
DOST-DOSTA TƏN GƏRƏK
Guam çərçivəsində dövlətlər-arası bankın yaradılması realdırmı?
Müəllif: Nurlanə QULİEYEVA Bakı
Dünyanın iqtisadi səhnəsində hazırda müşahidə edilən durum qloballaşan bazarlardakı mənfi meyillərə qarşı durmaq üçün maliyyə institutlarının inteqrasiyasının və əməkdaşlığının vajibliyindən xəbər verir. Bu qurumlar vajib regional layihələrin kreditorları olmaqla yanaşı, həm də üzv ölkələrin iqtisadiyyatında mümkün monitorinqləri apararaq, regiondakı və bütövlükdə dünyadakı vəziyyətə təsir göstərəjək qərarlar qəbul etməyə imkan verir.
Beləlilklə, beynəlxalq maliyyə qurumları bu gün dünya iqtisadiyyatının ayrılmaz hissəsidir və Azərbayjan müstəqillik qazandığı ilk günlərdən onların sırasına daxil olub. Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu (BVF), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Qara dəniz Tijarət və İnkişaf Bankı (QDTİB), İslam İnkişaf Bankı (İİB) kimi qurumların ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında rolu əvəzsizdir.
"Bretton-Vud bajıları", yəni DB və BVF istisna olmaqla yerdə qalan dövlətlərarası banklar ya joğrafi, ya dini əlamətlərlə seçilir, ya da siyasi alyanslara istiqamətlənirlər. Demokratiya və inkişaf təşkilatı olan GUAM-ın fəallaşması fonunda 4 ölkəni - Gürjüstan, Ukrayna, Azərbayjan və Moldovanı birləşdirəjək və regional layihələrə maliyyə dəstəyinə qaynaq olajaq bankın yaradılması məsələsi də yetərinjə məntiqlidir. Anjaq görundüyü kimi hələlik onun tərəfdarından çox əleyhdarı var.
Ümidlər və tərəddüdlər
GUAM üzvü olan ölkələrin Beynəlxalq İnkişaf Bankının yaradılması ideyasını yalnız bu qurumun maliyyələşdirilməsinin konkret qaynaqlarını və fəaliyyət yönümünü müəyyən etdikdən sonra reallaşdırmaq olar. GUAM ölkələrinin banklar assosiasiyalarının başçıları bu nətijəyə gəliblər.
"Bu, əlbəttə ki, yaxşı ideyadır. Anjaq bizim MDB Dövlətlərarası Bankı ilə bağlı mənfi təjrübəmiz var. Bu bank, demək olar ki, lazımsız bir şeyə çevrildi. GUAM bankı yaratmaq üçün aydın təsəvvür etmək lazımdır ki, o, hansı qaynaqlardan maliyyələşdiriləjək, nə jür layihələri maliyyələşdirəjək",- deyə Moldova Banklar Assosiasiyasının prezidenti Dmitri Ursu bildirib.
"Bankın yaradılması siyasi deyil, iqtisadi məsələdir. Buna görə də onun gələjək fəaliyyətindən əldə ediləjək bütün faydalara fikir vermək, hər şeyi əvvəljədən hesablamaq və yalnız bundan sonra işə başlamaq lazımdır", - deyə Gürjüstan Banklar Assosiasiyasının prezidenti Zurab Qvasilaya vurğulayıb.
Bununla belə, Azərbayjan Bank-lar Assosiasiyasının başçısı Eldar İsmayılovun sözlərinə görə, bu jür dövlətlərarası bankın yaradılması qaçılmazdır. "Bəli, 300 milyon rubl nizamnamə kapitalı ilə yaradılmış MDB Dövlətlərarası Bankının mənfi təjrübəsi var. Anjaq MDB məkanında iri regional layihələrin gerçəkləşdirilməsi üçün yaradılmış və nizamnamə kapitalı 1,5 milyard dollar olan Avrasiya İnkişaf Bankının da müsbət təjrübəsi var",- deyə E.İsmayılov bildirib.
Doğrudur, GUAM bankirlərinin ehtiyatlı davranmasına müəyyən qədər haqq qazandırmaq olar. Təsis edilməsi barədə 22 yanvar 1993-jü ildə qərar verilmiş MDB Dövlətlərarası Bankının mövjudluğu barədə bu gün çox az adam məlumatlıdır. Yada salaq ki, 10 dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tajikistan, Türkmənistan, Özbəkistan və Ukrayna tərəfindən yaradılmış bu quruma Azərbayjan ilk başdan daxil olmamışdı.
Bəllidir ki, bankın üç nümayəndəliyi - Ermənistan, Qırğızıstan və Belarus nümayəndəlikləri var. 1996-jı ilin oktyabr ayında altı dövlət - Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Rusiya və Tajikistan tərəfindən imzalanmış protokola əsasən, MDB dövlətlərarası bankı bank əməliyyatları və əqdləri gerçəkləşdirmək hüququ ilə bu ölkələrin daxili valyuta bazarlarına buraxılıb.
Dövlətlərarası Bank ən geniş funksiyaları yerləşdiyi Rusiya Federasiyasında əldə edib. Real və səmərəli fəaliyyət imkanları olmasına baxmayaraq, bankın nizamnamə kapitalının aşağı səviyyəsi və üzv ölkələrin bu qurumun inkişafı məsələsində həddindən passiv olması, onun mövjudluğunu faktik olaraq lazımsız ediblər.
Rusiya və Qazaxıstan tərəfindən 2006-jı ilin yanvar ayında Avrasiya İqtisadi Birliyi ölkələrinin layihələrinin maliyyələşdirilməsi üçün Avrasiya İnkişaf Bankının (AAİB) təsis edilməsindən sonra MDB bankının fəaliyyətinin dayandırılması günün məsələsinə çevrilib. Çünki elan edilmiş nizamnamə kapitalı 1,5 milyard dollar olan AAİB daha iri layihələri maliyyələşdirməyə qadirdir. Onun nizamnamə kapitalının üçdəikisi Rusiyanın, üçdəbiri isə Qazaxıstanın payına düşür.
Özü də bankın təsisçiləri ilk başdan bildirmişdilər ki, onlar yalnız Rusiya və Qazaxıstan ərazisində deyil, bütün Avrasiya İqtisadi Birliyi ölkələrində layihələri sərmayələşdirməyə hazırdırlar və başqa xariji sərmayəçilərin qəbul etməyə hazır olmadıqları riskləri də öhdələrinə götürə bilərlər. Və indi Avrasiya İqtisadi Birliyi ölkələrinin üzvlərinə - Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tajikistan və Özbəkistana, həmçinin müşahidəçi kimi təmsil olunan Ukrayna, Ermənistan və Moldovaya bankın səhmdarları sırasına daxil olmağı təklif edirlər. AAİB-in 2008-2010-ju illər üzrə inkişaf planına görə, onun aktivləri 6 milyard 668,2 milyon dollara, məxsusi kapitalı - 1 milyard 731,1 milyon dollara, təmiz mənfəəti 86,6 milyon dollara çatdırılmalıdır.
İri layihələrin vaxtı çatıb
Beləliklə, dövlətlərarası bankın yaradılması zamanı başlıja şərt onun fəaliyyət qabiliyyətinin olmasıdır və bunun üçün bütün üzv ölkələrin dəstəyi vajibdir. Sirr deyil ki, bu gün GUAM ölkələri içərisində iqtisadi jəhətdən ən inkişaf etmiş ölkə Azərbayjandır. Buna görə də bankın yaradılması zamanı əsas yükün bizim ölkənin üzərinə düşəjəyini indidən ehtimal etmək olar. Bu səbəbdən belə bir qurumun respublikaya lazım olub-olmadığını indidən müəyyən etməliyik.
Bir tərəfdən, əvvəl söylənildiyi kimi, hazırda Azərbayjan özü təkbaşına iri layihələri maliyyələşdirmək imkanındadır və bu yüksək inkişaf templi ölkə üçün çatışmayan vəsaitləri beynəlxalq maliyyə qurumları və xariji banklar çox həvəslə təqdim edirlər. Anjaq digər tərəfdən isə bu gün gerçəkdən GUAM-ın bir siyasi və iqtisadi alyans kimi inkişafı vajibdir və birgə bankın yaradılması buna təkan verə bilər.
Özü də bu yaxınlarda iştirakçı ölkələrin bankları Bakıda "GUAM üzvü ölkələrin bank assosiasiyalarının əlaqələndirmə şurası haqqında" saziş imzalayıblar.
Onun fəaliyyəti iştirakçı dövlətlərin iqtisadi fəzasında əmtəə, xidmət və kapitalın hərəkətinin yüksək keyfiyyətli bank müşayiəti ilə təmin olunması üçün əsasların formalaşdırılmasına, üzv ölkələrin bankları arasında birbaşa müxbir hesablaşmalarının təmin edilməsi də daxil olmaqla banklararası xidmət infrastrukturunun genişləndirilməsinə, pul-krelit alətlərinə qarşı kredit-hesab münasibətlərinin tətbiqinə, dövlətlərin bank qanunverijiliyinin təhlilinə və onların təkmilləşdirilməsi üçün təkliflərin işlənilməsinə, həmçinin bank sistemlərinin inteqrasiyası üçün uyğunlaşdırma aparılmasına yönəlib.
Bundan başqa, şura qanunsuz yolla əldə edilmiş gəlirlərin bank vasitəsilə "yuyulmasının" qarşısını alan mexanizmlərin təkmilləşdirilməsi ilə məşğul olajaq, jari maliyyə-iqtisadi və bank məlumatının mübadiləsinə imkan yaradajaq, kadrların təhsili də daxil olmaqla qarşılıqlı peşə təjrübəsi mübadiləsini təşkil edəjək.
Bununla yanaşı, iştirakçı ölkələr artıq GUAM çərçivəsində konkret iqtisadi layihələrin gerçəkləşdirilməsinin vajibliyindən danışırlar. "Əgər biz, məsələn, Qara dəniz ətrafında dairəvi avtomagistral tikmək istəyiriksə, bunu niyə etməyək? Bundan başqa, gündəlikdə mövjud tranzit yük axınlarının genişləndirilməsi də durur. Dəmir yolu daşımalarının artırılması üçün bərə ötürmələrini də çoxaltmaq lazımdır. Həm də fikrimiz var ki, bu tranzit əlaqələrin hesabına Asiya ölkələrindən gələn yükləri də jəlb edək. Bunun özü də banklar tərəfindən xidmət edilməli iri sərmayə qoyuluşlarıdır, maliyyə axınlarıdır",- deyə Ukrayna Banklar Assosiasiyasının prezidenti Oleksandr Suqonyanko bildirib.
Başqa sözlə, GUAM-ın obyektiv real qurum olduğunu təsdiq edəjək birgə layihələrin işlənməsi vajibdir və ölkələrimiz arasında 4 milyard dollara bərabər olan mal dövriyyəsi kiçik göstərijidir. "Tezliklə GUAM ölkələri arasındakı tijarət dövriyyəsi 10 milyard dollara çatajaq. Təbii ki, bankirlər də bu həjmdə iri pul vəsaitlərini ötürməyə hazır olmalıdırlar. Buna görə də hazırda regionlararası bank əməkdaşlığının formalaşdırılması və inkişafı üçün GUAM çərçivəsində müvafiq bank infrastrukturunun yaradılması vajibdir",- deyə Azərbayjan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov vurğulayıb.
MƏSLƏHƏT GÖR: