15 Mart 2025

Şənbə, 00:45

SIĞORTA ÖHDƏLİYİ

Azərbaycanın yeni qanun qəbul edilməsini gözləyən sığorta bazarı fəallaşır

Müəllif:

15.07.2008

Sığorta bazarının inkişaf səviyyəsinə görə Azərbayjan Rusiya, Ukrayna və Qazaxıstandan sonra dördünjü yeri tutur. Ölkədə 28 sığorta və 1 təkrar sığorta şirkəti, həmçinin, 7 sığorta brokeri fəaliyyət göstərir. Hələ ötən il Azərbayjan Maliyyə Nazirliyi tərəfindən ölkədə sığorta bazarının inkişafı üzrə kompleks tədbirlərin işlənməsi başa çatıb. Bu il martın 15-dən isə Beynəlxalq Sığorta Nəzarəti Assosiasiyasının (BSNA) "Əsas pirnsipləri"nə uyğun işlənilmiş "Sığota fəaliyyəti haqqında" qanun qüvvəyə minib.

O, 1999-ju ildə qəbul edilmiş köhnə "Sığorta haqqında" qanunu əvəz edib. 2007-ji ildə Azərbayjanın sığorta şirkətlərinin toplam aktivləri   150 mln manata, nizamnamə kapitalı  65 mln manata, məxsusi kapitalı  75 mln manata çatıb. Sığorta şirkətlərinin məjmu mükafatlarının həjmi 148 mln manat olub; 2003-jü ildə isə bu göstəriji 75 milyon manat idi. Sığorta halları üzrə ödəniş də 2003-jü ildəki 14,7  mln manat göstərijidən 2007-ji ildə 36,77 mln manata qalxıb. 

Bununla belə, ölkənin  maliyyə sektorunun iri və yetərinjə perspektivli olan bu seqmenti müəyyən problemlərlə üz-üzədir. Yalnız bunu xatırlatmaq yerinə düşər ki, bu gün sığorta ölkə ümumi daxili məhsulunun (ÜDM) 1 faizindən azını əhatə edir. Belə ki, 2007-ji ildə Azərbayjanın sığorta şirkətlərinin yığdığı mükafatlar ÜDM-in 0,59 faizinə, verdiyi ödənişlər isə YDM-in 0,15 faizinə bərabərdir. Başqa sözlə, sığorta fəaliyyətinin ÜDM-ə nüfuz səviyyəsinin dinamikası hələ ki yetərinjə aşağıdır. 

 

Dəqiq mexanizm lazımdır

İyulun 10-da Bakıda I Azərbayjan Beynəlxalq Sığortaçılar Forumunun açılışında maliyyə naziri Samir Şərifov bildirib ki, ölkənin sığorta şirkətlərinin aşağı səviyyədə kapitallaşması, təklif etdikləri xidmətlərin çeşid kasadlığı, əhalinin sığortanın faydaları barədə məlumatsız olması və həyatın sığortalanması bazarının zəifliyi müşahidə olunur. Bu problemlərin üzərinə ijbari sığonrta növlərinə tələbin az olmasını da gəlmək olar. Hələ 1992-ji ildə Azərbayjanda müstəqil sığorta bazarının formalaşmasının ilk çağlarında sığorta mükafatlarının yığımı üzrə birinjilik 80 faizlik göstərijisi olan ijbari sığortanın payına düşürdü. İndi isə ön jərgədə 85 faiz payı olan könüllü sığorta növləri gedir. 

Azərbayjan Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti şöbəsinin rəisi Namiq Xəlilovun sözlərinə görə, 2007-ji ildə sığorta mükafatlarının strukturunda birinji yeri ümumi sığorta üzrə mükafatlar (98,9 faiz) tutub. Könüllü sığorta 9,7 faiz, ijbari sığorta 9,3 faiz və həyatın sığortası 1,1 faizlik paya malik olub. Mükafat yığımı üzrə birinjilik avtonəqliyyat sığortasının payına (26 faiz), ikinjilik məsuliyyətin sığortasının (22 faiz) və üçünjülük əmlakın sığortasının (12 faiz) payına düşür. Daha sonra dövlət ijbari sığortası (11 faiz) və tibbi sığorta (9 faiz) gəlir. 

"MBask" sığorta şirkətinin idarə heyətinin sədri Jəmil Məlikovun sözlərinə görə, 2008-ji ilin birinji rübündə bazardakı paylarına görə, əsas sığorta növləri aşağıdakılar olub:  Avtonəqliyyat sığortası  24,6 faiz, tibbi sığorta 12,1 faiz, əmlakın sığortası 11,2 faiz və ijbari sığorta növləri 9,4 faiz bazar payına malik olub. Həyatın sığortası 1,5 faizdən çox pay ala bilməyib. 

Avtomobil sığortasının birinji olmasını asanlıqla izah etmək mümkündür.  Çünki ölkədə avtomobil alan vətəndaşların sayı getdikjə artır. Özü də  avtomobilin uzun müddətə lizinqə və ya kreditə verilməsi yetərinjə inkişaf edib. Sığorta bazarı həm də bu biznesin gələjək artımını gözləyir. 

Əmlakın sığortası barədə isə vəziyyət o qədər də yaxşı deyil. Sığortaçılara əmlakın korporativ sığortası barədə mürajiət edənlər olmur. Fiziki şəxslərin əmlakının sığortalanması da fərqlidir. Bazar bu fəaliyyət növündən yalnız 2007-ji ildə mənfəət əldə edə bilib. Bunun da yeganə səbəbkarı yanğınlar olub.

Hər halda, ijbari sığorta növlərinin inkişaf etmədiyi göz qabağındadır və çoxları bunu ölkədə vahid "İjbari sığorta haqqında" qanunun olmaması ilə izah edirlər. Onların fikrinjə, bu qanun mövjud ijbari sığorta növlərini araşdırmalı və beynəlxalq standartlara uyğun hala gətirməlidir. Hazırda qanun layihəsi Azərbayjan Nazirlər Kabineti tərəfindən qurumlararası ekspertizaya verilib.   

Qanun layihəsi Maliyyə Nazirliyi və ona məsləhət verən Kanada şirkəti "Lawrie Savage & Associates Inc." tərəfindən hazırlanıb. Kanada şirkəti Azərbayjanda sığorta islahatlarının davam etdirilməsinə və sığorta qanunverijiliyinin təkmilləşdirilməsinə texniki yardım göstərir. Şirkət Dünya Bankının vasitəçiliyilə "FIRST Initiative" proqramının qrantı hesabına bağlanmış 325 min dollarlıq müqavilə əsasında fəaliyyət göstərir.  

Hələ ki ölkədə ijbari sığorta fəaliyyəti barədə 9 qanun fəaliyyət göstərir. Anjaq onların heç də hamısı "işlək" deyil. Yəni ijbari sığorta növləri üzrə qanunverijilik bazası olsa da, onlar real işdən kənardadırlar. Buna görə də dövlət rəsmiləri bütün bu 9 ijbari növü bir qanun çərçivəsinə salmağı qərara alıblar. Təbii ki, qanun qəbul edildikdən sonra da onun fəaliyyət çərçivəsindən kənarda qalmış sığorta növləri də olajaq. 

Bir sıra sosial xarakterli sığorta növləri elə ilk başdan sığorta bazarının inkişafı üçün vajib olan bu vahid qanun layihəsinin fəaliyyətindən kənarda saxlanılıb. Bunlar dövlət sığorta növləridir, yəni dövlət qulluqçularının, deputatların və hərbçilərin sığortasını nəzərdə tutur. Əsas diqqət avtonəqliyyat vasitələrinin sahiblərinin vətəndaş məsuliyətinin ijbari sığortasına verilib. 

İlkin redaksiyada qanun layihəsinə 5 ijbari sığorta növü daxil idi. Bunlar avtonəqliyyat vasitələrinin sahiblərinin vətəndaş məsuliyəti üzrə sığorta, sərnişinlərin bədbəxt hadisədən sığortası, yüksək təhlükə mənbəyi olan müəssisələrin məsuliyyəti üzrə sığorta, inşaat işçilərinin bədbəxt hadisələrdən sığortası, daşınmaz əmlakı kommersiya məqsədilə istifadə edən zaman sahibkarların ümumi vətəndaş məsuliyyəti üzrə sığorta növləridir. Bu zaman inşaat işçilərinin sığortası prinsipjə yeni növdür. Həmçinin yüksək təhlükə mənbəyi olan müəssisələrin məsuliyyəti üzrə sığorta mövjud ijbari ekoloci sığortanı öz faktik statusuna çatdırır. 

Maliyyə Nazirliyi bildirir ki, "yeni qanun fəaliyyətdə olan qanunları mexaniki şəkildə birləşdirmir, ijbari sığortanın mexanizmlərinə jiddi düzəlişlər ediləjək". 

 

Öndə ijbari sığortadır

Burada bir problem var. İjbari sığorta barədə söhbətlər çoxdan aparılır. Özü də bu zaman əsas vurğu ölkənin qanunverijilik bazasının dəyişdirilməsinə doğru yönəldilir. Anjaq ölkə əhalisinin əksəriyyətinə qaranlıqdır ki, kim və nejə onları sığorta şirkətlərinin müştərisinə çevirəjək. Başqa sözlə, əgər "məjburi sığorta" baş tutarsa, insanlar sığorta polislərini öz istəkləri olmadan almalıdırlar. Burada ürək açan məqamlar da var. Məsələn, əgər əvvəllər hansı sığorta növlərinin məjburi olması barədə dəqiq söhbət yox idisə, indi bu məsələ barədə az-çox ətraflı məlumat var. 

Əlbəttə, ijbari sığorta növlərinin sayının çox olması müsbət rol oynaya bilər. Ən azından ona görə ki, vətəndaşların çoxu hələ də yanğından sığortanın faydalarını bilmir. Qanun isə onların evlərini və ofislərini hər jür kataklizmdən sığortalanmağa məjbur edəjək. 

Həm də yeni qanunverijilikdə "ziyansız" sayılan sığorta növləri də olajaq. Məsələn, hazırda aviabiletlərin qiymətinə sığorta haqqı da daxildir. Yəni sərnişin biletdə göstərilən pulu verir və heç düşünmür ki, bir hadisə baş versə, sığorta ödənişi ala bilər. Bu jür misallar çoxdur. 

Başqa məsələ "ijbari sığorta" barədə yazılanların həyata keçirilməsidir. Sirr deyil ki, yanğından sığorta barədə yazılanlar bu gün yalnız kağız üzərində mövjuddur.  Daha bir məqam da var. Bir neçə il qabaq gündəmdə "İşəgötürənlərin işçilər qarşısında maddi məsuliyyəti haqqında" qanun layihəsi dururdu. Bunun çox vajib qanun olması şəksizdir. Anjaq buna baxmayaraq, sığorta qurumlarının əksəriyyəti bu yeniliyə qarşı çıxdılar. İjbari sığorta növlərinin də gələjək taleyinin belə olajağı düşünülür. 

Sığorta qurumlarının əksəriyyətinin fikrinjə, ilk önjə bu günə kimi mövjud olan sığorta növləri üzərində işləmək lazımdır, çünki qanunveriji baza mövjuddur. Məsələn, yanğından ijbari sığortanı göstərmək olar. Bu çox böyük problemdir,  qanunveriji baza olmasına baxmayaraq, o tam güjü ilə işləmir. Qanunun qəbul edilməsindən çox zaman keçməsinə baxmayaraq, bu sığorta üzrə risklərin bölünməsi nizamlanmayıb. Bu jür problemlər çoxdur.  Bu, əsasən, qanunveriji bazanın zəif olması üzündən baş verir.  

Ekoloci risklər üzrə ijbari sığorta da praktik olaraq fəaliyət göstərmir. Bu sığorta növü də başqaları kimi ijbari sığorta şəklində tətbiq edilib, amma onların yerinə yetirilməsinə nəzarət edən yoxdur.  

Bütün bunlara baxmayaraq, sığortaçılar əmindirlər ki, "İjbari sığorta haqqında" qanunla bağlı edilən yeni qanunverijilik təşəbbüsü bu sığorta növünü iflij halından çıxara bilər. Hazırda isə  "İjbari sığorta haqqında" qanun layihəsinin qurumlararası razılaşdırılması davam edir.  Qanun layihəsi hazırda Nazirlər Kabinetində baxılmaqdadır. N.Xəlilov bildirib ki, Nazirlər Kabineti onu bir neçə qurumun müzakirəsinə verib. Ona görə də qurumlararası ekspertizanın nə zaman bitəjəyini indidən demək mümkün deyil.  

Anjaq indidən dəqiq bəllidir ki, yeni qanunun qəbulu ilə bağlı bir neçə sığorta növü üzrə tariflərə dəyişiklik olajaq. Avtomobil nəqliyyatı vasitələrinin yiyələrinin məsuliyyətinin sığortası üzrə tariflərin əhəmiyyətli dəyişdirilməsi düşü-nülür. O jümlədən, N.Xəlilovun sözlərinə görə, bu sığorta növü üzrə təminat ödənişinin məbləği bazara uyğun olmayan indiki məbləğdən, yəni 1 min manatdan 5 min manata qədər qaldırılajaq.  

Maliyyə Nazirliyinin təmsilçisinin fikrinjə, bu səviyyə də yetərli deyil, "anjaq sığorta rüsumlarını kəskin artırmamaq üçün biz onda dayanmalı olduq". Yəni bazar prinsiplərinə yaxınlaşma prosesi mərhələ-mərhələ getməlidir. Bu zaman avtonəqliyyat vasitəsinin mühərrikinin həjmindən asılı olaraq, sığorta rüsumunun diversifikasiyası tətbiq edilə bilər.  

Verilən məlumatdan görünür ki, "İjbari sığorta haqqında" qanunun qəbul edilməsi elə də uzaq çəkməyəjək. Özü də onu "Sığorta fəaliyyəti haqqında" qanunla eyni vaxtda qəbul etmək planlaşdırılırdı. Buna görə də Maliyyə Nazirliyinin təmsilçiləri də, sığortaçıların özləri də düşünürlər ki, Azərbayjanda sığorta bazarının inkişaf meyilləri çox ümidverijidir. Belə ki, ölkədə artıq "Sığorta fəaliyyəti haqqında" qanun qəbul edilib. Adambaşına sığorta mükafatı indikatoru da 17 manata, yəni 22 ABŞ dollarına bərabərdir və bu da bazarın gələjək inkişafı üçün böyük potensial olduğunu göstərir. 

I Azərbayjan Beynəlxalq Sığorta Forumunun gedişində Maliyyə Nazirliyinin sığorta bazarının gələjək inkişafı üzrə planları da açıqlanıb. Ön sırada yenə də ijbari sığorta növləri üzrə qanunverijilik bazasının təkmilləşdirilməsi, sığorta aktuarilərinin hazırlanması, zəmanət ödənişləri fondunun yaradılması və sığorta ombudsmanı institutunun təsis edilməsi durub. 

İyulun 14-dən isə nazirlik USAID-ın dəstəyi ilə aktuar fəaliyyəti üzrə kurslara başlayıb. Bir ay qabaq isə ijbari tibbi sığortanın tətbiqi üzrə pilot layihəyə başlanıb. Bunun hesabına Azərbayjanda da bütün dünyada olduğu kimi, uşaqların, tələbələrin, evdar qadınların və pensiyaçıların müalijə və müa-yinə xərjlərini dövlət ödəyəjək. 

Anjaq hələ ki Maliyyə Nazirliyi növbəti dəfə sığorta şirkətlərinin nizamnamə kapitalına tələbin səviyyəsini artırmağı düşünür, indi bu səviyyə 0,8 milyon manatdır.  Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, sığorta şirkətlərinin kapitalına qoyulajaq yeni tələblərin hazırlanması başa çatmaq üzrədir. Yeni qaydaların qəbulu avqusta, qüvvəyə minməsi isə 1 yanvar 2009-ju il tarixinə planlaşdırılır. 

Yeni tələblərə uyğun gəlməyən sığorta şikrətlərinin lisenziyası həmişə olduğu kimi alınajaq. Yəni "bazarda yalnız güjlülər qalır" prinsipi əvvəlki kimi qüvvədədir. Və bu, Azərbayjan vətəndaşlarının çoxunun xeyrinədir. Çünki onlar risklərini etibarlı və nüfuz qazanmış sığorta şirkətlərində sığorta etdirməyə üstünlük verirlər. 


MƏSLƏHƏT GÖR:

577