15 Mart 2025

Şənbə, 00:41

"İNSAN HÜQUQLARI" "ATATÜRKÜN VƏSİYYƏTİ"NƏ QARŞI

Türkiyədəki "qeyri-müəyyən" situasiyadan radikal islamçı dairələr də, sağçı müxalifət də istifadə edə bilər

Müəllif:

15.02.2008

TürkiyƏdƏ hijaba qa-dağa onilliklərboyu ölkədə dün-yəvi dövlət quruluşunun tərəfdarları üçün "rəmz" sayılırdı. Bu günlərdə isə indiyədək qeyri-mümkün olan baş tutdu - Türkiyə parlamenti 1925-ji ildən ali məktəblərə hijablı xanımların buraxılmaması ilə bağlı qüvvədə olan qərarı ləğv etdi. Halbuki Türkiyənin qurujusu Mustafa Kamal Atatürkün vaxtından qüvvədə olan bu qanuna ölkənin bütün elitası, ilk növbədə isə ordu rəhbərliyi və məhkəmə orqanları sözsüz əməl edirdilər.

Lakin 2007-ji ildə keçirilən parlament seçkisində növbəti dəfə qələbə qazanaraq, mövqelərini nəzərəçarpajaq dərəjədə möhkəmləndirən Ədalət və İnkişaf Partiyası (AKP) və onun rəhbəri Rəjəb Tayyib Ərdoğan özünü Atatürkün bütün rəmzlərinin, həmçinin hijaba qadağa haqqında qanunun qarantı adlandıran solçu qüvvələrin mövqelərinə açıq hüjuma keçdi.

Bu məqamı da qeyd etmək lazımdır ki, AKP ölkəyə rəhbərliyinin ilk 4 ilində bu məsələni qaldırmamışdı və belə demək mümkünsə, daha əlverişli vaxtın yetişməsini gözləyirdi. Və nəhayət, bu "dəyişikliklər vaxtı" yetişdi. 

2008-ji ilin yanvarında Ərdoğanın hijabın, hətta "siyasi məna" da istifadə edilsə belə, örtülməsinə qadağanın aradan qaldırılmasının vajibliyi  barədə bəyanatı ilə dövlət orqanları və ali məktəblərdə bu baş örtüyündən istifadəyə qadağanın götürülməsi kampaniyasına başlandı.

Çoxları üçün gözlənilməz olsa da, Ərdoğanın bu təşəbbüsü ultrasağçı Millətçi Hərəkat Partiyası (MHP) tərəfindən dəstəkləndi. Bu isə baş nazirin tərəfdarlarının qanunun dəyişdirilməsinə nail olmaq üçün 367 deputat səsi səddini aşmasına kömək etdi.

Ərdoğanın solçulara qarşı münasibətinin belə kəskinləşməsinin 4 səbəbini göstərmək olar. 

Birinji səbəb, Abdulla Gülün prezident seçilməsidir: dövlət başçısının xanımı hələ 2002-ji ildə Türkiyədən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdi. Buna səbəb isə xanım Gülün hijab bağladığı  üçün Ankara Universitetinə qəbul olunmaması idi (son-radan o, iddiasını geri götürdü).

İkinji  səbəb, Yusif Ziya Özjanın Təhsil üzrə Ali Şuranın yeni rəhbəri təyin olunması idi. Yusif Ziya Özjan sələfi Ərdoğan Teziçdən fərqli olaraq, hijaba qadağanın qüvvədə qalmasının tərəfdarı deyil və daha liberal mövqedən çıxış edir. Ərdoğanın partiyası yaxşı başa düşürdü ki, Türkiyəyə sabiq dövlət başçısı Əhməd Necdət Sezərin rəhbərlik etdiyi və Ərdoğan Teziçin təhsilin başında durduğu dövrdə hijaba qadağanın aradan qaldırılmasına jəhd göstərməyin heç bir mənası olmayajaq. Çünki AKP-nin bu məsələ ilə bağlı istənilən jəhdi prezident Sezərin vetosu ilə üzləşəjəkdi.

Üçünjü   və kifayət qədər jiddi səbəb 2007-ji il iyulun 22-də keçirilən seçkidə AKP-nin 47% səs toplayaraq, parlamentdə mütləq çoxluğu əldə etməsi, müxalifət qüvvələri arasında parçalanmanın yaranması və əsas rəqib olan jümhuriyyət Xalq Partiyasının (jHP) zəiflədilməsidir.

Nəhayət, sonunju və daha bir vajib amil Türkiyədə bələdiyyə seçkilərinin yaxınlaşmasıdır. Qeyd edək ki, bu seçkilər 2009-ju ilin yazına təyin olunub.

Sabiq prezident Sezərin və Təhsil üzrə Ali Şuranın keçmiş rəhbəri Teziçin yoxluğunda AKP məsələ ilə bağlı ijtimai müzakirələri lazım bilmədi və konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsi Türkiyə üçün minimal müddətdə hazırlandı.

Bununla yanaşı, Ərdoğanın əksər əleyhdarları hesab edirlər ki, hökumət ali məktəblərdə hijabdan istifadəyə qadağanın aradan qaldırılması ilə kifayətlənməyərək, yaxın zamanlarda bu baş örtüyündəki qadınların dövlət qurumlarına daxil olmasına da ijazə verə bilər. Məlumdur ki, prezidentin də hijaba qadağanın aradan qaldırılmasına tərəfdar olduğu bir şəraitdə parlamentin müxalifətçi JHP-nin simasında etirazı heç nəyi həll etmir. Bundan başqa, hijabla bağlı qərar konstitusiyanın maddələrinə yox, Konstitusiya Məhkəməsinin qərarına əsaslanır.

Baş nazirin məsələ ilə bağlı arqumentləri isə son dərəjə anlaşılandır. Birinjisi, baş örtüyünə qadağa insan hüquqlarının əsas elementlərinə uyğun deyildi. İkinjisi, bu qadağanın qüvvədə olması səbəbindən gənj qızların bir çoxu təhsil ala bilmirdi və onlardan çox az bir qismi bu məqsədlə başqa ölkələrə gedə bilirdi.

Sözügedən problemin nejə geniş xarakter aldığı "Milliyət" qəzetinin ötən il dekabrın 3-ü sayında yer alan tədqiqatın nətijələrindən də görünür. Qəzetin bildirdiyinə görə, AKP-nin hakimiyyətdə olduğu 4 il ərzində Türkiyədə hijab örtən qadınların sayı 5% artıb. "2003-jü ildə hijabda gəzən türk xanımlar 64% idisə, hazırda bu rəqəm 69%-dir. Onların əksəriyyəti  - 73%-i hijabı dini baxışları ilə əlaqədar bağlayır  ki, bu da 2003-jü illə müqayisədə 9,6% artıqdır.

Bir çox əjnəbi siyasətçilər üçün anlaşılmaz qalan və hakimiyyətin uzun illər "görməməyə" üstünlük verdiyi hijab problemi ətrafında ehtirasların qızışması məhz bununla izah olunur.

Problemin həlli isə xüsusilə gələn il keçiriləjək bələdiyyə seçkiləri ərəfəsində Türkiyənin istənilən partiyasına böyük siyasi dividendlər gətirə bilər. Bu səbəbdən də Dövlət Baxçalının rəhbərlik etdiyi MHP-nin baş nazir Ərdoğanın hijabla bağlı qadağanın aradan qaldırılması təşəbbüsünə dəstəyinin səbəbi anlaşılandır. Qeyd edək ki, ötən il prezident seçkisi ətrafında daha bir gərginliyin qarşısı da məhz Dövlət Baxçalının sayəsində alınmışdı.

Beləliklə, gözlənildiyi kimi, konstitusiyanın 10-ju (qanun qarşısında bərabərlik) və 42-ji (təhsil almaq hüququ) maddələrinin, həmçinin Təhsil üzrə Ali Şuranın 17-ji maddəsinin (oraya belə bir jümlənin əlavə olunması təklif edilir: "Heç kim baş örtüyündən istifadə etdiyi üçün ali təhsil almaq hüququndan məhrum edilə bilməz") dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi parlament tərəfindən qəbul edilərək, təsdiqlənmək üçün ölkə prezidentinə göndərildi. Prezident Abdulla Gülün mövqeyi isə hamıya bəllidir.

Bununla yanaşı, hijaba qadağanın ləğvinə qarşı olanların, ilk növbədə isə müxalifətçi JHP-nin bəyanatları da əsaslı görünür. Onlar müsəlman baş örtüyündən istifadənin "dünyəvilik" prinsipi ilə bir araya sığmadığını bildirir və hesab edirlər ki, bu addım ali məktəb tələbələri arasında "qarşıdurma" yaradajaq, jəmiyyətdə gər-ginliyi artırajaq. Çox güman ki, tələbələr arasında gərginlik, ilk növbədə, İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdəki ali məktəblərdən başlayajaq.

Bu mövqeni rektorların da əksəriyyəti, xüsusilə də İstanbul Universitetinin rektoru Məsud Parlaq dəstəkləyəjək. Parlaq hökuməti sərt tənqid edərək bildirib ki, dini elementləri ali məktəbə buraxmaq fikrində deyil. 

Lakin getdikjə gərginləşən situasiyada M.Parlaqdan o qədər də çox şey asılı deyil. Çünki istənilən halda qanuna əməl və hörmət edilməlidir. 

Beləliklə, Türkiyənin ali məktəblərinin rektorlarının üç yolu var: konstitusiyanın tələbləri ilə barışmaq, istefaya getmək, yaxud hijablı tələbələri ali məktəblərə buraxaraq, hökumətlə məhkəmələr vasitəsilə mübarizəni davam etdirmək.

Rektorlar artıq Təhsil üzrə Ali Şuranın dəyişdirilmiş qanununa daha bir dəyişikliyin edilməsini, hijabla bağlı dəqiq formanın göstərilməsini istəyirlər. Məsələ ondadır ki, əhalinin daha radikal hissəsi qızların üzünün tamamilə örtülü olmasını tələb edirsə, əksəriyyət baş örtüyünün sadəjə çənəyədək bağlanmasına üstünlük verir.

Ümumiyyətlə, Türkiyədə hijab geyiminin bir çox növləri var və onların əksəriyyəti parlamentdə təsdiq olunan "…ali məktəblərə sifətin görünməsi şərtilə, başı bağlı tələbələr buraxılmalıdır" ifadəsinə uyğun gəlmir. Odur ki hələ "hijabın düzgün formada geyinilməsinə" nəzarətin nejə həyata keçiriləjəyi məlum deyil.

Bununla yanaşı, dövlət qurumlarında baş örtüyündən istifadəyə qadağanın qüvvədə qalması hijablı tələbələrin belə orqanlarda təjrübə keçməsi məsələsini sual altına qoyur.

Türkiyənin bir sıra iri şəhərlərində etiraz aksiyaları keçirən "dünyəvi dövlət quruluşu" tərəfdarlarına gəlinjə, 2007-ji ilin prezident seçkisi ətrafındakı böhran göstərdi ki, onlar hakim partiyanın qərarlarına o qədər də təsir etmək imkanında deyil. Hijaba qadağanın aradan qaldırılmasının gələjəkdə baş örtüyündən istifadə etməyən vətəndaşlara təzyiqlərə yol açajağı, sonda isə "dünyəvi dövlət" prinsipinə jiddi zərbə dəyəjəyi haqda bəyanatlar ijtimai dəstək qazanmadı.

Türkiyədə hijab məsələsi ilə bağlı qüvvələr nisbətini dəyişə biləjək yeganə qüvvə "Mustafa Kamal Atatürkün rəmzləri"nin müdafiəçisi hesab olunan ordudur. Lakin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıt hələ ki Ərdoğanın əleyhdarları ilə məsafə saxlamağa üstünlük verir. Bununla yanaşı, o, ordu ilə hökumət arasında jiddi qarşıdurmanın ola biləjəyinə də işarə vurur.

Prinsipjə, hijabla bağlı konstitusiyaya edilən dəyişiklik oktyabrın 1-nə - yeni dərs ilinin başlanmasınadək hiss olunmayajaq. Bununla yanaşı, qalan müddət ərzində HP və Demokratik Sol Partiyanın simasında solçu qüvvələr parlamentin qərarının məhkəmələr vasitəsilə ləğvinə səyləri davam etdirəjəklər. Müəyyən dairələrin parlamentin qərarından istifadə edərək, təhsil ojaqlarında hijabdan istifadəyə ijazə verilməsini daha aşağı yaşlara - orta məktəblərdə təhsil alan 7 yaşlı uşaqlara da şamil edəjəyi təhlükəsi  qalmaqdadır.

Yekunda qeyd etmək istərdik ki, Türkiyə Konstitusiyasına edilən dəyişikliklər hijab problemini həll etmir, əksinə, tamamilə qeyri-müəyyən vəziyyət yaradır ki, bundan da həm radikal islamçı qruplar, həm də sağ müğalifət istifadə edə bilər.

Artıq baş nazir Rəjəb Tayyib Ərdoğan daim balanslaşdırma siyasəti aparmalıdır və istənilən doğru olmayan qərar Baş Qərargahın dərhal və sərt mövqeyilə üz-üzə qalajaq. 

Oktyabr hakim partiyanın seçiminin nə qədər doğru olduğunu və Ərdoğanın beşillik baş nazirlik müddətini başa vura bilib-bilməyəjəyini üzə çıxarajaq.



MƏSLƏHƏT GÖR:

464