
İKİNCİ NƏFƏS
2008-ci ildə Azərbaycanın maliyyə sektorunun inkişafının yeni mərhələsi başlayacaq
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
2007-ji ildƏ AzƏrbay-janın maliyyə bazarının, demək olar ki, bütün sektorlarında janlanma müşahidə edilib. Bu həm ölkəyə neft gəlirləri axınının artması, həm də neft sektoruna, onun ayrı-ayrı istiqamətlərinin inkişafına təkjə əhali tərəfindən deyil, beynəlxalq investorlar tərəfindən marağın artması ilə bağlı idi. Dediyimizin ən parlaq sübutu Azərbayjanın qiymətli kağızlar fondunun, demək olar ki, üçqat artmasıdır. Həmin dövrdə təkrar bazarda da emissiyaların həjmi xeyli artmışdır. Əvvəlki illərdə buna nail olmaq mümkün deyildi.
Beləliklə, 2008-ji ildə ölkənin maliyyə sektorunun beynəlxalq bazarlara çıxa bilməsi məqsədilə yeni inkişaf mərhələsinə qədəm qoyması gərəkdir. Xüsusən, ona görə ki, jari ildə iqtisadiyyata pul axınının xeyli artajağı gözlənildiyindən, Azərbayjanın valyuta ehtiyatlarının, təxminən, iki dəfə artajağı da proqnozlaşdırılırl. Bununla əlaqədar olaraq, Milli Bank pul kütləsinin artmasının iqtisadiyyata neqativ təsirinin qarşısını almaq üçün bir sıra tədbirlər görəjək. Eyni zamanda, ekspertlər və maliyyə bazarının iştirakçıları bu sektorun bütün sferalarında bir çox müsbət dəyişikliklərin olajağını da gözləyirlər.
Valyuta ehtiyatları artajaq
Milli Bankın bəyanatında deyildiyi kimi, 2008-ji ildə Azərbayjanın strateci valyuta ehtiyatları (Milli Bankın ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və dövlət xəzinədarlığının valyuta vəsaitləri) $19 milyard dollara çatajaqdır. Xatırladaq ki, 2007-ji ilin yekunlarına görə valyuta ehtiyatlarının həjmi 7 milyard dollardan bir az artıq idi.
Belə sürətli artım 2008-ji ildə iqtisadiyyatın qeyri-neft sektoruna bank sektoru vasitəsilə xariji investisiyalar axınının güjlənməsi səbəbindən kapital hərəkəti hesabı defisitinin azalması ilə izah olunur. Gələn il ölkənin jari ödəniş balansının hesabının profisiti $14 mlrd səviyyəsində gözlənilir.
2008-ji ildə Azərbayjanın valyuta ehtiyatlarının artım tempinin sürətlənməsi həmin ehtiyatların idarə olunması səmərəliliyinin yüksəldilməsini də şərtləndirir. Valyuta ehtiyatlarının idarə olunması strategiyası yeni investisiya siyasətinə müvafiq müəyyənləşdiriləjək. Bu strategiyanın əsas komponentləri ehtiyatların müx-təlif valyutalara diversifikasiyası və bir valyutadan asılılığın azaldılması olajaq. Beləliklə, ehtiyatların mütləq dəyərini qoruyub- saxlamaq, bununla da ölkənin iqtisadi təhlükəsizliyini möhkəmləndirilmək mümkün olajaq.
Hazırda üç menejerin - Dünya Bankı xəzinədarlığının, İsveçrənin UBS və ABŞ-ın CP Morqan banklarının idarə olunmasına 270 mln dollar nəzərdə tutulmuşdur. Hollandiyanın ABN Amro bankı vəsaiti səmərəsiz idarə etdiyi üçün Milli Bank onunla müqaviləni pozaraq, ixtiyarında olan vəsaiti UBS bankına vermişdir. Hazırda ÜD bankının sərənjamında 110 mln, UBS bankının sərənjamında 105 mln, CP Morqan bankının sərənjamında isə 55 mln dollar vəsait var.
Manat daha da möhkəmlənəjək
Milli Bankda 2008-ji ildə milli valyutanın möhkəmlənməsi istiqamətində tədbirlər davam etdiriləjəkdir. Buna ölkənin əjnəbi investorlar üçün jəlbedijiliyinin artması, həmçinin, gələn il üçün makroiqtisadi çərçivələrin yaranması imkan verəjəkdir. Belə bir şəraitdə, Azərbayjanın Milli Bankı tənzimlənə bilən kurs recimini saxlamaq və valyutanın sterilləşdirilməsi üzrə aktiv əməliyyatlar aparmaq niyyətindədir.
Qeyd edək ki, 2007-ji ilin əvvəlindən bəri Azərbayjanda milli valyuta kursu 3% möhkəmlənib. Manatın möhkəmləndirilməsi templərinin yüksək səviyyədə saxlanılması MB-nin valyuta bazarına aktiv müdaxiləsi nətijəsində mümkün olub. MB il ərzində 1,7 milyard dollardan artıq məbləği sterilləşdirib. Bankda hesab edirlər ki, il ərzində təklif tələbatı üstələyib. Bunun səbəbi neft gəlirlərinin ölkənin sosial-iqtisadi inkişafı üçün aktiv istifadə olunması, xariji kapitalın qeyri-neft sektorunda güjlənməsidir. Bununla əlaqədar olaraq Milli Bank müdaxilə sayəsində valyutaya tələbatı ödəyə bilmişdir.
Milli Bankın manatın nominal kursunu sabitləşdirə bilməsinə baxmayaraq, səviyyəsindəki fərq 11 ay ərzində real effektiv kursun 3,1% möhkəmlənməsinə səbəb olub. Lakin bu, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin pisləşməsi ilə nətijələnməyib və bu sektor üzrə real effektiv kurs 2000-ji ildən bəri 13% ujuzlaşıb. Bu da öz növbəsində, orta müd-dətli dövrdə məqbul xariji tijarətin qorunub-saxlanmasının bir sübutudur.
Banklar immuniteti artırajaq
Qloballaşma risqi nəzərə alınmaqla, 2008-ji ildə AMB-nin fəaliyyət strategiyasında əsas istiqamət maliyyə sabitliyinin qorunub-saxlanması olajaq. Bununla əlaqədar olaraq, bankların xariji və daxili şoklara immunitetinin güjləndirilməsi, korporativ idarəetmə sisteminin tətbiqinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi prosesində meydana çıxan risklərin idarəetməyə verilməsi, o jümlədən bankların risklərini idarəetmə sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bank sisteminin dayanıqlı olması üçün gələn il bankların kapitallaşması da güjləndiriləjək. Ötən ilin əvvəlindən etibarən bankların məjmu kapitalının həjmi 77% artaraq, 1 mlrd manata çatıb.
2007-ji ildə Azərbayjanın bank sistemi son 4 ildə çox yüksək templə inkişafa nail olub. Buna qarşılıqlı aktiv xariji ödəmələr və ölkəyə aksioner kapitalın jəlb edilməsi imkan verib. 2007-ji il ərzində bank aktivləri 72% , öhdəliklər 59%, o jümlədən depozitlər 48% artıb. Bu, aparıjı bankların göstərijilərinin yüksəlməsinin nətijəsidir. Belə ki, onların artım tempi sistem üzrə orta göstərijilərdən təqribən iki dəfə yarım yüksəkdir.
Bankların artan resurslarının iqtisadiyyatın qeyri-neft sektorunun investisiya tələbatının maliyyələşdirilməsinə yönəldilməsi orta müddətli perspektivdə təklifin artmasını stimullaşdırmaqla yanaşı, makroiqtisadi tarazlıq yaradılması üçün məqbul imkanları genişləndirir. Ötən il kredit qoyuluşlarının yüksəliş tempi 83% olmuş, uzunmüddətli kreditlər isə 2,5 dəfə artmışdır.
Sığorta sektoru güjlənəjək
"Sığorta fəaliyyəti haqqında" yeni qanunun qəbulu ilə əlaqədar, bu sahədə də dəyişikliklər gözlənilir.
Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinin rəhbəri Namiq Xəlilovun sözlərinə görə, yeni qanunun qəbulu ilə eyni vaxtda Mülki Məjəllənin "Sığorta" fəslinə də çox mühüm dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər sığortalananlarla sığortaçılar arasında müqavilə münasibətlərinin hüquqi tənzimlənməsi məsələlərində indiyədək mövjud olan boşluqları aradan qaldırajaq.
Yeni qanuna görə, Maliyyə Nazirliyi sığorta şirkətlərinə müddətsiz lisenziyalar verəjək və bu onlara olan etimadı artırajaq, çünki sığortalananlar artıq sığorta şirkətinin sığorta müddəti başa çatanadək lisenziyasız qalajağından ehtiyatlanmayajaqlar.
Qanun qüvvəyə mindikdən sonra, Maliyyə Nazirliyi sığorta şirkətlərinin kapitallaşmasının yeni qrafikini təsdiq edəjək.
Yeni qanun sığorta bazarının ixtisaslaşmasının yüksəlməsinə də müsbət təsir göstərəjək. Məlum olduğu kimi, yeni qanun sığorta şirkətlərinin rəhbər işçiləri təyin olunmağa iddialı şəxslərin, həmçinin, sığorta vasitəçisi fəaliyyətini həyata keçirmək üçün lisenziya almaq istəyənlərin ixtisas imtahanı vermələrini nəzərdə tutur. Bu tədbirlər sığorta fəaliyyəti sahəsində təhsilə olan tələbatı stimullaşdırır.
Yerli sığorta şirkətlərində xariji kapitalın iştirakına qoyulan məhdudiyyətlərin ləğvi Azərbayjanın sığorta bazarının xariji sığortaçıların investisiyaları üçün daha jəlbediji olmasına imkan verəjək. "Bazarımızda yeni güjlü oyunçuların meydana çıxması müsbət rol oynamalıdır". N.Xəlilov deyir ki, sağlam rəqabətin mövjudluğu həm qiymət, həm də əmtəələrin və xidmətlərin keyfiyyəti baxımından həmişə istehlakçının xeyrinədir.
MƏSLƏHƏT GÖR: