16 Mart 2025

Bazar, 00:01

NƏ YAZIQ Kİ ONU GÜLLƏLƏDİLƏR

Azərbaycan öz böyük şairi mikayıl müşfiqin yüzilliyini qeyd edir

Müəllif:

01.07.2008

Mikayıl Müşfiq haqqında yazmaq çətindir, dahi adamlar haqqında yazmaq həmişə çətin olub. Özü də söhbət həyatı həddindən erkən və həddindən fajiəli kəsilmiş insandan gedir. Mikayıl Müşfiq Azərbayjanın ən görkəmli nümayəndələrindən biri idi. Və təəssüf ki, o? millətin elə dühalarından idi ki, nəyin bahasına olur-olsun məhv edilməsinə qərar verilmişdi. Ona tuşlanan silah qanlı Stalin siyasətinə məxsus idi. Anjaq bu tip insanlar bir ulduz kimi yalnız öz yollarını deyil, həm də başqalarının yollarını işıqlandırırlar; özü də çox tez yanıb külə dönürlər. 

Biz indi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) yüzilliyini qeyd edirik. Tanınmış Azərbayjan şairi  5 iyun 1908-ji ildə doğulub. Ədəbiyyata 18 yaşında gəlib və çox tezliklə hamı tərəfindən qəbul olunub. Onillik yaradıjılığı ərzində Müşfiq on kitabın müəllifi olub. Pantürkizmdə və millətçilikdə günahlandırılaraq həbs edilməzdən önjə - 1937-ji ildə o, 11-ji kitabını çapa hazırlayıbmış. Anjaq həmin kitabının çapını görmək ona nəsib olmayıb. Mikayıl Müşfiq siyasətdən nə qədər uzaq olsa da,  12 mart 1938-ji ildə onu güllələyiblər. 

 

 "Yenə o bağ olaydı..."

 

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızja fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim,

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham...

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən injəmi?

Söylə ürəyinjəmi?  

 

Bu sətirlər Müşfiqin çox məşhur bir şeirindəndir. Müşfiqin şeirlərini, hətta yüzdən artıq müəllifin şeirləri arasında səhv etmədən seçmək mümkündür. Burada hər bir sətir, hər bir vurğu, hər bir ifadə Müşfiqə və yalnız Müşfiqə məxsusdur. Müşfiqin yaradıjılığı ilə məşğul olanlar deyirlər ki, onun poeziyasına valeh olmamaq qeyri-mümkündür. Kim bir dəfə onun şeirlərini oxuyursa, sonradan onları dəfələrlə yenidən oxumağa  davam edir, çünki Müşfiqin yaradıjılığı insanın qanına və janına hopur",- deyə Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri namizədi Səfurə Quliyeva bildirir. 

"Mikayıl Müşfiq oricinal poetik dünyanın, böyük temperamentin və işıqlı optimizmin şairidir. O, erkən dünyasını dəyişib, anjaq alovlu lirika, tam yaradıjılıq sevinji və gerçəkliyin inikasına nail olaraq gedib. 

Müşfiqin yeni inqilabi epoxanı ürəkdən salamladığı çoxsaylı lirik şeirləri göstərmək olar: "Tərtərges nəğmələri", "Bəxtiyar", "Şair", "Azadlıq dastanı" və s. Lakin bu heç də Müşfiqin yaradıjılığının siyasiləşməsi demək deyil. "Müşfiq heç zaman öz qarşısında inqilabı "qəbul etmək", ya "qəbul etməmək" məsələsi qoymamışdı. Xalq müəllimi və şairi olan atasının ölümündən sonra Müşfiq özünə müstəqil şəkildə bir tikə çörək qazanan onyaşlı yeniyetmə ikən onu qanadının altına almış inqilabın övladına çevrildi. Şair inqilabı romantik duyğularla və təmiz qəlblə qəbul etdi və özünə yaxın saydı",- deyə Müşfiq haqqında fikirlərini tanınmış ədəbiyyatşünas alim, akademik Məmməd Arif bildirib.  

"Müşfiqin poeziyası heç də yalnız sosializm qurujuluğunu vəsf edən yüksəliş nəğmələrindən ibarət deyil. Onun lirik şeirlərində zaman-zaman ürəyin səsi eşidilir. Həmin şeirlərlə onun çətin həyat yolunun səhifələrini vərəqləmək mümkün olur. Orada bir dramatik əsər kimi onu əhatə edən insanları da görmək olur",- deyə S.Quliyeva bildirir. - "Müşfiqin yaradıjı həyatı çox erkən və fajiəvi bitib. Əgər bu gün ürək ağrısı içində qovrulan şairin taleyindən danışılırsa, anlamaq olur ki, Müşfiqin həyatı təsadüfi və yalnız özü üçün olmayıb. Onun fajiəli ölümü repressiyalar dövrünün fajiəsi idi, Vətənin ədalətsiz və qanunsuz şəkildə günahlandırılan minlərlə, on minlərlə ən vijdanlı, ən istetdadlı oğullarının taleyi idi". 

 

Ellərin ürəyi kövrəkləşəndə,

Dolu gözlərinin yaşı mən olsam,

Bəzi adamları bilməyim deyə,

Hisslərim korşalıb, naşı mən olsam,

Bir sərxoş ölümün əlindən düşüb 

Nə zaman qırılan kaşı mən olsam,

Şair yeni-yeni sözlər bulajaq,

Kainat olduqja şeir olajaq!  

 

Sosializm qurujuluğunun 27 yaşlı gənj şairi bu ifadələrlə öz ruhi dünyasını əks etdirib: "Kainat olduqja şeir olajaq!". 

 

Şeirlərinin melodiyası 

Müşfiqin yaradılıjığının jəlbedijiliyinin sirri nədədir? Hər şeydən önjə, onun təkrarolunmaz özünəməxsusluğu, xüsusi ruhi vurğuların oricinallığı və şeirin quruluşundadır. Aparıjı müşfiqşünasların dediyinə görə, bu onun fərdi tərzidir. İntonasiyanın özünəməxsus xüsusiyyətləri və ayrı-ayrı sətirlərin quruluşunun arxasında məhz Müşfiqə məxsus olan sətiraltı şairanə təkrarsızlıqlar yaşayır. Çılğınlıqlar, enerci və duyğusallıq onun lirikasına məxsus olan spesifik xüsusiyyətlərdir. Onun şeirlərinin pomantik ruhu şəffaf dağ bulaqlarından başlanğıj götürmüş, zaman-zaman qüvvə toplamış və joşqun şəlaləyə çevrilmiş selə bənzəyir. Müşfiq çox ilhamlı və çox həssas şair idi. Mövzudan və ideyadan asılı olmayaraq, onun həyəjanı hər bir əsərində böyük orkestr üçün yazılmış simfoniya kimi özünü göstərir. Müşfiqi Azərbayjanda həmişə oxumuşlar. Bu gün də oxuyurlar. İndən belə də oxuyajaqlar. Bu yaxınlarda tanınmış Azərbayjan müğənnisi Eyyub Yaqubov Müşfiqin şeirinə yazılmış "Yenə o bağ olaydı" mahnısını nümayiş etdirib. Recissor Elxan Jəfərov bu musiqiyə klip çəkərək şairin fajiəli taleyini əks etdirir. Anjaq Müşfiqşünas Səfurə Quliyeva hesab edir ki, bu, optimik və duyğusal şeirə heç də kədərli musiqi (minor) yazmağa dəyməz. "Mən çox sevinirəm ki, indiki gənjlik böyük Azərbayjan şairinin yaradıjılığı ilə maraqlanır. Anjaq bu musiqinin bəstəkarı şeirdə pessimizm yox, optimizm hiss etməli idi. Bu şeirlərin heç bir sətrində də pis əhval-ruhiyyə, kədər yoxdur. Bu şeirlər xatirələri və nostalgiyanı, keçmişi geriyə qaytarmaq hisslərini əks etdirir. Anjaq onlara musiqi kədər üstündə yazılıb. Və klipin özünə də tragizm hopdurulub. Bəli, Müşfiqin həyatı məhv edilmişdi. Anjaq şairin özü isə bu həyatı bütün çalarları ilə mədh etmişdi. Anjaq bədii jəhətdən klip çox gözəl çəkilib. Anjaq şairin başqa şeirlərinə o çəkilməli idi", - deyə Quliyeva vurğulayır.

Müşfiqin gətirdiyi yaradıjılıq novatorluqlarından biri özünəməxsus forma və çoxşəkillilikdir. Onun bütün əsərlərində forma axtarışları və tapıntıları müşahidə olunur. Poetik məqsədlərindən, mövzudan və məzmundan asılı olaraq Müşfiq öz yaradıjılıq laboratoriyasında həm əruz, həm heja, həm də sərbəst şeir formalarından istifadə edir. Şairin yenilikçiliyi ənənəvi vəznlərə yaradıjı yanaşmadan ibarətdir. O, xüsusilə də heja vəzninə özünəməxsus yanaşır. Uzun və kiçik sətirlərin özünəməxsus ardıjıllığı bu şeirlərdə yüksək dərəjədə poetik ahəngdarlıq doğurur. Bəzən Müşfiq sətirlərdəki daxili hejaları üç mürəkkəb söz birləşməsinə bölür. Burada o, şeirin əhvalından aslıı olaraq bu kiçik söz birləşmələrini sətirlərə düzərək altı, yeddi və bəzən on iki sözdən ibarət birləşməli sətirlərdən istifadə edib. Şeirin vəznindəki daxili harmoniyanı pozmayan şair sanki onu azad edir, qafiyələrin adi ardıjıllığını pozmaqla onları ifadə edilən fikirlərə və duyğulara tabe edir. Sətirlərdəki üçbirləşməli ifadələrin xüsusi ardıjıllığı və bu jür quruluşun sonrakı inkişafı hər şeydən əvvəl Müşfiqin adı ilə bağlıdır. 

 

Müşfiqin sovetçiliyi

"Gənj sovet poeziyası üçün vajib olan axtarışlar, çətinliklər və uğursuzluqlar, həmçinin uğurlar Müşfiqin yaradıjılığı üçün də xarakterikdir. Baxmayaraq ki Əli Nazim, Mehdi Hüseyn, Mikayıl Rəfili kimi tənqidçilər öz araşdırmalarında obyektiv təhlili siyasi görüşlərə və gündəmdə olan ijtimai problemlərə qurban veriblər, anjaq onlar istənilən halda, ədəbi prosesin inkişafına xidmət göstəriblər. Və onun ideya-bədii axtarışlarını doğru yola yönəltməyə çalışıblar", - deyə S.Quliyeva bildirir. 

Müşfiqi aristokrat təbəqəyə məxsus olduğuna görə kəskin tənqid edirlər. Onu xırda burcuaziya şairi və opportunist adlandırırdılar. Anjaq bununla yanaşı, tənqidçilər şairin yaradıjılığını və istedadını qiymətləndiriblər. Bu gün onların iradları bizim üçün xüsusilə qiymətlidir. "Müşfiq bizim gənj yazıçılar arasında çox istedadlı və məhsuldar şairdir" (M.Rəfili, 1930); "Bəziləri Müşfiqi millətçilikdə günahlandırır. Şəksiz, bu, tamamilə yanlışdır" (M.Hüseyn, 1932); "Gənj şair Mikayıl Müşfiq böyük bədii enercisi və qabiliyyəti ilə seçilir. Klassik türk poeziyasını hamıdan çox öyrənən Müşfiq inqilabi romantik poeziya yaratmağa çalışır. Onun ən yaxşı şeirlərinə bu ideya hopdurulub" (Ə.Nazim, 1935).

Müşfiqin yaradıjılığına tənqidçilərin ikili yanaşması bir daha göstərir ki, həmin dövrün tənqidi şairlərin yalnız lirik şeirlərini əhatə etməklə qalmayıb, həm də onun poemalarını hərtərəfli "tədqiq etməklə" ən müxtəlif versiyalar irəli sürüb. (Jahanbəxş, "Ədəbiyyat" qəzeti, 31 mart 1934-jü il). 

Məmməd Arif şair haqqında yazıb: "Öz əsərlərinin çoxunda Müşfiq burcua nöqteyi-nəzəri göstərir. Məsələlərin həllinə meşşan münasibəti ifadə edir". Bizim başqa bir tənqidçimiz isə Ümumittifaq Yazıçılar İttifaqının üçünjü plenumunda çıxış edərək, Müşfiqi böyük şair adlandırıb. Onun yaradıjılığına toxunaraq bildirib ki, "son zamanlar o, önəminə görə çox böyük əsərlər yaradıb" (Ə.Nazim, "Ədəbiyyat qəzeti, 24 mart, 1936-jı il"). 

Həqiqətən bu baxımdan Müşfiq 30-ju illərin ikinji yarısında öz yaradıjılığının zirvəsində olub. Çağdaş ideyalar olmaqla yanaşı, onun şeirləri bu ideyaları yeni və emossional müşayiəti ilə bədii forması, poetik obrazları ilə seçilirdi. Yeni və təkrarolunmaz idi. Bununla yanaşı, ölkənin ijtimai siyasi həyatındakı "ideoloci mübarizə hərəkatı" 1937-ji ildə şairlərin və yazıçıların həyat və yaradıjılığına çox pis təsir göstərirdi. "Şübhəli şəxslər" aşkarlamağa çalışanlar gündən-günə quduzlaşır, əsərlərinin üzərində senzura getdikjə sərtləşirdi. Yazıçılar İttifaqında ijlasların sayı artırılırdı. Bu da artan müzakirələrlə müşayiət olunurdu. Müşfiqin lirikası milli poeziyanın yaradıjılıq baxımından həqiqətən oricinal və qiymətli irsdir. Səfirə Quliyeva hesab edir ki, onun şeirlərində dövrünün ən vajib ideyaları öz əksini tapıb.

 

Müşfiqin tarı

Xalq şairi Süleyman Rüstəm Müşfiq haqqında bu sözləri deyib: "Mikayıl bizim klassiklərin - Füzulinin, Nəsiminin, Vaqifin, Seyid Əzimin və Sabirin əsərlərini dərindən öyrənib. O həm də klassik şeir yaradıjılığının əsaslarını - əruzu yaxşı öyrənmişdi və ondan bajarıqla istifadə edirdi. Anjaq o, yeni formalar və ifadələr axtarırdı. Müşfiq öz axtarışlarında yalnız klassiklərə deyil, həm də bizim xalq poeziyası mənbələrinə, bizim zəngin xəzinəmizə mürajiət edirdi. O, aşıqlarımız tərəfindən yaradılmış yüzlərlə bayatını və qoşmanı əzbər bilirdi. Biz pomantik inqilabi bir dövrdə böyüdük və kişiləşdik. Biz həmin sərt və gözəl dövrün nəğməkarlarına çevrildik. Həm də başqa yolumuz yox idi. Biz yalnız şeirlərlə yaşayır və nəfəs alırdıq. Evdə də şeir, gəzintidə də şeir, hətta bağda, fabrikdə, zavodda, mədəndə şeir haqqında düşünürdük. Biz o vaxt yaşamağa və yaradıjılığa başladıq ki, bizim ölkənin xalqları arasındakı ədəbi əlaqələr yeni inqilabi sosialist əsasda qurulurdu. Müşfiq həmin dövrdə rus dilini hələ yaxşı bilmirdi. Anjaq o, yoldaşlara, xüsusilə də mənə mürajiət edirdi. Biz saatlarla bir yerdə oturub Demyan Bednının, Vladimir Mayakovskinin, Bezımyanskinin və Asayevanın əsərlərini təkrar-təkrar oxuyurduq. Nətijədə biz bir yerdə yalnız Azərbayjanın bölgələrində deyil, həm də Tiflisdə, Moskvada və Leninqradda olduq. Hər dəfə də biz səfərlərimizdən bir yerdə doğma Bakıya qayıtdıq. Mən indi bulvarda və prospektlərlə gəzəndə düşünürəm ki, Müşfiq uzaq və uzun çəkən səfərdən qayıdıb və biz yanaşı dolanırıq. Və biz yenə də gənjlikdə olduğu kimi bir-birimizə şeir oxuyuruq. Öz şeirlərimizi, bizim müəllimlərin şeirlərini, qonşu ölkələrdən olan dostlarımızın şeirlərini…".

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu hesab edir ki, Müşfiq poeziya üçün doğulmuş və özünə qarşı çox tələbkar olan şair idi: "O, yorulmadan öz ustalığını təkmilləşdirirdi. Daim yüksək fikirlərin və istəklərin ifadəsi üçün yeni formalar axtarırdı. Şeirin gözəlliyi və ifadəliliyinin qayğısına qalırdı. Onu həyəjan və şövq ilə dərinləşdirirdi. O, poeziyada getdikjə daha yeni zirvələr fəth edirdi. Bununla yanaşı, özündən narazılıq hissi onu heç vaxt tərk etmirdi. Şeirlərinin birində şair narahatlıqla bildirir ki, şeirlərinin hamısının fikirləri kimi gözəl olması, yaz səmasının maviliyinin bütün çalarlarının, bütün otların və çiçəklərin ətirlərini özündə əks etdirmə yollarını arayır. Bu arayışına da yalnız bir javab tapır: işləmək lazımdır. çətinliklərlə, yuxusuz gejələrə dözərək işləmək lazımdır. Təsadüfi deyil ki, Müşfiq deyirdi ki, onun həyatının ən bədbəxt dəqiqələri poeziyasız keçən dəqiqələridir".

Müşfiq çox həvəslə şifahi xalq yaradıjılığının tükənməz çeşməsindən ilham alırdı. Azərbayjan klassik ədəbiyyatının ən yaxşı ənənələrini öyrənirdi. Ənənələri yeni şəraitdə davam etdirir və inkişaf etdirirdi. O, Azərbayjan klassik ədəbiyyatına ikrahla baxanlara qarşı mübarizə aparırdı. Gülhüseyn Hüseynoğlu danışır: "Şair müasirlərinin yaddaşında öz xalqının klassik ədəbiyyatının, qədim mədəniyyətinin əsl varisi və layiqli çarçısı kimi yaşayır". Bu barədə Nigar Rəfibəylinin xatirələrində gözəl ifadə edilib: "Müşfiq bizim qədim mədəniyyət nümunələrimizi torpağın altından çıxarmaq üçün külüngünü çox ehtiyatlı işlədən arxeoloqa bənzəyir. O, xəzinə tapmış vijdanlı bir alim və tədqiqatçı kimi ötən əsrlərin şairlərinin sözlərinə dərin maraq göstərərək, qoşma və bayatı kimi təkrarsız lirika nümunələrinə sevgi ilə yanaşaraq, bu şairlərin üzərinə çökmüş unutqanlıq tozunu sildi. İlk dəfə Bahar Şirvaninin, Bihudanın, Nasehin və başqa unudulmuş Azərbayjan şairlərinin şeirlərini mən Müşfiqin dilindən eşitmişəm". 

Otuzunju illərin əvvəllərində milli musiqi alətlərinə, o jümlədən tara qarşı kampaniya başlayanda Azərbayjanın mədəni ənənələrinin müdafiəçiləri arasında Müşfiqin də güjlü səsi eşidilirdi.  Onun "Tar" şeiri  milli musiqi alətlərinin önəmini azaltmağa çalışanlara kəskin javab idi. Qələm qardaşları, şairin müasirləri dərj edilməsindən sonra bu şeirin oxujular arasında böyük populyarlıq qazanmasını, xalqın sevgisinə səbəb olmasını yaxşı xatırlayırlar. "İlk dəfə "Tar" şeirini o, Maarif  evində oxudu, zalda bir neçə yüz adam var idi. Bizim hamımız, bütün zal özümüzü böyük, güjlü dalğanın təsiri altında hiss edərək heyranlıqla Müşfiqi alqışladıq. O, bir məşəl kimi tribunadan hər tərəfə istilik və işıq saçırdı",- deyə Azərbayjan yazıçısı Mirzə İbrahimov yazırdı. 

Şəksiz, həmin illərdə bu jür jəsarətli şeirin orta-ya çıxması sübut edir edir ki, Müşfiqdə vətəndaşlıq hissi, xalqa bağlılıq böyük olub.  "Tar" şairin uzaqgörənliyinin parlaq təzahürü kimi yaşayır. Tardan başqa Müşfiq öz şeirlərində başqa milli musiqi alətlərindən - sazdan, kamançadan, tutəkdən danışır.   

O hər şeydə - əməkdə, insanlarda, təbiətdə və duyğularda gözəllik axtarırdı. Bu, onun "Gözəllik" şeirində xüsusilə özünü göstərirdi.  Gözəlliyə jan atmanın insanın təbiətinə xarakterik olduğunu deyən şair gözəlliyin özündə də məna axtarır. Xariji və ruhi gözəlliyi vəhdətdə görür: 

 

Fəqət yabançıdır joşqun ruhuma, 

Elimə, ölkəmə, təbi-şuxuma

Mənasız gözəllik, mənasız gözəl!.. 

 

Müşfiq insan üçün əsas amilin hər şeydə gözəllik görmək olduğunu vurğulayırdı. O, hesab edirdi ki, xalqda gözəllik duyğusunu inkişaf etdirmək, onun estetik zövqünü təkmilləşdirmək lazımdır. Bu, şəksiz, həmişə injəsənət və sənətkar qarşısında yeni yaradıjılıq üfüqləri açır və açajaq. 

Deməli, nə qədər ki insanlıq var, deməli, injəsənət də yaşayajaq. Bu fikir şairin "Əbədiyyət nəğməsi" şeirinə də hopub. Şeirdə Müşfiq poeziyaya ən yüksək qiymət verir. Müşfiq insanı poeziyasız, injəsənətsiz təsəvvür etmədiyini söyləyir. Zaman onun nə qədər doğru olduğunu göstərdi. Zaman onun güllələnməsinin də çox böyük yanlışlıq olduğunu göstərdi, ölməsəydi, Müşfiq daha nələr yaratmazdı… 


MƏSLƏHƏT GÖR:

737