25 Dekabr 2024

Çərşənbə, 07:02

"ŞƏRQ MUSİQİSİNİN PEYĞƏMBƏRİ"

Şuşanın poetik ruhunu özündə təcəssüm etdirən əfsanəvi xanəndə Cabbar Qaryağdıoğlu, ömrünün sonuna qədər bu ruha sadiq qaldı

Müəllif:

19.05.2015

Haq­qın­da­kı xa­t­i­rə­lər­dən, lent ya­zı­la­rı­nın yad­da­şın­da qa­lan ifa­la­rın­dan baş­qa xa­nən­də Cab­bar Qaryağdı­oğlu­nu bir də onun da­nış­dıq­la­rın­dan ta­nıyır­dıq. Xa­nən­də­nin son­be­şik öv­la­dıy­dı Şəh­la xa­nım. Nur­lu qa­dın idi, ata­sın­dan da­nış­dıqca si­ma­sı da­ha da işıq­la­nır­dı. O da ata­sı­na ha­mı ki­mi Cab­bar əmi dey­ir­di. Şəh­la xa­nım­dan eşit­dim ki, öv­lad­la­rı Cab­bar Qaryağdı­oğlu­nu be­lə çağı­rır­mış­lar.

Həy­at­da çox dər­d­lə­rin sı­nağın­dan ke­ç­miş­di. O, uşaq ikən gənc ana­sı dünya­dan köçmüşdü. So­nra­lar həy­at yol­da­şı­nın - şa­ir Əli­ağa Kürçay­lı­nın, na­kam öv­la­dı­nın, bacı-qar­daş­la­rı­nın it­ki­lə­ri­ni ya­şa­mış­dı. Bu vaxtsız ölümlə­rin ağrı­la­rı göz­lə­ri­nə ho­pub, si­fə­tin­də ci­zg­i­lən­miş­di. Am­ma elə ki, ata­sın­dan söz düşürdü ba­laca, na­zlı uşağa dönürdü Şəh­la xa­nım. Bəl­kə, ara­la­rın­da­kı yaş fər­qi­nə gö­rəy­di. Şəh­la xa­nım 1928-ci il­də (Şəh­la xa­nım dey­ir­di ki, əs­lin­də, sə­nəd­lər­də tə­vəllüdü 1930-cu il əvə­zi­nə, Cab­bar əmi­nin is­təyi ilə iki il qa­bağa ya­zı­lıb), Cab­bar Qaryağdı­oğlu isə 1861-ci il­də dünyaya gəl­miş­di. Da­nı­şır­dı ki, ata­sı onu kör­pə ikən Şu­şaya apa­rıb, İsa bu­lağı­nın suy­u­na sa­lıb, fə­rəh­lə: "İn­di bu da ol­du şu­şa­lı" dey­ib. Cab­bar Qaryağdı­oğlu bu qə­dər se­vir­di doğma Şu­şa­sı­nı...

 

Şu­şa­nın Məcnu­nu

Cab­bar Qaryağdı­oğlu doğu­lan­da dünya­nın ya­zıy­dı. Elə Şu­şa da al­lı-güllü, çal-çağır­lı çağla­rın­day­dı. Cab­bar Qaryağdı­oğlu­nun ata evi şə­hə­rin Sey­id­li mə­həl­lə­sin­də, Cı­dır düzünün ya­xın­lığın­day­dı. Ata­sı Mə­şə­di İs­ma­yıl boy­aq­çıy­dı. İs­təy­ir­di oğlu Cab­bar da onun yo­luy­la get­sin. Cab­bar isə hə­lə uşaq­lığı­nı ya­şayır­dı. Həmya­şıd­la­rı ki­mi o da Şu­şa­da ecaz­kar mu­si­qi­lər, muğam­lar din­ləyə-din­ləyə böyü­yürdü. Ara­bir özü də sə­si­ni bu­laq­la­rın zümzümə­si­nə, bülbüllə­rin cəh-cə­hi­nə qo­şub, xalq mah­nı­la­rı, muğam­lar oxuy­ur­du.

On ya­şın­da Şu­şa­da­kı mu­si­qi mək­tə­bi­nə da­xil ol­du. İlk müəl­li­mi - şa­ir Mir­zə­li Zey­na­la­b­dın oğlu ədə­biyya­ta, Şərq muğam­la­rı­na də­rin­dən bə­lə­diy­di. Cab­ba­ra mu­si­qi el­mi­ni, fars di­li­ni öy­rə­dir, şe­i­rə, sə­nə­tə se­vgi ya­ra­dır­dı. Cab­bar­sa hə­lə uşaq vax­tla­rın­dan şe­ir ya­zır­dı.

Müəl­li­mi onu özü ilə toy­la­ra da apa­rar­dı. On üç ya­şın­da oxu­mağa baş­la­dı. On al­tı ya­şın­da ifa et­diyi "Şüştər", "Kürd-Şah­naz" muğam­la­rı ilə Şu­şa­da ta­nın­dı. Ar­tıq tez-tez məc­lis­lə­rə, el şən­lik­lə­ri­nə, toy­la­ra də­vət edi­lir­di.

Məş­hur tar­zən Sa­dıqcan­la ta­nış ol­du. Onun tək­li­fiy­lə Şu­şa­da məş­hur olan "Xan­də­mi­ro­vun te­atr sa­lo­nu"nda təş­kil edi­lən xey­riyyə gecə­sin­də çı­xış et­di. Cab­bar Qaryağdı­oğlu­nun oxu­duğu "Hey­ra­tı" muğa­mı yaş­lı xa­nən­də­lə­ri elə va­leh et­di ki, hə­min məcli­s­­də öz­lə­ri oxu­mayıb, bu is­te­dad­lı gən­ci din­lə­di­lər.

İy­ir­mi ya­şın­da ar­tıq pe­şə­kar xa­nən­dəy­di. Təkcə Qa­ra­bağda deyıl, Gəncə­də, Şa­ma­xı­da, Ba­kı­da və di­g­ər yer­lər­də onu ta­nıyır, məclis­lə­rə, toy şən­lik­lə­ri­nə çağı­rır­dı­lar. İra­na, Cə­nu­bi Qaf­qa­za, Or­ta Asiy­aya də­vət edir­di­lər.

1897-ci il­də Əbdürrə­him bəy Ha­q­­ver­diy­e­vin rəh­bər­liyi ilə "Məcnun Ley­li­nin qə­b­ri üstündə" mu­si­qi­li səh­nəciyi ha­zır­la­na­raq Şu­şa ta­ma­şa­çı­la­rı­na tə­q­dim olun­du. Oy­na­dığı Məcnun ro­luy­la Cab­bar Qaryağdı­oğlu­nun adı Azər­baycan ope­ra sə­nə­ti­nin ilk ifa­çı­la­rın­dan bi­ri ki­mi ta­ri­xə düşdü. Hə­min günkü səh­nəciy­in on üç yaş­lı ta­ma­şa­çı­sı, so­nra­lar Şər­q­də ilk ope­ra­nın müəl­li­fi olan Üzey­ir Hacı­bəy­li ya­zır­dı: "Ley­li və Məcnun" ope­ra­sı­nın ya­zı­lı­şı­na mən 1907-ci il­də baş­la­mağı­ma bax­may­a­raq, bu ope­ra­nın ya­ran­ma­sı fi­k­ri mən­də hə­lə 1897-1898-ci il­lər­də, 13 ya­şım­da ikən Şu­şa şə­hə­ri­nin mu­si­qi hə­və­s­kar­la­rı tə­rə­fin­dən ta­ma­şaya qoy­u­lan "Məcnun Ley­li­nin qə­b­ri üstündə" mu­si­qi­li faci­ə­si­ni gö­rər­kən oy­an­mış­dır".

1901-ci il­də Azər­baycan­da ilk Şərq kon­ser­ti Şu­şa­da təş­kil olun­du. Məş­hur sə­nət­kar­lar - Ke­çə­çi Mə­həm­məd, Mə­şə­di Da­daş, Cab­bar Qar­yağ­dı­oğlu, Qa­sım Ab­dul­lay­ev, tar­zən Sa­dıqcan, Mə­şə­di Zey­nal və baş­qa­la­rı ora­da iş­ti­rak edir­di­lər. Kon­sert­də Cab­bar Qaryağdı­oğlu ifa et­diyi mu­ğam­lar­la ta­ma­şa­çı­la­rı hey­ran qoy­du.

1911-ci il­də Ba­kı­da "Ni­ki­tin qar­daş­la­rı­nın te­a­t­rı"nda "Fər­had və Şi­rin" ope­ra­sı­nın ilk ta­ma­şa­sı ol­du. Ta­ma­şa­da­kı Fər­had ro­lu­nun ifa­çı­sı Cab­bar Qaryağdı­oğlu idi.

 

Əvə­zo­lun­maz xa­nən­də

Cab­bar Qaryağdı­oğlu həm də sə­si qrammofon va­lı­na ya­zı­lan ilk azər­baycan­lı xa­nən­də­dir. 1906-1912-ci il­lər­də "Qram­mo­fon", "Sport-re­kord" və "Ek­s­tro­fon" səhmdar cə­miyyət­lə­ri­nin də­və­ti ilə Kiy­ev, Mos­k­va və Var­şa­va şə­hər­lə­ri­nə get­di, ifa et­diyi muğam­lar qrammofon va­lı­na ya­zıl­dı.

Cab­bar Qaryağdı­oğlu Azər­baycan xalq mu­si­qi­si­ni, muğam­la­rı­nı incə­lik­lə­ri­nə qə­dər bi­lir­di. Elə bu­na gö­rə də onu "Azər­baycan xalq mu­si­qi­si­nin can­lı en­sik­lo­pe­diy­a­sı" ad­lan­dı­rır­dı­lar.

O, us­tad xa­nən­dəy­di. Muğam­la­rı, xalq mah­nı­la­rı­nı özünə­məx­sus tər­z­də ifa edir­di. Bülbül müəl­li­mi haq­qın­da dey­ir­di: "Azər­baycan mu­si­qi ta­ri­xin­də Cab­bar Qaryağdı­oğlu ki­mi "Hey­ra­tı", "Ma­hur", "Mən­su­riyyə" ifa edən çə­tin ta­pı­lar. Onun bu muğam­la­ra vur­duğu mi­sil­siz zə­ng­u­lə­lər mu­si­qi ir­si­mi­zə na­dir hə­diyyə­lər­dir". Cab­bar Qaryağdı­oğlu təkcə tar­zən Qur­ban Pi­ri­mo­vun müşay­i­ə­ti ilə 300-ə qə­dər mah­nı və təs­nif oxuy­ub. Bül­bül və bə­s­tə­kar Sə­id Rüstə­mov on­la­rı no­ta köçürürdü.

Cab­bar Qaryağdı­oğlu həm də şe­ir­lər ya­zır, mah­nı­lar bə­s­tə­ləy­ir­di. 30-dan çox mah­nı­sı Üzey­ir Hacı­bəy­li, Müslüm Ma­qo­may­ev tə­rə­fin­dən no­ta sa­lın­dı. Onun hər mah­nı­sı Cab­bar Qaryağdı­oğlu ömründən bir xa­ti­rə­dir. Məş­hur mah­nı­la­rın­dan bi­ri - "İrə­van­da xal qal­ma­dı" haq­qın­da da­nı­şır­lar ki, xa­nən­də bir də­fə İrə­van­da toy məc­li­sin­də qız ata­sı on­dan gə­li­ni tə­ri­f­ləy­ən bir mah­nı oxu­ma­sı­nı xa­hiş edib. Xa­nən­də elə ora­da "İrə­van­da xal qal­ma­dı" mah­nı­sı­nı oxuy­ub. So­n­ra­lar bu mah­nı dil­lər əz­bə­ri ol­du. Ancaq di­g­ər mah­nı­la­rı ki­mi "İrə­van­da xal qal­ma­dı" da uzun il­lər xalq mah­nı­sı adı ilə tə­q­dim edil­di.

Cab­bar Qaryağdı­oğlu Azər­baycan Döv­lət Kon­ser­va­to­riy­a­sı­nın ilk təş­ki­lat­çı­la­rın­dan idi. O, həm də kon­ser­va­to­riy­a­da xa­nən­də­lik fən­nin­dən dərs dey­ir­di. El­mi Ka­bi­ne­tə 220 mah­nı və təs­ni­fin həm mət­ni­ni, həm də mu­si­qi­si­ni təh­vil ver­miş­di. Dey­ir­lər ki, bir də­fə Üzey­ir bəy zəh­mə­t­haq­qı ola­raq 10 min ma­nat qo­no­rar ver­mək üçün onu Kon­ser­va­to­riy­aya çağı­rıb. Am­ma Cab­bar Qaryağdı­oğlu bu tək­lif­dən in­ci­y­ib. Üzey­ir bəy­in ya­nın­da olan Müs­lüm Ma­qo­may­ev­lə Bülbül də Cab­bar Qaryağdı­oğlu­nu ra­zı sa­la bil­məy­ib­lər. Şəh­la xa­nım da­nı­şır: "Cab­bar əmi dey­ib: "Mən o mah­nı­la­rı pul üçün oxu­ma­mı­şam". Qa­pı­nı açıb çıx­maq is­təy­ən­də ay­aq sax­layıb Üzey­ir bəyə bu mə­sə­lə ilə bağlı son söz­lə­ri­ni söy­ləy­ib: "Üzey­ir bəy, tə­vəq­qe edi­rəm, bir də mə­ni be­lə iş­lər­dən ötrü çağır­may­a­sı­nız".

 

Day­an­ma­dan 4 sa­at

Cab­bar Qaryağdı­oğlu həm də müəl­li­miy­di. Sey­id Şu­şin­ski, Bülbül, Zülfü Adı­g­ö­zə­lov, Ca­han Ta­lı­şin­skaya, Ya­vər Kə­lən­tər­li, Mütəl­lim Mütəl­li­mov onu qayğı­keş müəl­lim ki­mi min­nət­dar­lıq­la xa­tır­layır­dı­lar.

Şəh­la xa­nım da­nı­şır­dı: "Cab­bar əmi sə­si­ni qo­ruy­ur­du. Yay­da da pən­cə­rə­ni aç­mağa qoy­mur­du. Dey­ir­di: "Səs və gö­zəl­lik Al­lah ve­rg­i­si­dir. Gə­rək, on­la­rın qə­d­ri­ni bi­lə­sən. Sə­si­ni qo­­ru­ma­lı­san. Ye­məy­i­nə, yat­mağı­na fi­­kir ver­mə­li­sən. Xa­nən­də çox ye­mə­mə­li­dir". O, ye­tir­mə­lə­ri­nə də səs­lə­ri­ni qo­ru­mağı tö­v­siyə edir­di".

Cab­bar əmi dey­ər­miş: "Kim ki oxu­y­an­da qa­val çal­ma­dı, o, oxuy­an dey­il". 1913-cü il­də Ba­kı milyon­çu­su Şəm­si Əsə­dul­lay­e­vin qı­zı­nın toy­u­na Ti­f­li­s­dən də­vət olu­nan iy­ir­mi dörd yaş­lı Sey­id Şu­şin­ski elə gö­zəl oxu­y­ub ki, Cab­bar Qaryağdı­oğlu öz məş­hur, qiy­mət­li qa­va­lı­nı ona bağış­lay­a­raq ağlayıb.

Cab­bar Qaryağdı­oğlu bir muğa­mı 2-3 sa­at, böyük məclis­lər­də hət­ta 4 sa­at oxuy­ur­dı. O, Müslüm Ma­qo­ma­y­ev adı­na Azər­baycan Döv­lət Fi­lar­mo­niy­a­sın­da, ra­dio­da so­list ki­mi də ça­lı­şır­dı. Həm kon­ser­t­lər­də, həm də toy­lar­da, şən­lik­lər­də iş­ti­rak edən xa­nən­də dövrünün ən şöh­rət­li sə­nət­kar­la­rın­dan bi­riy­di. Dö­nə-dö­nə də­vət edil­diyi İran şah­la­rı­nın, Türkiyə sul­tan­la­rı­nın məclis­lə­rin­də də din­ləy­ici­lə­ri­ni sə­siy­lə, ifa­sıy­la hey­ran edir­di.

Ba­kı­da Ye­se­nin və Şalya­pin­lə gö­rüşən sə­nət­ka­rın sə­si on­la­rı da hey­­rə­tə sal­dı. Ye­se­nin Cab­bar Qar­yağ­dı­oğlu­nu "Şərq mu­si­qi­si­nin pey­ğəm­­bə­ri" ad­lan­dır­dı.

1934-cü il­də Ti­f­li­s­də ke­çi­ri­lən incə­sə­nət olim­pi­a­da­sın­da çı­xış edən 74 yaş­lı Cab­bar Qaryağdı­oğlu bi­rinci müka­fa­ta lay­iq görüldü. 1935-ci il­də "Xalq ar­ti­s­ti" fə­x­ri adı­nı da al­dı.

1938-ci il­də Mos­k­va­da Azər­baycan ədə­biyya­tı və incə­sə­nə­ti de­ka­da­sı ke­çi­ri­lən­də Cab­bar Qaryağdı­oğlu ora­da iş­ti­rak et­məy­ib. Sta­lin nümay­ən­də hey­ə­tin­dən so­ru­şub: "Ha­nı Qaf­qa­zın qoca qar­ta­lı?"

...Ba­kıya qırx ya­şın­dan so­nra gəl­miş­di. O vax­ta­dək hə­lə ev­lən­mə­miş­di. İçə­ri­şə­hər­də iki­mər­tə­bə­li ev ki­ray­ə­ləy­ib. Adə­ti üzrə tez­dən du­rub pəncə­rə­dən həy­ə­tə ba­xan­da bir qı­zın həy­ət­də­ki ağacla­ra su ver­diy­i­ni gö­rüb. Qı­zın üzünü gör­mək üçün pən­cə­rə­nin qar­şı­sın­da­kı qı­zı­lgül ko­lun­dan bir gül də­rib ye­rə at­dı. Qız yu­xa­rı bax­dı. Xa­nən­də­nin qız­dan çox xo­şu gəl­di. So­nra­dan bi­lib ki, o ki­rayə qal­dığı ev sa­hi­bi­nin qı­zı­dır. Şəh­la xa­nım dey­ir­di ki, Cab­bar əmi hə­min qı­za - Sə­li­məyə el­çi gön­də­rib. El­çi­lər ca­vab gə­ti­rib­lər ki, va­li­deyn­lə­ri ev­siz oğla­na qız ver­mək is­tə­mir­lər. Cab­bar Qaryağdı­oğlu isə xə­bər gön­də­rib ki, o qı­zı mə­nə ver­sə­lər də, ver­mə­sə­lər də, mə­nim evim on­suz da olacaq. El­çi­lə­ri bu də­fə şad xə­bər­lə qayı­dıb­lar. Cab­bar əmi ikimər­tə­bə­li ev tik­di­rib, Sə­li­mə xa­nım­la ev­lə­nib. On­la­rın sək­kiz öv­la­dı - iki oğul­la­rı, al­tı qız­la­rı ol­du.

Ev­lə­nən­də Cab­bar əmi­nin qırx beş, Sə­li­mə xa­nı­mın isə on beş ya­şı var idi. Şəh­la xa­nım xa­tır­layır­dı ki, Cab­bar əmi ev­də ol­duqca mülay­im, qayğı­keş imiş. Ai­lə­nin xoş günlə­ri Sə­li­mə xa­nı­mın gənc ya­şın­da xə­s­tə­lən­mə­si, və­fat et­mə­siy­lə bi­tib. Bu ay­­rı­lıq Cab­bar əmi­ni sar­sı­dıb. Am­ma ye­nə öv­lad­la­rı­na, xüsu­si­lə də on­dan hey ana­sı­nın nə za­man ge­ri dö­nəcəy­i­­ni xə­bər alan ki­çik qı­zı Şəh­la xa­nı­ma gö­rə dözüb.

İkinci Dünya müha­ri­bə­si il­lə­rin­də Cab­bar Qaryağdı­oğlu­nun oğlu, so­nra isə qı­zı müha­ri­bəyə ge­dib. Şəh­la xa­nım xa­tır­layır­dı: "Bacım müha­ri­bəyə ge­dən­də ta­nış-bi­liş­lər ata­mı qı­nayır­dı­lar ki, qız uşağı­nı da müha­ri­bəyə yol­­lay­ar­lar? Cab­bar əmi on­la­ra dey­ir­di ki, ha­mı necə, mən də elə. Ona üz tu­tan­la­rın prob­lem­lə­ri­ni həll et­mək üçün əlin­dən gə­lə­ni əsi­rg­ə­məy­ən şöh­rət­li sə­nət­kar özü üçün, öv­lad­la­rı üçün heç za­man kim­səyə ağız aç­mayıb. Ömrünün son­la­rın­da ba­la­la­rı­na dey­ib: "Ha­mı­mız öləcəy­ik, in­san bu gün var, sa­bah yox­dur. Si­zə bir nə­si­hə­tim var, nə­ba­də mən ölən­dən so­nra mən­dən ötrü bir döv­lət qa­pı­sı­na xa­hi­şə ge­də­si­niz. Əg­ər mən xal­qıma, millətimə bir şey eləmişəmsə, onlar məni də gəlib tapacaq, sizi də".

Cab­bar Qaryağdı­oğlu 1944-cü ilin 20 ap­re­lin­də 84 ya­şın­da və­fat et­di. O, 70 il Azər­baycan mu­si­qi sə­nə­ti­nə xid­­mət gö­s­tə­rib. Sə­sin­də­ki mə­la­hət heç za­man dəy­iş­məy­ib. Gəncliy­in­də necə oxu­muş­du­sa, ahıl vax­tla­rın­da da elə mə­la­hət­lə və şöv­qlə muğam­la­rı­mı­zı, xalq mah­nı­la­rı­mı­zı ifa edib.



MƏSLƏHƏT GÖR:

781