14 Mart 2025

Cümə, 22:35

BİZNES DÜNYASINA PƏNCƏRƏ

Azərbaycanda orta və kiçik müəssisələrin sayı artacaq

Müəllif:

01.02.2008

Sürətli iqtisadi yük-sə-lişə baxmayaraq, son vaxtlaradək beynəlxalq maliyyə institutları Azərbayjanı biznes qurmaq üçün əlverişli ölkə kimi qəbul etmirdilər. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası (BMK - Dünya Bankının bölməsi) Doing Business hesabatında biznes aparılması üçün əlverişli şəraitə malik ölkələrin reytinq jədvəlində Azərbayjan üçün Jənubi Qafqazda ən pis mövqe müəyyənləşdirmişdi. Əvvəllər başlıja neqativ məqam  kimi ölkədə sahibkarlıq fəaliyyətinə başlamaq üçün  çoxpilləli əməliyyatlar - həm uzun vaxt  tələb edən, həm də əksər hallarda bürokratik əngəl və süründürməçiliyə  yol açan mürəkkəb ijazələr sistemi  göstərilirdi. 

Bununla belə, ədalət naminə demək lazımdır ki, 2008-ji il üçün hesabatda Azərbayjanın mövqeyi bir qədər yaxşılaşıb və ölkəmiz 99-ju pillədən 96-ya qalxıb. Reytinqin yaxşılaşması, əsasən, yeni müəssisənin yaradılması prosedurunun qısaldılması ilə bağlıdır. Yanvarın 1-dən ölkədə sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatında "bir pənjərə" mexanizmi işə düşüb və əgər  onun bütün prinsiplərinə əməl olunsa, bu mexanizm Azərbayjanda əsl biznes inqilabı yaratmağa qadirdir.

 

Bürokratiya və korrupsiya əvəzinə

Biznes subyektlərinin qeydiyyatında "bir pənjərə" prinsipinin həyata keçirilməsi hələ prezident İlham Əliyevin "Azərbayjan Respublikasında sahibkarlığın inkişafına dair  bəzi tədbirlər haqqında"  aprel Fərmanı ilə reqlamentləşdirilmişdi. Sonra ölkə başçısı daha iki sərənjam imzalayaraq, Vergilər Nazirliyini sahibkarlıq fəaliyyəti subyektlərini "bir pənjərə" prinsipi ilə qeydiyyata alan vahid dövlət orqanı kimi müəyyənləşdirib və öz ehtiyat fondundan bu sistemin yaradılması üçün 4 mln manat vəsait ayırıb.

Əslində, beynəlxalq strukturlar haqlı idilər - Azərbayjanda yeni müəssisənin yaradılması vəziyyəti ürəkaçan deyildi. Bəzi hallarda arayış almaq üçün  hər bir orqana verilən rüşvət, uçota düşmək, sənədləri toplamaq və bilavasitə qeydiyyata alınmaq prosesində həddən artıq vaxt itkisi  sahibkarların öz işini hüquqi jəhətdən qeydə aldırmaq həvəslərini öldürürdü.

Azərbayjan Sahibkarlarının Milli Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədovun sözlərinə görə, məhz bu səbəbdən 2000-ji ildə ölkəmizdə 81,6 min hüquqi və 86 min fiziki şəxs qeydiyyata alınmışdısa, 2007-ji ilin sonuna olan məlumata görə, 350 min vergi ödəyijisinin təkjə 70 minini hüquqi şəxslər təşkil edirdi. "Müəssisə yaratmaq üçün o qədər mərhələdən keçmək,  çoxsaylı məmurlarla görüşmək tələb olunurdu ki, biznes nümayəndəsi üçün Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyata düşmək daha asan idi". Bunu Ələkbər Məmmədov deyirdi.

Ə.Məmmədovun  sözlərinə  görə, indiyə qədər Azərbayjanda  ildə orta hesabla 4-5 min hüquqi və 20-30 min fiziki şəxs yaradılırdı. Biznes təşkil edə bilən hər 10 min adama 60-65 sahibkarlıq subyekti qeydiyyata alınırdı, halbuki inkişaf etmiş ölkələrdə bu nisbət, minimum 10 % olmalıdır. Vəziyyət təhlükə  doğururdu, hətta o həddə çata bilərdi ki, yaxın illərdə Azərbayjanda kiçik və orta müəssisələr, ümumiyyətlə, qeydə alınmasın.

Təbii ki, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının vajibliyi şəraitində, sürətlə artan neft gəlirləri fonunda belə vəziyyət labüd təşviş doğururdu. Axı ölkədə "holland xəstəliyi" simptomlarının meydana gəlməsinin qarşısını almağın əsas üsulu istehsal sahəsinin genişləndirilməsidir. Bu gün  sahibkarlar sadalanan çətinliklərin keçmişdə qaldığına ümid edir və "bir pənjərə" sisteminin  yalnız nəzəri deyil, təjrübi baxımdan da yeni biznesin yaradılması üçün stimulyator ola biləjəyinə inanırlar.

 

Üç gün ərzində qeydiyyat

Vergilər naziri Fazil Məmmədov əmin edir ki, hazırda müəssisələrin qeydiyyat müddəti 20 dəfə, prosedurların sayı isə 3 dəfə azalıb. Belə ki, bu prinsipin tətbiqinə qədər sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyata alınması üçün 15 prosedurun həyata keçirilməsi, 33 sənədin təqdimi tələb olunurdu, buna da 72 gün sərf edilirdi. İndi isə 5 sənəd tələb olunur, qeydiyyata alınmaının müddəti isə qısaldılaraq 3 günə enib. 

 Nazir qeyd edir ki, "Əvvəljə biz 5 gün üzərində dayanmaq fikrində idik, amma  təkrar təhlildən sonra prosedurları 3 jün ərzində yekunlaşdırmaq haqqında öhdəlik götürməyi qərara aldıq. Fikrimjə, problem olmamalıdır". Onun dediyinə  görə, sistemin fəaliyyət göstərdiyi qısa müddət ərzində artıq sahibkarların 500-dən çox mürajiəti qeydə alınıb.

Bu sistemin əsas əlverişli jəhəti odur ki, qeydiyyata alınmağa doğru ilk  mərhələləri kompyuter arxasında keçmək olar - Vergilər Nazirliyinin saytında tələb olunan bütün sənəd nümunələri yerləşdirilib və onları toplayıb yalnız bir dəfə bu "pənjərə"nin yerləşdiyi ofisə gəlmək kifayətdir. F.Məmmədov əmin edir ki, "Bu sistem bütün respublika üzrə eyni səviyyədə həyata keçiriləjək. Qeydiyyata alınma önjəsi bürokratiya faktlarının qarşısını almaq üçün vergi orqanları da qanunverijilik çərçivəsində  yardım göstərə bilər".

Qeyd etmək lazımdır ki, bu sistemin yaradılmasında 500 dövlət qulluqçusu iştirak edib, onun fəaliyyət göstərməsinə isə jəmi 85 əməkdaş jəlb olunub. Yeri gəlmişkən, prezidentin ehtiyat fondundan ayrılmış 4 mln manatın böyük hissəsi, yəni 1 mln 850 min dolları "Orajle" şirkətinə proqram təjhizatı üçün lisenziya haqqı kimi ödənilib. Qalan məbləğ serverin, texniki avadanlığın alınmasına, işçilərə maaş verilməsinə və s. xərjlənib. Sistemin yaradılmasına həmçinin beynəlxalq maliyyə institutları, xüsusilə Beynəlxalq Maliyyə Korporasiyası yardım edib; Avropa ölkələrində,  daha çox  Latviyada sistemin tətbiqi təjrübəsi diqqətlə öyrənilib.

 

Bu  hələ harasıdır…

Bununla yanaşı, F.Məmmədovun dediyinə görə, "bir pənjərə"nin tətbiqi  Azərbayjanda sahibkarlıq subyektlərinin fəaliyyətinin sadələşdirilməsi istiqamətində çox vajib, lakin növbəti addımlardan biridir. 2010-ju ildə Azərbayjanda kiçik müəssisələrin sayının 2007-ji illə müqayisədə, ən azı, 20% artajağı gözlənilir.

Nəzərə alınsa ki hər yeni müəssisə dövlət büdjəsinə vergi ödəyəjək, bu addımın iqtisadi mənfəətinin jiddiliyi şübhə doğurmur. F.Məmmədov qeyd edir ki, Ver-gilər Nazirliyi ölkədə gəlir vergisi şkalasındakı dəyişikliklə əlaqədar yaranmış ziyanın əvəzini məhz bunun hesabına çıxmaq niyyətindədir. Xatırladaq ki, 2008-ji ildən 14%-lik gəlir vergisi tutulmaq üçün yuxarı şkala 2000 manat həjmində müəyyənləşdirilib, əvvəllər isə bu məbləğ 1000 manatdan hesablanırdı. Ekspert hesablamalarına görə, belə yumşalma vergi ödəmələri 30 mln manat azaldajaq.

Bundan əlavə, biznesi qeydiyyata almanın yeni mexanizmi sosial məsələlərin səmərəli həllinə yardım edəjək, çünki yeni iş yerləri açılajaq, əmək haqqı bazarında rəqabət yaranajaq, bu da, əlbəttə, əhalinin ümumi rifahında əks olunajaq. 

Bununla yanaşı, yuxarıda göstərilmiş Doinq Business reytinqində Jənubi Qafqaz üzrə qonşularımızın - Gürjüstan (18-ji yer) və hətta iqtisadiyyatı çox az inkişaf etmiş Ermənistanın (39-ju yer) səviyyəsinə çatmaq üçün xeyli iş görmək lazımdır.

Və F.Məmmədovun dediyinə görə, artıq mayda   sahibkarlar üçün çox əhəmiyyətli olan, ASK və ölkədə fəaliyyət göstərən xariji biznesmenlərin çoxdan gözlədikləri  ƏDV stavkalarının 2009-ju ildən azaldılmasına dair qərar qəbul olunajaq. 2008-ji il yanvarın 1-dən Azərbayjanda ƏDV üzrə depozit sistemi tətbiq olunur.  Biz artıq bəyan etmişdik ki, bu sistem səmərəli olsa, ƏDV stavkası azaldıla bilər. ƏDV üzrə depozit tətbiqinin ilkin nətijələri sevindirijidir. Buna görə, 2009-ju ildən ƏDV stavkalarında dəyişikliklər mümkündür.

Hazırda Azərbayjanda ƏDV stavkası 18% təşkil edir. Bir qədər önjə, vergilər nazirinin müavini Natiq Əmirova istinadən xəbər verilmişdi ki, Vergilər Nazirliyi ƏDV stavkasını  bu vergi ödəyijisi üzərində nəzarətin güjləndirilməsi şərti ilə mərhələ-mərhələ 15%-ə qədər azalda bilər. Bu məqsədlə Vergilər Nazirliyi  həmin vergi üzrə bütün əməliyyatların vahid xəzinədarlıq hesabı vasitəsilə həyata keçiriləjəyi ƏDV depozit sisteminin tətbiqini gerçəkləşdirir.

Amma hələ bu da son deyil. Sahibkarlar, demək olar ki, həmişə vergilər sektorundan əlavə, gömrük sahəsində də güzəşt və müsbət dəyişikliklər tələb edirlər. Son zamanlar məlum olub ki, vergi sahəsindəki "bir pənjərə" sisteminin analoqunu gömrükdə yaratmaq layihəsini hökumət aktiv şəkildə müzakirə edir.  Belə ki, sərhəddən keçən yüklər Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nəzarətindən savayı, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, Dövlət Veterinar Xidmətinin, Səhiyyə Nazirliyinin Sanitar İdarəsinin, Nəqliyyat və Daxili İşlər nazirliklərinin nəzarətindən keçir. Layihənin əsas məqsədi yüklərin təmizlənməsinin koordinasiyasını bir dövlət strukturuna tapşırmaqdır. Sərhəddə biznesin qeydiyyata alınmasının sadələşdirilməsi layihəsinin gerçəkləşdirilməsində Azərbayjana  UNESCAP (Asiya və Sakit okean regionu ölkələri üçün xüsusi proqram) və UNECO (İqtisadi Əməkdaşlıq üzrə Avropa Təşkilatı) yardım edəjək.

Deməli,  qarşıda sahibkarları hökumətin daha çox xoş sürprizi gözləyir.


MƏSLƏHƏT GÖR:

416