15 Mart 2025

Şənbə, 00:39

QIRMIZI ROYALIN TALEYİ

Böyük Azərbaycan cazmeni Vaqif Mustafazadənin 70 yaşı tamam olur

Müəllif:

01.03.2008

İçərişəhərdə həyata göz açmış, orada da boya-başa çatmış böyük jazmen Vaqif Mustafazadə məhəllə uşaqlarının yanında özünü onlar kimi aparır, sadə rəftarı ilə ürəkləri fəth edirdi. O, öz sənət böyüklüyünü heç vaxt büruzə vermir, hamı kimi olmaqdan daha çox zövq alırdı. Heç vaxt şöhrət dalınja qaçmırdı. Halbuki Vaqif  bəstəkar, eksperimenti  xoşlayan bənzərsiz  pianoçu idi. Təvazökar, şöhrət sınağından mənən saf çıxmış bu gənj əlçatmaz sənətkarlıq zirvəsinə yüksəlmişdi. Tənqidçilər bir səslə deyir və yazırdılar ki, Vaqif jazda  Azərbayjan lad sisteminə söykənən prinsip etibarilə yeni  istiqamətin başlanğıjını qomuş sənətçidir.   

 

Natamam ali 

Onun dünyasını dəyişməsi xəbəri göy gurultusu kimi səsləndi. Adamın inanmağı gəlmirdi ki, həmişə eyni dəri gödəkjə geyməyi xoşlayan, utanjaq təbəssümü ilə yaddaşlara həkk olan, bakılıların televiziya axşamlarını özünün "Sevil" vokal ansamblının ifası ilə rövnəqləndirən  Vaqif həyatdan getmişdir.  Mərkəzi qəzetlərin birində dərj edilmiş "Nekroloqdan əvvəl və sonra" adlı məqaləni yaxşı xatırlayıram. Məqalə Vaqif Mustafazadənin Bəstəkarlar İttifaqına üzv qəbul olunması istəyi  ilə  yazdığı ərizə ilə başlanırdı.  Sonra ittiham kimi səslənən arayış verilmişdi: "Azərbayjan Bəstəkarlar İttifaqının İdarə Heyəti V.Mustafazadəni İttifaq üzvlüyünə qəbul  etmədi, çünki onun natamam  ali təhsili vardı…".

Vaqifin ötən əsrin 70-ji illərində öz qızını məktəbə aparması səhnəsi öz oricinallığı ilə unudulan deyil. Bu  səhnədə, onun təbəssümü  xüsusi yer alıb.  Vaqif  qızının məktəbdə axşamadək qalması fikrindən təşviş keçirir, ona görə də qızın onunla bir qədər də çox qalmasını istəyir: əyilərək balasının ayaqqabılarının qaytanını bağlayır,  saçlarına vurduğu sanjağı düzəldir. Lap axırda yanağından öpüb uzaqlaşır, gedə-gedə elə hey dönüb uşağın ardınja  baxır. Balası məktəbin qapısına çatanda gözlənilmədən onu səsləyir, gözlərində hiyləgər təbəssümlə "Heç nə yadımdan çıxmayıb ki?" - deyə soruşur. Qızjığaz başının hərəkəti ilə "yox"  demək istəyir, Vaqif  özünü saxlaya bilməyib  geriyə qaçaraq, daha bir dəfə də qızını öpəndən sonra öz yoluna davam edir. 

Vaqifin diqqətdən kənarda qaldığını demək olmazdı, onun haqqında az yazmırdılar, amma bu yazılar daha çox pianoçuya, jaz musiqisinin təbliğatçısına həsr olunurdu. Solo-konserti haqqında o illərin rəylərindən biri: "Parlaq texnikası və geniş yaradıjı diapazonu  sayəsində Mustafazadə manipulyasiyaçı kimi, tamaşaçını jazın zaman və məkanında  səyahətə çağırır, Jorj Gerşvinin romantik, zərif lirizm dünyasından özünün "Bugünkü gün" kompozisiyasının  urbanist formalarına, Telounis Monkun pyesinin pıçıltılarından Qara Qarayevin "Yeddi gözəl"inin  ağlasığmaz harmoniya dərinliklərinə aparır. Bu yerdəyişmələrdə Mustafazadə özünə sadiqdir: heç bir əsərində, o, jaz klassiklərinin əsərlərinə öz musiqi stilistikasının oricinallığını və təravətini əlavə edən  zərif improvizəçi məharətini itirmir".

Onun əfsanəvi çalğısı daim heyranlıq doğururduı. Vaqif özünəməxsus, hər dəfə təkrarsız traktovkasını təqdim edəndə, salondakılar heyrətdən donub qalırdılar. Belədə fortepiano sanki görünməmiş ruh yüksəkliyi ilə səslənir, musiqiçinin daxili aləminin möhtəşəmliyini  bütün injəliklərinədək açıb göstərirdi. Bu, həqiqi istedadın heyrətamiz, poetik lirizmdən ramolunmaz partlayışa doğru yüksələn ifadəsi idi. 

Vaqif dünya jazının ulduzlarından biri sayılırdı. O, doğrudanmı ulduz idi? Əlbəttə. Amma indiki ulduzlara bənzəmirdi. Bu gün özü haqqında jəmiyyətə məlumat vermək istəyənlərə vaxtaşırı qalmaqal,  hay-küy, epatac  lazımdır - bu, çox jəzbedijidir. Vaqif bütün bunlarsız ötüşürdü. Amma biz dinləyijilər onun heyrətamiz ifasının  aludəçiləri idik.  

Fərdilik fərqli görmə qabiliyyətidir, bu isə məlum olduğu kimi,  heç də həmişə alqışlanmır. Anlamazlıqdan inkara qədər  birjə addımlıq məsafə var. Vaqif  əsrarəngiz kompozisiyalar ərsəyə gətrmişdi. Onları indimizdə də bütün musiqi dünyası ilhamla ifa edir.Şedevrlər yaratmış  Vaqifi Bəstəkarlar İttifaqının astanasından içəri buraxmadılar: "Tam ali təhsili yoxdur", - dedilər. Elə düşünmək olardı ki, söhbət naşı  musiqiçidən gedir. Halbuki Vaqif  ölkəmizdə, Polşada, Fransada və digər ölkələrdə ifa olunan xeyli sayda əsərlərin müəllifi idi. Məşhur Ümumittifaq "Melodiya" firması Vaqifin öz ifasında əsərlərinin altı valını buraxmışdı. Ölümündən bir neçə həftə önjə özünün fortepiano ilə orkestr üçün konsertini dahi Azərbayjan diricoru Niyazinin mühakiməsinə təqdim etmişdi. Vaqif Mustafazadə o zaman artıq ölkəmizdə tanınmış, Polşada, Fransada və başqa ölkələrdə ifa olunan  bəstələrin müəllifi idi. O, teatr tamaşaları və  sənədli filmlər üçün musiqi yazırdı. V.Mustafazadənin "Əzizənin intizarında" əsəri 1979-ju ildə Monakoda jaz kompozisiyaları bəstəkarlarının səkkizinji beynəlxalq müsabiqəsində birinji mükafata layiq görülmüşdü. Vaqif o dövrün Bəstəkarlar İttifaqından  həmin mötəbər  forumda belə yüksək yer tutmuş ilk bəstəkar idi. Onu musiqi aləmində yaxşı tanıyırdılar. Buna baxmayaraq adını Bəstəkarlar İttifaqının məlumat kitabçasına da salmamışdılar. İndi onu  xalqın mədəni həyatında  bütün  bir epoxanın nümayəndəsi adlandırırlar, o  vaxtlar isə  - "natamam  ali təhsili" bəhanə gətirərək bənzərsiz jaz novatorunu gözüm-çıxdıya salmışdılar. Sovet dövrünün pedantlarının əsl sənət və sənətkar qarşısında sədd çəkməsinin bariz nümunəsi idi.

 

Mübarizə meydanı 

"Kəşf nə qədər oricinal olsa, sonralar,  bir o qədər apaçıq görünür", - bu, ingilis yazıçısı və filosofu Artur Kestlerin fikridir. Vaqif Mustafazadənin yaradıjılıq nümunəsi bunun sübutudur. Bizə elə gəlirdi ki,  Azərbayjan jazı mövjuddur və həmişə də olmuşdur. Amma unutmuşduq ki, uzun illər "qeyri - amerikalı" ifaçıların heç biri jazda  prinsipial yenilik edə bilməmişdir. Bir sözlə, canrın banilərinin elitası alınmaz qala  təsiri bağışlayırdı. İndi V.Mustafazadənin yaradıjılığı sayəsində "Azərbayjan jazı" termini mövjuddur və rəsmi şəkildə musiqi kataloqlarına daxil edilib. Bu fenomenə görə dünya məhz ona -  Vaqif Mustafazadəyə borjludur.

Əslində itkimizin miqyasını yalnız bir il ötəndən sonra anladıq. Yadımdadır, respublika televiziyası onun vəfatının ildönümünə həsr olunmuş veriliş hazırlamışdı. Yox, o, həyatda olanda da  uğurun nə olduğunu bilirdi.  Uğur onun hər çıxışını müşayiət edirdi. Populyarlığı həm keçmiş SSRİ-də, həm də xarijdə heyrətamiz  sürətlə artırdı. Təkrarolunmaz milli melosla zəngin improvizələri radio və TB-də səslənirdi. Amma yalnız ölümündən sonra o bütün yaradıjılıq möhtəşəmliyi ilə gözlərimiz önündə janlandı, əslində, məhz ölümündən sonrakı həmin veriliş  nətijəsində Vaqifin əsl nüfuzu görünməmiş dərəjədə yüksəldi. Onu "Azərbayjan jazının banisi" adlandırmağa, dünya jaz musiqisi metrlərinin  Vaqif haqqında fikirlərini səsləndirməyə başladılar. Birjə axşam ərzində insanların təsəvvüründə metamorfoza baş verdi: respublikanın əməkdar artisti V.Mustafazadə birdən-birə dünya əhəmiyyətli  sənətçiyə çevrildi. Beləliklə də həmvətənləri öz müasirlərinin əsl qiymətini verə bildilər.

"Mustafazadə ən əla pianoçudur. Jazda ona bərabər ikinji bir musiqiçi tapmaq mümkünsüzdür. O, mənim eşitdiyim ən lirik pianoçudur" - bu, tanınmış amerikalı musiqiçi və tənqidçi V.Konoverin fikridir. İsveçli jaz pianoçusu B.Yuxansson isə Vaqifin bəstələri haqqında belə deyirdi: "Onun musiqisi heyrətamiz dərəjədə müasirdir, eyni zamanda, onda  neçə-neçə şair nəslinin mədh etdiyi qədim Qafqaz melodiyalarının ejazkar mehi duyulur. Bu, Şəhrizadın 1002-ji gejədə danışdığı nağıldır!"

O, yaradıjılıqda titan,  məişətdə isə tam köməksiz idi. Tanrının sevdiyi hər kəs kimi, bəzən  ən elementar yaşam problemləri qarşısında ajiz qalırdı. Kövrəkliyi, daxili diskomfortla nətijələnən xroniki gündəlik çatışmazlıqlar, bir parça çörək qazanmaq  imkanı verən sevimli iş axtarışı…  Əsəb gərginliklərinin son həddində yaşanan həyat isə qaçılmaz dramatik sonluğa məhkumdur.

Vaqif Daşkənddə dünyasını dəyişdi. Elə səhnədə, royalın arxasındaja. Qızına həsr etdiyi "Əzizənin intizarında" kompozisiyası onun vida  ifası oldu.

Fransızlar  deyirlər ki, " İnjəsənət nətijə deyil, yaradıjılıq aktının özüdür". İndi artıq tarixə çevrilmiş Daşkənd konsertini yada salanda bu sözlərin, danılmazlığını anlayırsan. Vaqifə münasibətdə isə yaradıjılıq aktı qurbanvermə aktına çevrildi - səhnə həyatla ölüm arasında mübarizə meydanına döndü.  Hayıf səndən Vaqif! 

Artıq əsrin  təqribən dörddəbiri qədər müddətdir ki,  o, aramızda yoxdur - bu nadir və fajiəvi şəxsiyyətin ürəyi 1980-ji ildən döyünmür. Virtuoz improvizələri ilə muğama yeni mabəd və həyat vermiş ustad aramızdan getmişdir. O, möhtəşəm istedadının ən yüksək çiçəklənmə dövründə dünyasını dəyişdi. Onda yaşı qırxa yaxın idi.

Bakı daim jaz mədəniyyətinə xüsusi sayğısı ilə fərqlənib. İndi də bu sönməz canrda işləyən xeyli musiqiçi var. Aralarında əsl ustalar da az deyil, ifaları keyfiyyətlidir, standartlaşdırılmışdır, bəzən hətta yaradıjı fantaziya da nəzərə çarpır. Amma fikrimjə, bəxtləri gətirməyib, ona görə ki, Vaqif Mustafazadə elə inanılmaz ifa yüksəkliyi yaradıb ki, hətta ən istedadlıları dinləyəndə belə, nəyinsə çatmadığını hiss edirik.   Bəlkə ona görə ki,  jaz orta statistik meşşanın zövqünü oxşamaq üçün kütləfi istehsal məhsulu ola bilməz. Axı biz başqa jaz və başqa jazmeni görmüşük, onunla yanan, özünü külə döndərən jazmeni!  Jazabənzər əsərlər (və ya "psevdojaz") isə elə ilk taktlardan bilinir. Çünki yaradıjılıq vərdişi ilham deyil. O, öz yaradıjılığında müxtəlif varlıqları - bəstəkarı, arancimançını, ifaçını, improvizəçini birləşdirmişdi. Amma fikrimjə, Vaqif Mustafazadənin əsas xidməti Azərbayjan jazmeni obrazı yaratmasındadır!

İllər ötüb. Amma hər dəfə Bülbül adına Musiqi Məktəbinin yanından keçəndə, gözüm önündə möjüzəli ilğım-səhnə yaranır - kiçik qızjığazı ilə dərsə tələsən Vaqif. Və bir qədər sonra - ona ünvanlanmış təbəssüm: "Heç nə yadımdan çıxmadı  ki?".

Vaqif Mustafazadə dünya  şöhrəti  astanasında  ikən, həyatdan getdi. 1300-ə qədər musiqi əsərinin müəllifinin böyük bir arzusu vardı - qırmızı royal almaq! 1979-ju ildə İspaniyada keçirilən, mükafat fondu 25 min dollar təşkil edən beynəlxalq pianoçular müsabiqəsində Azərbayjan jazmeni birinji yeri tutdu. Amma Vaqif mükafatdan imtina edib, hamını təəjjübləndirərək qırmızı royalı seçdi.  Arzusu həyata keçməmiş qaldı - böyük jazmen 1979-ju ilin 16 dekabrında dünyadan getdi, 1980-ji ilin yanvarında isə münsiflər onun qırmızı royalını Bakıya göndərmək  qərarına gəldi…


MƏSLƏHƏT GÖR:

452