13 Mart 2025

Cümə axşamı, 08:39

NEFTİ MANATA SATMAQ? BU REALDIR!

ANATOLİ MİLYUKOV: "Milli valyuta möhkəm olduqda, hesablaşmaları ona keçirmək vacibdir"

Müəllif:

15.04.2008

Dünya maliyyə bazarlarında yaranmış xoşagəlməz durum Azərbayjanın maliyyə bazarlarını inkişaf siyasətinin gerçəkləşdirilməsində daha diqqətli olmağa və yeni layihələrin mümkün risklərini daha diqqətlə qiymətləndirməyə vadar edir. Bununla belə, nisbətən az müddət ərzində fəaliyyət göstərmələrinə baxmayaraq, bizim ölkənin əksər maliyyə qurumları dünya bank biznesində baş verənlərdən özlərini itirmirlər, əksinə, xarijdəki həmkarları ilə işbirliyini fəallıqla davam etdirirlər.

Bu fakt xariji ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Rusiya Banklar Assosiasiyasının (RBA) vitse-prezidenti, iqtisadiyyat elmləri doktoru, professor Anatoli Milyukov Rusiya və Azərbayjanın maliyyə sektorları, həmçinin, bankların bütövlükdə ölkə iqtisadiyyatına təsiri barədə fikirlərini "Region plus"la bölüşüb. 

- Nejə düşünürsünüz, Azərbayjan və Rusiya dünya maliyyə böhranının mənfi təsirlərindən yaxa qurtara bildilərmi? 

- Həm Rusiya, həm də Azərbayjan məlum tarixi səbəblərə görə qlobal maliyyə böhranından uzaq durdular. Biz bu baxımdan daha əlverişli durumdayıq. Anjaq bu uzun çəkə bilməz, buna görə də hər bir ölkə bank bölməsinin dəstəklənməsi üçün mövjüd imkanlardan nejə yararlanmaq yolları barədə düşünməlidir. Özü də bizlər - MDB ölkələri, o jümlədən Rusiya, Azərbayjan, Qazaxıstan, Gürjüstan və başqaları  dünyada baş verən böhranın girdabına düşmədən məlumat, resurslar, kredit siyasəti və s. üzrə daha səmərəli mübadilə sisetmi barədə düşünməli, bir- birimizi dəstəkləməliyik. Və bu, yetərinjə realdır.

Özü də bu, vəziyyətdən yeganə çıxış yolu deyil. Bank sisteminin inkişafı üçün MDB bankları Qərbin bank strukturları ilə əməkdaşlığa çalışmalıdırlar. Onlar 300 ildir ki, bu sahədə çalışırlar və yetərinjə maliyyə resurslarına malikdirlər. Bununla bağlı olaraq MDB ölkələrinin banklarının inkişaf üçün böyük imkanları vardır. Banklar mürəkkəb mexanizmlərdir və onları bir an içində yaratmaq mümkün deyil. Anjaq düşünürəm ki, 15 il ərzində Rusiya və Azərbayjan bankları çox şey əldə ediblər və müəyyən yetkinlik çağına çatıblar, anjaq gələjək inkişaf da önəmlidir. 

- Sizjə, MDB-nin, özəlliklə də Rusiyanın və Azərbayjanın bank sistemlərinin əsas problemi nədədir? 

- Bütün postsovet məkanının, o jümlədən Azərbayjanın və Rusiyanın banklarının başlıja problemləri indiki gündə güjləri və resurs bazaları ilə bağlıdır. Mən Rusiyanın bank bölməsində aktivlərin artımı ilə yaxşı tanışam. Bakıda isə öyrəndim ki, Azərbayjan banklarının aktivlərinin artımı 50 faizi ötmür. 

Başqa bir meyar da var, bank aktivlərinin artımı ümumi daxili məhsulun (ÜDM) artımı ilə tutuşdurulur. Bazar münasibətlərinin inkişaf etdiyi Avropada bu göstəriji 200 faizdən 400 faizə kimi də-yişir. Rusiyada bu göstəriji 60 faizi keçmir, Azərbayjanda isə 12 faizdir. Məhz bu, istehsalat yönümlü iri layihələrə kredit ayrılarkən bankların fəallığının aşağı olmasının əsas  səbəbidir. Bu baxımdan, banklar zəifdirlər və kredit ayırmaq güjündə deyillər. Anjaq banklara qısa və orta müddətli yox, uzun müddətli kreditlər lazımdır. Bu məqsədlə banklar xariji bank strukturlarına rahatlıqla mürajiət edə bilərlər. Özü də həm Rusiyada, həm də Azərbayjanda yaxşı sərmayə mühiti formalaşıb, xarijilər bizə etibar edirlər. Anjaq bu jür vəziyyət bankları başqa ölkələrdən asılı edir və maliyyə bazarlarında sarsıntı baş verən kimi ona borju olan bank sistemlərinə də mənfi təsir göstərir. 

- Çıxış yolu varmı?  

- Yaranmış durumdan çıxış MDB-nin neft və qaz ixrajı ilə məşğul olan bütün ölkələri üçün eynidir - ölkəyə daxil olan neft dollarlarının yönəldildiyi istiqamətləri diversifikasiya etmək, yəni çoxistiqamətliliyi  təmin etmək lazımdır. Bu vəsaitləri yalnız "qara gün" üçün saxlamağa və ya Rusiyadakı kimi iri miqdarlarla Qərb qiymətli kağızlarının alınmasına yönəltmək lazım deyil, onları bank sistemini doyurmaq üçün də sərf etmək gərəkdir. Bununla biz orta müddətli və uzun müddətli kreditləşdirmənin, o jümlədən neftdənkənar bölmədə sənaye yönümlü obyektlərin kreditləşdirilməsinin səviyyəsini qaldıra bilərik, bazara yerli malların axınını yaradarıq və bununla da inflyasiya templərinin aşağı salınmasını təmin edərik.       

- Aprelin birinji ongünlüyündə Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqının (RSSİ) büro üzvləri Rusiya Federasiyasının (RF) yeni seçilmiş prezidenti Dmitri Medvedevlə görüşdə strateci birca məhsullarının, hər şeydən önjə qazın, Rusiya rubluna satılmasını təklif ediblər. KİV-dən məlumdur ki, yeni prezident RSSİ-nin təklifini dəstəkləyib və büro üzvləri bunu "rublu dünya valyutasına çevirən tədbir" kimi dəyərləndiriblər. Rubla tələbatın artması Rusiya iqtisadiyyatına nejə təsir göstərər? Özü də Rusiya rublla hesablaşma aparan neft-qaz bircasının yaradılmasına hazırlaşır…     

- Burada söhbət Rusiya rublunun presticinin qaldırılmasından gedir, onun mövqeləri dünya valyutası kimi güjlənməlidir. Bu, dövlət siyasətidir və RF prezidenti Vladimir Putin bu barədə dəfələrlə danışıb. İndi Moskvanı və bütövlükdə Rusiyanı dünya üzrə maliyyə mərkəzinə çevirmək barədə düşünülür, dünya miqyaslı bircaların yaradılması planlaşdırılır. Bu yalnız rublu yavaş-yavaş dünya valyutasına çevirdikdən sonra mümkündür. Anjaq bununla yanaşı, iş yalnız rublun prestici ilə bitmir. Biz həm rublu möhkəmləndirmək istəyirik, həm də dolların məzənnəsinin düşməsi ilə bağlı karbohidrogen ehtiyatlarını rubla satmaq niyyətindəyik. Bunun ikisini də uğurla gerçəkləşdirmək olar. Rublun kəskin bahalaşması baş verir və bunun obyektiv səbəbləri var, ölkənin iqtisadi güjü artır və dolların qiyməti düşür, dolları bilərəkdən aşağı məzənnədə saxlamaq qeyri-mümkündür.  Biz nə qədər itkilərə məruz qaldığımızı anlayırıq, çünki rublun məzənnəsi artır, ixrajatçılar pis vəziyyətə düşürlər. Anjaq Mərkəzi Bank rublun məzənnəsinin artmasını saxlaya biləjək kredit siyasəti yürüdəjəyinə söz verir. Mənim fikrimjə, bunu etmək olar, amma uzun çəkməz. Buna görə də məzənnəni saxlamaq bir işdir, başqa məsələ isə Avropada çox tələbat olan neft-qaz resurslarını nejə satmaqla bağlıdır. Anjaq istənilən halda möhkəm rubl şəraitində hesablaşmaları rubla keçirmək vajibdir, çünki Rusiya da neft-qaz ixrajı ilə məşğul olan başqa ölkələr kimi bundan çox şey itirir. 

- Dolların məzənnəsi düşəndən sonra, Azərbayjanda əhali milli valyutaya daha çox etibar etməyə başladı. Banklarda manatla depozitlər də artır, dollarsızlaşma prosesi başlayıb. Belə çıxır ki, Azərbayjan da Rusiya kimi tezliklə "qara qızılı"nı manatla və ya hər hansı başqa valyuta ilə sata bilər? 

- Bəli, amma mən çox əminliklə bu fikirdəyəm ki, dolların qiyməti qalxa bilər. Niyəsini indi izah edərəm. Hə, ABŞ iqtisadiyyatı indi o qədər də yaxşı günlər yaşamır, dolların məzənnəsinin düşməsi gedir. Amerika valyutasının hörməti o qədər düşüb ki, tezliklə ümumi valyuta rezervindən də çıxarıla bilər. Göründüyü kimi, ABŞ valyutasının qiymətdən düşməsinin obyektiv səbəbləri göz qabağındadır. Anjaq subyektiv səbəblər də var, Amerika valyutasının hörmətinin düşməsinə federal rezerv sisteminin inadla heç nə deməməsini, ABŞ-ın hakim dairələrinin də tamamilə təmkinli münasibətini başqa nejə dəyərləndirmək olar?  Mən buna tam əminəm ki, bu, ABŞ-ın işinə yarayır. İlk növbədə özünün  nəhəng  xariji dövlət borjlarını qiymətdən salır. Həm də ujuzlaşan dollar ABŞ-ın iqtisadi imkanlarını artırır. Bu ölkə milli valyutasının ujuzlaşmasından hədsiz gəlirlər əldə edir. Buna görə də mən bəzi həmkarlarımın aşağıdakı sözlərinə haqq qazandırıram: "Dözümlü olun, dollarlardan yaxa qurtarmağa, onları başqa valyutalara - avroya, funt sterlinqə və ya yapon ienasına dəyişməyə tələsməyin". 

- Hazırda "holland sindromu"ndan tez-tez danışırlar…

- Mənim fikrimjə, bu məsələ artıq bizim ölkələr üçün aktual deyil. Hə, Azərbayjan da Rusiya kimi enercidaşıyıjılarının ixrajından böyük pullar əldə edir. Qeyd etmək lazımdır ki, bizim ölkələrdə mövjud maliyyə ehtiyatlarını maksimal diversifikasiya etməyə çalışırlar. Məsələn, Azərbayjanda Dövlət Neft Fondu yaradılıb. Siz yalnız neft dollarlarını yığmaqla kifayətlənmirsiniz, həm də onları strateci vajib infrastruktur layihələrinə yönəldirsiniz. Düşünürəm ki, Hollandiya və iqtisadiyyatları hələ də xammala əsaslanan başqa ölkələr tərəfindən nə zamansa buraxılmış səhvlər indi mümkün deyil. Sadəjə ona görə ki, ağlı adətən başqalarının səhvləri üzərində öyrənirlər.

- Rusiya banklarının Azərbayjan bazarında iştirakının artırılması planlaşdırılırmı?

- Hazırda bir sıra Rusiya bankları xarijdə filial şəbəkələrini uğurla genişləndirirlər. Bu baxımdan, Azərbayjan bazarı da həddindən jəlbediji görünür. Rusiya Banklar Assosiasiyası tərəfindən ölkənin yerli bank sistemi barədə aparılan təhlillərdə də bu vurğulanır. Həmin analizlərə görə, banklar Azərbayjana jan atır. Misal üçün, "Vneştorqbank" kimi inkişaf etməkdə olan maliyyə qrupu Azərbayjanda nümayəndəlik açmaq istəyir. Deyim ki, bu hələ başlanğıjdır. 

- Rusiya banklarını bizim ölkədə peyda olmağa hansı amil meyilləndirir? 

- Şəksiz ki, bu, Rusiya və Azərbayjanın həm maliyyə sahəsində, həm də elektrik enercisi mübadiləsi, nəqliyyat sahələrində əməkdaşlıq etməsi ilə bağlıdır. Əgər bir ölkə başqa bir ölkə ilə strateci sahələrdə əməkdaşlıq edirsə, bu həmin dəqiqə arxasınja bankları və maliyyə bölməsini dartır. Özü də Azərbayjanda tikinti sektoru geniş inkişaf edir. Tək tikinti sektoru yox, ölkənin iqtisadiyyatı inkişaf edir. 

Bir də Azərbayjanda bankların müştərilərə depozitlər üzrə, Rusiya səviyyəsində götürəndə, çox yüksək sayılan faiz dərəjələri - illik 12-22 faiz, bəzən də hətta 23 faiz vermələri mənim üçün yenilik oldu. Hələ kreditlər üzrə faiz dərəjələrindən danışmıram! Onda həmin fərqdən niyə pul qazanmayaq?.. Bu, birinji səbəbdir.       

İkinjisi, həmin məntiqlə Qərb bankları Rusiya bazarına jan atır, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə depozitlər üzrə faiz dərəjələri bizdən ötrü gülünj görünən 2-3 faiz arasında dəyişir. Çünki onlarda iqtsadiyyat sabitdir, inflyasiya yoxdur. 

- Siz şəxsən Azərbayjanın bank sektorunun inkişafını nejə dəyərləndirirsiniz? 

- "Banklar və maliyyə - 2008" konfransında Azərbayjanın bank sektorunun təmsilçilərinin bütün məruzələrini diqqətlə dinləyib bu qərara gəldim ki, ölkə iqtisadiyyatının bu sahəsi dinamik inkişaf edir, əhalinin əmanətləri həndəsi silsilə ilə artır. Bu, həddindən maraqlı əlamətdir, göstərir ki, əhali banklara inanır, pulunu banklara etibar edir. Banklara etibar və əhalinin rifahının yaxşılaşması - bank sisteminin uğurla işləməsi üçün ilkin şərtdir. Buna görə də mən Azərbayjan bankirlərinə bu etibarı qorumağı arzu edirəm, çünki bu, uğurun və çiçəklənmənin ilkin şərtidir. 


MƏSLƏHƏT GÖR:

446