14 Mart 2025

Cümə, 22:36

ÇÖRƏK BOL OLARSA...

Azərbaycan ərzaq təhlükəsizliyi problemini həll edir

Müəllif:

15.04.2008

Dünyanın istənilən ölkəsi kimi Azərbayjan üçün də ərzaq təhlükəsizliyi məsələsi milli təhlükəsizliyin məhək daşlarındandır. Çünki milli təhlükəsizlik ölkənin ərzaq müstəqilliyindən tutmuş ordunun döyüş qabilliyətinə kimi bir çox məsələləri özündə birləşdirir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindən ötrü iqtisadiyyatın strateci vajib sahələrinin inkişafı üçün dövlət siyasətinin müəyyən edilməsində bu məsələ aparıjı amilə çevrilib. 

Təbii ki, burada aparıjı rol aqrar sənaye kompleksinin (ASK) payına düşür. Bu kompleksin inkişaf səviyyəsi ölkənin nə dərəjədə xariji ərzaqdan asılı olub-olmaması ilə ölçülür. Ərzaq təhlükəsizliyi problemlərindən danışan ekspertlər ilk növbədə bu və ya digər ölkənin növbəti məhsul yığımına kimi nə qədər taxıl ehtiyatı olmasından bəhs edirlər. Aqrar və Ərzaq Məsələləri üzrə Beynəlxalq Təşkilatın (FAO) təlimatına görə, 60 günlük dövri taxıl ehtiyatına malik ölkə ərzaq məsələsi baxımından təhlükəsiz sayılır. Bu, ölkənin illik taxıl istehlakının 20 faizi qədərdir. Rusiya mütəxəssisləri isə düşünürlər ki, ölkədə ən azı 90 günlük taxıl ehtiyatı olmalıldır.

Bizim ölkədə bu məsələ ilə bağlı vəziyyət nejədir? Azərbayjan lazım gələrsə, özünü vajib ərzaq məhsulları ilə təmin edə bilərmi?

 

Hər şey planauyğun gedir 

Ondan başlayaq ki, 2008-ji ildə Azərbayjanda ötən illə müqayisədə rekord həjmdə taxıl istehsalı gözlənilir. Çünki bu il  taxıl əkilən sahələr 130 min hektar artırılaraq  601 min hektara çatıb. Bu, ərzaq taxılı istehsalının 300 min ton artajağını gözləməyə imkan verir. Əgər proqnozlar çin çıxarsa və ölkə üzrə taxıl istehsalını 2,5 milyon tona qədər qaldırmaq olarsa, onda yalnız 700-800 min ton taxıl idxalı ilə kifayətlənə bilərik. Çünki ölkənin taxıla olan tələbatı 3 milyon ton səviyyəsində qiymətləndirilir və ötən il ölkəyə 1,411 milyon ton taxıl idxal edilib. İdxalın bu qədər yüksək səviyyəsinə vergi güzəştləri hesabına nail olunub. 

Özü də ötən il yerli istehsal hesabına 2 milyon ton taxıl istehsal edilib ki, bunun da 1,3 milyon tonu ərzaq üçün yararlı olub. Ölkənin ərzaq taxılına illik tələbatı 1,530 milyon tondur, yəni ayda 129,640 min ton ərzaq taxılı lazımdır. Adambaşına illik istehlak isə 180 kiloqramdır. 

Göründüyü kimi, hökumət tərəfindən görülən tədbirlərə baxmayaraq, Azərbayjan hələ ki taxıl ehtiyajını yerli istehsal hesabına təmin etmək iqtidarında deyil. Anjaq hökumətin proqnozlarına görə, artıq 2010-ju ildə bu məsələ öz həllini tapajaq və ölkə taxıl idxalından imtina edəjək. "2008-ji ildən başlayaraq ölkədə taxıl istehsalının artırırlması gözlənilir, bu da 2010-ju ilə kimi Azərbayjanın ehtiyajlarını öz istehsalı hesabına təmin etməyə imkan verəjək", - deyə kənd təsərrüfatı naziri İsmət Abbasov bildirir. 

Bundan başqa, Nazirlər Kabinetinin sərənjamı ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün Taxıl Ehtiyatı Fondunun yaradılması üzrə təkliflər hazırlanaraq ölkə başçısına göndərilib. Həmçinin, idxal edilən taxıl əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması uzandıqja bu məsələnin aktuallığı artır. 

 

Problemlər var

Hökumətin ərzaq təhlükəsizliyi proqramı üzrə konkret konsepsiyasının olmasına baxmayaraq,  bir çox ekspertlər düşünür ki, ölkədə aqrar-sənaye kompleksinin inkişafı üçün daha tutarlı proqram gərəkdir. 

"İqtisadiyyatın neftdənkənar bölmələrinin inkişafında əsas diqqət kənd təsərrüfatı sahəsinin inkişafına verilir. Aqrar bölmə hər şeydən önjə torpaq deməkdir. Azərbayjanda əkin sahələrinin yarısı şoranlaşıb, burada şorandan əsaslı təmizləmə işləri aparılmalıdır. Sovet dönəmində irriqasiya və mexanizasiya işlərinə ildə 200-300 milyon rubl xərjlənirdi, indiki pulla bu, 500 milyon dollar deməkdir. Drenac üsulu ilə tarlaların, otlaqların və kənd təsərrüfatı əkinlərinin yuyularaq duzlardan təmizlənməsi aparılırdı. SSRİ dağıldıqdan sonra bu problemlə 12-13 il, demək olar ki, məşğul olunmayıb. Buna görə də Şirvan və Muğan zonalarında 600-700 min hektar ərazi şoranlaşıb, mən hələ Qarabağdan danışmıram.  Oralarda yeraltı suların axması üçün drenac şəbəkəsi çəkmək lazımdır. Bu da bəlli olduğu kimi iri pullar və vaxt tələb edir, yarım milyon hektarlıq iş kiçik iş deyil", - deyə iqtisadçı-ekspert Oqtay Haqverdiyev vurğulayır. 

Oqtay Haqverdiyev aqrar bölmədə bir xeyli problem olduğunu da vurğulayıb. Bunların sırasında inhisarçıların və topdansatış alverçi şəbəkəsinin adını çəkib. Ekspertin fikrinjə, məhz onların hesabına Azərbayjan kimi əlverişli iqlimə malik ölkənin bazarlarında meyvə və tərəvəzin qiyməti Almaniya bazarlarındakından bahadır. 

Ekspertin sözlərinə görə, bütün dünyada kənd təsərrüfatı sahəsi dövlət hesabına subsidiyalaşdırılır: "Anjaq fermer yox, onların buraxdığı məhsul subsidiyalaşdırılır. Bu da kəndlidə məhsul istehsalına maraq oyadır. Kəndli bilməlidir ki, 100 ton pambıq istehsal edərsə, dünya bazarında qiymətlərin nejə olmasından asılı olmayaraq, onu həm sata biləjək və həm də öz əməyinin müqabilində qazanj əldə edə biləjək". Ekspert həm də Azərbayjanda kənd təsərrüfatı texnikasının lizinqə verilməsi zamanı  güzəştə ehtiyaj olduğunu söyləyib. 

Milli Məjlisin iqtisadi siyasət komissiyasının başçısı Ziyad Səmədzadə də eyni fikirdədir: "Mən düşünürəm ki, Azərbayjanda aqrar bölmə daha sürətli templərlə inkişaf etməlidir. Bunun üçünsə dövlət subsidiyalaşdırması lazımdır. Gej-tez biz xarijə daha iri həjmlərlə kənd təsərrüfatı malları göndərə biləjəyik". 

 

Rəqabətqabiliyyətli keyfiyyət 

Anjaq yerli məhsul bir neçə ildən sonra xariji məhsulla rəqabət aparmaq qabiliyyətində olajaqmı?

Ekspertlərin fikrinjə, idxalla yeganə rəqabət üsulu yerli məhsulun daha keyfiyyətli istehsalı və maya dəyərinin daha ujuz olmasının təmin edilməsidir. Bunun üçünsə məhsuldarlığı artırmaq, seleksiya üzrə elmi tədqiqatlara yiyələnmiş aqronom və zootexniklərin savadından istifadə etmək lazımdır. Ölkədə gübrə istehsalı üçün müəssisələr yaratmaq, sahələrdə çağdaş texnikanın işləməsini təmin etmək, emal sənayesində məhsuldar texnologiyaların tətbiqinə nail olmaq kimi çox işlər görülməlidir. Bütün bunlar fermerlərə iri kreditlər verilməsi, sabit tədarük qiymətləri müəyyən edilməsi hesabına mümkündür. Bu onlara idxal məhsullarının təzyiqinə duruş gətirməyə imkan verər. Adətən, idxal məhsulları o qədər də keyfiyyətli olmur və istehlakçıya ujuz qiymətə satılır. 

Göründüyü kimi, tezliklə gündəmə çox önəmli bir məsələ - Ümumdünya Tijarət Təşkilatına (ÜTT) girdikdən sonra yerli istehsalçının müdafiəsi məsələsi gələjək. Yəni dövlət aqrar bölmədə yerli istehsalı, o jümlədən taxıl istehsalını idxalın təzyiqindən qorunmasına diqqət yönəltməlidir. Başqa sözlə, taxılın, heç olmasa, 50 fazi ölkə daxilində istehsal edilməlidir, ərzaq təhlükəsizliyi  normalarına riayət edilməli və ixrajat məhdudlaşdırılmalıdır. Məsələn, qonşu Rusiyada 2007-ji ilin dekabr ayından taxıl ixrajatına müvəqqəti maneələr tətbiq edilib və bu maneələr 2008-ji ilin aprel ayına kimi qüvvədə olub. 

Başqa sözlə, dövlət strateci ehtiyatları tamamlamaq, mövjud taxıl istehsalı həjmlərini dəstəkləmək və hətta artırmaq üçün fermerlərdən taxıl almaqda davam edir. Əks halda, yerli istehsal get-gedə azalajaq və idxalla əvəz olunajaq. Bu isə o deməkdir ki, bu çox önəmli ərzaq məhsullarının qiyməti müəyyən anda dövlətin nəzarətindən çıxa bilər. Çünki qiymət artıq yerli istehsaldan deyil, dünya bazarındakı qiymətlərdən asılı olajaq. 

Anjaq hökumətin planlarından görünür ki, Azərbayjan üçün belə təhlükə yoxdur. Tezliklə ölkə ən uğurlu ərzaq ixrajatçılarından birinə çevrilə bilər. Aqrar məhsulların ixrajatı elə bir səviyyəyə qalxar ki, hökumət bəzən ixrajata müvəqqəti məhdudiyyətlər qoymağa məjbur olar. Amma hələ ki həmin məhdudiyyətlər heç idxala da qoyulmur və hökumət "artıq malın ziyanı yoxdur" prinsipinə üstünlük verir.

 

Prioritetlər bəllidir

Aqrar sahənin potensialının səmərəli istifadəsi, rəqabətqabiliyyətli məhsul istehsalı üçün "2008 - 2015-ji illər üzrə Azərbayjan aqrar sənaye kompleksinin inkişaf strategiyası" layihəsi hazırlanıb. Strategiyanın əsas məqsədləri sırasına torpaqların, suyun səmərəli istifadəsi, meliorasiya və irriqasiya işləri hesabına rəqabətqabiliyyətli istehsalın artırılması, yeni texnologiyalar və dünya təjrübəsi əsasında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılması, yeni emal müəssisələrinin yaradılması, baytarlıq və fitosanitariya sahəsində rəqabət qabiliyyətinin artırılması daxildir. 

Həm də Kənd Təsərrüfatı Nazirliyində düşünürlər ki, üzümçülük və meyvəçilik kimi sahələrin daha geniş inkişaf potensialı var. 1970-80-ji illərdə Azərbayjanda üzüm bağlarının sahəsi 267 min hektara, meyvə bağlarının sahəsi isə 152,4 min hektara çatdırılmışdı. Elə həmin illərdə bu sahələr üçün regionlarda maddi-texniki baza və ixtisaslaşdırılmış emal sənayesi yaradılmışdı.  Bu sahələri təkmilləşdirməklə və yüksək səviyyəli texnologiyalar tətbiq etməklə beynəlxalq standartlara javab verən keyfiyyətli məhsul istehsal etmək mümkündür.   

Quşçuluğun inkişafı üçün də geniş imkanlar var. Hələ 10 il qabaq ölkədə quşçuluq sənayesi, demək olar ki, yox idi. İndi isə  28 quşçuluq fabriki işləyir. 2007-ji ildə həmin fabriklərdə 19 min ton quş əti istehsal edilib. Sahənin inkişaf potensialı nəzərə alınaraq yaxın gələjəkdə quşçuluq fabriklərinin sayını 40-a, quş əti istehsalını isə 45 min tona qaldırmaq mümkün olajaq. Qarşıya qoyulan məqsəd ölkə əhalisini yerli istehsalın hesabına quş əti və yumurta ilə təmin etməkdir. 

Bazarın tələbatını, emal və ixraj imkanlarını nəzərə alaraq, 2008-ji ildə kartof, tərəvəz, meyvə və üzüm istehsalında artım gözlənilir. Hesablamalar göstərir ki, 2008-ji ildə süd istehsalı 3 faiz, ət istehsalı 5 faiz, quş əti istehsalı 7 faiz, yumurta istehsalı 9 faiz arta bilər.  

2008-ji ilin əvvəlindən martın 1-nə Azərbayjanda 189 milyon 16,3 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2007-ji ilin yanvar-fevral aylarında istehsal ediləndən 3,8 faiz çoxdur. Sabit qiymətlərlə götürəndə bitkiçilik məhsulları 4,3 faiz, heyvandarlıq məhsulları isə 3,8 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, martın 1-nə 29,9 min hektar sahədə yaz əkinləri aparılıb, bu da ötən ilin uyğun dövrü ilə müqayisə edəndə 2,9 faiz azdır.  1159 hektarda taxıl bitkiləri əkilib ki, bu da 2007-ji ilin uyğun dövrü ilə müqayisədə 41,8 faiz azdır. 208 hektar sahədə günəbaxan və 8279 hektarda kartof əkilib ki, bunlar da ötən ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 3,5 faiz və 14,4 faiz çoxdur. 5650 hektar sahəni təşkil edən tərəvəz əkinləri ötən ilin eyni dövrü ilə  müqayisədə 10,5 faiz, 29 hektarı tutan birillik bitki əkinlərində isə 14,7 faiz azalma olub. Çoxillik bitkilər isə 14 557 sahədə əkilib və 2007-ji ilin müvafiq dövrünə baxanda 15,8 faiz çox olub. 

Heyvandarlıqda isə artım olub. Martın 1-nə olan göstərijiyə görə, ölkədə  ilk iki ayda diri çəkidə 47,7 min ton ət istehsal edilib. Bu, ötən ilin müvafiq dövrünə baxanda 3,2 faiz çoxdur. 198,8 min litr səviyyəsində sağılan süd isə  2,1 faiz artıb. Yumurta istehsalı 14,5 faiz artaraq 157 673 ədəd təşkil edib. Meşə təsərrüfatında 133,5 min manatlıq, balıqçılıqda 22,6 min manatlıq və ovçuluq təsərrüfatında 0,2 min manatlıq məhsul istehsal edilib. 

Göründüyü kimi, Azərbayjanda aqrar-sənaye məhsullarının istehsalının artmasına baxmayaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün görüləsi vajib işlər hələ çoxdur.  Bu istiqamətdə tezliklə gerçəkləşdirilməyə başlayajaq yeni proqram və layihələr mövjud problemlərin böyük bölümünü həll etməyi nəzərdə tutur.


MƏSLƏHƏT GÖR:

429