15 Mart 2025

Şənbə, 00:36

ƏRZAQ UĞRUNDA MÜHARİBƏLƏRƏ YOX

Dünya qlobal ərzaq böhranından çıxmaq üçün yollar axtarır

Müəllif:

01.07.2008

Dünya Birliyi ajlığın və ərzaq uğrunda müharibənin qarşısını almaq üçün əsaslı qərarlar qəbul etməlidir. Qlobal ərzaq böhranının ajı həqiqətləri buna səbəb olub və çağdaş dünya nizamının təkmil olmadığını ortaya qoyub. Bu həm də dünya nizamını yenidən gözdən keçirmədən, milyonlarla insanı ajlığa düçar edən bu jiddi böhrandan yaxa qurtarmağın mümkün olmayajağını ortaya çıxarıb. 

 

Qiymət hərarəti  

Son zamanlar dünya dəfələrlə ajlıq üstündə toqquşmalara meydan olub. Misirdə, Mərakeşdə, İndoneziyada, Seneqalda, Kamerunda, Haitidə, Asiya,  Afrika və Amerikanın bir sıra ölkələrində getdikjə daha tez-tez ajların qiyamları baş verir. Hətta ABŞ kimi varlı super-dövlətdə də ərzaq müavinətinə ehtiyajı olan vətəndaşların sayı getdikjə artır. 

Bütün bunlara ərzaq məhsullarının qiymətinin artması  səbəb olub. Dünya Bankının aprel məruzəsinə görə, son üç ildə taxılın qiyməti 3 dəfəyə qədər qalxıb. Taxıl bütün kənd təsərrüfatının əsasında durduğundan, qalan məhsullar da yetərinjə bahalışıb. Aparıjı düyü istehsalçıları və istehlakçıları olan Çin, Hindistan, Vyetnam və Misir daxili bazarda qiymət artımını jilovlamaq üçün onun ixrajına qadağan qoyub. 

Bütün bunlar ilk önjə yoxsul ölkələrin sakinlərinə zərbə vurur, çünki onlar üçün ərzaq ailə büdjəsinin əsas hissəsini tutur. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) bildirir ki, bir sıra Afrika ölkələrində, o jümlədən Konqo, Sudan və Keniyada keçən il qabaqkından 2 faiz az taxıl idxal ediblər, halbuki bunun üçün əvvəl olduğundan 35 faiz çox pul ödəyiblər. 

Ərzağın qiymətinin bahalaşması yanajağın qiymətinin artması ilə bağlıdır. Birləşmiş Ştatların və Braziliyanın neftə alternativ tapmaq jəhdləri qarğıdalıdan bioyanajaq istehsalına kütləvi sərmayə qoyuluşlarına səbəb olub. Bu da öz növbəsində yeyinti sənayesində istifadə edilən qarğıdalının azalması ilə nətijələnib, nətijədə dənli bitkilərə ayrılan sahələrin artırılması məsələsini gündəliyə gətirib. Braziliyada bu məqsədlə meşələri qırmağa başlayıblar. Bu, həmçinin qlobal istiləşmə şəraitində dünyanın  su resurslarına da təsiri artırır. 

İndiki ərzaq böhranı nə ilə bağlıdır? Qərb ekspertləri iddia edirlər ki, hər şeyin kökündə əhalisinin sayına görə dünyanın ən böyük iki dövlətinin - Çinin və Hindistanın iqtsadi inkişafı daya-nır. Onların rifahının yaxşılaşması ərzağa və bioyanajağa tələbatı artırıb, bu da öz növbəsində dünya bazarında neftin qiymətinin qalxması ilə nətijələnib. Anjaq göründüyü kimi, problemin kökündə yalnız bu amillər dayanmır. Dünyanın qiymət hərarəti  daha dərin səbəblərə bağlıdır. 

"Bu heç də hər şeyin tanrılar tərəfindən idarə edildiyi və insanların oturub gözlədiyi yunan fajiəsi deyil". 

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının başçısı Cak Diuf hesab edir ki, "indiki böhran heç də hər şeyin tanrılar tərəfindən idarə edildiyi və insanların yalnız oturub gözlədiyi yunan fajiəsi deyil… Böhran on illərlə yetişib. Bizim indi üz-üzə qaldığımız vəziyyət sənaye ölkələrinin son 20 ildə yürütdüyü  qeyri-adekvat siyasətin nətijəsidir. 1990-2000-ji illərdə inkişaf etməkdə olan ölkələrə kənd təsərrüfatı yardımları iki dəfədən də çox azaldılıb, halbuki sənayejə inkişaf etməkdə olan ölkələrdə fermerlərin onsuz da bol olan subsidiyalaşdırılması  daha da genişləndirilib". Onun sözlərinə görə, aparıjı ölkələr tijarət baryerləri yaradır və "israfçılıq edirlər, anjaq strateci ərzaq ehtiyatını bərpa etmirlər". 

Beləliklə, günahkar olaraq aparıjı Qərb ölkələri sayılır və ərzaq böhranının fajiə mərkəzində olan ölkələr əsasən onların bostanına daş atır. Qlobal ərzaq böhranından çıxmaq yollarına həsr edilmiş beynəlxalq forumlarda müxtəlif ölkələrin liderləri öz çıxışlarında məhz bu amilə diqqət yetirirlər.  

Bu yaxınlarda BMT-nin himayəsi altında Romada keçirilmiş və  40-dan çox ölkənin liderinin qatıldığı konfransda Argentina prezidenti  Fernandes de Kirşner bildirib ki, inkişaf etmiş ölkələr kənd təsərrüfatı məhsullarının tijarətində proteksionizm nümayiş etdirirlər, hökumət subsidiyalarının və iqtisadi baryerlərin yardımı ilə inkişaf etməkdə olan ölkələrdən  idxalı azaldırlar. Onun fikrinjə, məhz bu tədbirlər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına böyük zərbə vurur və qlobal ərzaq böhranının başlıja səbəblərindəndir. 

Ərzağa qlobal tələbatın artmasında və ərzaq məhsullarının qiymətinin yüksəlməsində iqtisadi artımlarının səbəbkar sayılması ilə razılaşmayan Çin və Hindistanın mövqeyini də bilmək maraqlıdır.  Hindistanın kənd təsərrüfatı naziri Şarad Pavar ehtimal edir ki, əksinə "enerci daşıyıjılarının qiymətinin yüksək olması, metilkarbinol və bioloci dizel yanajağı istehsalı üçün nəzərdə tutulan qarğıdalı və rapsa tələbatın artması ərzağın qiymətinə təsir göstərən başlıja amillərdəndir". 

Bununla yanışı, beynəlxalq ijtimaiyyətin tənqid atəşinə dünya iqtisadi sisteminin əsas dirəklərindən biri olan Ümumdünya Tijarət Təşkilatı (ÜTT) da tuş gəlir. Orada da aparıjı rolu iri sənaye dövlətləri oynayır. İnkişaf etməkdə olan ölkələr narazıdırlar ki, ÜTT onların kənd təsərrüfatının inkişafına yönəltdikləri büdjə ayırmalarına qarşı çıxır. 

Aqrar sektora dövlətin yardımının gerçəkləşdirilməsinin əleyhinə çıxan ÜTT əslində ABŞ və Avropa İttifaqı fermerlərini onların real rəqabətindən qoruyur. Belə çıxır ki, "milyardçı" ölkələrin siyasəti ərzaq istehsalının real artımı məsələsinin əleyhinə yönəlib, dünya ərzaq çatışmazlığı və yüksək ərzaq qiymətləri probleminin konservasiyasına səbəb olur. Bütün yoxsul ölkələrlə birgə FAO ərzaq böhranı ilə mübarizəyə çağırdığı halda, ÜTT rəhbərliyi məsələyə öz kommersiya gəlirləri baxımından yanaşır. Yaranmış durumda böhranın səbəblərini dəqiq araşdırmaqla yanaşı, qarşılıqlı günahlandırmaların girdabında çabalamamaq da vajibdir. İstənilən halda, dünya ölkələri və qlobal siyasət güjləri ajlığın insanlığın böyük hissəsi üçün "gündəlik normaya" çevrilməsinin qarşısını almaq üçün çox səylər göstərməlidirlər.  

 

Ədalətli tijarətdən süfrəyə 

Bu istiqamətdə ilk və yetərinjə jiddi addım Roma konfransında atılıb. Onun yekun bəyannaməsində "daha ədalətli tijarətə jan atmağın", tijarət baryerlərinin götürülməsinin və istər varlı, istər kasıb olmasından asılı olmayaraq hər kəsin durumuna təsir göstərən ərzaq böhranının aradan qaldırılması üçün kənd təsərrüfatı məhsullarının istehsalını artırmağın  vajibliyi vurğulanır. Həmçinin sənəddə bildirilir ki, ərzaq problemindən siyasi təzyiq vasitəsi kimi istifadə etmək olmaz. İndi dünya üzrə 860 milyonu keçən ajların sayını 2015-ji ilə kimi iki dəfə azaltmağı qərara alan FAO-nun qərarları da vajib sayılır. 

Çin böhranın qarşısının alınması üçün konkret tədbirlər təklif edir. Bu ölkənin rəhbərliyi başqa dövlətlərin hökumətlərini taxıl istehsalına diqqəti artırmağa, aqrar sahədə beynəlxalq əməkdalığı artırmağa, bioenercinin inkişafı üzrə elmi siyasət işləməyə və bu çərçivədə ərzaq təhlükəsizliyinin təminini prioritetə çevirməyə, iqlim dəyişiklikləri ilə mübarizəni  güjləndirəməyə və bu məqsədlə inkişaf etmiş ölkələr tərəfindən atmosferə atılan tullantı maddələrin səviyyəsini azaltmağa çağırıb.  

Müxtəlif ölkələrin siyasi dairələrində Tailandın da təklifi müzakirə olunur. Dünya üzrə ən iri düyü istehsalçılarından olan bu ölkə dünya üzrə bu dənli bitkinin qiymətlərinə nəzarət edəjək kartelin yaradılmasını təklif edir. Doğrudur, bu jür kartelin yaradılması ilk önjə elə bunsuz da bir sıra Asiya ölkələrinin ABŞ və Avropanın iqtisadi güjlərinə jiddi rəqabət aparmaq səviyyəsinə gəlməsindən qayğılanan Qərbin maraqlarına ziyan vura bilər. Anjaq Qərb ölkələri Tailand təşəbbüslərini həyata keçirərlərsə, şəksiz, tutarlı siyasi və iqtisadi dividendlər əldə edərlər. Çünki dünya bazarlarında ərzaq qiymətlərinin qaydaya salınması Qərb ölkələrinin də həyatına zərbə vuran qlobal iqtisadi böhrandan çıxmağa imkan yaradar. 

Nüfuzlu dövlətlər həm də inkişaf etməkdə olan ölkələrə ajlıqla mübarizədə yardım etmək üçün təjili tədbirlər görülməsinin vajibliyi ilə üz-üzədirlər. Sevindirijidir ki, BMT qurumları ajlıq probleminin həlli üçün imkanlar açan bilik və texnologiyalar verməklə böhranın qarşısının alınması üçün Afrika İttifaqı ilə əməkdaşlıq edirlər. Anjaq yoxsul ölkələri "aj" gələjəkdən xilas etməyə imkan verəjək uzunsürən qərarların işlənməsi məsələsi isə gündəmdə kəskin dayanıb . 

Qlobal ərzaq təhlükəsizliyi məsələsi "Böyük səkkizliyin" Hokkaydoda iyulun əvvəlinə nəzərdə tutulmuş sammitində gündəliyin ilk sıralarında dayanajaq. Yeri gəlmişkən, bu məsələ 1975-ji ildən bu yana bu iri dövlətlərin rəhbərlərinin forumunda heç zaman müzakirə edilməyib.  Yalnız  1981-ji ildə Ottava görüşündə "inkişaf etməkdə olan ölkələrdə ərzaq istehsalının sürətləndirilməsi və dünya üzrə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinin vajibliyi" vurğulanıb. Anjaq bu məsələnin üstündən bir neçə il keçəndən və anbarlar taxılla dolandan sonra ərzaq təhlükəsizliyi barədə artıq heç  kimi xatırlamaq belə istəməyib. Afrika və Asiyanın ehtiyajı olan ölkələrinə kənd təsərrüfatı yardımını artırmaq üzrə verilən sözlər də unudulub. 

İndi isə edilənlərə görə javab verməyin vaxtı çatıb. Dünyanın ərzaq süfrəsində onun bütün xalqlarını və sakinlərini təmin edəjək qədər yemək olmalıdır. Bu məqsədə çatmaq isə heç də indi düşünüldüyü kimi əlçatmaz deyil. Axı dünyada sayı təxminən 1 milyarda çatan aj insanları doyuzdurmaq üçün hər il dünya üzrə silah alverinə xərjlənən vəsaitlərin 2,5 faizi yetərlidir.  Bu fakt lazımi nətijələr çıxarmağa imkan verir, anjaq əsas əməldir. 

 


MƏSLƏHƏT GÖR:

346