Müəllif: Nailə BƏNNAYEVA Bakı
Qlobal istilƏşmƏ insanların sağlamlığına neqativ təsir göstərir - bu fakt heç bir şübhə doğurmur. Lakin müxtəlif ölkələrdə bu hal fərqli təzahür edir. İqlim dəyişikliyindən daha çox asılı olan xəstəliklər, eləcə də ölkəmizdə bu sahəyə təsir edən digər amillər iqlim dəyişməsi üzrə İkinci Azərbaycan Milli Hesabatı çərçivəsində müəyyənləşdirilib. Bu istiqamətdə işi ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT İnkişaf Proqramının dəstəyi ilə Cəmilə Əhmədovanın rəhbərlik etdiyi "Ekosfera" EİB həyata keçirir. O, qlobal istiləşməyə adaptasiya məsələlərini araşdıran qrupun tərkibində iqlim dəyişməsinin insan sağlamlığına təsirini müəy-yənləşdirən yarımqrupa başçılıq edir.
Təbiət şahının taxtı lərzəyə gəlib?
Elmi-texniki tərəqqinin çox böyük müsbət və mənfi cəhətlərinə baxmayaraq, bəşəriyyət bu günədək ona təslim olmayan kənar amillərdən hələ də kifayət qədər asılıdır. Belə ki, qlobal istiləşmə özündənrazı insan övladına növbəti dəfə sübut etdi ki, o, təbiət şahının tacına iddia etməkdə tələsib. İqlim dəyişikliyinin mənfi təsiri artıq insan ömrünü qısaldan alkoqol, nikotin, hipodinamiya və çox yemək kimi ənənəvi amillərlə bir sırada dayanır. O, insan ölümünə səbəb olan ürək-damar və onkoloji xəstəliklərin artmasının birbaşa səbəbkarıdır. Bundan əlavə, qlobal istiləşmənin təsiri ilə əlaqədar çoxdan unudulmuş, hətta adları müasir insanlar üçün anaxronizmə çevrilmiş xəstəliklər də fəallaşmağa başlayıb. İki əsr əvvəl Allahın göndərdiyi bəla sayılan və ötən əsrdə kökü, demək olar ki, kəsilmiş xəstəliklər yenə də aktuallaşıb. Amma kompyuter əsrinin insanlarına Corc Vaşinqton kimi, dizenteriyadan ölmək yaraşarmı? Bu qüdrətli dövlət xadiminin zamanında belə xəstəliyin adekvat müalicəsi sadəcə yox idi, amma axı indi tibb işçilərinin ixtiyarında müxtəlif vasitələrin zəngin arsenalı var. Buna baxmayaraq, dizenteriya və onun "bacıları" - çiçək, qızılca, malyariya və s. son illər yenidən geniş vüsət alıb. Bircə fərq var - onlar hamının deyil, əhalinin konkret qruplarının xəstəliyinə çevrilib, yəni bir növ, aşağı "sürüşərək", ən müdafiəsiz sosial təbəqələri təhdid edir.
Hündürmərtəbəli binaların və kondisionerlərin qurbanları
Son yüz il ərzində iqlimin dəyişməsi planet üzrə orta illik temperaturun 0,3-0,6° qalxmasına səbəb olub. C.Əhmədovanın dediyinə görə, Azərbaycanda bu rəqəm 0,5-0,6° - yə bərabərdir. BMT nəzdində iqlim dəyişikiyi üzrə beynəlxalq ekspert qrupunun proqnozlarına görə, bu əsrin sonunadək planet üzrə havanın temperaturu daha 1,4-5,8° C artacaq. Azərbaycan da şübhəsiz, istisna təşkil etməyəcək, hətta öz iqlim şəraitinə görə bu mənfi göstərici üzrə bəzi ölkələri geridə qoyacaq. Müxtəlif ekspertlərin qiymətləndirmələrinə görə (alimlərimiz iqlim dəyişməsi proqnozlaşdırılmasının beş müxtəlif modelini sınaqdan keçiriblər), Azərbaycan ərazisində orta illik temperatur göstəricisi 2,0-5,8° C artacaq.
Əslində, bu lap çoxdur - axı bizdə yay onsuz da isti keçir. Amma digər tərəfdən, əhalimizin istiyə adət etməsi onun qlobal istiləşməyə sürətli adaptasiyasına yardım edir. Belə ki, 2003-cü ilin yayında dünyanı ağuşuna alan dəhşətli isti dalğaları minlərlə insanın ölümünə bais olanda, Böyük Britaniyada ölüm halları 16 %, Portuqaliyada - 26 %, Fransada -60 % artıb, ölkəmizdə isə bu göstərici cəmi 3 % olub. Hətta Azərbaycanla eyni paraleldə yerləşən İtaliyada belə bu "qara" siyahı 15 % təşkil edib.
Mümkündür ki, bu fərqin səbəbi, hər şeydən əvvəl, bizim regionlarda insanların kondisionerə nisbətən az vərdiş etməsilə bağlıdır. Həmin yay ölkəmizdə həmişəkindən artıq "təcili yardım" çağırışı olub və onların böyük hissəsi məhz şəhərlərin payına düşüb. Çünki bölgələrdən fərqli olaraq, şəhər küçələrindəki 35 dərəcəlik isti ilə kondisionerlə təchiz olunmuş ev və ofislərdəki 20 dərəcəlik temperatur arasındakı fərq insan orqanizminə öl-dürücü təsir edir.
Təəccüblü deyil ki, o dövrdə həm "təcili yardım" çağırışlarının, həm də ölüm hallarının böyük hissəsi məhz ürək-damar xəstəlikləri, ilk növbədə, insultla bağlı olmuşdu. Yeri gəlmişkən, zərərçəkənlərin əksəriyyəti kişilər idi, bu da qadın orqanizminin kişilərə nisbətən daha asan adaptasiyaya olması barədə məşhur elmi fərziyyəni növbəti dəfə təsdiq etdi. Hava temperaturunun ekstremal yüksəlməsinin daha çox səbəb olduğu başqa xəstəliklərə gəldikdə, bu, ilk növbədə, tənəffuz orqanlarının fəsadları, psixi pozuntular və bədxassəli şişlərdir.
Şəhərlilər qlobal istiləşmə qarşısında başqa bir səbəbdən də acizdirlər: şəhərin, xüsusilə meqapolisin memarlıq bölgüsü də vəziyyəti gərginləşdirir. İndi, hətta əsrlərboyu müxtəlif hava axınlarının insanları gah üzücü istidən, gah ifrat nəmlikdən xilas etdiyi küləklər şəhərimiz Bakıda belə təbiət öz ağılsız övladlarının köməyinə gəlməyə qadir deyil. Çünki qazanc ardınca qaçan insan şəhərdə nəzarətsiz olaraq hündürmərtəbəli evlər tikməyə başlayıb və bu yeni xaotik planlaşdırma zamanı təbiətin özünün bu ərazi üçün müəyyənləşdirdiyi hava dövranı, demək olar ki, nəzərə alınmır.
Əcdadlarımız bu baxımdan qat-qat ağıllı idilər. Nə üçün İçərişəhərin alçaq, bir-iki mərtəbəli küçələrinin döngələrində yayda hava həmişə müasir hündürmərtəbəli tikililərin labirintlərindən xeyli sərindir? Ona görə ki, o dövrün inşaatçıları məhəlləni, küçəni və hətta ayrıca evin yerləşməsini planlaşdıranda, mütləq küləklərin istiqamətini nəzərə alırdılar. Küləyi təbii şəkildə təkcə rahatlığa deyil, həm də gigiyena və xəstəliklərin profilaktikasına xidmət etməyə vadar edirdilər: o təkcə sərinlik gətirmir, həm də insan səhhəti üçün ziyanlı olan iyləri yox edir və yerdəki natəmizlikləri qurudurdu. Lakin axı onlar hər şeyi gözəyarı, kompyuterin köməyi olmadan hesablayırdılar. Özü də necə zərgər dəqiqliyi ilə alınırdı! Biz indiyə qədər bunun sübutunu paytaxtın düz mərkəzindəki unikal qoruqda görürük.
Amma Köhnə Şəhərin ətrafında müasir meqapolislərin, "istilik adaları"nın sağalmaz xəstəliyinə tutulmuş məhəllələrin kilometrləri uzanır. Şəhərlərin bu "xərçəng hüceyrələri" hündürmərtəbəli tikililərin təbii hava axınının qarşısını aldığı yerlərdə yaranır. Qışda orada çirkli hava yığışır, yayda isə buna əlavə kimi, temperatur fəlakətli surətdə yüksəlir. Mərkəzdəki belə yerlərlə daha küləkli şəhərətrafı sahələrin temperatur fərqi isti yay günlərində 5°C-yə çatır.
Beləliklə, qlobal istiləşmə qarşısında risk qrupuna düşənlər - şəhərlilər və ilk növbədə, kişilərdir. Amma iqlim dəyişikliyi qarşısında ənənəvi olaraq daha zəif sayılan başqa əhali qrupları da var. Bu, yaşlılar, uşaqlar, xroniki xəstəlikləri olan insanlar, eləcə də aztəminatlı vətəndaşlardır. Göründüyü kimi, burada təbii və sosial amillər sıx qovuşur.

Köhnə kollektorlar haqqında rəvayət
Kənd yerlərində iqlim dəyişmələri ilə bağlı insanların bir qədər fərqli problemləri müşahidə olunur. Şəhər əhalisi, xüsusilə böyük şəhərlərdə yaşayanlar qlobal istiləşmə səbəbindən ürək-damar xəstəliklərindən əziyyət çəkirlərsə, kəndlilər onun təsirini, ilk növbədə, infeksion və parazitar xəstəliklər şəklində hiss edirlər. Doğrudur, son onillikdə ölkəmizdə həyata keçirilən kütləvi səhiyyə tədbirləri kompleksi 90-cı illərin əvvəllərindəki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan yaradıb - o dövrdə xeyli keçici xəstəlik şüşə qabdakı cin kimi azadlığa çıxmışdı. 1990-cı ildə əhalinin hər min nəfərinə 30 infeksion xəstə düşürdüsə, 15 ildən sonra bü göstərici iki dəfə azalmışdı.
Buna baxmayaraq, regionlarda indi də vaxtaşırı belə xəstəlik ocaqları yaranır. Onların səbəbləri yenə də sırf iqlim və sosial problemlər yumağından ibarətdir. Ümumi tendensiyalarda kəskin bağırsaq infeksiyalarından əziyyət çəkən xəstələrin təhlükəli sayı (ildə 10 mindən çox) hər şeydən əvvəl nəzərə çarpır. Səbəblər göz qabağındadır - bu, keyfiyyətsiz ərzaq malları və su təchizatı sisteminin çirkli olmasıdır.
Qlobal istiləşmə bu problemləri kəskinləşdirir. Əvvəla, o, əksər regionların, xüsusən Aran zonasının ərzaq saxlamaqla bağlı problemlərini çətinləşdirir. İkincisi, dağlarda buzlaqların əriməsi sel və daşqınların sayının artmasına səbəb olur, bu da öz növbəsində, regionlardakı köhnə su təchizatı və kanalizasiya sistemləri üçün əlavə yük yaradır. Bu şəbəkələrin bəzi sahələri qəza vəziyyətindədir, bəzi rayonlarda kanalizasiya sularının təmizlənməsi üçün istifadə olunan texnologiyalar çoxdan köhnəlib.
Alimlərimizin nəzəri tədqiqatlarına dəstək üçün artıq adi bir nümunə kimi Samux rayonunu göstərmək olar. Gəncənin istənilən bazarında olmuş alıcılar tezliklə spesifik problemlə tanış olurlar: Samux sakinləri Gəncə bazarlarına göyərti, meyvə və tərəvəz gətirəndə mallarının mənşəyini alıcılardan gizlətməyə məcbur olurlar. Çünki gəncəlilər bilirlər - şəhərin və onun ətraflarının kanalizasiya tullantıları məhz bu qonşu rayon ərazisinə axıdılır. Özü-özlüyündə bu faktda qeyri-adi heç nə yoxdur - tullantılar harasa atılmalıdır. Problem ondadır ki, Samuxda kanalizasiya şəbəkəsi və onun təmizləmə sistemi çoxdan köhnəlib, bunun nəticəsində isə yerli fermerlərin sahələrinə yalnız gübrə verilmir.
Anofeles əleyhinə şpris
Azərbaycanda vaxtilə geniş yayılmış başqa infeksion xəstəliyin - malyariyanın profilaktikası ilə əlaqədar vəziyyət xeyli yaxşıdır, baxmayaraq ki ölkənin əksər rayonları təbii şəraitinə görə bu xəstəliyin ocaqlarının yaranması üçün potensial şəraitə malikdir. Axı Azərbaycan ərazisinin yarısından çoxunu geniş düzənliklər təşkil edir, onların 18 %-i isə dəniz səviyyəsindən aşağıda yerləşir. Bundan başqa, Azərbaycanın subtropiklərinin iqlimi malyariya ağcaqanadlarının fəal həyatı üçün çox münasib mühit yaradır. Nəhayət, ölkəmiz daşqına meyilli çaylarla zəngindir. Daşqınların və bataqlıqlaşmaların nəticəsi - anofeles üçün potensial cənnətdir, o həmçinin bəzi regionlarda irriqasiya sistemlərinin və ya drenaj kollektorlarının köhnəlməsi nəticəsində də meydana gələ bilər.
Buna baxmayaraq, Azərbaycanda malyariyanın dörd növündən yalnız biri - ocaqlar şəklində üçgünlük malyariya müşahidə olunur. Yəni ölkəmizdə bu xəstəlik, faktik olaraq, məğlub edilib. Deməli, istəyəndə infeksiyanın yayılmasının öhdəsindən gələ bilirik! Bəs qələbənin sirri nədədir? Axı kəskin bağırsaq infeksiyaları ilə mübarizəyə də kifayət qədər qüvvə cəlb edilib. Yəqin, burada iş malyariyanın baş verməsi spesifikasındadır. Tədqiqatçıların rəyincə, bu halda insan, daha dəqiq desək, məişət amili dominantdır, kəskin bağırsaq infeksiyalarında isə iqtisadi və iqlim amilləri öndə gedir.
Yeri gəlmişkən, malyariya ilə əlaqədar iqlim amili, demək olar ki, vacib deyil. Axı obyektiv danışsaq, ölkəmizin yuxarıda təsvir etdiyimiz təbii şəraiti böyük hədiyyədir. Ümumiyyətlə, malyariya haqqında bütün düşündüklərimizi - yəni bu xəstəliyin, əsasən, təbii şəraitlə bağlılığını, adamlardan isə az şey asılı olduğunu - həyat gözlərimiz önündə alt-üst etdi. Və insan bu imtahandan çıxdı.
Eyni sözləri indi tibb işçilərimizin əhəmiyyətli dərəcədə "ram etdiyi" infeksion xəstəliklər haqqında da demək olar. Bu, difteriya, çiçək və qızılcadır. Onların ölkəmizdə yayılması ötən onilliyin ortalarına təsadüf etmişdi. Məsələn, 1995-ci ildə difteriya ən yüksək nöqtəsinə çatmışdı (xəstələnənlərin sayı 883 nəfər idi). Amma genişmiqyaslı profilaktik tədbirlər (yəni ümumi vaksinə) həlledici rol oynadı. Deyək ki, elə həmin difteriyaya 2001-ci ildən artıq Azərbaycanda rast gəlinmir. İnfeksion xəstəliklər haqqında söhbəti yekunlaşdıraraq, qeyd etmək lazımdır ki, alimlərin rəyincə, vaxtilə bu xəstəliklərin meydana çıxmasında təkcə demoqrafik deyil, həm də ekoloji amil mühüm rol oynayırdısa, bütövlükdə onlara, hər şeydən əvvəl, antropogen amil təsir edir.
Beləliklə, əhalinin sağlamlığı uğrunda savaşda məişət səviyyəsində insan amilinə qalib gəlməyi öyrənmişik - bunu malyariya, difteriya, çiçək və qızılca ilə uğurlu mübarizə təcrübəsi də sübut edir. İqtisadi səviyyədə sağlamlıq naminə insan amili ilə mübarizə aparmaq xeyli çətindir - paytaxtdakı xaotik tikililər, regionların pozulmuş irriqasiyası ilə yanaşı, buna bariz misal ola bilər. Təbiətin özü ilə mübarizəyə gələndə isə, sivilizasiyamızın təcrübəsi aydın göstərir ki, insan burada heç vaxt qələbə çala bilməyəcək. Çünki təbiətlə vuruşmaq lazım deyil - onunla məsləhətləşmək gərəkdir. Bunu isə biz heç cür öyrənə bilmirik. Və belə görünür ki, heç öyrənmək də istəmirik...

MƏSLƏHƏT GÖR: