15 Mart 2025

Şənbə, 00:38

DANİMARKA QURANA VƏ MƏHƏMMƏD PEYĞƏMBƏRƏ HÖRMƏTSİZLİK EDİB

Avropalıların Müsəlmanları sevməməsi peyğəmbərin təhqir edilməsi ilə ifadə olunur

Müəllif:

01.03.2008

Fevralın ortalarında Danimarkanın bir neçə qəzeti hələ 2005-ji ilin payızında Məhəmməd Peyğəmbərin yerli "Jyllands-Posten" qəzetində dərj olunmuş 12 karikaturasından birini təkrar nəşr etdi. Xatırladaq ki, bir neçə il əvvəl Peyğəmbərin karikaturasının dərji bütün dünyada müsəlmanların Danimarkaya qarşı çıxmasına səbəb olmuşdu. 

Bu dəfə çalmalı Məhəmməd Peyğəmbərin bomba formasındakı karikaturası eyni zamanda Danimarkanın üç ümummilli qəzetində, həmçinin daha iki regional nəşrində yer aldı - curnalistlər karikaturanın müəllifi, 73 yaşlı rəssam Kurt Vesterqaarda qarşı sui-qəsd olunajağına dair informasiyalara bu jür reaksiya verdilər. "Biz söz azadlığına açıq dəstəyimizi nümayiş etdirmək üçün belə etdik və qəzetçi olaraq daim onu müdafiə edəjəyik", - deyə qalmaqallı şəkli yenidən çap etməsinə izah vermək istəyən "Berlingske Tidende" redaksiya məqaləsində belə yazıb.

Sui-qəsdə hazırlıqda ittiham olunan üç nəfər isə Danimarkanın qərbində yerləşən Aarxus şəhərində saxlanılıb. Bunlar 40 yaşlı Mərakeş əsilli danimarkalı və iki nəfər Tunis vətəndaşıdır. Onlardan birinjisinə qarşı terrorizmlə bağlı ittiham irəli sürülüb. Yaxın vaxtlarda Tunisə deportasiya olunajaq tunislilər isə öz ölkələrinin məhkəməsi qarşısında javab verməli olajaqlar. 

Danimarka mətbuatının məlumatına görə, karikaturaçı çoxdan hədələnirmiş və son üç ayı xanımı ilə birlikdə polis nəzarəti altında keçirib. Bütün bu vaxt ərzində isə hüquq-mühafizə orqanları yuxarıda qeyd olunan üç nəfəri gizli şəkildə izləyrmiş. "Lakin lazımsız riskə getməmək üçün biz ilkin mərhələdəjə məsələyə müdaxilə etmək və qətlin qarşısını almaq qərarına gəldik", - deyə Danimarkanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin baş direktoru Jakob Şarf bildirib.

Ölkənin ikinji böyük qəzeti, karikaturanı təkrarən  öz səhifələrində dərj etmiş "Politiken" "Jyllands-Posten"in rəssamına hazırlanan sui-qəsd haqqında xəbərə belə reaksiya verib: "Kurt Vesterqaardın öldürülməsinə jəhd yalnız ona yox, ümumilikdə bizim demokratik mədəniyyətimizə qəsddir. Düzdür, "Jyllands-Posten" söz azadlığından ağıllı şəkildə istifadə etmədi və nətijədə dramatik hadisələrə yol açdı, amma istənilən halda, terrorla üz-üzə qaldığı vaxt qəzetlə həmrəylik nümayiş etdirilməlidir".

Bununla yanaşı, bir çoxları düşünür ki, söz azadlığının təxribatçı şəkillərin təkrarən çap edilməsi yolu ilə müdafiəsi müsəlmanlar tərəfindən yeni etiraz dalğasına səbəb ola bilər. Məlum olduğu kimi, Danimarka KİV-nin bu əməli ilə bağlı yaşanan ilk qalmaqal bir sıra müsəlman ölkələrində bu ölkənin səfirliklərinə basqınlara yol açmışdı. Müxtəlif ölkələrdə yaşanan iğtişaşlarda isə onlarla insan həlak olmuşdu. Hətta bəzi ölkələrdə, xüsusilə İndoneziya və Pakistandakı diplomatik missiyalar bağlanmaq məjburiyyətində qalmışdı. 

Danimarkanın özü isə uzun müddət radikal müsəlmanlar tərəfindən terror təhlükəsi ilə üzləşmək  təhlükəsindən narahatçılıq keçirirdi. 2006-jı ilin fevralında Danimarkanın xariji işlər naziri Pyer Stiq Meller etiraf etdi ki, karikatura qalmaqalı onun ölkəsini hətta İkinji Dünya müharibəsi dövründən bəri gözləmədiyi xariji siyasi böhranla üz-üzə qoyub.

Bir il sonra oxşar qamalaq İsveçdə yaşandı. 2007-ji ilin avqustunda "Nerikes Allehanda" qəzetində Məhəmməd Peyğəmbərin başqa bir karikaturası dərj edildi və orada Peyğəmbər it bədəni ilə əks olundu. Şəkili dərj etmiş qəzet bildirdi ki, bu addımı rəssam Lars Uilksə dəstək vermək xatirinə atmışlar. Məsələ bundadır ki, L.Uilksin bu jür şəkillərini təhlükəsizlik baxımından nümayiş etdirməyi lazım bilməyən rəsm qalereyaları onunla əməkdaşlıqdan imtina etmişdilər. Bu karikaturaları dərj edən qəzet isə bu addımı ilə "İsveçdə vijdan və söz azadlığının mövjud olduğunu" sübut etmək istəyirmiş.

Gözlənildiyi kimi, İsveç qəzetinin addımı müsəlman dünyasında yeni etirazlara və qalmaqal müəlliflərinin ünvanına hədələrə səbəb oldu. Məsələn, "İraq İslam Dövləti" terrorçu təşkilatı Lars Uilksi qətlə yetirənə 100 min, karikaturanın qəzetində dərjinə şərait yaratmış "Nerikes Allehanda" qəzetinin baş redaktorunu öldürənə isə 50 min dollar mükafat vəd etdi. 

Beləliklə, bu iki qalmaqaldan sonra, üçünjü analoci hal zamanı müsəlmanların hiddətli reaksiyasını önjədən görməmək mümkün deyildi. 

Lakin Danimarka mətbuatı prinsipə getməyə qərar verdi.

Bəs müsəlmanlar üçün təhqiramiz sayılan bu karikaturaların dərjinin səbəbi nədir? Nəyə görə, bu karikaturaların müəllifləri müsəlmanlara açıq şəkildə öjəşirlər,bəs onun neqativ nətijələr verəjəyindən xəbərdar ola-ola münaqişəyə getməkdən çəkinmirlər? Fikrimizjə, burada məsələ heç də yalnız söz azadlığı ilə bağlı deyil. 

Avropa jəmiyyətində sayı getdikjə artan müsəlmanlara qarşı qərəz və narazılıq da artmaqdadır. Avropa ölkələrində müsəlman ijmalarının sürətlə çoxalması milli və dini kökə - xristianlığa təhlükə sayılır. Bütün bunlar isə yalnız müsəlmanların özünə deyil, onların müqəddəs rəmzlərinə, ilk önjə isə Qurana və Məhəmməd Peyğəmbərə qərəzli münasibət yaradır. Belə münasibətin səbəbləri ilə bağlı çox da dərinə getmədən qeyd edək ki, avropalıların narazılığı üçün səbəblər də az deyil. Avropa ölkələrindəki müsəlman ijmaları, təəssüf ki, orada sosial, iqtisadi, mədəni və ideoloci baxımdan "yad" hesab edilir. Obyektiv reallıq ondan ibarətdir ki, ən çox məhz Afrika və Yaxın Şərqin müsəlman ölkələrindən olan insanlar yerli qanunlara etinasızlıq göstərir, jinayətlərə yol verir; işsizlik, aşağı təhsil səviyyəsi və digər neqativ sosial xüsusiyyətlər əsasən onların adı ilə bağlıdır.

Lakin müsəlmanların da Avropa ölkələrinin hakimiyyət strukturları və jəmiyyətdən narazı qalmağa əsasları var. Əsas narazılıq ondan ibarətdir ki, əksər Avropa ölkələrində müsəlmanların inteqrasiyası prosesi bilərəkdən ləngidilir, müsəlman ijmalarının sosial-iqtisadi və mədəni inkişafına lazımi diqqət ayrılmır, savadlı müsəlmanların Avropa ölkələrində hökumət orqanlarında təmsilçiliyə iddia etmələrinə maneələr törədilir. Bu faktorlar Avropa müsəlmanlarında radikallıq yaranması üçün obyektiv əsaslar verir və nətijədə onların arasında etiraz ovqatı  güjlənir. 

Beləliklə, qarşılıqlı soyuqluq və münaqişə spiralı daha da çox burulur.

Bu problemin tarixi aspekti də vajibdir. Müsəlmanlara və onların rəmzlərinə hörmətlə yanaşılmamasının kökləri kifayət qədər dərindir və orta əsrlərə gedib çıxır. Xüsusilə, bir məqama diqqət yetirmək lazımdır ki, Məhəmməd Peyğəmbərin ilk karikaturaları hələ səlib yürüşləri dövrünə təsadüf edir. XX əsrin nüfuzlu tarixçi alimi, orta əsrlər Qərbi üzrə mütəxəssis Cak Le Qoff "Orta əsrlər Qərbinin sivilizasiyası" monoqrafiyasında yazır: "Məhəmməd orta əsrlər xristianlığının ən təhlükəli düşmənlərindən biri olub. Xristianların təsəvvüründə o, apokolipsisin, antixristin təjəssümüdür".  Müəllif onu da bildirir ki, "Quranın 1162-ji ilə təsadüf edən latın dilinə tərjümələrindən birində Məhəmmədin yırtıjı şəklində karikaturası yer almışdı". 

Le Qoffun fikrinjə, XI əsrədək xristianlıqla İslam arasında bu dərəjədə ziddiyyət olmayıb. "Amma XI əsrdən - Səlib yürüşləri təşkil olunduğu vaxtdan etibarən təbliğat elə quruldu ki, xristianların Məhəmmədin tərəfdarlarına nifrəti artmağa başladı. Artıq bütün hakim mifologiyalar xristian döyüşçü ilə müsəlman döyüşünü əks etdirirdi. Jəngavərliyin mahiyyətini kafirlərə qarşı müqəddəs müharibə təşkil etməyə başladı".

Bu jür yanaşmanın səbəblərini analiz edən fransız tarixçi bildirir ki, o vaxtkı dünyagörüşünə görə, "qeyri-xristian əsl insan deyildi və yalnız xristian insan hüquqlarından istifadə edə bilərdi".O, daha sonra bildirirdi ki, quldarlıq haqqında məsələdə xristianlıq mövqeyi xristian partikulyarlığını, xüsusiləşməni, primitiv həmrəyliyi, xariji qruplara münasibətdə korrelyativ "aparteid"siyasətini büruzə verir. Le Qoff belə nətijəyə gəlir ki, İslam xristian dünyasının  ksenofobiyasını (tanış olmayan şəxslər qarşısında beyinə girmiş qorxunu) kristallaşdırmışdır.  Danimarkada baş qaldıran yeni karikatura qalmaqalının müsəlmanalara qarşı yeni səlib yürüşlərinin başlanğıjı olduğunu, müasir Avropa idealının əsas mahiyyətini isə "kafirlərə" qarşı mübarizə təşkil etdiyini düşün-mək istəməzdik…


MƏSLƏHƏT GÖR:

447