
SEÇDİYİMİZ YOL
Yol tikintisi Azərbaycanda infrastruktur inkişafının başlıca istiqamətlərindən birinə çevrilib
Müəllif: Alyona Moroz Bakı
Layiqli yol infrastrukturunun olması hər hansı bir ölkənin dünya birliyi çərçivəsində inkişaf səviyyəsini müəyyən edən ən vajib parametrlərdən biridir. Bu gün Avropa İttifaqına girmək baxımından yolların nəinki miqdarı, həm də keyfiyyəti önəm daşıyır. Sirr deyil ki, Azərbayjan bu nüfuzlu beynəlxalq təşkilatın üzvü olmaq istəyir. Buna görə də avtomobil yollarının vəziyyəti və yol infrastrukturunun inkişafı məsələsi hökumətin diqqət mərkəzindədir, neft-qaz layihələrinin gerçəkləşdirilməsindən əldə edilən külli miqdarda vəsait bu istiqamətdə xərjlənir. Və burda təəjjüblü heç nə yoxdur. Bakıda yolların ümumi uzunluğu 2200 kilometrdən çoxdur və onların 70-80 faizi "yararlılıq müddəti"ni bitirib.
İş pulda deyil
Vətəndaşlar da artıq sıradan çıxmış və ya çıxmaqda olan avtomobil yollarından beziblər. Avtomobil yolu keçidlərinin sayının az olması da paytaxtdaxili yollarda çoxsaylı tıxajların yaranmasına səbəb olur. Bunu nəzərə alan ölkə prezidenti İlham Əliyev 2006-jı ilin noyabr ayında "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərənjam verib.
Yada salaq ki, sənəddə yerli əhəmiyyətli avtomobil yollarının və yerli ijra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının durumu dinamik sosial-iqtisadi inkişaf baxımından və əhilinin ehtiyajları baxımından tələblərə javab vermir.Yaranan durumu şərtləndirən əsas səbəblərin sırasında yol təsərrüfatında lazımi texnikanın olmaması, həmçinin mövjud əmlakın səviyyəsinin aşağı olmasını göstərmək olar.
Avtomobil yollarının tikintisi, saxlanması, təmiri, yenidənqurulması və istifadəsi üzrə işlərin sonrakı səmərəli gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə ölkə prezidenti Nazirlər Kabinetinə bir ay müddətinə 2006-2015-ji illər üzrə respublikanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması və istifadəyə verilməsi ilə bağlı dövlət proqramı layihəsini hazırlamaq və təqdim etmək barədə göstəriş verib. Beləliklə, 2006-jı ildən başlayaraq avtomobil yollarının lazımi vəziyyətə gətirilməsi üçün tələb olunan xərjlər də dövlət büdjəsinə daxil ediləjək.
Xariji maliyyələşmənin də həjmi artır. Məsələn, 2008-ji ilin birinji rübünə xarijdən jəlb edilmiş 2,6 milyard dollar kreditin 85,5 faizi və ya 2,2 milyard dolları Azərbayjanın investisiya layihələrinin maliyyələşməsinə yönəlib. Özü də onların yetərinjə əhəmiyyətli hissəsi - 18,1 faizi və ya 471 milyon dolları yol və nəqliyyat sahəsində tikinti layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulub.
Anjaq ölkənin yol infrastrukturunun inkişafı haqqında danışmaq üçün bunu heç də xüsusi diqqət yetiriləsi göstəriji saymaq olmaz. Azərbayjan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, yalnız bu il Azərbayjanın nəqliyyat bölməsinə kapital qoyuluşlarının həjmi 2 milyard dollara çatajaq: "Bu vəsaitlər yol və hava limanları infrastrukturu layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulub", - deyə Musa Pənahov vurğulayıb. Yalnız son iki ildə nəqliyyat bölməsinə sərmayələrin həjmi 1 milyard dolları keçib. Növbəti beş ildə isə ölkə bu bölməyə daha 7 milyard dollar yatırmağı planlaşdırır. Musa Pənahovun sözlərinə görə, hazırda Nəqliyyat Nazirliyi bu sərmayələrin yatırılması üçün texniki iqtisadi əsaslandırma (TİƏ) hazırlayır. Vəsaitlər əsasən avtomobil və dəmir yollarının inkişafına, yeni gəmilərin alınmasına və başqa infrastrukturlara yönəldiləjək. Bunlar həm büdjə vəsaitləri, həm kreditlər, həm də təsərrüfat subyektlərinin öz vəsaitləri olajaq.
Başqa sözlə, Azərbayjanın nəqliyyat bölməsinə kapital qoyuluşlarının dinamikası dəyişmədən artır. Misal üçün, əgər 2004-jü ildə dövlət büdjəsindən nəqliyyat infrastrukturunun inkişafına 136 milyon manat ayrılmışdısa, hazırda bu göstəriji 500 milyon manata çatıb. Nazirliyin katibliyinin başçısı Namiq Həsənovun sözlərinə görə, "Bu, Azərbayjan üçün və hətta MDB məkanının bir sıra başqa dövlətləri üçün yetərinjə yüksək göstərijidir". Namiq Həsənov davam edib: "Nəqliyyat bölməsinə kapital qoyuluşlarının artırılması Azərbayjanda postsovet məkanı üzrə analoqu olmayan bir sıra iri layihələrin gerçəkləşdirilməsi ilə bağlıdır".
Baha, amma keyfiyyətli
Bu, gerçəkdən belədir. Bunun sübutu kimi mayın 10-da Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanını Zığ yolu ilə birləşdirən altızolaqlı yeni beton avtoban istismara verilməsini xatırlatmaq yetərlidir. Yol kompleksinə həm də dörd keçid və iki körpü daxildir. Yol yeni alman texnologiyasının istifadəsi ilə tikilib və avtomobil sürüjülərinin çoxu artıq bunu gerçək işdə hiss edirlər. Yolun tikintisinə Nəqliyyat Nazirliyi 171 milyon manat xərjləyib.
Mayın 20-də isə Azərbayjanın tikinti şirkətləri tərəfindən Bakı-Quba-Rusiya sərhədi arasında uzunluğu 120 kilometr olan avtomobil yolu tikintisi layihəsinin gerçəkləşməsinə başlanılıb. Yol hər birinin eni 14 metr olan iki zolaqdan ibarət olajaq. İşlər hələ ki yolun 16 kilometrlik sahəsində başlayıb. O da betondan tikiləjək. Yol bu ilin oktyabr ayında istismara veriləjək.
Bu bahalı layihələr göstərir ki, Nəqliyyat Nazirliyi ölkənin magistral avtomobil yollarının bərpası konsepsiyasını dəyişib. Əgər əvvəllər "bəlaların məlhəmi" kimi adi asfaltdan istifadə edilirdisə, indi onun yerini daha bahalı, anjaq qat-qat funksional olan beton örtüklər tutur. Belə ki, bir kilometr monolit beton yolunun çəkilməsi asfalt yolun çəkilməsindən bir milyon dollar bahadır. Anjaq istismar müddətinin daha uzun, yəni 30 il olması səbəbindən hər yüz kilometrə çəkiləjək xərjlərə qənaət bir milyard dollara çatır. Azərbayjanın yol şəbəkəsinin bərpası layihələrinin xərjlərinin 3,4 milyard manatdan 5-6 milyard manata, yəni 7 milyard dollardan yuxarı səviyyəyə çatdırılması da məhz bu yanaşmadan qaynaqlanır.
Şimaldan Jənuba, Şərqdən Qərbə
Yeni konsepsiyanun tətbiqi Şimal-Jənub nəqliyyat dəhlizinin avtomobil seqmentinin çağdaşlaşması ilə başlayajaq. Burada mövjud yollarla yanaşı, 4 zolaqlı beton avtobanlar tikiləjək. Bakıdan İran sərhədinə qədər uzunluğu 195 kilometr olan və Bakıdan Rusiya sərhədinə qədər 198 kilometrlik yolun bərpası 2010-ju ilə qədər başa çatajaq.
Biz artıq yol layihələrinin gerçəkləşdirilməsi üçün xariji borjlanmalardan bəhs etmişdik. Qeyd edək ki, bu il aprel ayının 29-da Dünya Bankının Direktorlar Şurası Azərbayjana avtomobil yol infrastrukturunun yaxşı-laşdırılması üçün 300 milyon dollar həjmində əlavə kreditin verilməsini təsdiq edib. Bankın kredit vəsaitləri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 40 illiyə, onillik güzəşt müddəti olmaqla verilib. Bu əlavə kreditin vəsaitləri hesabına uzunluğu 112 kilometr olan Ələt-Masallı avtomobil yolunun tikintisi və yenidən qurulması, həmçinin uzunluğu 41 kilometr olan və Hajı Zeynalabdin qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən avtomobil yolunun tikintisi planlaşdırılır. Həm də ölkənin toplam uzunluğu 200 kilometr olan yerli avtomobil yollarının yenidən qurulması da nəzərdə tutulur.
Azərbayjanın yol infrastrukturunun yaxşılaşdırılması üzrə layihənin ümumi dəyəri 505 milyon dollar təşkil edir. Burada Dünya Bankının krediti 300 milyon dollar olajaq, daha 205 milyon dollar Azərbayjan hökuməti tərəfindən ayrılajaq.
Hazırda Azərbayjanda Dünya Bankının vəsaitləri hesabına 2 avtomobil yolu layihəsi gerçəkləşdirilir ki, bunlara bank 240 milyon dollar kredit ayırıb. 2007-2010-ju illər arasında əməkdaşlıq strategiyası çərçivəsində Dünya Bankı Azərbayjanın avtomobil yolları infrastrukturunun yaxşılaşdırılmasına 500 milyon dollara qədər sərmayə yatırmağa hazırdır.
Öz növbəsində 2007-ji ilin oktyabr ayında Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbayjanın avtomobil yolları şəbəkəsinin yenidənqu-rulması üzrə layihələrin çox tranşlı maliyyələşdirilməsi üçün 500 milyon dollar vəsait ayrılması qərarını bəyənib. Kredit 2006-1015-ji illər arasında avtomobil yollarının inkişafı üzrə dövlət proqramının dəstəklənməsi üçün ayrılıb. Proqramın sərmayə komponenti uzunluğu 9,5 min kilometr olan 124 prioritet yolun tikintisini, çağdaşlaşdırılmasını və bərpasını nəzərdə tutur. AİB mərhələli maliyyələşdirmə təmin edəjək. Kreditin 200 milyon dollarlıq birinji hissəsi yeni Masallı-Astara sürətli avtomagistralının tikintisinə, həmin magistralda nəqliyyat vasitələrinin ağırlığının çəkilməsi qurğusunun tikintisinə, yerli yolların bərpasına, yol şəbəkəsinin idarəetmə sisteminin dəstəklənməsinə və inkişafına yönəldiləjək.
Daha önjə bank tərəfindən Gənjə-Yevlax və Qazax-Gürjüstan sərhədi avtomobil yollarının bərpasına 52 milyon dollar vəsait ayrılmışdı. Kredit hesabına Gənjə-Yevlax avtomobil yolunun 88,8 kilometrlik sahəsinin bərpası və 38 kilometrlik Qazax-Gürjüstan sərhədi avtomobil yolunun tikintisi nəzərdə tutulur.
Bütövlükdə AİB ümumi uzunluğu 127 kilometr olan respublika əhəmiyyətli yolların, həmçinin 65 kilometr yerli avtomobil yollarının yenidənqurulmasını maliyyələşdirəjək.
Yol infrastruktur sektoruna qoyulan xariji sərmayələrin həjmi getdikjə artır. Əgər bu bölmədə xariji yatırımlar 2007-ji ildə 99,3 milyon dollar təşkil edirdisə, bu il həmin məbləğin 250 milyon dollar səviyyəsinə qalxajağı gözlənilir. Özü də ölkə yol layihələri üzrə yalnız Dünya Bankı və AİB-lə deyil, Koreyanın "Woori Bank", Fransanın "BNP Paribas" qurumları, İslam İnkişaf Bankı, Avropa İnkişaf Bankı və sairlə də əməkdaşlıq edir.
Azərbayjanda tranzit beynəlxalq avtomobil daşınmalarının genişləndirilməsi strategiyası çərçivəsində də bir sıra layihələr gerçəkləşdirilir. Bu layihələr ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin çağdaşlaşdırılmasını nəzərdə tutur. Buna misal kimi Şimal-Jənub dəhlizini göstərmək olar. Bu layihənin Azərbayjan hissəsi 2010-ju ilə qədər başa çatajaq, anjaq Bakıdan Gürjüstan sərhədinə qədər olan trassın, yəni TRASEKA dəhlizinin yenidənqurulmasınun başa çatdırılması bu ilə nəzərdə tutulub. Özü də bütün magistral yollar birinji kateqoriyalı və dördzolaqlı olajaq.
Qərb istiqamətində görülən işlərin dəyəri 800 milyon dollara qədər təşkil edir və maliyyələşmənin yarıdan çoxu Dünya Bankı tərəfindən təqdim edilir. Özü də TRASEKA ölkənin əsas prioritetlərindən biridir. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də gerçəkləşdirilir. Bu dəmir yolun yük dövriyyəsi perspektivdə ildə 10 milyon tonu keçəjək.
Daha bir prioritet isə GUAM çərçivəsində Bakı-Tbilisi-Poti-İliçevsk-Kiyev-Kişinyov dəhlizinin inkişa-fıdır.
Yalnız artıma doğru
Bütün bu layihələrin gerçəkləşdirilməsinin ölkənin nəqliyyat bölməsində artıma səbəb olajağı açıq-aydındır. Son beş ildə nəqliyyat bölməsində illik artım 12 faizə yaxındır və bu, dünya üzrə ən yüksək göstərijilərdəndir. Hökumətin proqnozlarına görə, 2011-ji ilə qədər ölkənin yük dövriyyəsinin həjmi ildə 212 milyon tona qədər artajaq. Deməli, tranzit hesabına dövlət büdjəsinə milyonlarla dollar daxil olajaq.
Anjaq bu da son deyildir. Nəqliyyat Nazirliyinin gələjək layihələri sırasında əlavə nəqliyyat keçidlərinin - yolların, körpülərin, piyada keçidlərinin, avtomobil keçidlərinin tikintisi, yeni sərnişin avtobuslarının alınması, həmçinin 2009-ju ildə paytaxtda nəqliyyatın hərəkətının idarəedilməsi üzrə vahid dispetçer mərkəzinin yaradılmasını nəzərdə tutan intellektual sistemin qurulması planlaşdırılır. Nazirliyin bu iddialı layihəsinin gerçəkləşdirilməsinə Jənubi Koreya yardım edəjək. Layihənin ümumi dəyəri 55 milyon dollardır.
Həmçinin nazirlik tərəfindən Bakı buxtasında ümumi dəyəri 1,4 milyard dollar olan körpünün tikinti layihəsinin maliyyə hissəsi ilə bağlı danışıqlar və müzakirələr aparılır. Şıx qəsəbəsindən Zığa qədər uzanajaq və əsas hissəsi dənizin üstündən keçəjək körpünün uzunluğu 13,5 - 15 kilometr olajaq. Tikinti, təxminən, 5 ilə başa çatajaq. Bakı dairəvi avtomobil yolu ilə birləşəjək körpünün uzunluğu kommunikasiyalarla birgə 26 kilometrə çata bilər. Beləliklə, bu, Çindəki körpüdən sonra dünya üzrə ikinji olajaq.
Gələjəkdə isə Bakı ətrafında üç dairəvi yolun tikilməsi nəzərdə tutulur. Nəqliyyat Nazirliyində bildirirlər ki, bu layihələrin 2009-2011-ji illərdə gerçəkləşdirilməsi nəzərdə tutulur. Yəni onda Bakı küçələrinin avtomobillə ifrat yüklənmə problemi birdəfəlik ortadan qalxajaq.
MƏSLƏHƏT GÖR: