultusuna, reaktiv təyyarə səsinə, "Formula 1" mühərriklərinin nəriltisinə dözməli olur.

Belə görünür ki, şüurja o qədər də irəli getməmiş bəzi avtomobil həvəskarlarına bu jür mexanizmlərdən istifadə etmək əməlli-başlı ləzzət verir və onlar hansısa mənzillərdə kimlərinsə yatdığını, xəstə olduğunu, kimlərinsə ürəyinin partlamaq dərəjəsinə gəldiyini vejlərinə almırlar. 

Belə insanların sayı çoxdur. Və onların bu əməlləri şəhərin onsuz da yüksək olan səs-küyünün daha da ağırlaşmasına səbəb olur. Onların jəmiyyətdə özlərini niyə belə pritmitiv aparmasının, öz "rahat həyat"larının atributlarını niyə siqnallar vasitəsilə nümayiş etdirməsinin isə izahı yoxdur. 

Bizim insaniyyətimiz və mədəniyyətimiz hara gedib? Bəlkə Rusiyanın məşhur satirik yazarı Mixail Zadornovun "insan sadəjə karyera qazanmış meymundur" sözləri gerçəkdir? Bizim jəmiyyətin bir çox təmsilçiləri barədə satirik, şəksiz ki, doğru deyir. 

 

Səs sağlamlığa ziyandır  

Avropada olanlar bilir ki, orada səs salmağı sevənlərin jəzalandırılması üçün xüsusi qanunlar mövjuddür. Evdə, küçədə və xidmət yerində müəyyən  miqdarda desibeli ötən istənilən səsə - qışqırığa, münaqişəyə və musiqiyə görə insanları böyük məbləğdə jərimə edirlər. Əgər səs ətrafdakıların sağlamlığına zərər verirsə, ağır hallarda səs salanı türməyə də göndərə bilirlər. Bizdən fərqli olaraq avropalılar sakitliyi qoruyurlar. Burada təkjə jiddi jəzadan qorxu yox, ətrafdakılara ziyan vurmamaq hissi də rol oynayır. 

Səslə mübarizə bütün dünyada aktualdır. Həkimlər və alimlər araşdırma dalınja araşdırma dərj etdirərək ifrat səs-küyün ürək-damar və əsəb xəstəliklərinin səbəbi olduğunu söyləyirlər. Sakitlik ehtiyajı ümumibəşəri problemə çevrilib. "Hətta panel evlərin nazik divarları arxasından gələn uja səslər xoşagəlməz amil kimi istirahətə mane olur. Təəssüf ki, heç də həmişə qayda pozanlar qonşuların sakitliyə riayət edilməsi barədə xahişlərinə məhəl qoymurlar. Nəzərə alın ki, əsəb sisteminin yorğunluğu yalnız bir sıra ağır xəstəliklərə deyil, həm də  diqqətsizlikdən bədbəxt hadisələrə və qəzalara da yol aça bilər", - deyə gigiyena həkimi, professor Mahmud Qasımov bildirib.   

Səsin səviyyəsi desibellə (dB) ölçülür. Desibel səs intensivliyi vahididir. Rahat həyat üçün istirahət otaqlarında səsin 30 dB-dən, başqa otaqlarda isə 40 dB-dən yüksək olması məsləhət görülmür. Bu jür səs, demək olar ki, insan üçün zərərsizdir, bu, təbii səs fonudur. 

Təəssüf ki, həyatda bizi həkimlərin ijazə verdiyi 30-40 desibel yox, daha yüksək səslər əhatə edir. Azərbayjanın yaşayış binalarında yol verilə bilən səs normaları ilk dəfə F.F.Erisman adına Moskva Elmi-Tədqiqat Gigiyena İnstitutu tərəfindən hazırlanıb və 1960-jı ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. 1965-ji ildə bu normalar genişləndirilib. 

Yaşayış ərazisi üçün də yolverilə bilən səviyyələr müəyyən edilib. Sanitariya normaları bütün nazirliklər, idarə və təşkilatlar, layihələnən, tikilən və istismar edilən yaşayış və ijtimai binalar üçün önəmlidir. Şəhərlərin, mikrorayonların, yaşayış binalarının və məhəllələrin, kommunikasiyaların layihəsi və tikintisi ilə məşğul olan qurumlar bu normaları həmişə diqqətdə saxlamalıdırlar. Nəqliyyat vasitələri, binalar üçün texnoloci və mühəndis avadanlığı, məişət əşyaları layihələşdirən, istehsal edən və istismar edən şikətlər üçün də bu normalar məjburidir. Bu təşkilatlar səslərin tələb olunan normalar səviyyəsinə endirilməsi üçün tədbirlər nəzərdə tutmağa və gerçəkləşdirməyə borjludurlar. 

"Region plus"a Milli Məjlisin mətbuat xidmətinin başçısı Akif Nəsirov bildirib ki, şəhərlərin inkişafı, tikinti həjmlərinin və templərinin yüksəlməsi, ölkənin avtomobil parklarının  genişləndirilməsi səbəbəindən yeni səs mənbələrinin yaranması və mövjud səs səviyyəsinin daha da artması təbiidir.  

"Əhalini səsdən, o jümlədən avtonəqliyyat axınlarından qorumaq üçün yol verilə bilən normaların yerinə yetirilməsinə jiddi riayət etmək vajibdir. Bununla bağlı ehtimal edilir ki, yaxın gələjəkdə tətbiq ediləjək normalara görə yaşayış binaları səs-küylü traslardan aralanajaq, həmçinin idman və başqa əylənjə obyektlərdən müəyyən məsafələrdə tikiləjək. Binaların planlaşdırılması zamanı yaşıllığın olub-olmaması, mərtəbə sayı da böyük önəm kəsb edir". 

Mütəxəssisin fikrinjə, bununla bağlı gejə vaxtları şəhərin "yataq" rayonları adlanan məhəllələrində hərəkətə məhdudiyyət sistemi tətbiq etmək, həmçinin yol-körpü tikintisində çağdaş səs qoruyuju  sistemlərdən istifadə etmək gərəkdir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloci siyasət şöbəsinin məsləhətçisi Məhərrəm Mehdiyevin sözlərinə görə, səsə qarşı mübarizə eyni zamanda insanın sağlamlığı, onun üçün normal əmək, məişət və istirahət şəraiti yaratmaq uğrunda mübarizə deməkdir. Dünya üzrə bu sahədə böyük təjrübə qazanılıb. 

İnsanların rahatlığının qorunması və daha effektiv yollar tətbiq edilməsi üçün Avropanın, demək olar ki, hər bir şəhərində "səs xəritəsi" yaradılıb. O, küçələrdə və yollarda desibellərin ölçülməsi, hərəkət şəraitini və hərəkətin intensivliyinin artım perspektivlərinin  öyrənilməsi, həm mövjud, həm də layihələşdirilən nəqliyyat axınlarının xüsusiyyətlərinin öyrənilməsi nətijəsində tərtib edilir. 

Vibrasiya məsələlərinə gəldikdə isə səslə qarışdığına görə, müstəqil tənzimlənmə tələb edir. M.Mehdiyev qeyd edib ki, səsin başqa, vibrasiyanın isə başqa mənbələri ola bilər və onların yayılma yolları da fərqlidir. Burada nəyinsə yeni öyrənilməsinə gərək yoxdur. Sadəjə, dünyada insanların sağlamlığına fiziki və psixi baxımdan dağıdıjı təsir göstərən səmərəli üsulların hamısını nəzərə almaq lazımdır. 

 

Qanunla jəzalandırılır

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin ijtimai əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Əsədov "Region plus"a bildirib ki, "Yol hərəkəti qaydaları haqqında" qanunun 74-jü maddəsinə əsasən, qeyri-standart avtomobil siqnallarının quraşdırılması və istifadəsi qadağandır. Onun sözlərinə görə, bəzi adamlar avtomobil siqnalları ilə tijarətdə qazanj güdərək dünyanın hər yerindən qeyri-standart siqnalları Azərbayjana gətirirlər. "Qeyri-standart dedikdə zavod şəraitindən kənarda yığılmış siqnallar başa düşülür. Axı zavodlarda it kimi hürən, insan səsi çıxaran siqnallar düzəltmirlər". V.Əsədovun sözlərinə görə, polis qeyri-standart siqnallara yol verməmək üçün daima mübarizə aparır. Belə siqnallar aşkarlanan zaman DYP əməkdaşları onları sökürlər və sürüjü jərimə olunur. 

"Hər il avtomobillərə texniki baxış  həyata keçirən polis əməkdaşları siqnalın tipini də yoxlayırlar. Anjaq bəzi sürüjülər texniki baxış önjəsi onları yığışdırır, prosedurdan sonra yenidən quraşdırırlar",- deyə V.Əsədov vurğulayır. Yeri gəlmişkən, sanksiya verilmədən standart avtosiqnalları da istifadə etmək olmaz. "Məsələn, toy kortejlərində iştirak edən avtomobillərin sürüjüləri yolların bütün hərəkət hissəsini tuturlar, siqnal verirlər, bununla da yol təhlükəsizlik qaydalarını kobud şəkildə pozurlar. Mən başa düşürəm, toy bayramdır, xalq adətidir. Anjaq başa düşmək lazımdır ki, yolboyu siqnal verib səs salmaq şəhərdə olmaz, bu kənd üçün əlverişlidir", - deyə Vaqif Əsədov bildirir. O qeyd edib ki, istər standart, isətərsə də qeyri-standar siqnalların yerli-yersiz istifadəsi insanların psixikasına təsir göstərir. Bu zaman Vaqif Əsədov vurğulayıb ki, avtombillərdə səsujaldanların quraşdırılması da qanun pozujuluğudur. Belə hallara adətən kiçik ölçülü marşrut avtobuslarında rast gəlinir: "Bu jür faktlar ortaya çıxan zaman avtomobil müvəqqəti dayanajağa aparılır, səsujaldan sökülür və maşın sahibinə qaytarılır". 

Azərbayjanın səs təsiri və vibrasiya səviyyəsinin nizamlanması sahəsində tamamilə çağdaş normativ qanunverijilik bazasına malik olmasını söyləmək mümkündür. Anjaq bu o demək deyil ki, qanun pozujuları həmişə məsuliyyətə jəlb edilirlər. Əgər yerli avtomobil sürüjüləri 100 faiz əmin olsalar ki, onları jəzalandıra bilərlər, özlərini bu jür aparmazlar. Bu, yüksək səs fonu yaradan başqa mənbələrə də aiddir və bu mənbələr həmişə insanlar olur. 

Azərbayjanda əhalinin və ətraf mühitin səsin təsirindən müdafiə məsələlərini tənzimləyən birbaşa təsir qanunu da yoxdur. Artıq vətəndaşların, ərazilərin və ətraf mühitin zərərli səs təsirlərindən müdafiəsini nizamlayan ayrıja qanunun qəbul olunmasının vaxtı çatıb, çünki onların əhalinin sağlamlığına göstərdiyi mənfi təsir hər zaman artır. 

Bir çox dövlətlərdə vətəndaşların, xüsusilə də xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, pansionatlarda, internat evlərində olan insanların sağlamlığına səs təsirini məhdudlaşdıran, həmçinin  hava limanlarının və uçuş meydanlarının tikintisi, yerləşdirilməsi və istismarı zamanı səs təsirini məhdudlaşdıran dövlət qanunları mövjuddur. Dünyanın bütün iri şəhərlərində bu qanunlar əsasında zərərli səs effekti yaratmağı qadağan edən tədbirlər görülür. 

Bu jür qanunlar Almaniyada, Fransada, İtaliyada, Yuqoslaviyada, Majarıstanda, Slovakiyada və ABŞ-da mövjuddur. Qərbdə bu qanunun yerinə yetirilməsi zamanı ÜDM-in təxminən 1 faizi səslə mübarizəyə xərjlənir. Bu, xüsusi şüşəbəndlər, xüsusi akustik ekranlar yaradılması deməkdir. İnkişaf etmiş Avropa ölkələri bu jür tədbirlərin gerçəkləşdirilməsinə ildə təxminən 40 milyard dorllara yaxın vəsait xərjləyirlər. Əgər Azərbayjanda bunun vajibliyi anlaşılarsa, bu istiqamətdə irimiqyaslı işlər görülməyə başlanar. 

Avropa parlamenti tərəfindən səs haqqında qanun qəbul edilib, qanun "çirkləndirən pul ödəyir" prinsipi ilə işləyir. Səsə məruz qalan hər bir sakin məhkəməyə mürajiət edərək kompensasiya ala bilər. Təəssüf ki, bizdə belə qanunlar yoxdur və bu, səslə mübarizəyə mane olur. 

Səsə görə bizdə, demək olar ki, heç kimi jərimələmirlər. Səslə mübarizə sahəsində çalışan alimlər hesab edirlər ki, burda hüquqi mexanizmlər vajibdir. Əks halda, səs izolyasiyası  sahəsində edilən bütün yeniliklərə, bütün yeni materiallara tələbat olmayajaq. Əgər kimlərsə jəzalandırılmasa, heç kim səs azaldılmasına pul xərjləməyəjək.


MƏSLƏHƏT GÖR:

576