15 Mart 2025

Şənbə, 00:31

"HÖKMDARIN TALEYİ"

Kino sənayesinin son standartlarına uyğun olaraq çəkilmiş eyniadlı film tamaşaçılara təqdim ediləcək

Müəllif:

15.04.2008

Ölkəmiz haqqında nə bilirik? Bizə elə gəlir ki, hər şeyi. Anjaq papağımızı qabağımıza qoyub bir az düşünsək, aydın olar ki, o qədər də çox şey bilmirik. Azərbayjanın tarixini orta məktəb proqramından və ya institut kursundan öyrənmişik, ərazisini, əhalisinin sayını, milləti narahat edən problemləri bilirik. Uşaqlıqdan qəlbimizdə Vətən haqqında təsəvvürlərimiz, ona ana sevgisinə bərabər tutduğumuz sevgi yaranır. O bizi ayağa qaldırır, böyüdür və elə vaxt gəlir ki, ona qayğı göstərməlisən. Görəsən, biz nə vaxt Vətəni sevdiyimizi anlayırıq? Yəqin ki, onun bizim köməyimizə ehtiyajı olan zamanlarda. Vətən qarşısında borju olduğunu anlamaq üçün insan müəyyən vətənpərvərlik məktəbi keç-məlidir. Yəqin ki, valideynlərimizin bizə verdiyi tərbiyə Vətənə sevginin ilkin anlayışlarıdır, daha sonra onlar oxuduğumuz ədəbiyyatın, baxdığımız televiziya verilişlərinin təsiri altında jilalanır. Və bütün bunlar dövlət ideologiyasının ayrılmaz parçalarıdır. Anjaq görəsən, bizim çoxumuzmu öz Vətənimizi eninə, uzununa gəzmişik və onun insanlarının nejə yaşaması ilə maraqlanmışıq?  Etiraf edək ki, Vətən haqqında akademik biliklər heç də həmişə onun insanları ilə birbaşa ünsiyyətlə tamamlanmır, yəni biz heç də həmişə ölkəmiz haqqında hər şeyi bilmirik. Amma təbii ki, bu heç də Vətəni sevmədiyimizdən xəbər vermir. 

Görəsən, bizdə vətənpərvərlik hissələrini nə yaradır? Tezliklə yerli teleekrana çıxajaq "Hökmdarın taleyi" filminin yaradıjıları bu suala düz iki il javab axtarıblar. Əsasında İlyas Əfəndiyevin "Hökmdar və qızı" fajiəsi dayanan tarixi kinofilmin çəkilişi məhz iki il çəkib. Filmin ssenarisini İlyas Əfəndiyevin oğlu yazıçı Elçin Əfəndiyev yazıb. Öz əsərlərində ata və oğul Əfəndiyevlər bu məsələyə javab tapıblar. Və milli kinematoqrafiyada analoqu olmayan filmin bu müəmmanı tamaşaçıya çatdırması çox önəmli xidmətdir. "Hökmdarın taleyi" filminin yaradıjıları düz iki il öz həyatları ilə yanaşı, filmdəki qəhrəmanların da həyatını yaşayıblar. Çünki azərbayjanlılar üçün çox həssas olan Qarabağ mövzusunda çəkiliş aparmaq elə də sadə iş deyil. Buna görə də filmin yaradıjıları və oyunçuları həmin müddət ərzində gərgin mənəvi həssaslıq halında olublar. 

 

Dönmək istəyirəm...

Sabir Rüstəmxanlı 1990-jı ildə Bakıda çapdan çıxmış "Ömür kitabı"nda vurğulayır ki, Qarabağ, Şuşa haqqında danışanda xarı bülbülü unutmaq günahdır. Dünyanın ən gözəl əhvalatlarından biri məhz bu güllə bağlıdır. İndi bu hadisə əfsanəyə çevrilib. Azərbayjanda elə bir adam tapmaq çətindir ki, Ağabəyim ağanın taleyindən xəbərsiz olsun. İran taxt-tajının sahibinə ərə verilmiş və doğma yurdunu tərk etmiş bu Qarabağ gözəli gündən-günə solmağa başlayır. Qızıl qəfəsə salınmış bülbül kimi o, Vətəni üçün fikir eləyirmiş. Bundan çıxış yolu axtaran şah Qarabağdan ağajlar və çiçəklər gətirdərək sarayda "Qarabağ jənnət"i yaratmaq istəyib. Anjaq Ağabəyimin kədəri keçməyib. Çünki bu "jənnət"də Şuşanın möjüzəsi olan xarı bülbül yox imiş. Güllərin şahı -  xarı bülbül yalnız Şuşada bitir və çiçək açır. "Şuşa özü də Azərbayjanın xarı bülbülüdür. Onu görmədən, havasından, gözəlliyindən həzz almadan Vətən torpağı mənə daha yoxsul və daha bərbad görünərdi", - deyə S. Rüstəmxanlı bildirir. 

Karate üzrə qara kəmər və dördünjü dan almış, jiu-jitsu üzrə qara kəmər və beşinji dan sahibi olan Əli Jəfərov "Region plus"un əməkdaşı ilə söhbətində aktyor kimi özünü ilk dəfə sınadığı "Hökmdarın taleyi"ndən danışıb. Tanınmış idmançının filmin çəkilişi ilə bağlı təəssüratları o qədər güjlüdür ki, indi o, həyatını iki dövrə - filmin çəkilişinə qədər və çəkilişdən sonrakı dövrlərə bölür. 

Filmin sücet xəttində XVIII yüzilliyin sonlarında - XIX yüzilliyin əvvəllərində İbrahim  xanın hakimiyyəti illərində 5 məlikliyə bölünmüş Qarabağ xanlığında baş vermiş tarixi hadisələr durur. İbrahim xan nəyin bahasına olur-olsun Qarabağ xanlığını birləşdirmək və İran işğalından qurtarmağa çalışırdı. İran hökmdarı Ağa Məhəmməd şah Qajar İranda hakimiyyəti ələ keçirəndən sonra Qarabağ xanlığına da hüjum etmişdi. Ağa Məhəmməd şah Qajarın ölümündən sonra hakimiyyət onun qardaşı oğlu Baba xana keçmişdi, o da Fətəli şah adı ilə taxta çıxmışdı. 

Sələfi kimi Azərbayjana qarşı sərt siyasətini davam etdirən yeni İran hakimi əvvəljə "nikah diplomatiyası" yolu ilə İbrahim xanla münasibətləri düzəltməyə çalışıb. Fətəli şah Qarabağ xanına qızını ona ərə verməyi  təklif edib. Ağa Məhəmməd şah Qajarın hüjumundan sonra Qarabağın iqtisadiyyatı xeyli zəifləyibmiş. İranla münasibətləri gərginləşdirmək istəməyən İbrahim xan silahlı hüjumdan qorxaraq, qızı Ağabəyim ağanı İran hökmdarına ərə verməyə razı olub. Ağabəyim ağa atasının gənj və qəhrəman qoşun baş-çısı Saday bəyi sevsə də, İbrahim xan qızını İran hökmdarına ərə verməyə məjbur olub. Saday bəy rolunu filmdə Əli Jəfərov oynayır.  

"Filmdə ayrılmağa məjbur olan aşiqlərin başına gələn fajiə təsvir edilir. Atası ilə danışdıqdan sonra qız anlayır ki, Vətən qarşısında borjuna görə o, İran hökmdarına ərə getməyə məjburdur. Filmin kulminasiyası İbrahim xanın qızı ilə dialoqudur. Xan qızına başa salır ki, hər hansı bir ölkənin dövlət başçısı öz əməllərində azad deyil və onlar bəzən öz ürəklərinin əleyhinə getməli olurlar. Kimlərsə düşünür ki, hökmdarların taleyi yalnız özlərindən asılıdır və özləri haqqında yalnız özləri qərar verə bilərlər. Anjaq xan qızına izah edir ki, bu, belə deyil, çünki xan dövlətin taleyi ilə bağlı məsuliyyət daşıyır. Bu, məhz hökmdarla qızının söhbətinin tamaşaçını ağlamağa məjbur etdiyi andır. Tamaşaçı da bu səhnəyə ağlamaqla Vətənin müstəqilliyi uğrunda öz həyatlarından keçmiş ulularımızın taleyinin ajısına yanır. 

Sevgililərin ayrılma səhnəsi tamaşaçıda ən dərin hisslər yaradır. Onların təpə üzərində dikələn iki ağaj önündə keçən vida söhbəti filmin yaradıjılarının bilərəkdən qurduğu səhnədir. Quruluş irəliləyən ayrılığı əks etdirir. Saday bəy İbrahim xanın əməlindən baş açmır, ona elə gəlir ki, xan hərbi toqquşmadan yaxa qurtarmaq üçün qızını İran şahına verir. Anjaq Ağabəyim ağa ona başa salır ki, xan bu addımı Qarabağ xanlığının müstəqil yaşaması, bu torpaqda bu Vətəni sevən, onun üçün janından keçməyə hazır insanların yaşamının davam etməsi üçün atır. Saday bəy üçün həyat mənasını itirir və rus işğalçıları ilə qızğın döyüşlərin birində o, həlak olur",- deyə Əli Jəfərov söyləyir. 

Əsas diqqət vətənpərvərlik mövzusuna yönəldilib. İbrahim xan öz qızının xoşbəxtliyini qurban verir və o da bütün həyatını Qarabağ həsrəti içində keçirir.  Azərbayjanın əfsanəvi zərb muğamı "Qarabağ şikəstəsi"nin də sözləri Ağabəyim ağaya məxsusdur. İran şahı ağıllı və müdrik xanımının məsləhətlərinə həmişə qulaq asıb. 

 

İlk və çağdaş 

"Hökmdarın taleyi" Azərbayjanın ilk rəqəmsal filmidir. "Bu filmin yaradılmasında işlədilən çağdaş kinosənaye texnologiyaları bizim ölkədə əvvəllər tətbiq edilməyib. İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi üçün yaradılmasına hələ 2000-ji ildə Heydər Əliyev tərəfindən sərənjam verilən filmin çəkilişinə 2005-ji ildə başlanılıb. Filmin baş prodüsseri Vaqif Əsədullayevdir. İbrahim Xəlil xan rolunu Fəxrəddin Manafov çox gözəl oynayıb. Quruluşçu operator Rusiya kinematoqrafiyasının janlı əfsanəsi Dilşad Fathulindir, bəstəkarı isə Polad Bülbüloğludur. Filmin əsas partiturası maestro Skripkanın dirijorluğu ilə Rusiya Dövlət Simfonik Orkestri tərəfindən ifa edilir. Bütün bu "ulduz toplusu" filmin çəkilişinin ilk günündən təmin edilmiş yüksək səviyyədən xəbər verir. Kütləvi səhnələr nəyə desən, dəyər. Çünki işə peşəkar kino xadimi, çağdaş texnologiyalar ustası, biliyi və təjrübəsi olan Dilşad Fathulin jəlb edilib. "O, əməkdar injəsənət xadimi olmaqla yanaşı, həm də SSRİ və Rusiya dövlət mükafatları laureatıdır. Bizə məhz belə peşəkar lazım idi",- deyə Ə.Jəfərov bildirir.

Əsas çəkilişlər, o jümlədən Rusiya işğalçları ilə döyüş səhnələri də Şəkidə aparılıb. Özü də Saday bəy roluna uyğun gələn tipac uzun müddət imiş ki, tapılmırmış. "Arif Əsədullayev təsadüfən məni görəndən sonra xeyli fikirləşdi və bir neçə gündən sonra mənə zəng edərək sınaq çəkilişinə dəvət etdi. Mən uzun müddət buna razılıq vermədim. Sonra anladım ki, bir qubadlılı kimi bu rolu oynamağa borjluyam. Nəhayət, mən Saday bəyin paltarlarını geyinib yoxlamağa başladım, əynimə dar gəlirdi, çəkmələr də ayağımı sıxırdı. Kostyumçu qız gülümsəyərək, "Axır ki bu rola adam tapdılar", dedi. Bu filmin mənim üçün çox böyük önəmi var. Bəlkə də bu, həyatımın ən vajib işidir. Film yalnız Azərbayjandan deyil, həm də Qarabağdan bəhs edir. Mən həmin filmə görə kinomuzun janlı ensiklopediyası Vaqif Əsədullayevə təşəkkür edirəm. Bizim ölkədə belə bir insanın yaşaması böyük xoşbəxtlikdir, biz onu qorumalıyıq. Məni bu filmdə çəkilməyə o məjbur edib. Filmin əsasında yalnız mənim üçün deyil, bütün azərbayjanlılar üçün aktual olan Qarabağ problemi durur. Bu lentdə ön plana milli məfkurə çıxıb. Əgər millətdə milli ideya yoxdursa, o bədbəxtdir. Mənjə, yalnız milli məfkurəsi olan millətləri xoşbəxt saymaq olar. Çox şadam ki, bizdə milli məfkurə var. Filmin çəkilişi mənim üçün xoş hadisə, başa çatması isə kədərli idi. Sanki həyatımın səhifələrindən biri qapandı. Buna görə bəzən hətta ürəyim də sanjır...", - deyir Ə.Jəfərov. 

Yeni başlayan aktyorlarla master-klassları Fəxrəddin Manafov keçib. Müsahibələrinin birində o, film haqqında deyib: "Ən önəmlisi aktyorun qarşısına qoyulmuş məqsəddir. Əgər sən bu məqsədi asanlıqla ayrıd edə biləjəksənsə, rol qəbul ediləjək. Elə vaxtlar olub ki, mən aktyora demişəm: başını sağa döndər, gözlərini endir və nəfəsini qıs...  Aktyor işi çox çətin işdir, əhvalının nejə olmasından asılı olmayaraq işləmək lazım gəlir. İnsan yalnız birjə filmdə çəkilə bilər və onu böyük aktyor kimi qəbul edə bilərlər. Əgər sən aktyor qarşısında dəqiq məqsəd qoyarsansa, onda IV kurs tələbəsi Günəş Əliyevanı da peşəkar aktrisaya çevirə bilərsən, çəkilişlər zamanı o, II kursda oxuyurdu. Pantomim Teatrının aktyoru Pərviz filmdə Fətəli şah rolunu oynayır. Mənə elə gəlir ki, Fətəli şah məhz belə olub. Mən Məmməd Səfini, Kamran Yunusu, Vidadi Həsənovu dünya səviyyəli aktyorlar sayıram. Aktyor təhsili olmayan Aysu Əfəndiyeva da filmdə çəkilib. O, Javad xanın qızının obrazını yaradıb. Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru, xalq artisti Yuri Barıyev də çəkiliş meydançasında öz peşəkarlığını sübut edib. Filmdə Mehriban Zəki və Sənubər İsgəndərli kimi aktrisalar da çəkilib. Manaf Dadaşov Bakı xanının bajısı oğlu Sonqulu ağa rolunu oynayır. Muxtar İbadov filmə xəstə-xəstə çəkilib. İş elə gətirib ki, o xəstələnib və həkimlər çəkilişdə iştirak etməyi ona qadağan ediblər. Anjaq buna baxmayaraq, Muxtar İbadov Vaqif Əsədullayevə zəng edib deyib ki, o çəkilməlidir, çünki burada söhbət onun Vətənindən gedir. Əli Jəfərovu xüsusilə qeyd etmək istəyirəm.  Bu adamın aktyor fəaliyyətinə heç bir dəxli yoxdur. O, filmdə Saday bəyi yaradıb, filmdə trükləri özü yaradıb. Əli Jəfərov əslən Qubadlıdandır. Onun da qəlbi ağrıyır, anjaq o, filmə çəkilməyə qərarı özü verib. Məsuliyyətsiz insan heç vaxt bunu etməzdi. Filmdə həmçinin rus aktyorları  Danil Spivakovski, Aleksandr Qalibin, İlyar Şakunov, tajik aktyoru Saydo Qurbanov və başqaları çəkiliblər". 

Baş rollar "Mosfilm"in nəzdində fəaliyyət göstərən "Ton studio" şirkətində səsləndirilib. Filmdə beş dildə - Azərbayjan, rus, erməni və fransız dillərində danışılır. Film irimiqyaslıdır, ona hətta Napoleonun obrazı da daxil edilib. Çəkilişlər 3 oktyabr 2006-jı ildə başa çatıb.  Filmin çəkilişinə Nazirlər Kabineti, müdafiə, maliyyə, mədəniyyət və turizm nazirlikləri tərəfindən, şəxsən Elçin Əfəndiyev və Əbülfəs Qarayev tərəfindən yardımlar edilib. Bundan başqa, xüsusi olaraq filmdən ötrü silahlar, toplar hazırlanıb. 

V.Əsədullayevin sözlərinə görə, dövlət həmişə çəkiliş qrupuna yardım edib: "İlk önjə, ssenarini qeyd etmək lazımdır. İlyas Əfəndiyevin yaradıjılığını layiqlə davam etdirən Elçin yeni nəsrin yaradılmasında böyük rol oynayır. Buna görə də biz ssenaridən kənara çıxmadıq. Artıq Elçin Əfəndiyev, mədəniyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin kinematoqrafiya şöbəsinin müdiri Jahangir Məmmədov və Polad Bülbüloğlu filmə baxıblar və yüksək qiymətləndiriblər. Kütləvi səhnələrdə istifadə edilən geyimlər və silah əvəzsiz olaraq verilib. Onu deyim ki, geyimlər və bəzəklər üçün materiallar İrandan gətirilib. Rusiyanın və Türkiyənin mədəniyyət telekanallarının nümayəndələri bizə mürajiət edərək, filmi nümayiş etdirmək istəklərini bildiriblər. Hazırda danışıqlar aparılır. Mən istərdim ki, film Azərbayjan xalqında milli iftixar hissini artırsın. Biz heç vaxt unutmamalıyıq ki, bu filmin hadisələri bizim Vətənimizdə jərəyan edir. Qarabağ heç vaxt bizim yaddaşımızdan silinməməlidir…".

"Hökmdarın taleyi" dövlət başçısının tənhalığından danışır və bu problem dövlətçiliyin problemidir. "Bu film vahid dövlətin yaradılması üçün Azərbayjan xanlıqlarının birləşdirilməsi barədədir. Bu, montac prosesində recussuranın əsas mərhələsidir. Montacı əvvəldən-axıra kimi Vaqif Əsədullayev gerçəkləşdirib. Montac kinonun ən önəmli anıdır. Mən sadəjə istəyirəm ki, film ekranlara çıxsın. Filmdən sonra azərbayjanlıların gözlərində vətənpərvərlik və Qarabağ ağrısı görmək istəyirəm. Əgər mən bunu görəjəyəmsə, deməli, yaşamağa dəyər",-  deyə Əli Jəfərov vurğulayır.



MƏSLƏHƏT GÖR:

445