24 Noyabr 2024

Bazar, 00:46

AZADLIQ HİMNİ

Şair Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixində öz ölkəsinin azadlıq nəğməkarı kimi qalacaq

Müəllif:

26.05.2015

Lazım olan sayda "xain və xalq düşmənləri" tapmaq tapşırığı gələndə - onları mütləq tapırdılar, çünki planı yerinə yetirmək lazım idi, əks halda, özün onların sırasını doldura bilərdin. Demək olar ki, heç vaxt "NKVD" işçilərinin həqiqi dəlilləri olmayıb və buna görə də istənilən işi işlənmiş sxemə uyğun olaraq uydururdular. Bu, tərcümeyi-haldan başlayırdı, keçmişdə bir çox insanlara (xüsusilə ziyalılara) ilişmək üçün bir sübut vardı - bəzilərinin qohumları mühacirətdə idi, bəziləri isə Sovetdən əvvəlki illərdə ADR-in yaranmasında iştirak etmişdilər.

1930-cu illərin axırında sonuncu vəziyyəti, ümumiyyətlə, ölüm hökmü adlandırmaq olardı, xüsusilə də sən yeni hakimiyyətə olan sevgin ilə çox seçilmirdinsə. Daha sonra səni tanıyan kimi isə, daha çox həmkarını və ya sadəcə, partiya yoldaşını "götürürdürlər" və təhlükənin ondan uzaq olması üçün sənin haqqında nə oldu danışmağa hazır olanlarla "qərəzli ifadə"lər təşkil edirdilər. Bundan sonra isə dairəvi xəbərçilikdə iştirak etmək istəməyən sənin kimi alicənab, istedadlı insana keçirdilər. Sən Müşfiq idin, Hüseyn Cavid idin, Ruhulla Axundov idin. Siyasi Büronun MK İKP-nin (b) səninlə bağlı illik və son dərəcə rəsmi planı 1500 nəfər idi. Və hər il sənin kimi insanların sayı daha da azalırdı - alimin, yazıçının, şairin, artistin, rəssamın. 1937-ci ildən yazıçı, şair və tərcüməçi Əhməd Cavad işində 1112 sayı ilə qeyd edilirdi. Bu, iyulun əvvəli idi, deməli, Stalinin tapşırığı ilin ortasınadək artıq tam şəkildə icra olunmuşdu. 

 

Türkiyə və ADR

Əhməd Cavad 1892-ci ildə Gəncə quberniyasının Şəmkir qəzasının Seyfəli kəndində anadan olub. Yerli mollaxanada ilk təhsilini alaraq, sonra tədrisi xeyriyyə cəmiyyətinin məktəbində davam etdirib. Daha sonra ərəb dili və fars dili, Şərq ədəbiyyatı... Bitirdikdən sonra pedaqoji fəaliyyəti Gəncə Ruhani Seminariyasında davam etdirir. Onun həyat yolu ağır olub və yaradıcılıq fəaliyyəti 30-cu illərə təsadüf edən ziyalı üçün çox səciyyəvidir. XX əsrin əvvəlində Türkiyənin düşdüyü ağır vəziyyət Əhməd Cavadı ciddi şəkildə narahat edirdi və o, Abdulla Şaiqlə birgə İstanbulda yaradılan "Qafqaz könüllü hissəsi" sıralarına könüllü əsgər kimi daxil olur. Birinci Dünya müharibəsi zamanı şəfqətlik cəmiyyətinin üzvü qismində valideynsiz uşaqlara və qaçqınlara kömək edən Ə. Cavad Qars, Ərzurum, Batumi və digər rayon və əyalətlərdə ürəklə fəaliyyətini davam etdirir, məqalə və yazışmalarını Bakı qəzetlərinə göndərir, xəlvəti şeirlər yazırdı. 

1914-cü ildə Türkiyənin ali məclisində Əhməd Cavadın məşhur şeirinin sözlərinə yazılmış, görünməmiş populyarlıq qazanan "Çırpınırdı Qara dəniz" marşı səsləndirilib. Onu bu günə qədər Türkiyənin ikinci himni adlandırırlar. 1916-cı ildə onun ilk kitabı - "Qoşma" işıq üzü gördü. 1918-ci ildən başlayaraq - Azərbaycan Demokratik Respublikasının yarandığı vaxtdan - o, "Müsavat" partiyasının üzvü kimi fəal şəkildə ölkənin ictimai həyatında iştirak edir, Azərbaycanın azadlığını, üçrəngli bayrağını tərənnüm edən şeirlər, Azərbaycan Himninin mətnini yazır. Cavad, həmçinin Azərbaycan universitetinin yaradılmasında çox fəal rol oynayır. 1919-cu ildə onun yeni kitabı "Dalğa" çıxır.

 

Sovet illəri

Ə. Cavad doğma dilinin bütün çalarlarını incə hiss edən, sadə obrazlarda öz müasirlərinin ("Yaralı quş") hiss və fikirlərini məharətlə yaradan lirik olub. Bununla yanaşı, o, "Dalğa" kitabına daxil olan vətəndaşlıq şeirləri də yazırdı ("Azərbaycan Bayrağına", "İngilis", "Ey, əsgər", "Türk Ordusu", "Qurbanlar"). Onlar ali vətənpərvərlik ideyası naminə mübarizəyə çağırış kimi səslənirdilər; respublikanın, xalqın, doğma bayrağın müdafiəsində borcun yerinə yetirilməsinin ən ali təcəssümü olan insanın çağırışı kimi. 

1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü olur, lakin "köhnə müsavatçı" təqiblərə məruz qalır. 30-cu illər ərzində Ə. Cavad "sovet fəaliyyəti"ni tərənnüm edən mövzulara kifayət qədər diqqət ayırmamaqda ittihamlanır. Təqib və ittihamlara baxmayaraq, Ə. Cavad yaradıcılığa davam edirdi və "Pambıq dastanı", "Kür", "Oxuyan qız", "Göygöl" və başqa bu cür lirik poemalar yaradırdı. 

1934-cü ildə Ə. Cavad Bakıya qayıtdı, "Azərnəşr" nəşriyyatında tərcümə bölməsində redaktor işlədi. 1935-1936-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında sənədli filmlər şöbəsinin müdiri kimi fəaliyyətə başlayır. 

1937-ci ilin mart ayında Ə. Cavad Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasını dilimizə çevridiyinə görə, ilk mükafata layiq görülür. O, Azərbaycan dilinə, həmçinin rus yazıçı və şairlərinin - A.S. Puşkin, M. Qorki, İ. Turgenevin əsərlərini tərcümə edib. Onun Avropa klassiklərindən də tərcümələri var - U.Şekspir, F.Rable, K.Qamsun.

Çox keçmədən, o, Yazıçılar İttifaqından çıxarılır və "əksinqilabçı" kimi həbs edilir. 

 

Səbatlı

Əhməd Cavadın işini ən görülməmiş olaylardan biri adlandırmaq olardı, hərçənd bu, daha çox pisin daha pislə müqayisəsidir. Məsələ burasındadır ki, o zaman müstəntiqlər, bir qayda olaraq, onlara lazım olan ifadələri "almağa" və məhkəmənin sonuncu iclasında məhbusun ondan tələb olunanları özünün deməsinə çalışırdılar. Lakin Cavad "sınmadı". Amma belə olduqda o zaman məhkəmə iclasının protokolu tamamilə uydurulur.

"1112 dustaq"ın kiçik şəxsi işi lazımi yerlərdə onun ancaq soyadı göstərilən köçürmə ilə hazırlanmış sənəddən ibarətdir. Reabilitasiya sənədində bu məhkəmənin A. Axundov adlı hansısa şahidinin ifadələri yer alır: "AZNKVD-nin binasının zalında Matulyeviçin rəhbərlik ediyi məhkəməyə 5-20 dəqiqədən bir məhkumu üç silahlı şəxs gətirirdi, arxada isə əlində tapança olan komendant gəlirdi. Müttəhim heç bir hüquqdan istifadə etmirdi, məhkəmə istintaqı əslində yox idi. Orada soyadı soruşurdular və aparırdılar...". Şekspir, Tolstoy, Rustaveli və Qamsunu tərcümə edən bu cür insana ancaq adını deməyə icazə verildi. Lakin bu artıq 37-ci ilin oktyabr ayı idi, buna qədər isə şairə işgəncə verilmişdi. Onun özü kimi həbs edilən və Bayıl həbsxanasında saxlanılan həyat yoldaşı daha sonra xatırlayırdı: "Bayıl həbsxanasında olduğum müddətdə nahar paylanan zaman evimizi təmizləməyə gələn Mariya Sergeyevnanı gördüm. O dedi ki, ərimi Bayıl həbsxanasının lazaretinə başı sarğılanmış, yüksək temperaturla gətiriblər... Deməli, ona işgəncə verilib və ələ salıblar...". 

 

Ailənin taleyi

"Axund-zadə Şükriyyə Süleyman qızını, Vətən xaininin həyat yoldaşı olaraq həbs etmək və Bakı şəhərinin qarışıq həbsxanasına salmaq... Övladları - 16 yaşlı Aydını, 14 yaşlı Tuqayı və 2 yaşlı Yılmazı "NKVD"nin uşaqsaxlanılma məntəqəsində yerləşdirmək. Axund-zadələrin mənzilində silah, zinət əşyaları və ədəbiyyatın olması ilə bağlı axtarış aparmaq. Qalan mülkiyyəti müsadirə etmək və dövlətin hesabına köçürmək". Yerli dövlət təhlükəsizlik idarəsinin bu qərarı oktyabrın 27-də icra olunub. Qərarda qeyd edildiyi kimi, onu Qazaxıstana "ilk gedən etap"la sürgünə yollayıblar. O, Akmolinsk şəhərinin islah-əmək düşərgəsinə düşüb və orada qərarda nəzərdə tutulan 8 illik cəzasını tam çəkib.

Bu ailənin taleyi həqiqətən də faciəvidir. Başqa sənədləri diksinmədən oxumaq mümkün deyil. Uşaqlardan ayrı düşən ana onlara məktublar yazırdı (bu vəziyyətə düşən digər minlərlə ananın etdiyi kimi). Şükriyyə xanımın həyat yoldaşının günahsız olduğuna dair Beriyaya ünvanlanan məktubu heyrət doğurur:

"Mənim dörd oğlum var, onlardan ikisi Böyük Vətən müharibəsində Vətən uğrunda döyüşür. İkisi də yaralanıb, sağalanandan sonra yenidən ön cəbhədəki mövqelərinə qayıdıblar. Böyük oğlum, leytenant Niyaz Axund-zadə Leninqrad istiqamətindədir və döyüş xidmətlərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunub. Kiçik oğlum - leytenant Aydın Axund-zadə Xarkov istiqamətindədir. Döyüş xidmətlərinə görə Qırmızı Ulduz ordeni ilə təltif olunub...". O, bilmirdi ki, həmin vaxt Gürcüstanın komsomol partiyasının katibi olan Beriya, şəxsən Azərbaycanda baş verən repressiyalara görə məsuliyyət daşıyır. Bu haqda yaxın vaxtlarda köhnə arxiv materialları açıqlanandan sonra məlum oldu.1937-ci il iyul ayında (Əhməd Cavad həbs olunan vaxt) Beriya Stalinə məktub göndərir. Orada əmin edir ki, Cənubi Qafqazda milli sui-qəsdçilər yetişir. Beriya, əlbəttə ki, şairin həyat yoldaşı və Böyük Vətən Müharibəsinin (könüllü döyüşənlərin) qəhrəmanlarının analarının yalvarışlarına əhəmiyyət vermədi və Şükriyyə xanım müharibənin sonuna qədər həbsxanada qaldı. Lakin ona sonra da Bakıda yaşamağa icazə verilmədi, Şəmkir rayonuna köçməsi tapşırıldı və ancaq ərinin faciəvi ölümündən 18 il sonra, ailə tam şəkildə reabilitasiya ola bildi. Və o zaman güllələnmə divarı önündə təkcə Beriya deyil, DİXK-nın şairi mühakimə edən Tsinman və Klementiç kimi "müstənqilər"i də öz talelərinə qovuşdular.

Təbii ki, bizim məşhur həmvətənimiz Əhməd Cavad heç də sui-qəsdçi deyildi. Onu, sadəcə, inqilabdan əvvəl gənc respublikanı dəstəkləməkdə, "Müsavat"ın üzvü olduğuna, sovet dövrü zamanı isə kommunizmin nailiyyətləri barədə deyil, doğma torpağı və xalqını tərənnüm etdiyinə görə günahlandırmaq olardı. Ona görə də müasir Azərbaycanın Dövlət Himnində onun sözlərinin olması tam ədalətli və rəmzidir.



MƏSLƏHƏT GÖR:

749