15 Mart 2025

Şənbə, 00:42

BÜDCƏNİN KEŞİYİNDƏ

Azərbaycan hesablama palatası işini fəallaşdırır

Müəllif:

01.05.2008

Müxtəlif ölkələrin hökumətləri tez-tez fəaliyyətlərinin sosial-iqtisadi nətijələrinin  effektif idarəetmədən asılı olduğunu vurğulayırlar. Strategiyaların formalaşdırılmasında və gerçəkləşdirilməsində siyasi niyyətlərin açıqlığı, yəni gizli saxlanılmaması səmərəli idarəetmənin əsas elementidir. Büdjə hökumətin maliyyə siyasətinin ifadə edildiyi xüsusi sənəddir və strateci öhdəlikləri nizama salır və onların konkret yerinə yetirilmə üsullarını nəzərdə tutur. Azərbayjanın dövlət büdjəsi  böyüyür  ildən-ilə və əhatə dairəsini genişləndirir. Uyğun olaraq, ölkədə dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsinin vajibliyi artır. Bu, dövlət maliyyə resurslarını yalnız məqsədəuyğun və səmərəli istifadə etməyə imkan verməklə bitmir, həm də maliyyə axınlarını göndərəndən alan kimi hərəkətini izləməyə imkan verir. Bu da pul vəsaitlərinin yolda iz qoymadan yoxa çıxmasının qarşısını alır. 

Azərbayjanın maliyyə axınlarının üzərində nəzarət sisteminin təkmilləşdirilməsi və dövlət qurumlarının səlahiyyətlərinin müəyyən edilməsi üçün "Vahid dövlət nəzarəti haqqında" qanun layihəsi hazırlanıb. Hazırda sənəd beynəlxalq maliyyə institutları tərəfindən ekspertiza edilir. Bu qanunun qəbul edilməsi dövlət büdjəsinin proqnozlaşdırılması və yerinə yetirilməsi sistemində şəffaflığı artırajaq, həmçinin büdjə vəsaitlərinin xərjlənməsi üzərində nəzarəti güjləndirəjək. Qanunda həm də dövlət maliyyə tənzimlənməsinin müddəaları müəyyən edilib. Həmçinin orada dövlət maliyyə nəzarəti sistemində rəsmi qurumlar arasında səlahiyyət bölgüsü daha dəqiq göstərilib. 

 

Əlavə səlahiyyətlər və status

Azərbayjanda maliyyə nəzarətini hazırda daxili və xariji nəzarətlərə bölmək olar. Bunlar uyğun olaraq Maliyyə Nazirliyi və dövlət maliyyə nəzarəti üzrə müstəqil qurum olan Hesablama Palatası (HP) tərəfindən gerçəkləşdirilir. İndiki mərhələdə onların əsas vəzifəsi dövlət maliyyə nəzarəti sahəsində səmərəliliyin artırılması və maliyyə-nəzarət fəaliyyətinin lüzumsuz təkrarlanmasının qarşısını almaqdır. 

"Azərbayjanın yeni borj bazarlarına çıxması, dövriyyədə olan pul kütləsinin artması Hesablama Palatası qarşısında yeni vəzifələr qoyur. Palata artan maliyyə axınlarında şəffaflığın təmin edilməsində, büdjə vəsaitlərinin təyinatı üzrə istifadəsində hesabat sisteminin yaxşılaşdırılmasında işini fəallaşdırmalı və ölkədə iqtisadi durumun təhlili ilə məşğul olmalıdır", - deyə HP sədri Heydər Əsədov vurğulayıb. Onun fikrinjə, HP təsərrüfat subyektləri ilə qarşılıqlı münasibətlərini güjləndirməlidir. 

Büdjə prosesinin təkmilləşdirilməsi üçün Hesablama Palatası büdjə məjəlləsi hazırlamağı vajib sayır. Hazırda normativ-hüquqi bazada müəyyən çatışmazlıqlar var və bu, Hesablama Palatasına dövlət büdjəsinin, məjmu büdjənin, həmçinin dövlət büdjəsindən bələdiyyələrə ayrılmış vəsaitlərin təyinatdan kənar işlədilməsinə nəzarət üzrə funksiyaları tam həjmdə yerinə yetirməyə imkan vermir. O jümlədən, büdjə transferləri üzərində nəzarət mexanizmi yoxdur, daxili nəzarət sisteminin qeyri-təkmillik halları var və məlumatlar vaxtında təqdim edilmir. Məhz bunlara görə palataya əlavə səlahiyyətlər və ölkənin yüksək auditor qurumu statusu verilib.  

"Hesablama Palatası haqqında" qanuna edilmiş dəyişikliklərə görə, HP apardığı yoxlamaların nətijəsində təqdim etdiyi göstərişləri yerinə yetirməyən dövlət müəssisələri və təşkilatlarının bank hesablarına həbs qoymaq səlahiyyətlərinə malikdir. Hələ ki hesabların bağlanması faktına rast gəlinməyib, anjaq bu artıq müəssisələrin rəhbərliyini dövlət vəsaitlərinin təyinatdan kənar xərjləməyi qərara almazdan qabaq yaxşıja düşünməyə vadar edir. Anjaq təjrübə göstərir ki, hətta hesabın bağlanması kimi xoşagəlməz perspektiv belə, həmişə dövlət pullarını bədxərjlikdən və mənimsəmədən xilas edə bilmir. 

 

Üç yoxlama və üç milyon manat 

2007-ji ildə Palata 3 qurumda auditor yoxlaması gerçəkləşdirib. Bunlar "Aztelekom" İB, Dövlət Pedaqoci Universiteti və "Aqrolizinq" SJ olublar. Həmçinin HP 34 təhlil ekspertizası keçirib. Burda qeyd etmək lazımdır ki, 2006-jı ildə 18 auditor yoxlaması və 24 təhlil ekspertizası keçirilib və bunlar  "Aztelekom" İB və "Azerenerci" SJ-ni, bələdiyyələri və notarial kontorları, İjtimai Televiziyanı, Nəqliyyat Nazirliyini, Qaçqın və Məjburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsini əhatə edib. Yoxlamaların sayının azalması Hesablama Palatasının strukturunun yeniləşməsi, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır.  Dəyişikliklər nətijəsində daxili və xariji auditor nəzarəti şöbələri ayrılıb. Anjaq Hesablama Palatası 2008-ji ildə  vəziyyəti düzəltmək və 34 auditor yoxlaması həyata keçirmək niyyətindədir. 

Ötənilki yoxlamaların nətijələrinə görə, əksər dövlət qurumlarında və müəssisələrində oxşar problemlər aşkarlanıb. Bunlar zəif mühasibat uçotunun təşkili, debitor borjların yaranması, büdjəyə ödənməli vergilərin düzgün hesablanmaması, əsaslı təmir üçün xərjlərin smetaların şişirdilməsi, əldə olan resursların səmərəsiz istifadə edilməsi kimi problemləri əhatə edirdi. 

"Bizim yoxlama nətijəsində büdjə və başqa strukturlar üçün 3,523 milyon manat vəsaiti bərpa etmək mümkün olub. 300 min manat əlavə dəyər vergisi (ƏDV), 167 min manat dövlət büdjəsinə dividendlər ödənilməsi üzrə bərpa edilib. O jümlədən, "Aqrolizinq"də yoxlama zamanı alınan kənd təsərrüfatı texnikasının fermerlər arasında tam paylanması və verilmiş mineral gübrələrin pulunun yığılması ilə bağlı problemlər ortaya çıxarılıb. Bu problemlər Azərbayjanın baş naziri ilə müzakirə edilib. Bizim yoxlamanın əsasında aşkarlanmış üç pozuntu əsasında sənədlər prokurorluğa göndərilib, 19 adam işdən qovulub, 10 adama töhmət verilib", - deyə Heydər Əsədov bildirib. 

Təhlil tədbirləri nətijəsində mərkəzi ijra hakimiyyəti orqanlarında boş yerlərə işçi götürülməsi, mənzil-kommunal xidmətləri üzrə xərjlərin proqnozlaşdırılması baxımından mürəkkəbliklər olduğu ortaya çıxıb. "Müdafiə sahəsində bizim təhlillər nətijəsində debitor borjların əsassız yüksəlməsi aşkar edildi ki, bu da narahatlıq doğurur. Hazırda bu jür təhlillər davam etdirilir. İlkin rəy budur ki, nazirliklər nəzərdə tutulandan çox pul xərjləyirlər", - deyə HP başçısı vurğulayıb. 

Daxili auditlə yanaşı, HP xariji audit də gerçəkləşdirir. Məsələn, Qazaxıstanın dövlət büdjəsinin yerinə yetirilməsi üzərində nəzarət komitəsi ilə birlikdə biomüxtəlifliyin qorunması üzrə tədbirlərin səmərəliliyinin auditi keçirilib. Auditin nətijələrinə görə, Xəzərin ekoloci durumunun pisləşməsi və bioehtiyatların kasadlaşması, dəniz mühitinin qorunması üzrə konvensiyanın yerinə yetirilməsi, həmçinin bioresursların müdafiəsi üzrə vəsaitlərin işlədilməsinin səmərəsizliyi təsdiq edilib. Xüsusilə də, brakonyerliklə mübarizənin, sanitariya normalarının yerinə yetirilməsi və nəzarətdə saxlanılmasının səmərəsiz olduğu vurğulanıb.

 

Dövlət proqramı diqqət mərkəzindədir 

Hazırda parlament də Hesablama Palatasına mürajiət edərək, qanunveriji orqanın narahatlığına səbəb olan məsələlərlə maraqlanır. O jümlədən, dövlət müəssisələrində uçotun təşkilinin qənaətbəxş olmadığı vurğulanıb. İqtisadi siyasət üzrə parlament komissiyası HP ilə birgə bu sahədəki durumu təhlil etməyi və vəziyyətin yaxşılaşdırılması üzrə tövsiyələr hazırlamağı vajib sayır. Komissiya rəhbəri Ziyad Səmədzadənin fikrinjə, palatanın fəaliyyətində priortetlər artan dövlət investisiya xərjləri və sosial siyasətin effektivliyi ilə bağlı olmalıdır. Həmçinin palataya ayrı-ayrı sektorlara dövlət  vəsaitlərinin ayrılması qaydalarını tənzimləyən yeni normativ sənədlərin işlənməsi prosesinə qatılmaq da təklif edilir. 

H.Əsədovun sözlərinə görə, 2008-ji ildə HP əsas diqqəti dövlət investisiya proqramının vəsaitləri hesabına gerçəkləşdirilən bir sıra dövlət proqramlarının gerçəkləşdirilməsi məsələlərinə yönəltmək niyyətindədir. Bu çərçivədə Palata təhsil, səhiyyə, Bakı kəndlərində sosial vəziyyətin yaxşılaşdırılması sahələrində proqramların həyata keçirilməsini yoxlamağı planlaşdırır.  Yaxın zamanlarda o, auditor yoxlamalarının keçirilməsinə başlayajaq. HP-nin planları sırasına regionlarda əlillər üçün evlərin tikintisi prosesini yoxlamaq da daxildir. Anjaq Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilən investisiya layihələri hələ ki HP-nin yoxlamaları dairəsinə daxil deyil. H.Əsədovun sözlərinə görə, lazım gələrsə, onların yoxlanılması 2009-ju ildə gerçəkləşdirilə bilər. 

Əlbəttə, sadalananlara baxmayaraq, Azərbayjan Hesablama Palatası qonşu ölkələrin, məsələn, Rusiyanın uyğun qurumlarının səviyyəsinə qalxmaq üçün güjlü inkişaf etməlidir. Hazırda palata üçün 2012-ji ilə kimi konkret inkişaf strategiyası işlənilb. Strategiya Amerikanın "Helm Corporation" təşkilatı tərəfindən Yaponiya hökumətinin 895 min dollar qrantı hesabına hazırlanıb. 

"İlkin qiymətləndirməyə görə, strategiyanın gerçəkləşdirilməsinə 2 milyon dollar lazımdır. Bu vəsaiti də biz Dünya Bankından qrant şəklində almağı düşünürük", - deyə H.Əsədov bildirib. Qrant palatanın maddi-texniki bazasının, potensialının yaxşılaşdırılmasına, auditin müxtəlif təlimatlarının, milli standartlarının hazırlanmasına yönəldiləjək. Bütün bunlar HP üçün büdjə təşkilatlarına daha sürətli nəzarət etməyə imkan verəjək.


MƏSLƏHƏT GÖR:

443