
BƏRPA HAQQINDA SAQA
Gəncədəki Aleksandr Nevski kilsəsinin memarlıq abidəsi kimi əsaslı təmirə ehtiyacı var
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Azərbayjanda xristianlığın çoxəsrlik tarixi var, axı vaxtilə Qafqaz Albaniyasının kilsələri məhz bu torpaqda tinkilmişdi. Hazırda isə xristianlığı əsasən pravoslavlıq təmsil edir. Azərbayjanda pravoslavlıq tarixi baxımdan yaxın keçmişdə - X1X əsrdə, ərazilərimiz Rusiyaya qatıldıqdan sonra meydana gəlib, lakin onun ölkənin müasir həyatına təsiri kifayət qədər böyükdür. Bu, Azərbayjanda müxtəlif millətlərdən olan yarım milyon dindarı birləşdirən üç ən iri konfessiyadan biridir.
Rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyası 1905-ji ildə təsis olunmuşdu. Lakin sovet hakimiyyətinin qurulduğu ilk illərdə az qala ləğvə məruz qalmışdı. Lakin 1998-ji ildə, Azərbayjanın milli müstəqilliyi və suverenliyi bərpa olunduqdan sonra onun fəaliyyətinə rəvaj verildi. Faşist Almaniyası ilə müharibədən qabaq, bütün SSRİ-də olduğu kimi, bu yeparxiyanın da bir sıra keşişləri Stalin repressiyalarının qurbanına çevrildilər. 1943-jü il Sovet İttifaqında dinlərə münasibətdə dönüş ili oldu. Azərbayjandakı pravoslav kilsələri İttifaqın digər respubliqalardakı pravoslav kilsələri kimi yenidən fəaliyyətə başladı.
Bakı və Xəzəryanı yeparxiyanın kilsələri çar hakimiyyəti dövründə hələ bu yeparxiya təsis olunmamışdan qabaq tikilmişdi. Gənjədəki Aleksandr Nevski kilsəsi də buna misal ola bilər. O, 1887-ji ildə qədim qəbiristanlığın ərazisində yerli xristianların və həm də müsəlmanların ianələri hesabına tikilmişdir. Özü də bu vəsaitlər tajirlərdən yığılan qeyri-rəsmi "mədəniyyət vergisindən" və zadəganların xeyriyyəçilik ianələrindən ibarət idi. Bununla yanaşı, böyük varidat sahibləri olmayanlar da öz xoşlarına tikinti üçün pul və zinət əşyaları gətirirdilər. Bu, əsrlərboyu Azərbayjanda hökm sürmüş tolerantlığın və dini dözümlülüyün bariz nümayişi idi. Gənjədəki pravoslav kilsəsinin binası psevdobizans üslubunda tikilmişdir. Onun injə görkəmi nəjiblikdən və xeyirxahlıqdan xəbər verir. Kilsənin zəng qülləsi də könül oxşayır. Böyük pravoslav bayram günlərində kilsənin zəng səsləri şəhərin ujqarlarında da eşidilir. Kilsə binası küknarların əhatəsindədir. İnşaat materialı kimi bu region üçün ənənəvi olan qırmızı kərpij seçilib və kilsə çox yaraşıqlı, ən əsası isə çox "gənjəsayağı"dır.
Lakin bütün bu gözəlliyin qayğısına qalmaq lazımdır. Lakin kilsənin günbəzi damır, bəzi yerlərdə tənəkə örtüyü çürüyüb və yağış yağanda ikonostasın qarşısında ləyənlər düzmək məjburiyyəti yaranır. Zəng qülləsinin qədim zənglərinin və köhnə pilləkənlərinin təmirə ehtiyajı vardır. Tikilinin problemləri daxildən daha çox nəzərə çarpır, hərçənd Gənjənin Aleksandr Nevski kilsəsinin interyeri bütövlükdə çox gözəldir. Akustikası da idealdır - o saat görünür (dəqiq desək, eşidilir) ki, vaxtilə binanı vijdanla tikiblər. Akustika həm dini (xor həqiqətən "mələklərin nidası" kimi səslənir), həm də dünyəvi baxımdan vajibdir, heç olmasa ona görə ki, Gənjə televiziyası Pasxa ibadətini bu kilsədən translyasiya edir. Amma kilsənin daxili bəzəyi də istənilən kimi deyildir. Pənjərələrin bəzi şüşələri çatışmır, günbəzin barabanında və divarlarında freskalar əvəzinə, kətan üzərində çəkilmiş rəsmlər diqqəti jəlb edir. Axı freskalar bahadır, burada isə heç adi təmirə də vəsait çatışmır. Nə etmək olar… Bizə anjaq ümid etmək qalır ki, qədimlərdə olduğu kimi, bizim dövrümüzdə də metsenatlar tapılajaq və beləliklə də Gənjə pravoslav kilsəsi özünəməxsus əzəli gözəl-liyinə qovuşajaq.
MƏSLƏHƏT GÖR: