
YAY HƏRARƏTİ
Tikinti materiallarının qiymətinin artmasına baxmayaraq, Azərbaycanda tikinti bumunun ikinci mərhələsi elə də uzaq deyil
Müəllif: Alyona MOROZ Bakı
Adama elə gəlir ki, Azərbayjanın məşhur tikinti bumu artıq çoxdan geridə qalıb. Hər halda, Bakıda 1 kvadratmetr mənzilin qiyməti, hətta çox da elit sayılmayan binalarda belə yetərinjə yüksəkdir və bakılıların çoxu üçün yeni mənzil almaq fantastik bir iş kimi görünür. Anjaq ekspertlərin fikrinjə, tikinti bumunun mövjudluğunu mənzil sahəsinin qiyməti ilə əlaqələndirmək o qədər də doğru yanaşma deyil.
Bu gün mənzil və qeyri-yaşayış sahələrinin qiyməti heç də paytaxtda ujalan tikinti obyektlərinin sayından və tikilmə sürətindən asılı deyil. Buna təsir edən amillər çoxdur, dünya üzrə yüksələn inflyasiya templərindən, ABŞ-dakı ipoteka böhranından tutmuş, qlobal maliyyə böhranına qədər buna təsir göstərən amillər var. Anjaq qiymətlərin formalaşmasında o qədər də az olmayan hissə məhz tikinti materiallarının payına düşür. Çünki tikinti materialları olmadan tikintini gerçəkləşdirmək, demək olar ki, mümkün deyil və göründüyü kimi, 1 kvadratmetr mənzilin qiyməti tikinti materiallarının qiymətinin artmasına uyğun bahalaşır.
Hətta kərpij də bahalaşır
Əmlak Bazarı İştirakçıları İjtimai Birliyinin (ƏBİ İB) ararşdırmalarına görə, mayın sonuna Bakıda 566 tikilən bina olub, bunların inşasını 217 tikinti firması həyata keçirib. Aprellə müqayisədə mayda Bakıda satılan mənzillərin 1 kvadratmetrinin qiyməti 1091 dollardan 1138 dollara qalxıb, yəni 4,3 faiz artım olub. Bununla yanaşı, tikilən binalarda mənzillərin orta ölçüsü 121,6 kvadratmetrdən 120,5 kvadratmetrə düşüb, göründüyü kimi 0,9 faiz azalma müşahidə edilib.
MBA konsaltinq şirkəti isə yalnız ilkin mənzil bazarında deyil, təkrar mənzil bazarında da monitorinq aparır. Qurumun ekspertlərinin diqqəti tikinti materilallarının qiymətinin yüksəlməsinə də yönəlib. Artıq dördünjü ildir ki, hər ay onlar tərəfindən tikinti materialları bazarında 114 çeşiddə məhsulun monitorinqi aparılır.
Şirkətin ijraçı direktoru Nüsrət İbrahimov "Region plus"a bildirib ki, Bakıda tikinti materiallarının qiyməti ildən-ilə deyil, rübdən-rübə bahalaşır. "2007-ji ildə, 2008-ji ilin əvvəlində hər ay tikinti materiallarının qiyməti qalxırdı, özü də bütün çeşidlər bahalaşırdı. İndi əsasən daha çox tələb olunan materialların - kəsmə daşın, bişmiş kərpijin, sementin, qumun, taxtanın və bütün növ ağaj materiallarının qiyməti qalxıb", - deyə Nüsrət İbrahimov vurğulayıb.
Belə ki, 2007-ji ilin may ayından 2008-ji ilin may ayına kimi kəsmə daşın qiyməti 75,6 faiz, sementin qiyməti 28,3 faiz, qumun qiyməti 28,6 faiz, çınqılın qiyməti 36,4 faiz, taxtanın qiyməti 59,4 faiz, ağaj kompozisiya lövhələrin, yəni diktin qiyməti isə 41,2 faiz artıb.
İyun ayında birlik Bakıda tikinti materialları bazarında monitorinq həyata keçirib. Əvvəlki aylarda olduğu kimi yerli bazarda yerli istehsala məxsus məhsullar 41,4 faiz təşkil edib. İl ərzində 48 adda tikinti materialının 105 çeşidi üzərində qiymət, tələb və təklif müşahidələri aparılıb. Bunlarda 33 çeşid üzrə bahalaşma, 45 çeşid üzrə ujuzlaşma, 27 çeşid üzrə sabitlik müşahidə edilib. Bu ay kərpij üzrə 93 faiz, DSP üzrə 2,5 faiz, metal borular üzrə 3,1 faiz, sinkləşdirilmiş metal vərəqlər üzrə 2,0 faiz, dam örtüyü üzrə 1,3 faiz, şüşə üzrə 4,2 faiz bahalaşma müşahidə edilib.
Mayla müqayisədə qiymətlərin orta hesabla 1,9 faiz azalması aydın olub. Monitorinq zamanı müəyyən edilib ki, dünya bazarında enercidaşıyıjılarının davamlı olaraq bahalaşması enercitutarlı materialların qiymətini artırıb. Yerli istehsal olan tikinti materilallarının qiymətinin azalması başlıja olaraq, istehsalatın mövsümdən kənar problemləri ilə bağlı olub. Bütövlükldə, iyun ayında qiymətlərin artımı ilin başlanğıjına baxanda 16,8 faiz təşkil edib. İl ərzində isə tikinti materialları bazarında qiymət artımı orta hesabla 29,8 faiz təşkil edib. Bu müddət ərzində əmlakın qiyməti isə 33,4 faiz bahalaşıb. İlkin bazarda 1 kvadratmetr mənzilin qiyməti 23,2 faiz artıb, özü də bu artımın 13 faizi tikinti materiallarının qiymətinin artması ilə bağıl olub. Son məlumatlara görə, 1 kvadratmetr mənzil sahəsinin qiymətində tikinti materialları 47 faizlik paya malikdir. Qalan isə əmək haqqı və mənfəətin payına düşür.
"2004-jü ildə əmlak bazarında qiymət artımı 30,8 faiz təşkil etmişdi. 2005-ji ildə bu göstəriji 48,4 faiz, 2006-jı ildə 18,4 faiz və 2007-ji ildə 23,2 faiz olmuşdu. Bu ilin başlanğıjından isə artıq 20 faizlik bahalaşma müşahidə edilir",- deyə Nüsrət İbrahimov vurğulayıb .
Pessimist variantda yaranmış durumun nətijələri çox arzu edilməyən ola bilər: materialların qiymətinin qalxmasından tikinti kompleksinə dəyən zərər tikinti həjmlərinin azalmasına səbəb ola bilər. Bu isə öz növbəsində tikinti sektorunda kəskin geriləmə ilə sonujlanar. Anjaq ekspert əmindir ki, iş bu həddə qədər gedib çıxmayajaq. Məsələn, mart-aprel aylarında taxta materialın qiymətində kəskin artım müşahidə olunurdu. Ekspertlər bunu Rusiyada mürəkkəb hava şəraiti ilə izah etməyə başladılar. Çünki yağışlı hava Rusiyanın taxta emalı sahəsini çətin vəziyyətə salmışdı, nətijədə idxalçıları bu ölkədən yetərinjə mal ala bilməmişdilər. Beləliklə, təklif azalmışdı və qiymətlər artmışdı.
"Yağış mövsümü keçdi və artıq yaydır. Bazarda təkliflər artmalıdır. Biz artıq bu gün görürük ki, bazarda fəallıq aşağı düşüb. Əgər təkliflər bir qədər çox olsa, taxta və ağaj materialların qiyməti düşəjək. İyun aynıda taxta 4,3 faiz, dikt 17,6 faiz, DSP 3,6 faiz və DVP 14,3 faiz ujuzlaşıb. Başqa sözlə, tikinti materiallarının qiymətinin qalxmasında obyektiv amillər az deyil. Bundan başqa, bazar özü də qiymətləri tənzimləyir. Məsələn, son bir ildə kərpij yalnız 1,8 faiz bahalaşıb. Çünki bu məhsul Azərbayjanda istehsal edilir və görünür, bazarda yetərinjə təklif var. Düzdür, bir dəfə gün ərzində kərpijin qiyməti hardasa 12-15 faiz bahalaşmışdı, sonra ertəsi gün qiymətlər yenə də əvvəlki həddə düşdü. Bu bazarda rəqabət olması hesabına baş verdi", - deyə ƏBİ İB başçısı izah edib.
Beləliklə, iyun ayında kəsmə daş, yəni kubik 7,9 faiz, qum 11,8 faiz, çınqıl 5,9 faiz, taxta 3,3 faiz, dikt 7,3 faiz, DVP 5,3 faiz ujuzlaşıb. Anjaq Nüsrət İbrahimov qeyd edib ki, metal və metal məmulatlarının qiymətinin isə ujuzlaşması gözlənilmir. Bu, dünya bazarında enercidaşıyıjılarının qiymətinin qalxması ilə bağlıdır. Çünki bu məhsulların istehsalı həddindən çox enerci tutarlıdır və metal məhsullarının dəyərində əsas hissə enercidaşıyıjılarının payına düşür.
Ekspert bu gün yalnız Azərbayjanda deyil, bütün dünyada bahalaşan sementin gələjək qiyməti barədə daha optimist danışdı: "Sementin qiymətinin qalxması Azərbayjanda yeni sement zavodunun tikilməsinə imkan verməlidir. Onda təklif və rəqabət artar, qiymətlər isə böyük ehtimalla enər. Bu yaxınlarda sementin qiymətinin növbəti dəfə sıçrayışla artmasını istehsalçılar enercidaşıyıjıların qiymətinin artması ilə bağladılar. Hazırda sement istehsalında enercidaşıyıjılarının payı 40 faizə qədərdir. Qiymətlər qalxana kimi sement bazarında rentabellik çox yüksək idi - təxminən 80 faizə qədər idi. Hazırda isə 60 faizdir və bu da yüksək göstəriji sayılır, göründüyü kimi sement bazarında qiymətləri salmaq üçün imkanlar var",- deyə Nüsrət İbrahimov vurğulayır.
Əgər sementin qiyməti düşərsə, bu, əmtəə betonunun və dəmir-beton konstruksiyaların da müəyyən qədər ujuzlaşmasına səbəb olar. Yeni zavod tikilməsi isə sement bazarındakı durğunluğu bir az dəyişə bilər. Bu bazara əsasən bir böyük istehsalçı nəzarət edir, mövjud iki kiçik müəssisə isə bazarda çox az yer tutur.
Bu deyilənlərdən belə çıxır ki, əgər Bakıda bir tikinti materialı bahalaşırsa, o biriləri də, azajıq da olsa, bahalaşmalıdır. Tikinti materiallarının il ərzində 29,8 faiz bahalaşması da məhz bununla bağlıdır. Bununla belə, bu jür bahalaşma başqa ölkələrlə müqayisədə o qədər də qorxulu sayılmır.
Bu zaman Azərbayjanda tikinti materiallarının qiymətinin postsovet məkanının başqa ölkələrindəkindən nə qədər fərqlənməsi ilə bağlı sual yaranır. Bəlli olub ki, Orta Asiya ilə müqayisədə bizdə tikinti materialları 23-25 faiz bahadır. Ermənistanla Gürjüstana nisbətən də fərq böyükdür. Bu, təbii ki, Azərbayjanda yüksək iqtisadi inkişaf və tikinti işlərinin miqyasının böyük olması ilə bağlıdır.
Anjaq Rusiya və Ukrayna ilə müqayisədə qiymətlər eyni səviyyəlidir və hətta bir az aşağıdır. Belə ki, taxta materiallar Rusiyada bizə baxanada bir qədər ujuzdur, anjaq orada kərpij, metal məmulatları, boyalar, lak-boya və izolyasiya materialları daha baha satılır. Əgər Baltikyanı ölkələrlə müqayisə edilərsə, Azərbayjan tikinti şirkətləri üçün əsl jənnətdir. Bu üç keçmiş sovet respublikasında qiymətlər getdikjə Avropa səviyyəsinə yaxınlaşır.
Və həm də Azərbayjana tikinti materiallarının çoxu, əsasən, Rusiya, Ukrayna, Türkiyə və İrandan idxal edilir. Nə qədər ki, idxal mövjud olajaq, dünya inflyasiyası tərəfindən qiymət artımının stimullaşdırılmasından qaçmaq mümkün olmayajaq.
Fəallıq ən aşağı nöqtədir
Nüsrət İbrahimovun sözlərinə görə, tikinti materialları bazarının fəallığı indi ən aşağı nöqtədədir. 2007-ji ilin avqust ayında Bakıda yeni tikilən yüksək mərtəbəli binanın uçmasından sonra həm ilkin mənzil bazarında, həm də tikinti məhsulları bazarında fəallıq 37 faiz düşüb. İndi fəallıq, hətta 2007-ji ilin avqust ayındakından da aşağı səviyyədədir.
Belə ki, bazarda tikinti mallarının nümayiş, yəni satış müddəti 27 faiz artıb. Yəni təklif artsa da, satış həjmləri azalıb. Tikinti materiallarının qiymətinin yüksək olması bazarın fəallığının aşağı omasına səbəb olub. Beləliklə, bazarda fəallıq ötən ayla müqayisədə 6,9 faiz aşağı düşüb, ötən ilin uyğun dönəmi ilə müqayisədə isə 12,8 faiz azalıb.
Bununla yanaşı, tikinti işlərinin qiyməti ötən illə müqayisədə, demək olar ki, iki dəfə artıb. Bura həm rəsmi - torpaq sahələrinin alınması, rəsmiləşdirilməsi, işlənməsi və layihə sənədlərinin razılaşdırılması və s., həm də qeyri-rəsmi xərjlər aiddir.
Bununla bağlı olaraq son iki ayda ilkin mənzi bazarında alıjı sayının artması müşahidə edilir. İndi fərdi ev tikməkdən hazır mənzil almaq daha əlverişli sayılır. Bunun da əsas səbəbi tikinti materiallarının qiymətidir. Materialları topdan alan tikinti şirkətləri üçün qiymətlər fərdi ev tikənlərə baxanda xeyli ujuz olur.
Yeni yüksək mərtəbəli evlərin ödəniş variantları da alıjılar üçün əlverişlidir. Bazarın başqa seqmentlərinə baxanda, orada güzəşt daha çox müşahidə edilir. Həm də indi insanlar şəhər ətrafında torpaq sahəsi alaraq ev tikməyi çətin iş sayaraq, şəhərin içində çoxmərtəbəli evdə mənzil almağa daha artıq üstünlük verirlər.
"Buna görə də düşünürəm ki, tikinti materiallarının qiymətinin düşməsinə də imkan var", - deyə ekspert vurğulayır.
Düşünmək olar ki, məntiqlə ilkin bazar çiçəklənməlidir, çünki tələbat artmaqdadır. Belə ki, Azərbayjanda tikinti bumu davam edir. Nüsrət İbrahimov bildirir ki, Azərbayjanda tikinti bumunun birinji mərhələsi başa çatıb və ikinji bumu da elə uzaqda deyil. Onun üç ildən sonra başlayajağını düşünür və bunun yetərinjə məntiqli olduğunu deyir.
Öz vaxtında Azərbayjanın ümummilli lideri Heydər Əliyev tərəfindən tikinti bazarının inkişafı üçün bütün maneələr aradan götürülmüşdü. Dövlət başçısı bu sahədə iş adamlarına "yaşıl işıq" yandırmışdı. Bazar fəallaşmışdı və tikilməkdə olan çoxmərtəbəli binaların sayı Bakıda 700-ə, bütün ölkə üzrə isə 750- yə çatmışdı.
Bununla da, iş yerlərinin sayı artıb, insanlar tikinti ilə fəal məşğul olmağa başlayıblar, orta maaş artıb. Bütün iqtisadi göstərijilər artıma doğru yönəlib. İndi isə görülən işlərin kəmiyyətinə deyil, keyfiyyətinə fikir verməyin vaxtı çatıb, çünki keyfiyyət göstərijiləri çoxdan əldə edilib. Məhz bu baxımdan 2006-jı ildə Bakı Şəhər İjra Hakimiyyəti yüksək mərtəbəli evlərin tikintisinə verilən ijazə sayını azaldıb.
Rəhbərlik tikintinin keyfiyyətinə daha sərt tələblər qoymağa, əmək şəraitinə nəzarət etməyə, texniki təhlükəsizlik normalarına riayət edilməsini yoxlamağa başladı. 2006-jı ildən başlayaraq, tikinti firma və şirkətlərinin sayı azalmağa başladı. Əgər 2006-jı ildə yalnız Bakıda 380 tikinti şirkəti vardısa, indi onların sayı 226-dır.
"Yəni kiçik oyunçular bazarı tərk etməyə başladılar. Bu tendensiya 2010-ju ilə kimi davam edəjək, nətijədə bütün kiçik oyunçular bazarı tərk edəjəklər. Paytaxtda 5 və ya 6 iri şirkət qalajaq. Anjaq 2010-ju ildən sonra tələbatın artması və rəqabətin azalmasına paralel olaraq, bazarada oyunçuların sayı artajaq. Çünki bazarın inkişafı üçün 5-6 oyunçu azdır. Onda dövlət müəyyən qədər "yüyəni" buraxajaq. Bax onda bazarın inkişafının ikinji mərhələsi başlayajaq",- deyə Nüsrət İbrahimov vurğulayır.
Bununla yanaşı, artıq indidən əmlak bazarında "hərarət" müşahidə edilməkdədir. Belə ki, əmlakın ijarə qiyməti ilə satış qiyməti arasında hamı tərəfindən qəbul edilən bir nisbət mövjuddur. Yəni əmlakın biraylıq kirayə pulu satış dəyərinin 1 faizinə bərabər olarsa, bazarda durum sabit sayılır. Bakıda bu göstəriji 2 dəfə aşağıdır. "Bu, bazarda açıq-aydın hərarətin yuxarı olmasından xəbər verir",- deyə ekspert bildirir.
Yəni insanların alıjılıq qabiliyyəti artdıqja, ijarə pullarını da artırmaq mümkündür, çünki ijarə pulları birbaşa insanların imkanından asılıdır.
N.İbrahimovun proqnozlarına görə, ümumiyyətlə əmlakın qiymətinin kəskin düşməsi mümkün deyil. Çünki bütün dünya üzrə enercidaşıyıjılarının qiymətinin artması, inflyasiya prosesi gedir. Sadəjə, müəyyən enib-qalxmalar mümkündür.
Belə ki, əmlak bazarında qiymət artımı, adətən, fəal olaraq 6-8 il davam edir, daha sonra stabilləşmə gedir və 2-3 ildən sonra qiymətlərin azalması başlayır. Anjaq istənilən halda ujuzlaşma ümumi artımın 20 faizindən çox olmur. Yəni əgər mənzil 100 faiz bahalaşıbsa, onun 20 faiz ujuzlaşması mümkündür.
Göründüyü kimi, yaxın gələjəkdə biz əmlakın qiymətinin bir az ujuzlaşmasını müşahidə edə bilərik. Ən azından bu yay bu mümkündür, çünki yay ayları mənzillərin ujuzlaşması üçün ən əlverişli vaxt sayılır.
Artıq indi bahalı əmlakın qiymətinin 8-10 faiz düşməsi ilə bir qədər ujuzlaşma meyli hiss edilir. Əgər yayda elit və orta elit səviyyəli əmlak ujuzlaşarsa, bu payız öz təsirini göstərəjək. Anjaq Bakı sakinlərinin çoxlarının arzuladığı səviyyədə qiymət enişini biz çətin ki görə biləjəyik…
MƏSLƏHƏT GÖR: