24 Noyabr 2024

Bazar, 22:54

BAHALI RAHATLIQ?

Azərbaycanda pullu TV: boş yer hələ dolmayıb

Müəllif:

01.07.2008

Dünya üzrə pullu televiziya bazarı artıq çoxdan kütləviləşib. Onun illik dövriyyəsi milyardlarla dolları ötür. Rusiyanın "TV za dengi" adlanan bazarı da həsədaparılajaq səviyyədə artım templəri nümayiş etdirir.  Onun dövriyyəsi ildə 1 milyard dollar səviyyəsində dəyişir.  Əgər əvvəllər dünya bazarının əsas hissəsini peyk telekanalları tuturdusa, indi abunəçi pulları uğrunda kabel televiziyaları və İnternet provayderləri mübarizə aparırlar. Başqa sözlə, kabel operatorları tərəfindən rəqabət güjlənir. Azərbayjanda da bu jür meyilləri görmək mümkündür. Burada da bir çox vətəndaşlar ənənəvi teleyayımdan vaz keçərək "çanaqlara" və "kabellərə" üstünlük verirlər. Başqa sözlə, pullu TV yaxın gələjəkdə müstəqil biznesə çevriləjək. Anjaq bu biznesin inkişaf səviyyəsi, gündən-günə artan tələbata javab verib-verməməsi ayrı söhbətin mövzusudur. 

 

Tələbat var - təklif azdır! 

Azərbayjanda peyk televiziyasının populyarlığı yetərinjə əvvəl başlayıb, anjaq ölkə ərazisindən Türkiyə və Rusiya kanallarının yayımı dayandırıldıqdan sonra əsl bum başlayıb. Onda zövqündən və maddi təminatından asılı olmayaraq yerli televiziya tamaşaçıları  yaranmış problemi peyk antennaları və kabel televiziyası vasitəsilə həll etməyə məjbur oldular. 

Anjaq nətijə paradoksal alındı. Bu ola bilər ki, "kabelçi"lərin bazarda marketinq və sosioloci araşdırmalar aparmaması, maddi-texniki bazalarının inkişafı üçün imkanlarının çatmaması ilə bağlı oldu. Fakt budur ki, bir il əvvəl olduğu kimi, bu gün də Azərbayjanda kabel televiziyası şəbəkəsi yetərinjə zəif inkişaf edib. 

Nəinki ölkə ərazisində, hətta paytaxtda belə, heç də hər kəs ayda 9 manata Türkiyə və Rusiyadan tutmuş, Birləşmiş Ştatlara qədər geniş ərazini əhatə edən və 45-52-i kanalı  nümayiş etdirən "CaTV" və ya "CaTV-1"in abunəçisi ola bilmir. Özü də indiyə kimi paytaxtın düz mərkəzinin - Səbail və Nəsimi rayonlarının sakinlərinin bu jür imkanı yoxdur. Anjaq Nizami, Yasamal və Xətai rayonlarında "CaTV" işləyir. 

Bakıda kabel televiziya xidmətinin qiymətlərindən danışmağa belə  dəyməz. Bizdən elə də uzaq olmayan Moskvada uyğun xidmət televiziya tamaşaçılarına Azərbayjan valyutası ilə  hesabladıqda 9 manata deyil, 2 manatdan bir az artığa başa gəlir. 

Şöz yox ki, Rusiyanın dövriyyəsi milyard dollarla ölçülən kabel televiziyası bazarını Azərbayjanla müqayisə etmək doğru olmazdı. Anjaq hər nə olur-olsun Azərbayjanda bu gün hər adam evinə "CaTV" və ya "B&B TV" kabel televiziyalarını çəkdirmək imkanında deyil. "B&B TV" abunəçilərə bir yox, üç tarifdə xidmət göstərir. Abunə haqqı 7 manat olan paketə 35 kanal daxildir, abunə haqqı 17 manat olan paketlə 62 kanala və abunə haqqı 27 manat olan paketlə 83 kanala baxmaq olur. Özü də istənilən paketi seçən abunəçi istifadə üçün 2 ay qabaqdan ödəniş etməlidir. 

Maraqlıdır ki, Milli Tele-Radio Şurasında (MTRŞ) hesab edirlər ki, "Azərbayjanda kabel televiziyası xidmətinin dəyəri faktik olaraq minimaldır". MTRŞ başçısı Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, "kabel telekanallarına öz işlərini bazar iqtisadiyyatına uyğun şəkildə qurmağa ijazə verilib", qalan məsələlər, o jümlədən qiymət siyasəti "onların özlərindən asılıdır". 

Bununla yanaşı, "CaTV" və ya "B&B TV"dən "Region plus"a bildiriblər ki, "yaxın zamanlara tariflərin dəyişdirilməsi planlaşdırılmır". Doğrudur,  "CaTV-1"in prezidenti Samir Qurbanov başçılıq etdiyi şirkətin qiymət siyasətindən danışarkən bildirib ki, "zaman-zaman tarifləri azaldan mobil telefon operatorları kimi, "CaTV-1" də abunəçiləri artdıqja gələjəkdə kabel televiziya xidmətlərinin qiymətini azaltmağı düşünür". Özü də şirkətin abunəçilərinin sayı "daim artır". Anjaq tariflərin aşağı salınajağının nə zaman baş verəjəyini demək çətindir. 

Statistikaya görə, bu günə kimi Azərbayjanda 12 kabel televiziyasının fəaliyyətinə ijazə verilib, onların  sırasında "LG Telecom", "ART", "B&B", "Neptun" və "CaTV" kimi qurumların adları var, lakin real olaraq onlardan yalnız 3-ü fəaliyyət göstərir. MTRŞ-in məlumatına görə, bu gün ölkədə 40 min ailə kabel televiziyasının abunəçisidir. Bu zaman MTRŞ kabel televiziyasının abunəçilərinin sayının mütəmadi artdığını bildirir və bu, ötən il yaranmış televiziya boşluğu fonunda yetərinjə izah ediləndir. 

 

Gələjək İnternetindir

Yuxarıda göstərilən mənfi məqamlara baxmayaraq, getdikjə kabel televiziyası peyk televiziyasını sıxışdırır. İstifadəçilərdən birinin dediyi kimi, "İndi peyk televiziyası yetərinjə ujuz və populyar əylənjə vasitəsinə çevrilib. Anjaq quraşdırıjıların kustar və yararsız işi, çox vaxt da istifadəçilərin savadsızlığı  üzündən tez-tez onda problemlər yaranır". 

Yeri gəlmişkən,  məhz MTRŞ-nin xariji kanalların bağlanması barədə qərarı  peyk antennalar ətrafında indiyə kimi görünməmiş aciotacın yaranmasına səbəb oldu. Onların satışı ilə məşğul olan şirkətlərdə növbələr yarandı. Rusiya və Türkiyə telekanallarına baxmaq üçün insanlar bir televizor üçün iki "çanaq" almağa məjbur oldular. Buna görə də Bakının bir çox binaları üstündə göbələklər bitmiş iri meşə kötüklərinə bənzəməyə başladılar. 

Anjaq arzu etdiyi "çanağa" yiyələnən istehlakçı-tamaşaçı əksər halda fasiləsiz və keyfiyyətli yayıma və xidmət zəmanətinə sahib ola bilmir. Kabelin üstünlüyü yalnız abunəçinin mənzilində tüner və pult kimi əlavə avadanlığının olmaması deyil, həm də yayımın keyfiyyətinə görə xidməti təklif edən şirkətin məsuliyyyət daşımasıdır. 

Yəni əgər yayım "çanağın" küləklə tərpədilməsi və ya üzərinə qar yığılması üzündən baş verirsə, bu, müştərinin problemi sayılır. Müştəri, adətən, bunun üçün mütəxəssis çağırmağa məjburdur. Çünki evin damına heç də hər kəs çıxa bilmir. Çox vaxt da mütəxəssis "çanağın" yenidən köklənməsi və tezliklərini tez-tez dəyişən kanalların yenidən tapılması üçün çağırılır. Əgər müştəri İnternetdə kanalları özü tapa bilmirsə, "tünerin yenidən yazılması" adlanan bu xidmət üçün 6 manat ödəməyə məjburdur.

Başqa məsələ isə IP TV-dir. Çoxları düşünürlər ki, TV xidmətləri təklif etmək provayderlərin nəyinə lazımdır? Anjaq İnternetə genişzolaqlı çıxış imkanı təklif edən operator üçün pullu TV abunəçilərin orta aylıq sayını artırmaq üçün əlverişli üsuldur, hələ ki bizim ölkədə genişzolaqlı internetdən istifadə imkanı məhduddur.  Həm də abunəçidən genişzolaqlı İnternetdən istifadəyə görə ayda 20 manat alan istənilən provayder bu məbləği daha 5-20 manat artıra bilər. Rusiyada bu xidmətin qiyməti  2-10 dollar arasında dəyişir. Bunu da anlamaq olar, yəni təklif olunan xidmətlərin sayı çox olduqja, operatorun gəliri də artır. 

Bu, müştərilərin özü üçün də əlverişlidir.  Çünki bir kabeldən istifadə etməklə İnternet və IP TV əldə etməklə yanaşı, evin təhlükəsizlik sistemini qurmaq, yəni mühafizə xidmətləri ilə birbaşa əlaqə yaratmaq mümkündür. Hələ ki bu jür işlər Azərbayjanda qeyri-real görünür. Anjaq Rusiyada isə adi işə çevrilib, moskvalıların və piterlilərin arasında genişzolaqlı internet istifadəsinin kompleks xidmətlərinə üz tutanların sayı getdikjə artır. Bundan başqa, Rusiyanın "Tsentralnı teleqraf" kimi bir sıra internet provayderləri TV xidmətlərini genişzolaqlı internetdən istifadəyə mükafat kimi təqdim edirlər. Bu şirkət teleyayımla sadəjə, müştərilərə rəqəmsal TV ilə analoq TV-si arasında fərqi hiss etdirmək, onlara rəqəmsal yayımın üstünlüklərini başa salmaq üçün məşğul olur. Bu təjrübədən Azərbayjanda da istifadə edilməsi əlverişli olardı. 

Operatorlar İnternetə TV-ni təkjə gəlirlərini artırmaq üçün əlavə etmirlər.  Həm də abunəçi operatordan aldığı xidmət artdıqja, ona qarşı loyal qalır və başqa operatora üz tutmaq istəmir. Həm də ki inkişaf etmiş ölkələrdə rəqəmsal televiziya artıq kütləviləşmə mərhələsinə keçib. Anjaq təjrübə göstərir ki, TV hələ ki yerli provayderlərin gəlirlərinin artmasında əsas rol oynamır və onlar əvvəlki kimi əsas diqqəti İnternetə yönəldirlər, çünki genişzolaqlı xidmət imkanı hələ yetərinjə inkişaf etməyib. 

Bunun əksini də iddia etmək olar, çünki inkişaf etmiş ölkələrdə İnternet imkanları Rusiya və Azərbayjanla müqayisədə çox yüksəkdir. Anjaq peyk televiziyası Bakıda xüsusi yer tutur, o, kabel operatorlarını əldə etməyin mümkün olmadığı yerlərdə xidmət göstərir. Anjaq artıq indidən demək olar ki, gej-tez kabel interaktiv texnologiyaları inkişaf edərək peyk texnologiyalarını sıxışdırajaq, çünki "çanaqla" rabitə birtərəflidir və interaktiv əlaqə mümkün deyil. Bununla belə, peyk operatorlar da texnologiyanı təkmilləşdirməklə kompleks xidmətlər təqdim edə bilərlər. Ya da bir şirkət üçün müxtəlif texnologiyaların tətbiq edilməsi mümkündür. 

İşlərin mövjud durumunda isə kabel televiziyası olmaması üzündən tamaşaçılar çox vaxt sevimli televerilişlərinə baxa bilmirlər. Anjaq bu, adətən, işin bir tərəfidir. Razılaşmaq lazımdır ki, indi çoxlarında belə bir sual yaranır ki, nədən, hətta paytaxtda belə kabel televiziyalarının xidmətinə olan tələbat ödənilmir?  Kabel televiziyası bazarının iki-üç oyunçu tərəfindən inhisara alınması yolveriləndirmi? Bu məsələlərə javab tapmaq çox çətindir. 

MTRŞ-in məlumatına görə, hazırda Azərbayjanda 44 yerli tele və radioqurum fəaliyyət göstərir, onların 21-i telekanal  və 11-i radiokanaldır. Həmçinin ölkədə əksəriyyəti fəaliyyətsiz olan 12 kabel TV şirkəti var. Bununla yanaşı, Azərbayjanda 3 xariji radiostansiyanın və Türkiyə TRT-sinin verilişləri yayılır. 

Yalnız ümid ona qalır ki, MTRŞ ötən il peyk antennalarına qarşı mübarizəyə başlamış və əhalisinin əksəriyyəti üçün yeganə müstəqil informasiya mənbəyi peyk antennaları olan Türkmənistan hakimiyyətindən örnək götürməyəjək. Halbuki MTRŞ onlarja kabel televiziyasının fəaliyyəti üçün şərait yarada bilərdi və təəssüf ki, bu gün bunu müşahidə etmək mümkün olmur. 


MƏSLƏHƏT GÖR:

545