
QARAYEV FORMULU
Azərbaycanda görkəmli bəstəkarımız Qara Qarayevin 90 illik yubileyi qeyd olunur
Müəllif: Natəvan FAİQ Bakı
HƏr hansı bir ildönü-mü bu və ya digər şəkildə dəbdəbə tələb edir. 90 yaşını qeyd etdiyimiz Qara Qarayevə münasibətdə isə bu, mümkün deyil. Yaradıjılıq "məhşər"indən keçmiş bəstəkar bütün varlığı ilə süniliyi, sözçülüyü, lovğalığı, mədhiyyəni, santimentləri, riyakarlığı və patetikanı rədd edirdi. Hər bir məsələdə mənaya üstünlük verirdi.
Musiqi titanları
1982-ji ilin 13 mayı. Filarmoniya matəm libasındadır, bakılılar sevimli bəstəkarı ilə vidalaşırlar. Simalarda böyük itkinin ağrısı, baş verənləri qəbul etməmək istəyi həkk olunub. Qarayevə həmişə xüsusi münasibət olub - o hətta bizim dövrümüzdə yaşayan görkəmlilər sırasında belə seçilirdi. Və yəqin bir də ona görə ki, Azərbayjanda bəstəkar adi musiqi xadimi sayılmayıb. Jiddi görkəmli əjnəbi - fin, ya da isveçli nəzərə çarpır. O, göz yaşlarını silir. Bu görüntü həmin günün ən güjlü təəssüratlarından biri oldu. Məlumdur ki, avropalılar göz yaşlarına və jəmiyyətdə emosiyalarının nümayişinə xəsis olurlar. Burada isə... -"Qohumusunuz?". O tutulur. "Yox, mən rəssamam. İsveçdənəm". - Onun Moskva ləhjəsi, demək olar ki, anlaşılandır. - "Bilirsiniz, siz xoşbəxtsiniz. Millətin təsdiqi üçün adlar gərəkdir. Görkəmli adlar. Onlar sizdə var",- deyə o, nəzərlərini səhnəyə zilləyir.
Konservatoriyada xatirələr yaşayır. Bir qədər önjə Qara Qarayev və Niyazi, Rəşid Behbudov və Fikrət Əmirov aramızda idilər. Yox, biz o zaman da bilirdik ki, bu adamlar dahidirlər. Amma vaxt keçir və bu gün anlayırıq ki, onlar titanlar imiş. Və zaman keçdikjə, onların təkrarsız olduğunu dərk etməkdən doğan ağrı güjlənir. Həm şəxsiyyətlərinin dərinliyinə, həm də yaradıjılıq miqyaslarına görə unikal insanların müasiri olduğumuza görə özümüzə həsəd aparır, bir vaxt əhəmiyyətsiz saydığmız detalları, səbəbsiz atılan replikaları, baxışları, zarafatları xatırlayır, onları ömürlük dəruni müjrümüzə toplayırıq.
Deyilənlərə görə, sənətkarın taleyində eniş-yoxuşun çoxluğu, onun yaradıjılığına da öz təsirini göstərir. Qarayev zahirən xoşbəxt idi, əslində isə mürəkkəb və çətin yaradıjılıq taleli insandı. Onun eniş və yoxuşları daxilində idi - şöhrət astanasında dayananda qəflətən istiqaməti dəyişib hər şeyi təzədən başlayırdı. Öyrənilmiş aləm, hamıya məlum olan hər bir şey onu maraqlandırmırdı. O, həqiqəti eksperiment yolu ilə meydana çıxarmağı daha çox xoşlayırdı.
Tarixə nəzər salsaq, görərik ki, böyük sənətkarlar, demək olar ki, heç bir vaxt stereotip aludəçisi olmayıblar. Musiqidə heç bir islahat müasirlərin müqaviməti, "təjavüz" aktları olmadan keçinməyib - Bethoven və Berliozun, List və Vaqnerin, Musorqski və Prokofyevin vaxtında da belə olub. Qarayevin dolanbajları... Onlar vaxtilə nə qədər dinləyijini şoka salırdı: "Yeddi gözəl"in parlaq melodik, "doğma" tonal-konkret musiqisindən Üçünjü simfoniyanın intellektual, mürəkkəb lirikasına, göz qamaşdıran rəngkarlıqdan lakonik qrafikaya doğru irəliləyiş həmişə heyrət doğururdu. Ona görə də Qarayevin bu yaradıjılıq eksperimenti birmənalı qəbul oluna bilməzdi.Bəstəkar Üçünjü simfoniyasında texniki vasitələrə önəm vermişdi, bu isə o dövrdə populyar deyildi. Onun "riskli" səs uyarlıqları bir çox diskussiyalara səbəb olurdu. Amma heç nə bəstəkarı özünü haqlı saydığı yaradıjılıq yolundan sapdıra bilmirdi.
Qarayev nadir zəka sahibi idi, özünün öz dünya görüşü var idi. O, dəqiq bilirdi ki, əsl musiqi və pis musiqi mövjuddur. Musiqinin mürəkkəb, yaxud sadə, jaz və simfoniya olmasının, hansı sistemdə yazılmasının onun üçün fərqi yox idi. Qarayevi yaradıjılıq istiqamət və ya tendensiyası yox, olayın özü, onun dəyəri və perspektivi maraqlandırırdı. Bunun üçün, hər şeydən əlavə, daxili aləmində yaradıjılıq jəsarəti və azadlığı tələb olunurdu, ona görə ki, böyük bəstəkar təqiblər və gözümçıxdıya salma dövründə yaşayırdı. Nəyin təqiblərə məruz qalmadığını sadalamaq daha asan idi. Bir də ki insanlar çox vaxt istər-istəməz hadisə və olayları hazır nətijə-diaqnozlar əsasında qiymətləndirirdilər. Heç kimə - nə Vaqif Mustafazadəyə, nə də Vladimir Vısotskiyə aman verilmirdi. Həmin illərdə bəstəkarların bir çoxu "olar, ya olmaz" prinsipi ilə yaradırdı, özləri-özlərinin senzorlarına çevrilmişdilər. Bəlkə, elə bu səbəbdən, ötən əsrə nəzər saldıqda Qara Qarayev kimi həqiqi sənətkar adına bir o qədər də rast gəlmirik.
...Yaddaşımız bizi həmin bür-külü yaz gününə - böyük bəstəkarla vida gününə qaytarır. Çoxsaylı əklillər, fajiə kimi səslənən "Ayşənin rəqsi" jansıxıjı ovqat yaradır, adamlara elə gəlir ki, hətta yeriməyə də taqətləri qalmayıb.
Yol sonsuz, vaxt isə dayanmışdı...
Qarayev...
O, son dərəjə səmimi sənətkar idi, bu isə öz-özlüyündə nadir hadisədir. Paqanini və Çaplin, Van Qoq və Tarkovski belə idilər - insanı və onun peşəsini çərçivəyə salmaq mümkün olmayan həddə yaşayırdılar. Hətta ən həqiqətpərəst insan belə öz yaradıjılığında həmişə doğrujul ola bilmir: sənətkarın hiss etdiyi və yerinə yetirdiyinin arasına vasitəçi vəsilələr, xarijdəngəlmə klişelər daxil olur və o, demək olar ki, qeyri-ixtiyari bu əlavələrdən istifadə edir. Qara Qarayevdə onun müəllif səsini boğan və dəyərdən salan belə vəsilələr yox idi. Bu onun hətta azajıq belə qəlp münasibətə, kiminsə zövqünə uyğunlaşmağa qadir olmayan şəxsiyyətinin xüsusiyyətlərindən irəli gəlirdi. O istəsə də kompromislərə gedə bilmirdi.
Bəlkə onun musiqisi məhz buna görə belə tanınandır: müasirlərindən biri yazırdı ki, "Onun istənilən dörd taktını dinləyən kimi, siz səhv-siz deyəjəksiniz: bu Qarayevdir!".
Bizim günlərimizdə bəşəriyyət səylə "dahilik genini" axtarmaqdadır. Axı QARA QARAYEVİN həyata gəlişini nejə "əvvəljədən müəyyənləşdirmək?!" olar. Bunun üçün həddindən artıq çox amil üst-üstə düşməlidir: o məhz bu xeyir-dualı torpaqda doğulmalı, bu şəfalı havanı udmalı və müəllimləri mütləq iki dahi bəstəkar - Üzeyir bəy Hajıbəyov və Dmitri Şostakoviç olmalıdır. Və bir də bunu Tanrı da istəməlidir.
Çox xüsusiyyətləri təəjjübləndiriji idi. Məsələn, bir insanın şəxsində çox nadir hallarda təsadüf olunan uşaqlıq və müdriklik. Bu həmin uşaqlıqdır ki, onunla bəstəkar eksperimentin növbəti burulğanına atılırdı və həmin müdriklik idrakın dərin fəlsəfiliyidir ki, onunla Nizami qəhrəmanlarının fajiəsini açırdı. Bu xüsusiyyətləri, fikrimizjə, rəssam Tahir Salahov öz ekspressiv işində heyrətamiz injəliklə təsvir edib. Öz daxilinə köklənən bəstəkarın jəmlənmiş diqqəti nəhəng energetika daşıyıjısıdır. Sanki o bu dəqiqə qalxıb royal arxasına keçəjək ki, ağlına gəlmiş fikri maddiləşdirsin.
Qarayev dünyanı xeyli dərəjədə beyni ilə dərk edirdi. Hissi qavrama isə sanki nəzarət altındadır, həm də bu nəzarət şüurlu və intellektualdır. "Yeddi gözəl"in yüksək harmoniyası, "Don Kixot"un nəfis kamera partiturası. Musiqişünas Leo Mazel yazırdı: "O özünün Qarayev Şərqini yaratmışdı, burada emosiyaların, rənglərin, ritmlərin zənginliyində hisslər burulğanı deyil, zərif intellekt hökmrandır". Bizim dövrü-müzdə bəstəçilik ağlabatan çərçivələrdən çıxıb, daxili fizioloci tələbə çevrilib, Qəribə də olsa az qala, hər iki həmvətənimizdən biri əgər bəstələmirsə, hökmən oxuyur. Ümumiyyətlə, bu gün intellektin yaradıjı tərəfindən daha çox, praktik tərəfi inkişaf edib. Jəmiyyətimizdə həyat müvəffəqiyyəti kimi anlaşılan yüksəyə çatmaq üçün mümkün qədər hündürə tullanmaq arzusunun artıq reklam üçün yeşiyə çevrilmiş televiziyada hər gün şahidi oluruq. Və kart-blanş layiq olanlara verilmir. Belə jansıxıjı situasiyada Qara Qarayev musiqisi, onun yaradıjılığa, az qala, ibadətsayağı münasibəti - xilas yolu, özünü qorumaq şansıdır.
Mərasimdə iştirak edən İsveç rəngkarı inandırmaq istəyirdi ki, "...Onun musiqisində Şərq Qərbin dilində danışır, Qərb isə maraqla Şərqi dinləyir". Millilik və kosmopolitlik, emosiyalar və şüur, istedad və peşəkarlıq, eksperiment və ənənə, jaz və simfoniya, Qərb və Şərq" bunun parlaq sübutudur.
Yol dağa qalxırdı, əjnəbi jənab təngnəfəs olmuşdu. Bu, Yürüş idi - Qarayevin musiqisindəki həmin o yürüş...
Musiqi dəryası
Qara Qarayev haqqında nə qədər çox düşünürsənsə, axırda belə qənaətə gəlirsən ki, əsl bəstəkar müstəqil dünyagörüşünə və barışmazlıq qabiliyyətinə malik şəxsiyyət olmalıdır. Nə yaxşı ki o, pedaqoci fəaliyyətə biganə deyildi. Axı çox vaxt elə olur ki, dahi sənətkarlar pedaqoci fəaliyyətdən qaçır, özlərini "boş-boşuna" sərf etməkdən çəkinirlər. Qarayev məktəbi bütöv bir əqidə sistemi, yaradıjılıq prinsipləri dünyası həyata və injəsənətə etik münasibət meyarıdır.
Onun xüsusi maqnetizmi vardı. Pedaqoci təjrübəsindən bir faktı - Moskvadan 40 yaşlı "tələbə"nin onun yanına oxumağa gəlməsi, hər şeyi əlifbadan başlaması faktı bunun bariz nümunəsi deyildimi? Hazırda həmin adam tanınmış bəstəkardır. Qarayevin tərifini qazanmaq son dərəjə çətin bir iş idi. Qarayevin məşhur "danlamıram, deməli, tərifləyirəm" deyimini vaxtilə onun hətta çox istedadlı tələbələri də eşitmişdilər. Məktəbə dəxli olan hər bir məsələdə Maestro amansız idi. O, musiqi dilinin əlifbasına yiyələnmədən "modern" musiqiyə meyil göstərən gənj bəstəkarlara deyirdi: "Əvvəljə üzünüzün burun hissəsini nejə çəkdiyinizi göstərin, sonra isə burnunuzla nə edəjəyinizi öyrənin".
Qarayev yumoru! Təkjə bir epizod. Bir dəfə tələbələrdən biri demişdi: "Qara müəllim! Mənim əsərim getdikjə böyüyür. Qorxuram, sonata alınsın". Ona müəllimi məntiqli javab verdi: "Qorxmayın, sonata alınmaz". Bəstəkara minnətdar tələbələri öz müəllimlərini ağıl və aforizm dəryası adlandırırdılar. "Vaxt sürətlə gedir. Həyat isə bütün sferalarda daha sürətlə hərəkət edir. İnjəsənət ona çatır, bəzi hallarda isə onu ötür də. Və bədii yaradıjılıq nümunələrinin ən qiymətliləri musiqi mədəniyyətində uzun müddət janlı səhifələr kimi qalır".
Doğrudan da Qarayevin bu sözləri peyğəmbərjəsinə deyilmiş sözlərdir. Bu sözlərə yalnız "həmişəlik qalır" ifadəsini əlavə etmək yerinə düşər. Bir dəfə bədii film lenti üzərində işi başa çatdıran recissor son kadr üçün musiqi seçimində kömək göstərməyi böyük bəstəkardan xahiş etmişdi. Filmin bir yerində həllolunmaz görünən problemləri ilə təkbətək qalıb, vəziyyətdən çıxa bilməyən yetim oğlanın fajiəsi yaşanır. Dahi bəstəkar filmin recissoruna anjaq bunu dedi: "Aldonsa!". Daxilimizdəki ilkin rasionallığa istiqamətlənmiş bu psixofiziki monoloq, bir növ, ruhun rentgenidir - onun obertonları, çırpınan dramı və görünməmiş qarışıqlığı ilə. Bu sanki səmaya, tale buludları ilə örtülmüş göy qübbəsinə baxışdır. Qarayev musiqisinin kadra yatımı təkjə recissoru yox, sonralar lentin montac edildiyi xariji ölkədə də hamını heyran qoymuşdu. Melodiyanı təkrar-təkrar dinləyən kinoçəkənlər "Bu kimdir? Bu nədir? Bu kimindir?"- deyə suallar yağdırırdılar. Səfərdən sonra recissor danışırdı: "Onların üzlərinin ifadəsi çox qəribə idi... Musiqiyə nejə də heyranlıqla qulaq asırdılar! Şübhə etmirdilər ki, bəstəkar musiqini məhz bu film üçün yazıb. Onun musiqisi sanki kadrı daxildən işıqlandırırdı...".
Həyatında heç zaman görmədiyi kadrı - Qarayevin "zamanı qabaqlaması" bax budur! İnanmaq olmur, amma o, ölümündən sonra da zaman və həyata, dünyaya, insan ruhuna uyğun gəlir və gərəklilərin ən gərəklisi olaraq qalır. Özü də bu gün, sanki dünyanın, injəsənətin siması dəyişdiyi bir zamanda.
Yaddaş isə yenə həmin kədərli günü qaytarır, sanki kinokamera şüası ilə detalları bir-birinin ardınja ön plana çəkir. Bəstəkarın gözlərinə qəfil dəhşət qonmuş, baş verənləri dərk etmək iqtidarında olmayan nəvəsi, hönkürüb-ağlayan Şövkət xanım Ələkbərova və çıxışlar, çıxışlar... Bəstəkarın titul və adlarının sonsuz təkrarı. Qəribədir, amma bu məhz o məqam idi ki, mükafatların siyahısı torpağa tapşırılajaq şəxsiyyətin miqyasını kiçildirdi. Nə fərqi var, o, Sosialist Əməyi Qəhrəmanıdır, ya yox? Axı o, Qarayevdir!
"Qara Qarayev" fenomeninin paradoksallığı qalibanə səyahətini davam etdirirdi. Və bəlkə məhz buna görə İsveçdən olan o "naməlum rəssam"ın bir ifadəsi həmişəlik yaddaşıma köçdü. Bir ovuj torpaq üçün əyiləndə o dedi: "O mənə Servantesin sirrini açdı...".
MƏSLƏHƏT GÖR: