15 Mart 2025

Şənbə, 00:33

SƏKKİZ NƏFƏRLİK TƏNHALIQ3

Akademik milli dram teatrında Elçinin pyesi əsasında Bəhram Osmanovun quruluş verdiyi "Arılar arasında" tamaşasının təqdimatı olub

Müəllif:

15.04.2008

Azərbayjan Akademik Milli Dram Teatrında yazıçı Elçinin pyesi əsasında hazırlanmış tamaşaya qapalı baxış keçirilib. "Arılar arasında" adlanan tamaşanın tanıtımı aprelin 4-də baş tutub. Dramaturq əsərinin canrını "ikihissəli istehza" adlandırıb. Tamaşanın quruluşçu recissoru əməkdar injəsənət xadimi Bəhram Osmanovdur. 

Tamaşaçıya birbaşa çatdırılmasından və ya sücet gedişləri ilə müəyyən dərəjədə örtülü saxlanmasından asılı olmayaraq, çağdaş dramaturqların əsərlərinin başlıja mövzusu tənhalıqla, bu böyük dünyada insanların yalqız qalması ilə bağlıdır. Heç bir mobil rabitə, heç bir yüksək sürətli İnternet normal ünsiyyəti yadır-ğamış qəlbləri birləşdirə bilməz. Meqopolislərin toplumu hələ Drayzerin və O`Henrinin vaxtlarından insanların yadlaşması probleminin müzakirəsini vajib edir. Bir də ki tənhalıq yalnız böyük şəhərlərin problemi deyil, bunu Çexov çox aydın şəkildə təsvir edib. Və xalq yazıçısı Elçin bu gözəgörünməz zülmün girdabında qalmış çağdaşlarımızı və soydaşlarımızı təsvir etməklə parlaq ənənəni davam etdirib. 

Pyesin süceti o qədər də mürəkkəb deyil. İstirahət günü ata və ana oğlunu və qızını, onların nişanlılarını götürərək, çoxdandır ki, özünü paytaxtdan 240 kilometr aralıda yerləşən dağlardakı otlaqlara bağlamış, tərki-dünya həyatı sürən babanı görməyə gedirlər. 

Ailə Fərəj Qarayevin təntənəli və nikbin musiqisinin sədaları altında dağlara yola düşür. İnsanların göylərə daha yaxın olduğu yüksəklərdə onlar bir-birlərini daha yaxşı tanıyırlar, xasiyyətləri daha aydın ortaya çıxır. Sona yaxınlaşdıqja melodiya baş verənlərə daha fajiəvi uyğunsuzluqla səslənir. Buna görə də Babanın çox sevdiyi arılarının bol olduğu sevimli otlağındakı təkliyi törəmələrinin böyük və səs-küylü ailəsinin içərisindəki yalqızlığa baxanda, sadəjə, jənnət kimi görünür. Recissor baş verənlərin tamamilə məişət tərəfini və qəhrəmanlardan birinin gözünə görünən qəribə qarabasmaları ən yüksək şəkildə tamaşaçılara çatdırmağı bajarıb. Tamaşaçı arılar və insanlar arasında tutuşdurmanı da dərindən hiss edir və bu tutuşdurmanın sonujları heç də ürəkaçan deyil. Bu baxış bujağından yanaşanda, əsərin adı da yetərinjə kinayəli görünür. 

Tamaşanın quruluşçu recissoru Altay Sadıxzadədir. O, tamaşanın rəngarəng "buqələmun" dekorasiyalarının müəllifidir. Rəngini şəraitə uyğun olaraq dəyişən bu dekorasiyalar eyni uğurla həm dar şəhər mənzilinin psevdo-abstrakt boyalarını, həm də dağların geniş, yüksək, Günəş işığı ilə dolu yamajlarını əks etdirə bilir. Geyimlər də maraqlıdır. Qəhrəmanlar bizim günün insanlarıdır və ilk replikasını səsləndirmədən önjə belə, geyiminə görə onların nə jür insan olduğunu yanlışlığa yol vermədən anlamaq olur. Bu, bəzən müəyyən qədər də şiti çıxmış qadın geyimlərinə xüsusilə aiddir. 

Pyesin əsas qəhrəmanları Baba və Nənədir. Xalq artisti Firəngiz Mütəllimovanın aktyor aurasının gur işığı bütün tamaşaboyu nur saçır və tamaşaçıların diqqətini müəllifin sadəjə Arvad adlandırdığı qəhrəmanın üzərinə jəlb edir.  O isə sadəjə evin xanımının etməli olduğundan artıq bir iş görmür. Və məgər bu azdır? Firəngiz Mütəllimovanın qəhrəmanı ərini qısqanjlıqla, uşaqlarını hökmü ilə, ev heyvanlarını tükənməz nəvazişləri ilə idarə edən adi bir qadındır. Arvad həm də onların hamısını sevir və yola verir. 

Aktrisanın temperamenti obrazın qayəsinə dəqiq uyğun gəlir, davranışlarındakı milli kolorit isə tipik şəhər qadınının parlaq portretini tamamlayır.  

Təbii ki, Ər (əməkdar artist Jəfər Namiq Kamal) onun yanında yetərinjə kölgədə qalır. Bu, müəllifin yaratdığı nizama da uyğun gəlir. Ər də çox tanış obrazdır, kənarda münasibəti olan, amma bunu qadınından gizlədən, arvadağız biridir. Tək məhəbbət məsələlərini deyil, fikirlərini də, hisslərini də, planlarını da ətrafdakılarından gizlədə bilər. Anjaq o da hərdənbir həyat yoldaşının etdiklərinə dözə bilmir: "Mənim fikrimjə, Həvva tək almanı deyil, üstündə ilanı da yeyib jənnətdən çıxıb". Və bütün bunlara baxmayaraq, Jəfər Namiq Kamalın oynadığı Ər obrazı insan kimi xanımından daha ürəyəyatandır. Rəssamların ibarəsinjə deyilsə, bu rol sadəjə solğun bir sulu boya rəsmidir, qadının obrazı isə yağlı boya ilə çəkilmiş parlaq əsərdir və Mütəllimovanın oyunçu məharəti bu yağlı boya əsərini içəridən işıqlandıraraq rəngarəng mozaikaya çevirir. 

Yaşlı jütlüyə baxanda gənjlərin dördü də daha kəskin, daha istehzalı və daha yayğın boyalarla təsvir edilib. Burda hər şey müəllifin istəyi ilə elə başlanğıjdan yetərinjə kəskinləşdirilib. Bunu təsviri sənətdə komikslərə bənzətmək olar. Ağırlıq qaldıran Zulya idmandan başqa heç nə ilə maraqlanmır və həyatının mənasını "kiloqramlar rekordunda" tapır.  Çılğın Lyalya isə kabab çəkmək üçün alınmış toğluya baxaraq "yazıq, heç bir günahı olmayan quzu" deyib kədərlənir. Çevrədəkiləri tərəfindən, hətta öz adı ilə çağırılmağa belə layiq görülməyən, elə uşaqlıq ləqəbi ilə tanınan uğursuz biznesmen Topuş isə həmin kababı rahatlıqla gözünə təpir. Nişanlısından bir qədər qorxan xor müğənnisi Jaba isə hələ də öz ağlı ilə oturub-dura bilmir, fikrində birjə səsidir, qorxur ki, Allah göstərməsin, birdən səsi batar. 

Aktyorların hər biri oynadığı rola bajardığı qədər jan qoyur. Rəşad Bəxtiyarov səhnələrin çoxunda ustalıqla rola girərək, oyunu ilə Jabaya ərköyün, əfəl ana uşağı görkəmi verir. Elşən Jəbrayılov isə bunun əksinə olaraq öz Topuşunda heç bir kəskin jəhət nümayiş etdirmir. Onun qəhrəmanı da atası - Ər obrazı kimi boz çıxıb. Bu, aktyor Jəbrayılovun öz istəyi idi, yoxsa elə bu jür alınmışdı, dəqiq demək çətindir. Anjaq Ərin boz görkəminin arxasından zəif, anjaq həssas və ağıllı bir insanın ruhu görünür, ən azından onun ruhsuz olmadığı aşkarlanır. Anjaq Topuşun boz görkəminin arxasında isə heç nə yoxdur, o, kölgə teatrında olduğu kimi tamamilə jizgisiz fiqurdur. Bununla yanaşı o həm də hamıya çox tanış gələn bir obrazdır… Bunu, əlbəttə ki, çağdaş gənjliyin böyük bölümünün ünvanına bir atmaja kimi də dəyərləndirmək olar. 

Bu baxımdan, aktrisalar aktyorlardan xeyli irəlidədirlər. Şəhla Əliqızının oynadığı Zulya obrazı çox janlı alınıb, sözün hər mənasında… İlk baxışdan küt kimi görünən idmançı qız elə də axmaq görünmür. Hətta gələjək ər seçiminin uğursuz olmasını o, anasının dilətutmaları ilə izah edir, yəni artıq ərə getmək vaxtıdır və buna görə də razılaşmaqdan başqa çarə yoxdur. Bununla da o öz məsuliyyətini asanlıqla doğma anasının boynuna atır. Çünki məsuliyyətin ağırlığı bu ağırlıqqaldıran qızın altına girə bilmədiyi bir yükdür.  Bununla belə, qalan yetərinjə süst "uşaqlar"a baxanda enercili Zulya çox jazibədar görünür. Gözlər onun daimi məşqlərindən yorulsa da, bu "daimi mühərrik" səhnədə baş verənləri xeyli janlandırır. 

Yalnız Lyalya obrazı Zulyadan parlaq görünür və bu da rolun tam dərinliyinə qədər baş vura bilmiş əməkdar aktrisa Münəvvər Əliyevanın zəhməti hesabınadır.  Onun Lyalyası Günəşin qürubuna baxıb hönkürən, jild-jild şeirlər yazan və qurbağaların qurultusundan vəjdə gələn psevdo-ziyalı xanımlara öldürüjü parodiyadır. Bu, ajı, həddindən kəskinləşdirilmiş və gərgin parodiyadır və buna görə Lyalya qeyri-təbii görünən yeganə qəhrəmandır. Buna görə də tamaşanı kimin - bu aktrisanınmı, qalan oyunçu heyətininmi daha aydın qavradığını demək olmur. Amma bu, bir gerçəkdir ki,  dramaturqun qoyduğu "kinayə" tələbinə ən yaxın olduğundan bu parodiya surəti  tamaşanın ümumi "aura"sından seçilir. 

Bütün bunlardan fərqli olaraq, qəhrəmanların baş jütlüyü maraqlı harmonik birlik nümayiş etdirir. İnsanların bir-birini itirdiyi bu intəhasız dünyada Baba və Nənə (xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Mətanət Atakişiyeva) - bu iki yaşlı insan hər kəsdən fərqli olaraq, bir-birlərini tapıblar. Yaşları onların gələjəyə tükənməz və sadəlövh ümidlə baxmağa imkan verməsə də, onlar ümidlərini itirmirlər. Və aktyorlar ustalıqla qəhrəmanlarının daxili dəyişmələrini göstərirlər. Bu çevrilmə Babanın dəhşətli və fajiəli qarabasmalarından və Nənənin rabitəsiz danışıqlarından keçərək baş verir. 

Pyesin finalında daha bir "qəhrəman" - Külək peyda olur. O, keçmişi götürərək aparır. Anjaq nə gətirir? Sücet xəttinin tam bəlli olmasına baxmayaraq, bu, müəyyən dərəjədə bitməmiş sonluqdur. 


MƏSLƏHƏT GÖR:

522