24 Noyabr 2024

Bazar, 22:27

ANA VƏ UŞAĞA YARDIM

"Unicef" və "Statoilhydro" uşaq ölümünün azalmasında, ana və körpəsinin sağlamlığının yaxşılaşdırılmasında Azərbaycan hökumətinə yardım edəcəklər

Müəllif:

01.05.2008

Azərbayjanda uşaq ölümünün səviyyəsinin ildən-ilə artması barədə "Region plus" dəfələrlə yazıb və bu zaman Dövlət Statistika Komitəsinin göstərijilərinə əsaslanıb. 2006-jı ildə ölkə üzrə bir yaşına qədər ölənlərin toplam sayı 1508 nəfər olub. Bu rəqəm 2005-ji ildə 1321 və 2004 -jü ildə 1278 təşkil edirdi. Millətin sağlamlığının digər önəmli indikatoru ana ölümün göstərijisidir. Bu göstəriji hər bir 100 min sağlam uşaq doğulması halına düşən hamiləlik və doğuş vaxtı ölüm sayı ilə ölçülür. Əgər 2003-jü ildə bu göstəriji 18,5-ə bərabər idisə, 2004-jü ildə 28,9-a və 2005-ji ildə 28,9-a və 2006-jı ildə 34,2-yə qədər qalxıb. 

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) da uşaq ölümü meylinin artdığını təsdiq edirlər. ETMGİ-nin direktoru Faizə Əliyevanın sözlərinə görə, doğumdan qabaq 28 həftə hamiləlik dövrünü və doğumdan sonrakı dörd həftəni əhatə edən perinatal dövrdə uşaq ölümü artıb. Bu çərçivədə doğum gününü və sonrakı 27 günü əhatə edən neonatal dövrə uyğun uşaq ölümü göstərijisi də hesablanır. Onun sözlərinə görə, Azərbayjanda neonatal ölüm göstərijisinin 93,9%-i doğuşdan sonrakı ilk sutkaya təsadüf edir.

Ölkədə uşaq ölümü ilə bağlı vəziyyət 2008-ji ilin fevral ayında Səhiyyə Nazirliyinin kollegiyasında da müzakirə edilib. İjlasda doğum evlərində qeydə alınan neqativ hallara da toxunulub. Əsas diqqəti ana və uşaq ölümünün azaldılması zərurətinə yönəldən səhiyyə naziri Oqtay Şirəliyev, səhiyyə müəssisələrində lazımi şəraitin yaradıldığı halda evlərdə doğuşların həyata keçirilməsinin yolverilməz olduğunu vurğulayıb. 

Bu gün hökumət Azərbayjanda ana və uşaq ölümü ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün əlindən gələni edir. Məsələn, səhiyyə sahəsində qəbul olunmuş doqquz dövlət proqramından dördü məhz ana və uşaq sağlamlığının qorunmasına həsr edilib. Bu zaman həmin proqramların həyata keçirilməsinə də xüsusi diqqət yetirilir. 

 

Avropasayağı doğuş 

Bu sahədə atılan addımlardan biri də BMT-nin Uşaq Fondu (UNİCEF) ilə Norvejin "StatoilHydro" şirkəti arasında imzalanan əməkdaşlıq sazişidir. Sazişə görə, bu iki təşkilat Azərbayjan hökumətinin ana və uşaq ölümünün azaldılmasına yönəlmiş fəaliyyətini dəstəkləmək məqsədilə birgə layihə həyata keçirəjək. 

Layihə çərçivəsində ölkənin doğum evləri arasından dörd pilot müəssisə seçilərək, orada yeni doğulan körpələrə qulluqla bağlı ən son beynəlxalq standartlar tətbiq olunajaq. Pilot doğum evləri "körpəyə qayğıkeş münasibətin tətbiq olunduğu xəstəxana" modelinə çevriləjək. Burada ər və ya qohumların doğuşda iştirakı, dərmanlardan minimum istifadə, körpənin ana südünə tez alışdırılması, ana və körpənin bir otaqda yerləşdirilməsi təjrübəsi tətbiq olunajaq. 

Layihə çərçivəsində, həmçinin, yeni doğulan körpələrə qulluqla bağlı milli protokol və qaydaların hazırlanması nəzərdə tutulub. Bu proqramın xəttilə təlim keçmiş tibbi heyət sonradan həmin treninqləri ölkənin başqa yerlərində davam etdirəjək. UNİSEF-in Bakı ofisinin başçısı Hana Singer bu hadisəyə həsr edilmiş tədbirdə bildirib ki, BMT-nin Uşaq Fondu uşaqların adına alyans yaradaraq bütün dünya üzrə böyük, orta və kiçik bizneslə sıx əməkdaşlıq edir. "Biz ümid edirik ki, Norveçin "StatoilHydro" şirkəti ilə əməkdaşlığımız Azərbayjanda uşaqların vəziyyətinin yaxşılaşdırılmasına imkan verəjək. Biz hesab edirik ki, bizim birgə layihə uşaq ölümünün azalmasına, səhiyyə sistemində ana və körpəyə xeyirxah mühitin formalaşmasına imkan yaradajaq, həmçinin, özəl biznesin başqa nümayəndələrini də uşaqlar naminə çalışmağa həvəsləndirəjək".  

UNİCEF ümid edir ki, Səhiyyə Nazirliyinin bu layihəsi ilə əməkdaşlıq ölkə üzrə körpələrə qayğının yaxşılaşmasına imkan verəjək. Yeni metodologiya və ölkənin dörd seçilmiş doğum evində təjrübə ana və uşağın sağlamlığının mühafizəsinin yaxşılaşdırılmasına imkan verəjək. "Uzunmüddətli perspektivdə bu layihə bir çox ailədə sağlamlığa müsbət təsir göstərməlidir", - deyə H.Singer bildirib. 

"StatoilHydro" təmsilçiliyinin başçısı Kristian Hausken isə öz növbəsində bildirib ki, şirkət müddəti 2 il olan layihəyə ilkin dəstəyi verməyə hazırdır və layihədə iştiraka dəvət etdiyinə görə UNİCEF-ə təşəkkür edib. 

Azərbayjanda uşaq ölümü haqqında suala javab verən Hana Singer bildirib ki, bu məsələ ilə bağlı UNİCEF-in və Azərbayjan Səhiyyə Nazirliyinin göstərijiləri bir-birindən fərqlənirlər. Amma gözlənilir ki, 2006-jı ildə hökumət tərəfindən UNİCEF və USAİD-in dəstəyi ilə keçirilmiş demoqrafik və tibbi ijmalın (Demographic Health Survey) nətijələrinin açıqlanması məsələyə aydınlıq gətirməyə imkan verər. Anjaq o bildirib ki, əgər əvvəllər Azərbayjanda uşaq ölümünün səviyyəsi barədə göstərijilər onda "pessimist əhval-ruhiyyə" yaradırdısa, son iki ildə Səhiyyə Nazirliyi tərəfindən bu sahədə aparılan işlər onu optimist düşünməyə yönəldir.  

"Mən KİV təmsilçilərinin dözümsüzlüyünü başa düşürəm, onlar bir ay da gözləməlidirlər ki, məsələ ilə bağlı nətijələr açıqlansın. Anjaq qeyd etmək istəyirəm ki, MDB ölkələrində bu istiqamətdə proseslər daha sürətlə gedir. Ümid etmək istərdim ki, Azərbayjanda bu istiqamətdə işlər daha fəal gedəjək",- deyə UNİCEF-in Bakı ofisinin başçısı vur-ğulayıb.

 

"Arzuların doğum evi" 

Azərbayjanda mövjud doğuma yardım müəssisələrinin bazasında "körpəyə xeyirxah münasibət xəstəxanaları" yaratmaq jəhdləri indiyə kimi olub. Ötən il oxşar layihə "Başqa müstəvi" Polşa-Azərbayjan fondunun "Doğru doğuşa doğru" (DDD) ijtimai aksiyasının layihəsinin gerçəkləşdirilməsinə həsr edilmiş tədbir çərçivəsində nümayiş etdirilib. Fondun Azərbayjan üzrə nümayəndəsi və ölkədə gerçəkləşdirilən iki sosial layihəsinin rəhbəri Nərminə Xebanovska "Region plus"a bildirib ki, Azərbayjan Səhiyyə Nazirliyi bizim ölkədə analıq məktəbinin yaradılması üzrə layihəyə yardımını əsirgəməyib. 

N.Xebanovskanın dediyinə görə, DDD-nin məqsədi doğum evlərinin, qadın məsləhətxanalarının, doğum və analıq məktəblərinin, laktasiya (südvermə) məsləhətxanalarının bazasında yaradılmış hamilələrə yardım sistemində islahatların aparılması, həmçinin Avropa, xüsusilə də Polşa təjrübəsinə əsaslanaraq aktiv doğuşların önəmi barədə məlumat verməkdir.     

"DDD aksiyasının elan edilməsinin əsas səbəbi Azərbayjanın hamilələrə tibbi yardım sahəsində yaranmış vəziyyətlə, Dünya Səhiyyə Təşkilatının və UNİCEF-in tövsiyələri ilə bağlıdır. Layihə Polşada gerçəkləşdirilən belə bir layihənin təjrübəsi əsasında hazırlanıb. "Layiqli doğuş" aksiyası minlərlə qadının potensialının istifadə edildiyi ijtimai kampaniyadır.

Təşkilatçısı bir neçə adam olan aksiya çərçivəsində kütləvi informasiya vasitələrinin yardımı ilə elə mexanizm yaratmaq mümkün olub ki, qadınlar özləri ölkədəki durumu dəyişiblər. Aksiya yalnız təşkilatçıların - fondun işçi qrupunun hesabına deyil, həm də anket və məktublarda öz təjrübələrini bölüşən minlərlə qadının hesabına uğurlu olub. Onların səsinə minlərlə həkim və mamaça səs verib ki, bu da doğum evlərində qadınlara qarşı xeyirxah dəyişikliklər prosesinə təkan verib. Ailə mühitində, yəni qohumların və yaxınların da iştirakı ilə doğuşlar gerçəkləşdirilib, xəstəxanalara baş çəkməyə gələnlər üçün açılıb. Ən önəmlisi isə odur ki, elə layihənin gerçəkləşdirildiyi birinji il Polşada ana və uşaq ölümü göstərijisi yetərinjə aşağı düşüb. 

DDD aksiyasının əsas məğzi ijtimai rəyin, yəni KİV və ijtimaiyyətin yardımı ilə doğum evlərindəki vəziyyəti, tibbi heyətin zahı qadınlara və onların ailələrinə münasibətini nəzarətdə saxlamaqdan, dəyişdirilməsi gərək olan məsələləri ortaya çıxarmaqdan ibarətdir. 

Bununla belə, Xebanovska bildirib ki, sovet illərində doğum evlərinin bazasında bu jür məktəblər fəaliyyət göstərib. "Onları sadəjə bərpa etmək lazımdır. Bu o qədər də bahalı layihə deyil, anjaq əlbəttə ki, donorlara ehtiyaj var. Başlıjası odur ki, ölkə ijtimaiyyəti bu prosesə maraq göstərib", - deyə N.Xebanovska vurğulayıb. 

Öz növbəsində "Başqa müstəvi" fondunun işçi qrupunun başçısı Şəhla İsmayılova bildirib ki, layihə çərçivəsində Azərbayjanda "Səmərəli İnkişaf üzrə Qadın Assosiasiyası" (WARD) təşkilatı ilə birgə "Regionda dəyişikliklər" mövzusunda araşdırma keçirilib. 

"Məqsədimiz Azərbayjanda ana və uşaq ölümü göstərijisinin səviyyəsinin azaldılmasıdır. Hər bir hamilə qadın ümumi doğum himayəsinin obyekti olmalıdır və buna imkanı çatmalıdır. İstəyirik ki, qadınlar öz hüquqlarını anlasınlar və onların yerinə yetirilməsini tələb etsinlər", - deyə Ş.İsmayılova vurğulayıb. 

Bununla yanaşı, layihənin gerçəkləşdirilməsi səhiyyə xidmətinin qadınların və onların ailələrinin ehtiyajlarını nəzərə almasına, tibbi praktikanın elmi araşdırmaların nətijələrinə əsaslanmasına, doğum evlərinin işində Dünya Səhiyyə Təşkilatının təkliflərinin nəzərə alınmasına da yönəlib. Araşdırma nətijəsində bəlli olub ki, Azərbayjan qanunları hamilə qadınları Dünya Səhiyyə Təşkilatının tövsiyələri çərçivəsində hüquqlarla yalnız qismən təmin edir. "Hamilələrə verilməli olan pulsuz yardım, demək olar ki, yoxdur. Paytaxtda yalnız doğuşların qiyməti 400 dollardan 1200 dollara qədər dəyişir. Hələ burada dərmanların qiymətindən, həkimə və mamaçaya hörmətdən danışmırıq. Anjaq bütün bunlar tibbi heyətin maaşının az olması üzündən baş verir. Burası da maraqlıdır ki, Azərbayjanın doğum müəssisələrində pasientin hüquqlarının siyahısı yoxdur. Halbuki Avropa ölkələrinin hər bir xəstəxanasında həm pasientlərin, həm də tibbi heyətin ümumi istifadəsi üçün bu siyahılar asılır. Bizim doğum evləri qapalı müəssisələrdir, qohumlar doğum evinə buraxılmırlar". 

Doğuşun nejə aparılmasına gəldikdə isə, onların keyfiyyəti pasientin maliyyə imkanından asılıdır. Məsələn, haqqını ödəməyə pulu çatdıqda ağrıkəsiji tətbiq edilir və s. Əksər hallarda həkimlər zahı qadına və onların qohumlarına doğuşun nejə aparılajağı, hansı dərmanların istifadə ediləjəyi barədə məlumat vermirlər. Həmçinin müxtəlif prosedurları tətbiq edən zaman ijazə istəmirlər.    

Bütün bunlar doğum evlərində və şöbələrində pasientin hüquqları toplusunun olmaması üzündən baş verir. Bu toplularda hüquqlar və qoyulan tələblər haqqında məlumat verilir. Bizim ölkədə onlar hansı hüquqları olduğunu,  bu və ya başqa situasiyada nejə davranmalı olduqlarını bilmirlər. 

UNİCEF 10 ildən çoxdur ki, "Ana südü ilə qidalandırma" proqramını gerçəkləşdirir. Ölkənin əksər doğum evləri UNİCEF-in "Anaya və körpəyə xeyirxah münasibət" təşəbbüsünə qoşulub. Bu təşəbbüsün hesabına son illərdə səhiyyə müəssisələrində ana və yeni doğulmuş körpəsinin birgə saxlanması məsələsi nəzərdən keçirilir. 

UNİCEF-in məlumatına görə, Azərbayjanda yaşı bir gündən 3 aya qədər dəyişən 10 körpədən yalnız 1-i sırf ana südü ilə qidalanır. Halbuki "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanuna görə, mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələri hamilə qadınlar və analar arasında körpənin ana südü ilə qildalanmasının önəmi və yararları haqqında birbaşa təbliğat aparmalıdırlar. Anjaq bu təbliğat çox vaxt aparılmır. Uşağın ilk qidalandırılması yaxşı halda doğulduqdan 2 saat sonra gerçəkləşdirilir. Bundan sonra dərhal uşaq baxım üçün götürülür. 

Hələ ki Azərbayjan hamilələrə və doğuşa tibbi yardım məsələsi üzrə beynəlxalq qurumlar (DST, UNİCEF, BMT) qarşısında heç bir öhdəlik götürməyib. DST-nin, BMT-nin Əhali Fondunun və UNİCEF-in hamilələrə tibbi yardım məsələləri üzrə tövsiyələrinin heç biri rəsmiləşdirilməyib. Anjaq UNİCEF-in Azərbayjan üzrə nümayəndəsi ümid edir ki, yaxın zamanlarda bu baş verəjək.


MƏSLƏHƏT GÖR:

480