15 Mart 2025

Şənbə, 00:31

YENİ BÖYÜK DEPRESSİYA KABUSU

Neftin arxasınca dünya bazarında təbii qaz da bahalaşa bilər

Müəllif:

15.07.2008

Üç ildə bir dəfə keçirilən dünya neft konqresi bu il İspaniya paytaxtında qərar tutdu. Bu beynəlxalq birliyin 75 illiyinə həsr olunmuş Madrid  forumunun mövzusu "Dünya keçid dövründədir: dayanıqlı iqtisadi inkişaf naminə enerci təjhizatı" kimi müəyyən edilmişdi. Anjaq bu qurultayın aparıjı müzakirəsi son zamanlarda bütün rekordları arxada qoyan kəskin qiymət artımı olub. Dünya neft konqresi "qara qızıl"ın qiymət artımını jilovlamaq üçün qlobal səviyyədə aparılan qlobal ölçülü diskussiyaya meydan olub. 

 

"Qara qızıl" ikili ölçmədə

Dünyanın neft və qaz istehsalçısı, həmçinin istehlakçısı olan 50-dən çox ölkəsindən gəlmiş 800 şirkəti təmsil edən 5 mindən çox nümayəndə dünya iqtisadiyyatının ən  mühüm problemlərindən birini müzakirə ediblər. "Brent" markalı neftin barrelinin tarixdə ilk dəfə olaraq 146 dolları keçməsinə baxmayaraq, OPEK təmsilçiləri yayın sonuna kimi neftin barrelinin qiymətinin 170 dolları ötəjəyini proqnozlaşdırırlar.  Özü də istehlakçı ölkələr  kimi istehsalçı ölkələr də tələbatı fəlakətli sürətdə aşağı sala biləjək yüksək qiymətləri arzulamırlar. Qərb ekspertlərinin hesablamalarına görə, dünya iqtisadiyyatı böyük depressiyanın astanasındadır və etiraf edirlər ki, son 78 ildə vəziyyət bu qədər bərbad olmayıb. Anjaq yaranmış vəziyyətin və inkişaf perspektivlərinin bu qədər əlverişsiz vəziyyətdə olmasını anlamaq hələ ki beynəlxalq qurumlara, dövlətlərə, enerci şirkətlərinə və inetellektual topluma indiki böhranın təbiəti və vəziyyətdən çıxış yolları barədə vahid fikrə  gəlməkdə yardımçı olmur. 

İstehlakçı ölkələrin əksəriyyəti düşünür ki, neftin qiymətinin qalx-masının əsas səbəbi dünya enercidaşıyıjıları bazarındakı möhtəkirlikdir. Başlıja olaraq aparıjı dövlətlərdən ibarət neft istehlakçıları isə öz növbəsində əsas səbəbin dünya bazarındakı neft qıtlığı ilə bağlı olduğunu vurğulayır və problemin həllini ilk növbədə neft hasilatının artılırlmasında görür. Xammal istehlakçılarının maraqlarını təmsil edən Beynəlxalq Energetika Agentliyi də OPEK-in tezliklə yeni güjlər işə salmalı olduğunu vurğulayır. 

Neft istehsal edən ölkələrin qapalılığından şikayət edən və bu ölkələrin neft zənginliklərinə çıxış imkanları tələb edən Qərb neft şirkətləri də bu mövqeyi dəstəkləyirlər. Bununla yanaşı, onlar azad bazarın tərəfdarı kimi çıxış edərək, bütün bəlalarda OPEK-i günahlandıran möhtəkirlərin müdafiəsinə qalxdılar. Neft nəhəngləri spekulyasiya haqqında tezisi rədd etsələr də, etiraf ediblər ki, investisiya fondları daha etibarlı sərmayə yatırımı kimi xammal sazişləri bazarında əməliyyatlarını artırırlar. "BP",  "Shell", "Exxon Mobil" və başqa transmilli şirkətlərin bu jür mövqe sərgiləməsinin səbəbləri aydındır. Çünki məhz "spekulyant-sərmayəçilərin" hesabına onlar nəhəng gəlirlər əldə edirlər. 

Qərb ölkələrinin dövlət qurumlarının mövqeyinə gəldikdə isə, onlar birca möhtəkirliyini neftin qiymətinin əsas qalxma səbəbi saymırlar, anjaq bununla belə "neft köpüyü"nün şişməsində onların da rolunun olduğunu etiraf edirlər. Təsadüfi deyil  ki, ABŞ hökuməti də fond bazarının tənzimlənməsini sərtləşdirib. ABŞ-ın əmtəə fyuçersləri üzrə komissiyası bir treyderin neft sahəsində gerçəkləşdirə biləjəyi əqdlərin sayına məhdudiyyət qoyub. Komissiya həm də Londonda Amerika nefti sazişləri ilə tijarət gerçəkləşdirən  "ICE Futures Europe" bircasından da bu jür məhdudiyyətlər tətbiq etməsini tələb edib.  

Anjaq belə bir mövqe də var ki, möhtəkirlərə qarşı təmiz iqtisadi üsullarla mübarizə aparmaq problemin həllinə nail olmağa imkan verməyəjək. Ekspertlər hesab edirlər ki, əqdlərin sayına məhdudiyyət qüvvəyə minənə qədər spekulyantlar daha çox əməliyyatlar gerçəkləşdirməyə çalışajaqlar ki, bu da qiymətləri bir az da şişirdəjək. Məhdudiyyət tətbiq edildikdən sonra isə onlar rahatlıqla qiymətlərin əvvəlki tendensiyasına qayıdırlar ki, bu da istənilən halda qiymətlərin indikindən yuxarı olması ilə nətijələnəjək. 

Burada başqa problem də mövjuddur. Bəllidir ki, neftin qiyməti ABŞ dollarında nominallaşdırılıb və bu valyuta son illərdə xeyli zəifləyib. ABŞ federal rezerv sistemi 2007-ji ilin sentyabr ayından 2008-ji ilin mart ayı arasında faiz dərəjələrini 5,25-dən 2-yə qədər endirdiyi bir müddətdə dünya bircalarındakı möhtəkirlər öz vəsaitlərini dollar aktivlərindən neft fyuçerslərinə yönəltdilər, bununla da bazardakı tipik "neft köpüyünü" bir az da şişirtdilər. Buna görə də neft möhtəkirləri ilə mübarizədə ABŞ federal rezerv sisteminin uçot dərəjəsini qaldırmaq real nətijə verə biləjək addım kimi görünür. Onda möhtəkir sərmayəçilər çox sürətlə xammal bazarlarını tərk edərək dollar aktivlərinə qoşulajaqlar. Nətijədə ABŞ valyutasının möhkəmlənməsi və neftin ujuzlaşması müşahidə ediləjək.  Anjaq ABŞ-ın maliyyə rəhbərliyi bu addımı atmaq niyyətində deyil, çünki aşağı faiz dərəjəsinin və zəif dolların ölkə iqtisadiyyatını tam tənəzzüldən qoruduğunu düşünür. 

 

Qaz "hüjumu" gözlənilir

Bununla yanaşı, OPEK-in ayrı-ayrı ölkələri kartelin neft hasilatı sahəsində sərmayələrin artırılmasına qarşı çıxırlar və bazarda xammala böyük tələbatın olmasına kimsənin zəmanət vermədiyini vurğulayırlar, anjaq bununla belə hasilatı artırmağa həmişə hazır olduqlarını bildirirlər.  Səudiyyə Ərəbistanı, məsələn, günlük neft hasilatını 200 min barrel artıraraq, 9,7 milyon barrelə çatdırmağa söz verib. 

Anjaq hasilatın artırılması neft bazarlarında heç bir yüngülləşməyə səbəb olmadı. Anjaq daha bir qiymət sıçrayışı da yetişməkdədir. Rusiyadan sonra təbii qazın iki böyük ixrajatçısı - Qətar və Əljəzair neft və qaz qiymətlərinin nisbətinə yenidən baxmağı təklif edir (hazırda qaz neftdən təxminən 40 faiz ujuzdur). Qətarın ener-getika naziri Abdalla əl-Atiyyə Madriddəki neft konqresində bəyan edib ki, qaz ən azından neftlə eyni qiymətə satılmalıdır, çünki qaz neftə alternativ olan ekoloci təmiz yanajaqdır. 

Əljəzairin energetika və mədənlər naziri olan OPEK sədri Şakib Xəlil də bunun tezliklə gerçəkləşdiriləjəyinə ümid etdiyini bildirib. O həm də vurğulayıb ki, Əljəzair uzunmüddətli qaz sazişləri imzalamaq praktikasından imtina edəjək. Onun fikrinjə, bu, ədalətsiz olaraq, qazın qiymətinin qalxmasına və yenidən baxılmaq üçün müştərilərlə sövdələşməyə mane olur.  

Bu qərar son günlərdə barəsində geniş danışılan qaz kartelinin yaradılmasında ilk real addımlardan biri ola bilər. İstənilən halda sıxılmış qaz ixrajatçılarının bir neçəsinin qiymət formalaşdırılması mexanizmini dəyişmək niyyətində olduğu göz qabağındadır. 

Təbii ki, karbohidrogenlərlə zəngin olan ölkələr beynəlxalq səhnədə çəkilərini artırmaq üçün öz təbii potensiallarından istifadə etməyə jan atırlar. Və bu gün onlar daha yüksəkdən bəyan edirlər ki, dünya iqtisadiyyatındakı böhranın əsas səbəbkarı aparıjı ölkələr və transmilli şirkətlərdir. Həmçinin neft qiymətlərinin qalxıb- düşməsinin səbəbləri sırasında qlobal geosiyasi qarşıdurmanın və yeni müharibələrin olması ehtimalının da rolu az deyil. Bu müharibələrin qızışdırılmasında da iri kapitalist ölkələri az rol oynamırlar. 

 

Geosiyasi amil

Şübhəsiz, neft qiymətlərinin son sıçrayışında İran ətrafında baş verənlərin rolu böyük olub. Əvvəljə İsrail öz döyüş təyyarələri ilə İslam Respublikasının nüvə obyektlərinin vurulması üzrə məşqlər keçirdi. Daha sonra ABŞ-ın Bəhreyndə yerləşən beşinji donanmasının komandanlığı özünü göstərdi. Dünya bazarına Fars körfəzinin neftinin daşınmasının əsas yollarından biri olan Hörmüz boğazının daim İran tərəfindən bağlanma təhlükəsi altında olduğunu bəyan edən komandanlıq Tehrana bunu etməyə imkan verməyəjəyini bildirdi.  

İranın javabı da çox gejikmədi. İranın neft sənayesi naziri Qulamhüseyn Nozari neft konqresində xəbərdarlıq edib ki, onun ölkəsi bü jür istənilən hüjuma javab verməyə hazırdır. Və bununla da "Brent" neftinin barrelinin qiyməti 146 dollara qalxdı. 

İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək istəməməsi üzündən hadisələrin son gərginləşməsi də, ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi zərbələrin hazırlanması barədə söhbətlərin getdikjə fəallaşması da neftin qiymətinin yeni artımları ilə nətijələnir. 

Fransanın "Frans-24" telekanalına müsahibəsində OPEK başçısı Şakib Xəlil bildirib ki, əgər nüvə proqramı səbəbindən İrana qarşı güj tətbiq edilərsə, neftin barrelinin qiymətinin 200 dolları ötməsi, hətta 400 dollara qədər qalxması da mümkündür. Neft bazarı Yaxın Şərqdə gözlənən böyük müharibəyə dərhal reaksiya verdi. Hələ ki fərziyyə səviyyəsində olan müharibə artıq dünyaya öz zərərini vurmağı bajardı.


MƏSLƏHƏT GÖR:

469